ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ



Dr. Bayram Quliyev
Azərbaycan Milli Elmlər Akademiyası, Elm Tarixi İnstitutu

QEYD

Müəllif hüquqlarının qorunması və plagiarizmin qarşısının alınması səbəbindən istinadlar silinmişdir. Müəllif hüquqları qorunur və məqalədən istifadə zamanı istinad vacibdir. İstinad: Quliyev B. N. Orta əsrlər Azərbaycan tarixinə dair xarici tarixşünaslığa tənqidi bir baxış // Yeni Türkiye. Azerbaycan özel sayısı – II. Ankara, 2019, sayı 108, s. 14-29

Fikir, tənqid və rəyləriniz üçün e-mail: bayramqulusoy@yahoo.com

GİRİŞ

Orta əsrlər dövründə (Azərbaycanda dünya tarix elmindən fərqli olaraq Ora Əsrlər III – XVIII əsrləri əhatə edir – B. Q.) Azərbaycan öncə Sasanilərin, sonra da ərəblərin işğalına məruz qalmış, ardından XI əsrdə Səlcuqlu imperiyasını tərkibinə qatılmış və bu torpaqlara yürüş edən moğollar tərəfindən burada qırğınlar törədilmişdir. Elxanilər tərəfindən mərkəz seçilən, sonra Əmir Teymur yürüşlərinin şahidi olan Azərbaycan, XIV əsrin sonları – XV əsrdə yerli sülalələr Baharlılar və Bayandurlular tərəfindən idarə olunmuş, ardından da XVI əsrin əvvəllərindən etibarən Türk Qızılbaş dövləti olan Səfəvilər İmperiyası bu torpaqlarda dövlət qurmuşdur. Orta əsrlərinin sonuna yaxın, Türk boyu olan əfşarlardan çıxmış Nadir şah Əfşarın idarə etdiyi Azərbaycan xanlıqlara parçalanmışdır. Təxmini 15 əsrlik bu tarix sadəcə yerli tarixçilər tərəfindən araşdırılmamış, eyni zamanda xarici tədqiqatçıların da maraq dairəsində olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla bağlı məlumat verən xarici tarixşünaslıq əsərlərində bir çox məsələlərin təsvirinin izaha ehtiyacı vardır. Bu qəbildən olan əsərlərdə bir çox məsələlər isə ümumiyyətlə qeyri-obyektiv formada əks olunmuşdur. Bəzi yerli tarixçılər və xarici tarixçilərin əksəriyyəti, bu dövrü araşdırarkən "Azərbaycan” adını bir coğrafi vahid kimi görməzdən gələrək bu əraziləri İran ərazisi kimi, yaxud ən yaxşı halda köhnəlmiş bir tarixi termin olan Persiya kimi göstərmiş, Azərbaycana məxsus olan mədəniyyət nümunələrinin və tarixi şəxsiyyətlərin fars və ya ərəb, bəzən də kürd və ya erməni mədəniyyətinin bir parçası kimi təqdim etmişdilər. Xarici tarixçilərin Azərbaycana məxsus maddi-mədəniyyət irsinin, tarixi şəxsiyyətlərin, şəhərlərin belə müxtəlif adlarla göstərməsi iki yanaşmadan irəli gəlir. Bunlardan birincisi linqvistik, ikincisi isə müasir-geosiyasi kontekstində yanaşmadır.

