BMT - nin ayırdığı pulları kimlər, kimlərə xərcləyib?

BMT - nin ayırdığı pulları kimlər, kimlərə xərcləyib?


















"BMTİP və BMT-nin Əhali Fondu, əlilliyi olan şəxslər, qadınlar və müharibə veteranlarının həyat rifahınının yaxşılaşdırılmasını nəzərdə tutan yeni proqram imzalayıb". Bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatı -Azərbaycan informasiya portalındakı məlumatı olduğu kimi veteranların xahişiylə dərc edirik. Xatırladaq ki, bu proqram illərdir davam edire və müharibədə xətər görmüş kimsənin bu proqramdan xəbəri yoxdur. Bu qənaətə Fedai.az Araşdırma Qruopunun ilkin araşdırmaları zamanı müəyyən etdik. Tezliklə BMT Azərbaycan təmsilçiliyi ilə bu məsələni müzakirə etməyə çalışacağıq. deyəsən bizim ölkəyə gələn əcnəbilər də elə bəzi məmurlar kimi işləyirlər...

Bizi izləyin. Məlumatı müharibə veteranlarının diqqətinə çatdırırıq:

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondu 3000-ə yaxın qadın, əlilliyi olan şəxs və Dağlıq Qarabağ müharibəsinin veteranlarının yaşayış rifahının yaxşılaşdırılması məqsədini daşıyan iki illik proqram imzalayıb. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin təşəbbüsü ilə hazırlanmış bu proqram əlilliyi olan şəxslər və müharibə veteranlarının həyatını yaxşılaşdırmaq üçün əhatəli siyasət irəli sürməyə imkan verəcək. Bu təşəbbüs nəticəsində, əlilliyi olan qadınlar və qızlar, habelə müharibə veteranlarının xüsusi ehtiyacları və potensialları barədə kəmiyyət və keyfiyyət əsaslı məlumatların əlçatanlığı yaxşılaşdırılacaq, əlilliyi olan şəxslərə qarşı qınaq və ayrı-seçkiliyi azaltmaq üçün ictimai düşüncələrin dəyişməsi təşviq ediləcək.

Azərbaycan hökuməti, BMTİP və BMT-nin Əhali Fondunun birgə maliyyələşdirdiyi yeni proqram təxminən 1 milyon ABŞ dolları dəyərindədir və müharibə dövrünün ağır travmalarını yaşamış insanların da daxil olduğu 3 minə qədər həssas təbəqədən olan insanların fərdi və peşəkar inkişafı və maddi rifahı üçün əlçatan və əhatəli bir mühitin yaradılmasını təmin edəcək.

Əhalisinin 6 faizindən çoxunu əlilliyi olan insanların təşkil etdiyi bir ölkə olaraq, Azərbaycanda həmçinin 50.000-dən artıq insan Dağlıq Qarabağ müharibəsinin ağır nəticələrindən əziyyət çəkərək həm fiziki, həm mənəvi travmanın qurbanı olub. Məhz bu insanların həyatını dəyişə biləcək qüvvəsi olan yeni layihənin qarşısında mühüm məsələlər durur. Layihə çərçivəsində müasir informasiya və kommunikasiya texnologiyaları vasitəsilə cəmiyyətin həssas təbəqələri üçün bilik, məlumat və məşğulluq imkanlarını genişləndirmək məqsədilə, əlilliyi olan qadınlar və müharibə veteranları üçün Bacarıqların İnkişafı və Təlim üzrə Virtual Laboratoriyanın (V-Laboratoriya) yaradılması nəzərdə tutulur. Əlilliyi olan insanların sosial inteqrasiyası və ümumilikdə, cəmiyyətdə inklüzivliyi təşviq etmək məqsədi ilə Bakıda nümunəvi incəsənət məktəbi yaradılacaq. Burada əlilliyi olan və əlil olmayan qadınlara və müharibə veteranlarına innovasiya, start-up və biznesin inkişafı sahəsində geniş çeşidli platformalar təklif olunacaq.

Bundan başqa, əlilliyi olan şəxslərə qarşı stiqmanı aradan qaldırmaq üçün bir sıra maarifləndirmə, təbliğat və ictimai maraqların qorunması kampaniyaları təşkil olunacaq. Ölkənin qərarverici şəxsləri, yüksək səviyyəli məmurlar, millət vəkilləri, işəgötürənlər və yerli icmalar arasında əlilliyi olan şəxslər üçün inkluziv şəraitin, infrastrukturun və imkanların yaradılması, habelə bunu dəstəkləyən siyasətin və ictimai münasibətin əhəmiyyəti aşılanacaq.

