"ORDUBAD" KAFESİNDƏ QAZİLƏRİMİZƏ HÖRMƏTSİZLİK

"ORDUBAD" KAFESİNDƏ QAZİLƏRİMİZƏ HÖRMƏTSİZLİK



Biz bir qrup Qarabağ müharibəsi qazisi (təbii ki, qanlı-qadalı savaşda sağ qalmış, əlil olmuş keşmiş döyüşçülər) müntəzəm olaraq kiçik və ya böyük qruplar şəklində toplaşır, çay süfrəsi, yemək masası ətrafında döyüş xatirələrimizi yada salır, bir-birimizin problemləri ilə maraqlanıb həlli yollarını axtarmağa çalışırıq. Çünki bizlər – müharibə qaziləri illər öncə döyüş zamanı da tək özümüzü düşünməmişik, silahdaşımızdan bir addım qabağa getməyə çalışmışıq ki, düşmən gülləsinin hədəfi öncə biz olaq, qardaşlarımızı qoruyaq. Bu bizim hamımızın amalı, məqsədi olub. Özümüz üçün yox, silah yoldaşlarımız üçün yaşamışıq.

Mətləbdən uzaqlaşmaq istəmirəm. Avqustun 28-də döyüş yoldaşlarımızdan İlqar Cəfərov, komandir İlqar Hüseynov və onun əsgərləri olmuş Elşən Məmmədov, Emin Süleymanov, Natiq Rzayev, Şamil Əliyev və hərbi jurnalist bacımız Əntiqə Qonaqla Əhmədlidəki Məhəmməd Hadi küçəsi 45-də yerləşən Ordubad kafesində şam etmək və fürsətdən yararlanaraq döyüş xatirələrimizi lentə almaq qərarına gəldik. Tədbirdən öncə kafenin administratoruna məqsədimizi bildirdik. Həm görüşüb dərdləşəcəyimizi, həm şam yeməyi yeyəcəyimizi söylədik və təklifimiz normal qarşılandı. Kafenin ikinci mərtəbəsindəki kiçik otaqda çay süfrəsi ətrafında video çəkilişlərə başladıq. Çəkiliş zamanı masaya qulluq edən qadın dəfələrlə bizi rahatsız edərək yeməyi serviz etmək istədiyini bildirdi. Biz isə 5-10 dəqiqəyə işimizi bitirəcəyimizi söylədik. Bu zaman kafenin administratoru nümayişkaranə surətdə içəri daxil olaraq buranı həmən tərk etməyimizi tələb etdi. Şaşqın vəziyyətdə səbəbini soruşduqda: - Siz burda hökumət eləyhinə çəkilişlər edirsiniz. Bura siyasi söhbətlərin yeri deyil. Biz ona siyasətlə əlaqəli heç bir çıxış etmədiyimizi, əksinə, hamılıqla Ali Baş Komandanın əmrini gözlədiyimizi, hər an torpaqlarımızı erməni quldurlarından azad etməyə hazır olduğumuzu bildirsək də, o bizi kafedən qovdu. Həyətə düşdüyümüz zaman gördük ki, bir neçə polis maşını və operativ bir qrup bizi gözləyir. Məqsədləri də bizi polis bölməsinə aparıb izahatlarımızı almaqdı.

Düzü hər hansı bir iaşə və məişət obyektinin rəhbərinin dövlətçiliyimizin və çalışdırdığı obyektin işçilərinin təhlükəsizliyi keşiyində belə ayıq-sayıq durması və polisin də verilmiş siqnala bu cür çevik və operativ müdaxiləsi təqdirəlayiq haldı. Buna söz yox. Amma baxır hansı hallarda və vəziyyətdə, kimlərə qarşı bu cür “operativ əməliyyat” həyata keçirilir. Kafenin rəhbərliyinə müharibə qaziləri kimi təqdim olunmağımıza baxmayaraq, bizə qarşı açıq-aşkar bu qədər özbaşınalıq və təhqir heç də qəbuledilən deyil. Ən azından bizim də bir vətəndaş olaraq işdən sonra yemək və istirahət məkanında dincəlmək haqqımız var. İctimai asayişi pozacaq heç bir hərəkətimiz olmadığı halda bizə şər-böhtan ataraq yeməyin üstündən qovmaq və üstümüzə polis çağırmaq hansı insani davranış və etikaya sığır?