1. XARİCİ TARİXŞÜNASLIĞIN LİNQVİSTİK YANAŞMASI

Ən qeyrı – obyektiv və elmi peşəkarlıqdan uzaq hesab etdiyimiz linqvistik yanaşmaya əsasən tarixçilər əsərin yazıldığı dil hansıdırsa, müəllifi də o millətdən və ya o coğrafiyadan hesab edirlər. Orta əsrlərin iki müxtəlif dövründə yaranmış əsərlərə diqqət yetirməklə məsələ haqqında daha da aydın təsəvvür yaratmaq olar. Bunlardan birincisi Alban tarixçisi Musa Kalankatuklu, digər adı ilə Moisey Dasxuranlıdır. Onun qədim erməni dili – qrabarda yazılan "Alban tarixi” əsəri günümüzə qədər gəlib çatan əsərlərdən biridir. Qafqazşünas alim K. Tumanov "The Chronology of the Early Kings of Iberia” adlı əsərində "Alban tarixi”ni erməni müəllifin əsəri kimi təqdim etməyi yetməzmiş kimi Alban hökmdarlarını erməni hökmdarları kimi göstərmişdir. Halbuki, Musa Kalankatuklunun "Alban tarixi” əsərinin müxtəlif yerlərində, həmin çarın Alban çarı olduğu göstərilməkdədir. Əsərin müxtəlif fəsillərinə diqqət yetirdikdə, müşahidə etmək mümkündür ki, əsərdə Alban çarları ilə bərabər erməni çarlarının da adı çəkilib. Məsələn "Alban tarixi” əsərinin orijinal nüsxəsinin birinci kitabının 16-cı fəslində göstərilir ki: "O zaman ki, yunanların imperatoru Kiçik Fedosi idi, ermənilərin çarı Vramşapux idi, İran şahı Yezdəgird idi, Arsvagen (Yesvagen) isə Albaniyanın çarı idi. Albaniyaya, bizim patriarxımız Yeremiya və çarımız Yesvagenin yanına həmin Mesrob gəldi.”. Əsərin Azərbaycanca nəşrindən götürülmüş bu parçanı tədqiq edəndə belə nəticəyə gəlmək olur ki, sözü gedən dövrdə ermənilərin ayrı, albanların isə ayrı çarı var idi. Eyni zamanda onu da müşahidə etmək mümkündür ki, Musa Kalankatuklu Albaniya və orda baş verən hadisələrdən bəhs edərkən "bizim” ifadəsindən istifadə edir. Bu fakt deməyə əsas verir ki, müəllif erməni deyil alban idi, çünki o erməni olsaydı "onların” ifadəsindən istifadə edərdi. Əsərin ingiliscə, rusca və erməni dilindəki çapının birinci hissəsi 30 fəsildən ibarət olduğu halda, akademik Ziya Bünyadovun orijinal ermənicədən tərcüməsində birinci kitab 34 fəsildir. Ola bilsin ki, əsəri təshih edərkən ermənilər bəzi fəsilləri əsərdən çıxarmışlar. Erməni müəllifi kimi təqdim olunan ikinci bir əsər isə Gəncəli Krikosun "Tarix” əsəridir. D. Bayarsayxan "Kirakos Gandzakets‘i, as a Mongol Prisoner” adlı məqaləsində müəllifi erməni tarixçi kimi adlandırması bəs etmir, "Böyük Ermənistan” xülyasının mövcud olmasına da diqqət çəkir. Halbuki, heç bir ilkin mənbə, nə ərəb mənbələri, nə də Səlcuqnamələr Gəncəni erməni şəhəri kimi göstərmir. Bu haqda irəlidə məlumat veriləcəkdir. Belə bir nəticəyə gəlmək olar ki, ermənilər əsər üzərində çoxlu saxtalaşdırma həyata keçirmişlər. Ümumiyyətlə, ermənilər sadəcə ilkin qaynaqları saxtalaşdırmırdılar, eləcə də İslamı qəbul etməyən albanları da erməniləşdirirdilər. Böyük şərqşünas alim N. Y. Marr da "Аркаун, монгольское название христиан в связи с вопросом об армянах-халкедонитах” adlı məqaləsində bu barədə bizimlə həmfikirdir. Müəllif bildirir ki, albanların xristianlaşması və erməni xristian kilsəsinin təsirinə düşməsində ərəb xəlifələrinin böyük rolu vardı. Albanların etnik kimliyinə təsir edən və yaşaması üçün müvafiq əraziyə malik olmayan bir xalqın nümayəndələri heç şübhəsiz ki, Alban dövrünə dair əsərlərdə də müəyyən təhriflər həyata keçirmişlər. Ehtimal ki, ermənilərin əsərin orijinalını yox edib, yaxud da onun üzərində bir sıra dəyişiklik etmişdilər. Bu qeyri – adı hal deyil, ermənilər bunu Musa Kalankatuklunun rusca tərcüməsi zamanı etmiş, tərcümədə təhriflərə yol vermişdilər. Bu əsərlərin albanca olması haqqında heç bir dəlil olmasa da ehtimal etmək olar ki, əsərin hələ elmə məlum olmayan nüsxələri mövcuddur.

