“The Washington Times” qəzeti Azərbaycanın birinci xanımının nəcib təşəbbüsündən yazıb

“The Washington Times” qəzeti Azərbaycanın birinci xanımının nəcib təşəbbüsündən yazıb
ABŞ-da çıxan “The Washington Times” qəzetində “Caspian Group Holdings”in baş direktoru Rob Sobhaninin “Mehriban Əliyeva: ağacəkmə layihəsi ilə tanınan Azərbaycanın birinci xanımı” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın meşəsalma yolu ilə ölkənin ekologiyasının yaxşılaşdırılması və vətəndaşlarının rifahının artırılması səylərindən danışılır.

Müəllif yazır ki, Amerika cəmiyyətinin iqlim dəyişmələrinin nəticələrinə qarşı mübarizə tədbirlərinin müzakirəsini davam etdirdiyi bir vaxtda Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr parnik qazları tullantıları problemini siyasiləşdirmədən onun həllində bütün dünya üçün model ola bilər. Bu strategiya meşəsalmanın miqyasının genişləndirilməsindən ibarətdir.

R.Sobhani qeyd edir ki, Azərbaycanda ilk dəfə 1990-cı ildə olub və müstəqilliyini 1991-ci ildə bərpa etmiş bu ölkənin ekoloji sisteminin sovet dönəmində dağılmasının şahidi olub. Atmosferdə çirkləndirici maddələrin yüksək səviyyəsi müşahidə olunur, aeroportdan paytaxt Bakının mərkəzinə gedən yolun kənarlarında ağaclar gözə dəymir, əvəzində xam neft “gölməçələri” görünürdü. Müəllifin yazdığına görə, təəssüf ki, Moskvanın mərkəzi hakimiyyət orqanları əsasən müsəlmanlardan ibarət 9 milyon əhalisi olan bu sovet respublikasının gözəl landşaftını da onun əlindən almışdı.

Mehriban xanım Əliyevanın sayəsində bu gün Azərbaycan hər bir açıq məkanda ağacəkmə yolu ilə ekoloji sağlamlaşdırma dövrünü yaşayır. İndi aeroportdan Bakının mərkəzinə gedən yolboyu gözəl ağaclar əkilib. Ətraf mühitin vəziyyətinin bu şəkildə dəyişməsi ilə yanaşı, Azərbaycan bu uzaqgörən layihə ilə dünyaya həm də sensasiya yaratmadan iqlim dəyişikliklərinə qarşı mübarizəni aparmaq yollarını nümayiş etdirir. Ağaclar atmosferi oksigenlə zənginləşdirməklə iqlim dəyişmələrinin nəticələrini dayandırmağa kömək edir.

Azərbaycanda ağacəkmə təkcə ətraf mühitin sovet dövründən qalma tənəzzülünə qarşı mübarizə vasitəsi deyil, o, həm də ictimai səhiyyə ilə birbaşa bağlıdır. Harvard Universitetinin ətraf mühitin gigiyenası üzrə eksperti Linda Tomassonun sözlərinə görə, ağacəkmənin sağlamlıq üçün çox böyük faydası var və havanın çirklənməsi ilə ağciyər xəstəlikləri arasında əlaqəni azalda bilər. Təəccüblü deyil ki, Azərbaycanda havanı zərərli hissəciklərdən təmizləmək üçün daha çox enliyarpaqlı ağaclar əkilir.

R.Sobhani qeyd edir ki, Azərbaycanın birinci xanımını ağacəkmə layihələrini həyata keçirməyə sövq edən daha bir səbəb iqtisadi amildir. Ağacların əkilməsi, onlara qulluq və nəzarət edilməsi üçün yerli sakinlərin işə götürülməsi layiqli gəlir təmin edə bilər. IDEA İctimai Birliyi ağacəkməni gənclərin hüquq və imkanlarının genişləndirilməsi üçün gözəl şans sayır. Təəccüblü deyil ki, “Coca-Cola” 2020-ci ilə qədər 100 min ağac əkmək üçün ADA Universiteti ilə tərəfdaşlıq sazişi imzalayıb. Bu yaxınlarda Mozambikdə 2,2 milyon ağacın əkilməsini bayram edən ABŞ-ın “Eden Projects” xeyriyyə təşkilatının layihələri Mehriban Əliyevanın ağacəkmə təşəbbüslərinin səmərəliliyinin və bu təşəbbüslərin iş yerlərinin yaradılmasına qlobal təsirinin təsdiqidir. Təşkilatın baş direktoru Stiv Fitçin sözlərinə görə, ağacəkmə yerli kəndlərdə məşğulluğu artırıb.

Mehriban Əliyevanın ağacəkmə kampaniyasının qlobal nəticələri dərhal görünməsə də, potensialı çox böyükdür. Məsələn, Asiya və Afrikanın az inkişaf etmiş dövlətlərində çox vaxt elə şərait yaranır ki, işsiz cavanlar arasında radikalizm meyilləri güclənir. Ağacəkmə nəticəsində əldə edilən fundamental fayda iş yerlərinin davamlı artmasının əsasını qoya bilər. Ağacəkmə meşəsizləşmənin qarşısının alınmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər.

Azərbaycanın birinci xanımının bu təşəbbüsünün qlobal miqyasda dini dözümlülüyün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşəkkülünə kömək etməsi bu kampaniyanın daha bir nəticəsidir. Dünyanın bütün əsas dinləri ağacların əkilməsini və onlara qulluq edilməsini savab iş sayır. Məsələn, yəhudilikdə Tu bi-Şvat deyilən ağacəkmə bayramı var. Quran və hədislərdə Allahın adı ilə ağac əkilməsi tez-tez xatırlanır. Bibliyada ağaclar “yaxşı qida”ya kömək edən vasitə kimi (Yaradılış 2:9) xatırlanır. Qlobal ağacəkmə kampaniyası müxtəlif etiqad və inancları olan xalqları birləşdirə bilər. Vos Fondunun məlumatına görə, bir ağacın əkilməsinin qiyməti 10 sentdən baha deyil və deməli, 1 trilyon ağacın əkilməsi 100 milyard dollara başa gələcək ki, bu da hazırda dünyanın 10 aparıcı suveren xeyriyyə fondunun sərəncamında olan 6 trilyon dollardan çox məbləğin müəyyən qismini təşkil edir.

Rob Sobhani sonda yazır ki, dünya liderlərinin bütün dünyada və öz ölkələrində ağaclar əkməklə iqlim dəyişmələri probleminin həllinin bu sağlam və səmərəli üsulunu tətbiq etmələrinin vaxtı çatıb./Azərtac/
28 avqust 2019 /

“The Washington Times” qəzeti Azərbaycanın birinci xanımının nəcib təşəbbüsündən yazıb

Похожие новости

Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır. Fonddan verilən

Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdü

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Riçard Ferran ilə görüşü olub. Fedai.az xəbər verir ki, Fransa

Mehriban Əliyevanın çərşənbə TƏBRİKİ

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çərşənbə axşamı Azərbaycan xalqını Od çərşənbəsi münasibətilə təbrik edib Azərbaycanın Birinci

Mehriban Əliyeva yüksək mükafata layiq görüldü

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib. Mehriban xanım Əliyevanı bu ordenlə

Mehriban Əliyeva Kerkentzeslə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 12-də Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes ilə görüşüb. Report xəbər verir ki,
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