Yanlış da bir naxışdı,- deyib atalarımız. Xoşbəxtlikdən polislərə başçılıq edən səlahiyyətli şəxs də vaxtilə qazilərimizlə çiyin-çiyinə bir səngərdə düşmənə qarşı vuruşan qorxmaz və cəsur, igid və vətənpərvər oğullardan biri çıxdı və o illərlə axtardığı silahdaşlarını bir arada görüb hamısını bir-bir bağrına basdı. Bu səhnəni görən adminisrtratorun üzündəki qorxunu və təlaşı, məzlumsayagı hiyləgər ifadəni görmək gərəkdi. Və kimlərin kimlər üzərində söz demək haqqının olub-olmamasını bu cahil və nadan administratora kim və necə başa salmalıdı? Qazilərimizi görəndə ayağa qalxaraq onlara hörtmətlə təzim etmək və qulluq göstərmək əvəzinə onlara qarşı sayğısızlıq, işverənlik etməyin adları budur məncə: DÜŞMƏNÇİLİK...SATQINLIQ...CAHİLLİK...NADANLIQ...

P.S. Aramızda bu qədər manqurtlar və satqın NjdElər varkən Qarabağ probleminin çözülməməsinin səbəbi də gün kimi aydındı. Və nəhayət, irili xırdalı bu cür obyektləri özlərinin bildiyi kimi çirkin məqsədlərə yönləndirərək çalışdıranlar, bu günkü durumunuza görə qazilərə minnətdar olacağınızı nə zaman anlayacaqsınız? Ermənilər gəlib başınızın üstünü kəsdirən zamanmı?

Sadiq Qədirli
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi
"ORDUBAD" KAFESİNDƏ QAZİLƏRİMİZƏ HÖRMƏTSİZLİK
30 avqust 2019 /

"ORDUBAD" KAFESİNDƏ QAZİLƏRİMİZƏ HÖRMƏTSİZLİK

Похожие новости

"Ailəmin günahı nə idi ki, yoldaşımı yerlə sürüyürdülər? Sabunçu rayon icra başçısı Adil Vəliyev deyir ki, sizi deportasiya etdirəcəm". - VİDEO

Azerbaycanrealligi.com xəbər verir ki, Üç gün əvvəl Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevin göstərişi ilə Zabrat qəsəbəsində yerləşən Murad Mirzəyev küçəsində polis və ağır texnika

AVMVİB Zəngilan rayon şöbəsi hərbi hissədə oldu

AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri,- İlyas Abdullayev, Səbuhi Hüseynov, Taryel İsmayılov, Nurəddin Quliyev, Rasim Camalov və Zülfi Həsənəliyev Novruz bayramı münasibəti ilə gənc əsgərlərlə

KIMSƏ UNUDUMUR: Tanıyın, tanıdın!

XTPD-nin kəşfiyyat rotasının komandiri, ehtiyyatda olan polis kapitanı İlqar Məmmədov... XTPD-nin yarandığı ilk günlərindən kiçik serjant kimi xidmətə başlayan ləzgi balası, Azərbaycan xalqının mərd

AVMVİB-DƏ POLİS VETERANLARI ŞÖBƏSİ YARADILDI

Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş polislərimiz bir araya gəldilər. Xatırladaq ki, hələ Ordumuzdan öncə polislərimiz əsil döyüşçülər kimi Vətənimizin müdafiəsində dayanan öncül dəstə

HEÇ KİM UNUDULMUR: QAZİLƏR HƏRBİ HƏKİMİ MÜKAFATLANDIRDILAR

“Qarabağ Qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri tərəfindən hərbi həkim, Əfqanıstan və Qarabağ müharibəsinin od-alovundan keçən, uzun illər yaralı əsgər və zabitlərimizin sağlamlıqlarının
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