Ömrünün çox hissəsini musiqi sahəsinin tədqiqinə sərf etmiş H. Farmer özünün "A History of Arabian music” adlı kitabında görkəmli musiqiçimiz Səfiəddin Urməvi haqqında məlumat verərək onun "Kitabül-ədvar fil-musiqi” əsərinin bir neçə fəslini təhlil etmişdir. Əsərin adından göründüyü kimi "Kitabül-ədvar fil-musiqi” əsəri ərəb dilində yazıldığı üçün, həmin əsəri və onun müəllifi Səfiəddin Urməvini ərəb musiqiçisi kimi təqdim etmişdir. Buna baxmayaraq ərəb müəllif Abbas əl-Əzzafi "Əl-musiqiyül-iraqiyyə fi əhdül-moğol vəlt-türkman” adlı əsərində Səfiəddin Urməvini Türk musiqiçi kimi sıralamışdır. Buradan görmək mümkündür ki, xarici tarixçilər bəzən ilkin qaynaqdakı məlumatları ya görməzdən gəlir, yaxud da heç görmürlər.
ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ


Ümumiyyətlə, bir əsərin hansısa bir dildə yazılması müəllifin həmin dildə danışa xalqa məxsus olması fikri tamamən əsassızdır. Hər kəsə məlumdur ki, Avropada elm dili latın dili olduğu kimi, Yaxın və Orta Şərqdə, Azərbaycanda həmin dövrün elm dili ərəb dili idi və həm Nəsirəddin Tusi, həm də Səfiəddin Urməvi, eləcə də digər mədəniyyət xadimləri də daxil olmaqla Azərbaycanda və digər İslam ölkələrində fəaliyyət göstərən alimlər də əsərlərinin çoxunu bu dildə yazmışdılar. Böyük təbib, Türk alim İbn Sina da özünün məşhur "Əl-qanun fit-tibb” əsərini ərəb dilində yazmışdır İlkin tarixi qaynaqlara əsasən demək mümkündür ki, İbn Sina Buxara şəhəri yaxınlığında, kiçik bir kənddə anadan olmuşdur (Corbin H. History of Islamic Philosophy). Buxaranın bir Türk şəhəri olması da hər kəsə məlumdur. Böyük ensiklopedik alimin öz məşhur əsərini ərəb dilində yazması onun ərəb olması demək deyildir və bu cür fikirlər irəli sürməyin özü reallıqdan uzaqdır.

Linqvistik yanaşmanın digər bir forması isə dövləti idarə edən hökmdarlar və onların nəsillərinin onların dövlətləri ilə eyni etnik mənsubiyyətə aid edilməsidir. Vladimir Minorski Şəddadilər tarixindən bəhs edərkən mövcud nəslin kürd olması səbəbi ilə dövləti də kürd dövləti kimi adlandırır. Alimin "A History of Sharvan and Darband in the 10th-11th Centuries” adlı digər bir əsərində isə Şirvanşahlıq ərəb əsilli sülalə tərəfindən idarə olunduğuna görə ərəb adlandırılmır. Müəllifin iki əsəri arasında ziddiyyətli fikirlər onu deməyə əsas verir ki, bir sülalənin etnik kimliyinin bir dövlətə aid etmək heç bir istiqamətdən akademik hesab oluna bilməz.

