Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirər

Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirər


Xaqani Ədəboğlu

Dəfələrlə yazmışam və yenə yazıram ki Azərbaycanımızın xilası qadınlarımızın savadlı və dünyagörüşlü olmasından keçir. Azərbaycan qadını dünyaya hökm etmiş bir mövqedən erməni əsirliyinə düşürülmüş bir vəziyyətə endirilmişdir. Cəmiyyətimizin savadlı olmasını istəyiriksə, qızlarımızı, ana və bacılarımızı savadlı etməyə borcluyuq.

Bu gün özlərini xurafat çuxasına bükmüş zavallılar, içimizə nadan ərəblərin, "qadını məzrdan çıxarıb, çadralara, hərəmlərə soxmaq" zehniyyətiylə sosial şəbəkədə qeyrətlə daxili və xarici düşmənə qarşı əsil informasiya savaşı aparan xanımlarımıza dil uzadırlar. Güya ki, Allah bu nadanlara vəhy və fətvalar göndəribmiş. Bunlar o qədər nadandırlar ki, həzrəti peyğəmbərimizin "Cənnət anaların ayaqları altındadır" sözlərini də anlamamışlar.

Türk törəsi ərəb mədəniyyətinə qurban verilməzdən öncə qadın əl üstündə tutulurdu. Qadına təcavüz ölümlə cəzalandırılan bir günah sayılırdı. Qadın, bir xatun, bir xanım idi. Budunun əmanət etdiyi şəxs, özünə yar seçən, müqavilələrdə söz demək səlahiyyətinə sahib olan, savaşda ərənlərlə yan-yana vuruşan biri idi.

"Ök" sözü türk dilində yaradıcı deməkdir. Bəşər, ana vasitəsilə yaradılır və nəslin davam etməsini təmin edər. Ananın itirilməsi, uşaq doğanın, yaradıcı gücün itirilməsidir. Bu gün Anadolu türkcəsində istifadə edilən "Öksüz" (yetim) sözü buradan yaranıb. Analar, qadınlar müqəddəsdir.

Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirər.

Köhnə türk inanc sistemində bir matriarxal cəmiyyətimiz var idi, inanc sistemimiz dəyişdikcə patriarxal cəmiyyətə gəldik. Gəldiyimiz məqam budur. Türk ailə quruluşu, bu inam dəyişikliyi ilə zaman keçdikcə rəsmi olaraq pozulmuş və unudulmuşdur. Qədim bir türk atalar sözündə deyilir: "Oğul ananın oğludur". Bəzi nadanlar bu sözün anlamını dərk etməzlər. Xatırladım ki, bu sözü Qorqud xan Bilgə xaqanın ölümündən sonra taxta çıxmış oğlu İnal Bögünü anası çinli olduğuna görə, taxtdan endirərkən dediyi sözdür. Yəni anası ulusdan olmayana güvənilməz. Bu gün bizim niyə güvənc yerimiz olmadığını anladınızmı?

"Əlini qoru, belini qoru, dilini qoru!" dedilər. Biz nəyimizi qoruduq ki? Əlimiz də, belimiz də, dilimiz də özümüzə qənim kəsildi. Əlimiz oğru, belimiz yad analara döl verən, dilimiz də Allah göstərməsin, Artur muallim, Nəcməddin muallim, Elmar muallim və bu qəbildən olanların ağzında urus saqqızına dönüb.

Biz dünyaya nəhənglər vermiş Azərbaycan qadınını bu gün bar qadınına, əsir düşərgələrinə, əxlaqsızların adam al-verinə, ən çirkin və ağır işlərdə qul əməyi ilə övlad saxlamağa məcbur etmişik. Bunu bizmi, yaxud o belini qorumayan zatlarınmı cocuqları etməsinin fərqi yoxdur. Bir dəfə bir müştəbeh Azərbaycan türkcəsinin mühafizəkar və bəsit dil olduğunu bəzi "qınından çıxıb qınını bəyənməyənlər" kimi şeşələnərək iddia edirdi. Birinci iddiası buydu ki, ən adi "fahişə, q...bə, əxlaqsız və s. (ifadələrə görə üzr istəyirəm-X.Ə.) kimi sözlərin olmamasıydı. Anlatdım ki, türk törəsi yaranışdan bu işi yasaqlayıb və tək cəzası ölüm olan bu peşələrə ad verməyib. İkinci iddiası isə dilimizdə cinslərin olmaması idi. İstər dini, istərsə də, elmi cəhətdən qadın və kişinin bərabər oduğu deyilsə də, yalnız türklər, həm dildə, həm də əməldə min illər boyu hər iki cinsi bərabər tutub. Lakin müxtəlif məqamlarda isə qadınlara fərqli adlar, ünvanlar tanıyıb: Sar (Çar)-Sara (Çariça) (Saklarda), Xaqan (Kağan)- Xatun (Katun,Qadın) Göy Türklərdə, Xan-Xanım, Bəy-Bəyim...