Layihə çərçivəsində əlilliyə dair məlumat bazasının yaradılması ilə bağlı mövcud boşluqları aradan qaldırmaq və əlilliyi olan şəxslərə dair cins və yaş qrupu üzrə dezaqreqasiya olunmuş məlumatların daha yaxşı toplanması üçün yeni metodologiyanın hazırlanması nəzərdə tutulur. Məhz bu metodologiyaların daha sonra ölkə üzrə monitorinq və statistik hesabatların hazırlanması zamanı tətbiq edilməsi mexanizmləri müvafiq dövlət qurumlarına çatdırılacaq.

Layihə Bakı şəhəri, Salyan və Masallı rayonlarını əhatə etməklə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində icra olunacaq. Proqramın uğurlu icrası üçün yerli hakimiyyət orqanları, dövlət və özəl sektordan olan işəgötürənlər, kütləvi informasiya vasitələri, icmalar və qeyri-hökumət təşkilatları ilə də yaxından əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Layihə beynəlxalq inkişaf qurumları və Azərbaycan hökumətinin birgə təşəbbüsü olaraq Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin tələblərinə uyğun həyata keçirilir və bir sıra Dayanıqlı İnkişaf Məqsədinin icrasının sürətləndirilməsinə böyük töhfə verir. Belə ki, 8-ci Qlobal Məqsədə müvafiq olaraq, layihə inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün, ö cümlədən əlilliyi olan şəxslər, qadın və kişilər üçün bərabər şəkildə məşğulluğu və layiqli əməyi təşviq edir. 10-cu Qlobal Məqsəddə göstərildiyi kimi, layihə həmçinin sosial, iqtisadi və siyasi inklüzivliyi təşviq etməklə hər kəs üçün, o cümlədən əlilliyi olan şəxslər və həssas təbəqələr arasında bərabərsizliyin azaldılmasına kömək edəcək. Nəhayət, 17-ci Qlobal Məqsədin çağırışına uyğun olaraq, layihə ölkədaxili bacarıqların gücləndirilməsinə mühüm dəstək göstərəcək və ölkənin statistik məlumat bazasını mütəşəkkil səviyyəyə çatdırmaq üçün əhalinin həssas qruplarına, xüsusilə əlilliyi olan şəxslərə dair olan məlumatların dezaqreqasiya edilməsi, etibarlı və düzgün olmasına da köməklik göstərəcək.

Əlaqə üçün məlumat:

1. Arzu Cəfərli, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri – arzu.jafarli@undp.org
2. Fərhad Hacıyev, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə katibi – hajiyev@unfpa.org
3. Fazil Talıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri –fazil.talibov@mlspp.gov.az

P.S. Xatırladaq ki, üzvləri sırasında müharibə əlillərinin sayı 4800 nəfər olan və 65 minlik müharibə iştirakçısını öz sıralarında birləşdirən bir təşkilat niyə müzkirələrə dəvət olunmayıb? Niyə müharibə zamanı fərarilik etmiş 5-3 nəfərin yaratdığı ictimai birliklər dəvət olunduğu halda, AVMVİB daim kənarda saxlanılır? Məsələ ilə bağlı geniş araşdırma yazısını sizlərə təqdim edəcəyik...
28 avqust 2019 /

BMT - nin ayırdığı pulları kimlər, kimlərə xərcləyib?

Похожие новости

Artımlar və yeni təqaüdlər nə vaxt veriləcək?

Əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyaların verilməsi aprel ayının sonundan başlanacaq. Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi

Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEO

17 aprel 2006-cı ildə 388 nömrəli Fərmanla təsdiq edilmiş "Texniki yardım və qrant alınmasına dair saziş" üzrə alınan vəsaitlərdən təkcə xəbəri olmayan sosial təbəqə, məhz elə müharibə

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Fedai.az apa-ya istinadən xəbər verir ki, layihə barədə

Əlil şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı proqram təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq

“Bu məlumatlar ictimai rəyi çaşdırmağa yönəlib” - Nazirlikdən açıqlama

“Bəzi KİV-lərdə Milli Məclisə istinadən, guya, əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