M. P. Saykesin ümumi redaktorluğu ilə hazırlanan "A history of Persia" adlı tədqiqat əsərində də məsələyə dilçilik kontekstindən yanaşılır və digər mütəfəkkirlər ilə birlikdə Mövlana Cəlaləddin Rumi və Nizami Gəncəvi kimi şairlər türk olmalarına baxmayaraq "fars şairi” kimi göstərilir. Halbuki, bu iki mütəfəkkir də formalaşmış ənənələrə əsasən fars dilində yazsalar da onların fars şairi olmadığı dünyanın bir çox alimləri tərəfindən qəbul edilir . Öz araşdırmalarında qismən də olsa tarixə linqvistik və geosiyasi istiqamətdən yanaşmayan və obyektivliyini qoruyub saxlayan C. E. Bosfort məlumat verir ki, Məmlüklər Türk idilər və Misirdə hakimiyyəti ələ almışdılar. Lakin, bu o demək deyil ki, Misir bir Türk dövləti idi. Belə halda Nizami Gəncəvini kürd və ya fars kimi göstərmək heç bir məntiqə sığmır. "The Cambridge History of Iran” əsərinin V cildinin ədəbiyyat və şeirə aid olan hissəsində ayrıca bir formada – "Azərbaycan məktəbi” başlığına rast gəlinir. Kitabın eyni hissəsində ayrıca, Nizami Gəncəvinin Azərbaycan şairi olduğu da vurğulanmaqdadır.

2. XARİCİ TARİXŞÜNASLIĞIN GEOSİYASİ YANAŞMASI

Azərbaycan tarixinə dair araşdırma aparan digər qisim tarixçilərin bir qismi də məsələyə geosiyasi kontekstdən yanaşırlar. Bu tarixçilər ya Antik ədəbiyyatlarda əks olunan "Persiya” kəlməsindən istifadə edirlər, ya da ki, hadisələrə müasir İran İslam Respublikasının sərhədləri çərçivəsində nəzər yetirir və "İran” terminindən istifadə edirlər. Heç şübhəsiz ki, məqsədimiz əziz qonşumuz İranın sərhədlərinə şəkk gətirmək deyil. Bizim qayəmiz qədim zamanlardan bəhs edərkən həmin dövrün sərhədləri çərçivəsində yanaşmanı arzulamaqdır. Eyni zamanda miladdan öncə istifadə olunmuş və öz siyasi əhəmiyyətini itirmiş bir terminin Orta əsrlərdə istifadə olunmasının heç bir elmi əhəmiyyət kəsb etməməsinin tərəfdarıyıq. Həm müasir dövr sərhədləri çərçivəsində, həm də qədim dövr terminologiyası ilə Orta Əsrlərdə baş vermiş bir tarixi hadisə haqqında tam coğrafi təsəvvür yaratmaq mümkün deyil. Belə olan təqdirdə tarixi Azərbaycan torpaqlarında yaranmış dövlətlər başqa bir coğrafi areala aid kimi göstərilir, Azərbaycan siyasi və mədəniyyət xadimləri isə başqa millətə məxsus olurmuş kimi təsəvvür yaradılır, yəni, onlar fars mədəniyyətinin bir parçası kimi göstərilirlər. İngilis dilində istifadə olunan "Persia” kəlməsi istənilən dilə ingilis dilindəki mənası ilə "fars” kimi tərcümə olunur, eyni zamanda İran və ya iranlı mənalarını da ifadə edir. Misal üçün C. Mace fars dilinin qrammatikasına həsr etdiyi kitabını "Persian Grammar”, yəni "Fars dilinin qrammatikası” adlandırır. Demək ki, tarixçilərin coğrafi ərazini ifadə etmək üçün işlətdikləri "Persiya” termini daha çox bir xalqın kimliyini ifadə edir. Kembric universiteti tərəfindən nəşr olunan "The Cambridge History of Iran" kitabında isə məsələyə müasir-geosiyasi kontekstindən yanaşılır ki, bu da Avropalı elm adamlarının aldıqları antik coğrafi məlumatlar ilə formalaşan təfəkkürə söykənir.
ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ












































