ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ
Dr. Bayram Quliyev
Azərbaycan Milli Elmlər Akademiyası, Elm Tarixi İnstitutu


(Əvvəli: http://fedai.az/index.php?newsid=6157)

QEYD: Müəllif hüquqlarının qorunması və plagiarizmin qarşısının alınması səbəbindən istinadlar silinmişdir. Müəllif hüquqları qorunur və məqalədən istifadə zamanı istinad vacibdir. İstinad: Quliyev B. N. Orta əsrlər Azərbaycan tarixinə dair xarici tarixşünaslığa tənqidi bir baxış // Yeni Türkiye. Azerbaycan özel sayısı – II. Ankara, 2019, sayı 108, s. 14-29

Fikir, tənqid və rəyləriniz üçün e-mail: bayramqulusoy@yahoo.com

3. İRAN VƏ AZƏRBAYCAN İLKİN QAYNAQLARDA

İlkin mənbələrə nəzər saldıqda isə tamamilə fərqli bir mənzərə ilə qarşılaşırıq. Azərbaycan tarixinin X-XII əsrlər tarixini öyrənmək üçün ən çox istifadə olunan qaynaq Səlcuqnamələrdir. Əhməd bin Mahmudun müəllifi olduğu Səlcuqnamədə İran kəlməsinə heç bir yerdə rast gəlinmədiyi halda Azərbaycan adına, eləcə də Şəki və digər şəhərlərin adına dəfələrlə rast gəlinir. İranı təsvir etmək üçün ərəb tarixçiliyində daha geniş yayılmış əcəm terminindən istifadə edir. Səlcuqnamədə antik müəlliflərin, onların davamçılarının Persiya adlandırdıqları ərazi, hissələrə bölünərək dövrün coğrafi bölgüsünə uyğun formada, aşağıdakı kimi göstərilir. "Sultan Səncər bir çox məmləkətin Sultanı idi. Nihavənd, İraq, Səmərqənd, Xorasan, Təbəristan, Kirman, Sistan, İsfahan, Həmədan, Rey, Azərbaycan, Ərməniyyə, Arran...” (Ahmed bin Mahmud. Selçukname) Əsərin bir çox yerində işlədilən Azərbaycan kəlməsi həm ərazi kimi, həm bölgə kimi, həm də əmirlik kimi verilmişdir. XI-XIV əsrləri əhatə edən İbn Bibinin "Səlcuqnamə” əsərinə diqqət yetirdikdə görmək mümkündür ki, İraqın adı coğrafi termin kimi bir neçə dəfə çəkildiyi halda İranın adı heç bir formada çəkilmir. Həmin əsərdə Azərbaycan kəlməsi coğrafi ərazini təsvir etmək üçün dəfələrlə istifadə olunmuşdur. İran adı heç Nizamülmülkün "Siyasətnamə” əsərində də çəkilmir. Lakin, Azərbaycan adı əsərdə həm coğrafi mənada, həm də əmirlik kimi dəfələrlə çəkilməkdədir. Müəllif Məzdəkilər hərəkatından söhbət açarkən Azərbaycanın bu hərəkatın əsas mərkəzlərindən biri olduğu fikrinin yaranmasına səbəb olan məlumatlar verir. Belə qənaətə gəlmək olar ki, nə Sasanilər dövründə, nə də X-XI əsrlərdə Səlcuqlular Azərbaycan ərazisindən Anadoluya keçdiyi zaman İran məfhumu yox idi. Belə bir hal mümkün olsaydı, müəlliflər bu addan mütləq hər hansı bir formada istifadə edərdilər. Bütün bunlara rəğmən əsərlərin müasir çaplarında ön söz və şərhlərdə İran məfhumu varmış kimi fikirlər yer almaqdadır. Məsələn XIII-XV əsr farsdilli unikal mənbələrdən biri olan Ata Məlik Cüveyninin "Tarixi-cahanquşa” əsərini heç bir yerində İran kəlməsi keçmədiyi halda əsəri Türk dilinə çevirən M. Öztürk Ön sözdə, əsər və onun müəllifi haqqında məlumat verərkən və şərhlərdə dəfələrlə İran kəlməsindən istifadə edərək, məsələyə müasir sərhədlər çərçivəsindən yanaşdığını göstərməkdədir. Tərcüməçi Əsərin daxilində heç keçməyən İran kəlməsinə geniş yer ayırarkən, əsərin içində dəfələrlə istifadə olunan və coğrafi ərazi mənasını ifadə edən Azərbaycan kəlməsini istifadə etməkdən çəkinmişdir.
ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ
Halbuki, əsərin ingiliscə nəşrində obyektiv davranılmış və müxtəlif mənaları ifadə etmək üçün Azərbaycan adı 16 yerdə işlədilmişdir. "Tarixi-cahanquşa” əsərinin farsca Məhəmməd Qəzvini nəşrində isə İran kəlməsi Azərbaycan kəlməsindən daha çox istifadə olunub. Əsərin Məhəmməd Qəzvini nəşri əsasında J. Boyle tərəfindən hazırlanan ingiliscə tərcüməsi daha obyektiv davranaraq nə ön söz və şərhlərdə, nə də əlavə məlumatlar verərkən İran və Persiya sözlərindən istifadə etməmişdir. Buradan belə nəticə çıxartmaq mümkündür ki, ilkin qaynaqların farsca təshih olunmuş variantlarında bir sıra qeyri-obyektivliklərə rast gəlinir. Ehtimal etmək olar ki, əsərlərin ilkin əlyazmasında istifadədə olunan Əcəm və Fars sözləri əsərin təshih olunmuş çaplarında İran sözü ilə əvəz olunur. M. Öztürkün tərcümə etdiyi və 2000-ci ildə nəşr olunan Mahmud Aksarayinin "Müsamərətül-əxbar” əsəri, 1941-ci il M. Nuri Gəncosman tərəfindən gerçəkləşdirilən tərcüməsindən xeyli fərqlənir və əsərin ikinci nəşrində bir çox ixtisarlara rast gəlinir. Digər bir tərəfdən əsərdə Böyük Səlcuqlu Sultanlığı, onun davamı olan Anadolu Səlcuq Sultanlığı kimi tanıdığımız imperiyanın Sultanları İran Sultanları kimi təqdim olunur. Halbuki, əsərin almanca nəşrində 14 Sultan Səlcuqlu sülaləsinin sultanları kimi tərcümə edilmişdir. Bu da əsərin tərcümə variantlarına qarşı inamsızlığın yaranmasına səbəb olur və orijinal əlyazmaya baxma ehtiyacı hiss etdirir ki, bu da hələlik mümkün deyil. Sadəcə onu deyə bilərik ki, əsərin hər üç nəşrində Elxanilər dövründən bəhs olunan hissələrdə İran adına rast gəlinmir. Dövrün əsas qaynaqlarından biri olan İbnül-İbrinin "Əl-müxtəsər fid-düvəl” əsərinin türk dilindəki tərcüməsində də 5-ci və 6-ci xanədanlıqlar iranlıların yaratdığı xanədanlıqlar kimi göstərilmişdir. Halbuki, əsərin ingiliscə çapında bu xanədanlıqlar orijinalına uyğun şəkildə Midiya və Fars xanədanlığı kimi verilmişdir. Lakin, əsərin istənilən tərcüməsində 9-cu və 10-cu xanədanlıq kimi təsvir olunan Ərəb Xilafəti və Moğollardan məlumat verilərkən İran coğrafi adına rast gəlinmir.
ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ
Moğol dövrünün ən böyük əsəri, ilk ümumdünya tarixi hesab olunan "Cameüt-təvarix” əsərində də demək olar ki, yüz dəfələrlə Azərbaycan adı keçməkdədir. Eyni zamanda əsərdə Fars kəlməsi ilə bərabər İran kəlməsi bir neçə dəfə istifadə olunmuşdur. Fəzlullah Rəşidəddin "Cameüt-təvarix” əsərinin "Tarixi-mübarəki-Qazan” cildində Hülakü xanın beşinci oğlu olan Tugay haqqında məlumat verərkən bildirir ki, o, İran səfəri zamanı ildırım vurmasından dünyasını dəyişmişdir. Və ya Münkə xaqan Hülakü xanı İrana başçı təyin edir və ora göndərir. Əsərin farsca iki mühüm nəşrləri olan Behman Kərimi və Məhəmməd Rövşən-Mustafa Musavi nəşrlərinin heç biri tam və kamil deyil, eyni zamanda hər iki nəşrdə çatışmamazlıqlar var. Lakin, əsərin ingiliscə V. Takston və Rusca A. Arends nəşrlərinə nəzər yetirdikdə burada da İran kəlməsinin işlədildiyini görmək mümkündür. Təəssüf ki, əsərin ilkin əlyazmasına baxma imkanımız yoxdur və beləcə İran adının ilkin nüsxədə necə işləndiyi haqqında fikir irəli sürmək mümkün deyil. Ola bilsin ki, fars formasında işlədilmişdir. İran haqqında bəhs edilən məlumatları nəzərdən keçirərkən bir məqam insanın diqqətini çəkməyə bilmir. "Cameüt-təvarix” əsərində sadəcə Hülakü xan zamanında və dövlət yaranmamış "İran məmləkəti” və ya "İran torpağı” ifadəsi işlədilmişdir. Hülakü xandan sonra gələn xanlar zamanında demək olar ki, bu ada rast gəlinmir. Abaqa xanın zamanında keçmiş İsmayillilərin əraziləri Fars məmləkəti kimi işlədilməyə başlayır. Əsərdə deyilir ki, "Abaqa xan Fars əyalətlərini Atabəy Əbu Bəkirin övladlarına bağışladı”.