Azərbaycan dilinin inkişafına cəhd etməyən, 300 illik bir basqı altında Cənubda və Şimalda dilimizin dirənişlə ayaqda qala bilməsi bir möcüzədir. Bu gün internet məkanında, adicə mobil telefon ayarlarında dilimizə tutulan divanı rus və fars şovinizmi yüz illər etməmişdi və edə bilməmişdi. Bizim var oluşumuza hər tərəfli bir hücum var: Öncə ailə, Vətən sərhədləri, dilimiz, tariximiz və Analıq inistutlarımız. Biz qadınlarımızla var olacağıq. Onların azadlığına və elmli olmalarına kölgə salan xurfatçılar bizdən deyil. Qızlarını məzarlıqlardan çıxarıb hərəmlərə mal edən və çadralarda dustaq edən ərəb başlılar, qadınını bu gün də siğə adıyla icarəyə verən fars uşaqları, bilməlidirlər ki, Türk qadını at belində əlində qılınc düşmənə qarşı bir sipər, ailəyə bir ortam, ərə bir yoldaş olub. Bizdən ərəb də, fars da, rus da, ingilis də çıxmaz. Bizə biz olmaq yetərlidir.

Bir türkiyəli virtual tanış yazır ki, Azərbaycan qadınları İstanbulda gecə klublarında, Dubayda və s. əxlaqsız yuvalarında çoxluq təşkil edirlər. Sizin sərvətləriniz fonunda, sərvətsiz Türkiyənin bir qadınını belə işlərdə tapa bilməzsiniz. Bildirdim ki, Azərbaycan qadını bu yola Qərbin və Rusiyanın qadınları kimi kef çəkmək üçün deyil, qəhr olmuş gələcəyimiz naminə övladını saxlamaq üçün bu yola düşüb. Çünki onun zərif çiyinlərinə bizim kimi belini qorumayanlar bir məmləkətin yükünü qoymuşuq. Elələri Azərbaycan qadınını da öz analarına bənzətməyə girişiblər...

Həbsinə nail olduğumuz bir anası erməni olan Vətən xaini Roma ləqəbli Rauf Eyvazovun xaricdə yaşayan atasıyla telefon danışığımı xatırlayıram. O, mənə dedi ki, Rauf Eyvazovun 18 yaşı tamam olanda qızım, oğlum və anaları məni evdən qovdular və erməni həyat yoldaşım mənə dedi ki, mən bu uşaqları səndən deyil, ermənidən tutmuşam. Həmin o binamusluq simvolu Roma Xankəndində gedib əsirlərimizə işgəncə verirmiş. Bu gün bu işgəncələri hər biriniz görürsnüz və bilin ki, bu erməni üslubudur.

Ey Azərbaycan qadını! Bu cəmiyyətin və millətin qurtuluşu sənin əlindədir. Türk törəsi səni yaradıcı elan edib. Sən bizi işğalda olan torpaqlarımız naminə., param-parça edilmiş məmləkətimiz naminə, şəhidlər uğrunda müqəddəs biur Qisas naminə bizi yenidən yarat! Tomris xatunun yadigarı sənsən. Günbəgün qeyrətini yeməklə başını yox, qarnını saxlayan ərliyimizin xilası da Sənsən!

Tanrı səni bütün pisliklərdən qorusun və bütün gözəl nə varsa sənin olsun! Çünki Türkün gözəl olanı ən gözəl, pis oanı isə ən pisdir. Biz gözəllikləri unutduq. Biz adam olmağa yadırğamaqdayıq. Biz günbəgün Yasini oxudulmuş cənazəyə oxşamaqdayıq. Başlanğıcı murdarlıq, sonu leş olan vücudların köçəcəkləri dünyada 1000 ev alıb, milyardlar toplaması fonunda unudulmuş bir toplumu sənin hayqırtın oyada bilər.

Sən bizi ana və qızlarımızın yanında başı aşağı və üzü qara çıxarma, Tanrım!

Xatırladım ki, Tomris xatuna abidəni biz yox, almanlar ucaldıb. Biz 30 sentlik USD kağızı yığmaqla məşğuluq. Bizim belə işlərə də qeyrətimiz çatmaz...
02 sentyabr 2019 /

Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirər

Похожие новости

ƏSKİ TÜRKLƏRDƏ QADIN

…Qadını basqı altına alaraq dustaq duruma salan davranışlara, tarixin hər dönəmində və hər toplumda rast gəlinir. Ancaq Türk toplumunun keçmişdə qadına verdiyi önəm və göstərdiyi saygı, başqa

Bəy atadan, bəyim anadan doğulub cənab olanlar...

Biz hələ də müstəqil olaraq öz milli müraciət formamıza qayıda bilməmişik. Doğrusu, çoxlarına xırda görünən bu məsələ, əslində milli kimliyimizi hədəfə almış imperial güclərin Azərbaycan xalqına

Erməni qadın efirdə etiraf etdi: “Qayınatam azərbaycanlı hamilə qadınlara təcavüz edib, qulaqlarını kəsib” – VİDEO

Ukrayna telekanalında yayımlanan verilişdə erməni qadın ağlayaraq həqiqətləri danışmalı olub. Fedai.az Minval.info-a istnadən xəbər verir ki, “Ekstasenslər araşdırma aparır” verilişində

Xala", "Bibi", yoxsa "Mama"?

Bunların hansı bizim söz, hansı bizim deyil? Bu sözlərin gerçək anlamı nədir? Azərbaycan türkcəsində bütün tirələrə (qohumlara) ayrıca ad verilmişdir. Belə ki, kökdaşlarımızı onun gerçək adı ilə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