Xarici tarixçi alimlər və orta əsr səyyahlar yanlışlığa yol verərək, əksər hallarda Dərbənddən İran körfəzinə qədər torpaqları "Persiya" (fars) adlandırırlar. Araşdırmalarda və səyahətnamələrdə istifadə olunan və demək olar ki, eyni mənanı ifadə edən bu iki sözdən birincisi Persiya m. ö. II minilliyin sonu – I minilliyin əvvəllərindən – ari tayfalarının Parsamuş ərazisində məskunlaşdığı dövrdən etibarən işlənmişdir. Əhəməni imperiyası yarandıqdan sonra "fars” anlayışı yalnız bir etnik toplumu deyil, bütün imperiyanı əhatə etdi və bu ad coğrafi məna kəsb edərək yunan tarixi-coğrafi ədəbiyyatına düşmüş oldu. Həqiqətən də antik Yunan və Roma coğrafiyaçıları. Kiçik Anadolu yarımadasından Qara dənizə, oradan da Xəzər dənizin şimalına, şərqdə Hindistana cənubda isə indiki İran körfəzinə qədər böyük bir ərazini Persiya adlandırmışlar. Strabonun "Coğrafiya” əsərinin ingiliscə və yunanca olmaq üzrə birlikdə ən mükəmməl nəşrində də həm ilk səhifədə əks olunan xəritədə, eyni zamanda Persiya (Əhəmənilər imperiyası) haqqında verilən məlumatda rast gəlmək mümkündür və yuxarıda qeyd etdiyimiz sərhədləri göstərməkdədir. Tarixin atası adlandırılan Herodot isə öz əsərində dəfələrlə Persiya adını çəksə də oranın sərhədi haqqında heç bir məlumat vermir. Klavdi Ptolomey isə öz əsərinə Persiya haqqında məlumat versə də Albaniyaya məxsus şəhərlərin də adını çəkir. Bu fikri təsdiqləyən tarixçi alim D. Morqan da bildirməkdədir ki, Avropa alimləri tərəfindən istifadə olunan "Persiya” anlayışı antik yunan tarixi ədəbiyyatlarında Əhəməni dövlətini ifadə etmək üçün istifadə olunan latın mənşəli "La Persia” coğrafi adından meydana gəlmişdir. Tarixçi həmçinin bildirir ki, "Persiya” ifadəsi sadəcə müasir İran ərazisini əhatə etmir. Onun fikirlərinə görə kitabda işlədilən "Persiya” anlayışı müasir Türkiyənin qərb qismini, keçmiş Sovetlər Birliyinin cənub hissəsini, Əfqanıstanı və müasir İran İslam Respublikasını əhatə edir. Bu fikri nə dərəcə doğru hesab etmək olar və bu fikir nə dərəcə elmi baxımdan daha çox peşəkarlıqdır, düşnüməmək insanın əlində deyil.

XII əsrdən etibarən Azərbaycan səyahət edən avropalı səyyahlar da antik yunan coğrafiyasının təsiri ilə Dərbənddən cənuba bütün əraziləri "Persiya” adlandırdılar. Alman səyyah Adam Oleari öz səyahət qeydlərində Rusiya sərhədini keçdikdən sonra Persiyaya daxil olduğunu yazır. Dərbənd, Şamaxı, Təbriz kimi tarixi Azərbaycan şəhərlərini Persiya şəhərləri kimi təqdim edir. Səyahətnamədə ziddiyyətlər mövcuddur. Səyyah əraziləri Persiya adlandırsa da əhalinin Türk dilində danışdığını da qeyd etməkdədir. Jan Batist Tavernye də öz səyahətnaməsində Persiyanın sərhədlərini göstərməkdədir. Səyyahın təbirincə desək Persiyanın şimal sərhədi eyniliklə Adam Olearinin səyahətnaməsində olduğu kimi Dərbənd şəhərindən başlayır. Hətta müəllif Təbriz şəhərinin adını erkən orta əsrlərdə Avropa və erməni qaynaqlarında işlədildiyi kimi "Tuaris” formasında göstərmişdir. XIII – XVIII əsrlərdə Azərbaycana səfər edən bütün diplomat və səyyahların gündəlik qeydlərinə və səyahətnamələrinə nəzər saldıqda eyni mənzərə qarşılaşmalı oluruq. Bu onu göstərir ki, bütün avropalı səyyah və diplomatların şərq haqqında məlumatlarının qaynaqları eyni yerdəndir. Yəni, hamısı az öncə qeyd etdiyimiz antik yunan coğrafi biliklərinin təsirinin yaratdığı təsəvvürlə öz səyahətnamələrini yazmış və avropalılarda düzgün coğrafi təsəvvür yaratmaq üçün onların da elmi biliklərinə uyğun olaraq coğrafi termin kimi "Persiya” kəlməsindən istifadə etmişlər.

