13 Dek 01:25GÜNDƏM / QANUN

LAÇINLI KÖÇKÜNLƏRİN TƏLƏBLƏRİNİ AVROPA MƏHKƏMƏSİ TƏSDİQLƏDİ

LAÇINLI KÖÇKÜNLƏRİN TƏLƏBLƏRİNİ AVROPA MƏHKƏMƏSİ TƏSDİQLƏDİ


























Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub.

Avropa Məhkəməsinin mətbuat xidmətindən Femida.az- a verilən məlumata görə, qərara əsasən Ermənistan hökuməti 3 ay ərzində şikayətçi olan məcburi köçkünlərin hər birinə maddi və mənəvi ziyana görə 5 min avro təzminat ödəməlidir. Bundan başqa, Ermənistan şikayət üzrə vəkil xərcləri kimi 28 min 642 funt sterlinq ödəməlidir.

Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.
LAÇINLI KÖÇKÜNLƏRİN TƏLƏBLƏRİNİ AVROPA MƏHKƏMƏSİ TƏSDİQLƏDİ
Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan hökuməti zəruri tədbirlər görməyə başlayıb. Ermənistanın işğalçı siyasətini, Dağlıq Qarabağda cinayətkar rejiminə hərbi, iqtisadi, siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar toplanıb.

2015-ci ilin iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub. Lakin maddi təzminatla bağlı hissə sonraya saxlanılmışdı.
LAÇINLI KÖÇKÜNLƏRİN TƏLƏBLƏRİNİ AVROPA MƏHKƏMƏSİ TƏSDİQLƏDİ
Belə görürəm bizdən torpaq alan olmaz, ellikcə Avropa Məhkəmələrinə müraciət edib haqqımızı tələb etsək haylar Ermənistanı da qoyub qaçacaq. Xatırladaq ki, 650 min məcburi köçkünün hər biri 5 min evro udsa bu 3 milyard 230 min evro edər. Baş tutacaq məhkəmə və proseslərə görə vəkillərin haqları isə daha böyük məbləğə başa gələ bilər. Bu da defolt vəziyyətində olan bir ölkə üçün daha ciddi bir zərbə olar.
Lazımı gözləməkdənsə lazımi işərlə məşğul olmaq zamanıdır...

E. Səlim
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