Antik tarixi-coğrafi biliklərin təsirinə düşən alimlərdən biri olan Carlz Stori özünün üç hissəli, on cildlik nəhəng "Persian literature: a bio-bibliographical survey” əsərində səyyahların etdiyi səhvi təkrar etmişdir. Əsər bütövlükdə İran ədəbiyyatının tədqiqinə həsr olunsa da, birinci hissəsinin dördüncü kitabında Azərbaycan Persiyanın bir hissəsi kimi göstərilir. Eyni əsərin birinci hissəsinin beşıncı cildi isə "Hindistan tarixi” adlanır (Storey C. A.. Vol 1. Part 1). Eyni imperiyaların tərkibində olan İranın və Azərbaycanın Persiyanın bir hissəsi kimi təqdim olunması ilk baxışdan normal görünsə də, Hindistanın Persiyanın bir hissəsi kimi göstərilməsi həm tarixilik, həm də elmilik baxımdan doğru hesab etmək bir o qədər də inandırıcı görünmür.
ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ






















Müasir tarixçilər isə Azərbaycan daxil olmaqla bir çox əraziləri müasir sərhədlərə uyğun olaraq İran ərazisi kimi göstərirlər. Halbuki, İran adı 1935-ci ildən etibarən rəsmən siyasi-coğrafi məna ifadə etməyə başladı/ Arian tayfalarının adı ilə bağlı olan "İran” ifadəsi, ilkin qaynaqlarsa daha çox farsları ifadə etmək üçün də istifadə olunurdu. Çox təəssüflər olsun ki, müasir qərb, eləcə də Rusiya və Türkiyə tarixşünaslığı bu yönlü məsələlərə geosiyasi nöqteyi-nəzərdən yanaşır. Bu cür müəlliflərdən biri Linda Komarofdur. Onun "Beyond and Legacy of Genghis Khan. Edited” adlı əsəri olduqca qiymətli hesab olunsa da, müəllif Elxanilər dövrü haqqında məlumat verərkən oranı İran ərazisində yaranmış bir dövlət kimi təqdim edir. Bruno de Nikola da əsərinin adından göründüyü kimi "İran Moğolları” ifadəsindən istifadə edir. "İran Moğolları” terminin işlədən tarixçilərdən biri də görkəmli Elxani dövrü tədqiqatçısı B. Spulerdir. C. Kolbasın "The Mongols in Iran. Chingiz Khan to Uljaytu 1220-1309” adlı əsərində də moğolların İrana yürüşləri və İranda Elxanilər ulusunu yaratmaları haqqında fikirlər öz əksini tapmaqdadır. C. Leyn isə "The Mongols in Iran” adlı araşdırmasında siyasi prosesləri İrana aid etmir, amma mədəniyyət xadimlərini də fars adlandırır. Mədəniyyət abidələrimiz xarici tarixşünaslıq tərəfindən fars abidələri kimi təqdim alimlərdə digər biri isə Elxani memarlığı üzrə ən dərin araşdırmalar aparmış Şeyla Bleyerdir. Çox təəssüf ki, müəllif "Ilkhanid architecture and society: an analysis of the endowment deed of the Rabʿ-i Rashīdī” adlı əsərində Rəb-Rəşidi və bunun kimi abidələri fars abidələri kimi qiymətləndirir. Eduard Braun isə orta əsrlərdə bütün ədəbi və tarixi əsərləri fars mədəniyyətinin bir parçası kimi təqdim edir. Tibb tarixi üzrə ən dəyərli araşdırmalardan biri olan K. Elqudun "A medical history of Persia” tədqiqatı da Carlz Story üslubunda yazılmışdır. Yəni, Anadolu, Mərkəzi Asiya, İran, Azərbaycan əraziləri ümumilikdə Persiya kimi göstərilməkdədir. XI – XIV əsrlər Azərbaycan və İran tarixləri haqqında məlumat verən A. Lampton da "Continuity and Change in Medieval Persia. Aspects of Administrative, Economic and Social History, 11th-14th Century” adlı tədqiqatında bu və buraya qonşu olan əraziləri Persiya adlandırır. Bu tip əsərlərin sayları çoxdur və təxmini hamısı eyni məzmunludur. Eyni hal Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair əsərlərdə müşahidə olunmaqdadır. A. Nyuman "Safavid İran Rebirth of a Persian Empire” adlı monoqrafiyasında sadəcə Səfəvilərin fars imperiyası olduğunu göstərmir, eləcə də Səfəvilərin soykökü ilə bağlı yanlış və əsassız məlumatlar verir. A. Nyumandan fərqli olaraq R. Seyvori Səfəviləri fars adlandırmayaraq yumşaq davranır, lakin bütün əraziləri fars torpağı kimi göstərir (Savory R. M. İran under the Safavids). C. Hanvey və L. Lokxard da məsələyə eyni istiqamətdən yanaşaraq İran və ya fars terminlərindən istifadə etməyi üstün tutur.


ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ


























Bu cür vəziyyət müasir Türkiyə tarixşünaslığında da mövcuddur. Elxanlı dövrü tədqiqatçısı İ. Erdem məqalələrində "İraq və İran əyalətləri” ifadəsindən istifadə edib və Azərbaycan şəhərlərini də birbaşa olaraq İran əyaləti kimi göstərmişdir. H. Şahin isə elə məqaləsinin başlanğıcında yazmaqdadır ki, Elxanilər İranda yaradılmış bir Moğol dövlətidir. Doğrudur Elxanilər Moğol dövlətidir, lakin, İran ərazisində yaranma fikrinə haradan gəldiyinə anlam vermək çətin olur. Çünki, Elxanilərin hər üç paytaxtı Azərbaycan ərazisinə düşür. M. Uyar isə B. Spuler kimi dövləti Elxanlıları İran Moğolları kimi göstərməkdədir. Türk tarixçiləri O. Özgüdenli və A. Yuvalı hocalarımızın əsərlərində məsələyə obyektiv yanaşmışlar və İran coğrafi terminindən istifadə etməməyə cəhd etmişlər. XV əsr Azərbaycan Bayandurlu sülaləsinin hakimiyyətinə həsr olunan tədqiqat əsəri yazmış İ. Aka isə ərazini İran ərazisi kimi göstərmiş (halbuki paytaxt Təbriz olub) lakin hakimiyyəti Türkmən hakimiyyəti kimi təqdim etmişdir. Səfəvi dövləti haqqında məlumat verən görkəmli alim F. Sümer də İran coğrafi terminindən istifadə etmişdir (Sümer F. Safevî devletinin kuruluşu ve gelişmesinde Anadolu Türklerinin rolü). Bu cür nümunələrin sayı həddən artıq çoxdur və buna Rusiya tarixşünaslığında da rast gəlinir.

(Ardı var)
05 sentyabr 2019 /

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ

Похожие новости

ALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ

1917-ci ildə "Rus-Çin lüğəti" adlı kitab nəşr edilir. Bu kitabda bizi maraqlandıran bir məqam var. Rus dilindən Çin dilinə tərcümədə “Alban”sözünü “Azərbaycan” deyə tərcümə edirlər. Bu barədə Oljas

"IRAN'' ƏRAZİ ADI NƏ VAXT MEYDANA GƏLİB?

Zabit Babayev ''Iran'' cografi anlayışı meydana gelənə qədər həmin ərazidə Babil imperatorluğunun əyalət başçıları hakim olmuslar. E.ə. II minillikdə ari tayfalarından olan farslar simaldan gəlib

“Bütün İran Azərbaycan Respublikasının tərkibində olmalıdır” – Tarixçi şərhi

İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış edib. O iddia edib ki, 1828-ci ildə bağlanmış

Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqalə

Tofiq Əzizov Kəsrəvinin Azərbaycanın şimal hüdudu haqqındakı iddiası və Ərəb mənbələrindəki məlumatlar Ə. Kəsrəvi "Azəri, yaxud Azərbaycanın qədım dili” adlı əsərinin 1926 – cı ildəki nəşrində

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

Cavid Vəkil oğlu Bağırzadə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru cavid.bagirzade@gdu.edu.az (mənbə məlumatları və tarixi-arxeoloji
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