Əsərin elə həmin yerində İraq, Rum, Azərbaycan, Arran və s. ərazilər də məmləkət kimi göstərilir və Azərbaycanın mərkəz olduğu vurğulanır. Azərbaycanın Elxanilər dövlətinin metropoliyası olması fikrinin bir çox əsasları mövcuddur. Bunlardan birincisi ölkənin paytaxtının Təbriz şəhəri olmasıdır və "Darül-mülk” adlanan bu şəhərin Azərbaycanda yerləşdiyinə dair heç bir şübhə yoxdur. Əgər Təbriz fars coğrafiyasına aid olsaydı adı Azərbaycandan bəhs edilərək xatırlanmazdı. Digər bir məsələ, Elxanilərin xəzinəsi də Azərbaycanda yerləşirdi. Əhməd xan başda olmaqla bir çox Elxani xanları zamanlarının çoxunu Muğanda və Qarabağda keçirərdilər. Həmçinin Rum, Şam və başqa ərazilərdə qırğın və yağmalar həyata keçirən Elxani hökmdarları Azərbaycan və ətrafında belə bir addım atmadılar. Başqa bir diqqət çəkici məqam undan ibarətdir ki, Elxani dövləti yaranmamışdan öncə moğollarla Ərəb Xilafəti arasında İsmayillilər adlı fars dövləti mövcud idi. Ola bilsin ki, Fəzlullah Rəşidəddin əsərdə bu dövləti ifadə etmək üçün "İran” və ya Arean ifadəsindən istifadə etmişdir. Həqiqətən də əsərdə sadəcə İsmayillilər dövlətinə işarə edərkən "İran məmləkəti” və ya "İran torpağı” ifadəsindən istifadə olunub. Məmləkət isə o dövrdə ölkə mənasını ifadə etmirdi, sadəcə əyalət və ya vilayət mənasında işlədilirdi. Behman Kərimi nəşrində əksər hallarda vilayət ifadəsi işlədilir. Belə nəticəyə gəlmək olar ki, Elxanilər zadəganları etnik baxımdan moğol olsalar da onların ordularında çoxlu Türk əsgər vardı və çox güman ki, Azərbaycana gəlmiş moğolların xeyli hissəsi Türk idi.
ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ
Moğol ordusunda bir çox Türk əsgəri komandırlik edirdi ki, bunlardan biri də Fəzlullah Rəşidəddinin təbirincə desək "Moğolların başı Əmir Böri idi”. Börü və ya Börü qədim Türkcədə qurdu ifadə etmək üçün istifadə olunur. Mahmud Kaşqarlının "Divani-lüğət it-Türk” əsərində bildirilir ki, Türklərə qadın doğumunu tamamlayarkən həkimə belə bir sual verirlər "tilkü mü togdı azu böri mü?”, yəni "tülkümü doğdu, yoxsa qurdmu?” Doğulmuş körpənin oğlan (qurd) yoxsa qız (tülkü) olduğunu öyrənmək üçün istifadə olunan Türk deyimidir. "Cameüt-təvarix” əsərinin əvvəlində F. Rəşidəddin Türk və Moğol tayfalarının təsnifatını verir və hətta müəllif Türklər haqqında məlumatı öz əsərinə moğollardan öncə daxil etmişdir. Böyük təbibin Türklər haqqındakı məlumatı, moğollar haqqındakı məlumatdan daha öncə daxil etməsi Türklərin Moğollar arasında daha yüksək mövqedə dayandığını söyləməyə imkan verir. Əgər Moğollar farslara yaxın olsaydılar və "İran Moğolları” deyə bir dövlət mövcud olsaydı, Qazan xanın birbaşa nəzarətində yazılan "Cameüt-təvarix” əsərində Fars tayfalarının təsnifatı da verilərdi. Bundan başqa Türklərdə mövcud olan yas adətləri eyniliklə Moğollarda da mövcuddur. Əbülqasım Kaşaninin "Tarixi-Olcaytu” əsəri Türk təqvimi əsasında yazılıb və xeyli sayda türkizmlərdən istifadə olunub. Belə düşünmək mümkündür ki, Elxanilər təsadüfən Azərbaycanı mərkəz seçməmişdilər. onları bu torpağa etnik əlaqələr bağlayırdı. Onu da dəqiqliklə demək olar ki, bir Moğol ulusu olan Elxanilər dövləti İran dövləti və ya sülaləsi deyildi, Azərbaycan ərazisində yaranmışdı.

Əmir Teymurun fəthləri haqqında ən unikal qaynaq olan Nizaməddin Şaminin "Zəfərnamə” əsərində Azərbaycan və İran məmləkətləri olaraq ayrıca göstərilmişdir. Əsərə diqqət yetirərkən tarixi coğrafiyanı dəqiq müəyyən etmək mümkün olmasa da burada yerləşən şəhərlərin adlarına diqqət yetirərək belə bir qənaətə gəlmək olar ki, Azərbaycan elə öz tarixi ərazilərini, İran isə farsların yaşadığı əraziləri göstərmək üçün istifadə olunub. Müəllif əraziləri olduqca dəqiq verərək bəzən İran vilayətləri yerinə Fars vilayəti ifadəsindən də istifadə etmişdir. Ağqoyunlu tarixinin öyrənilməsi üçün ən əsas tarixi qaynaq hesab olunan Əbu Bəkr Tihraninin "Kitabi-Diyarbəkriyyə” əsərində də İran coğrafi ərazi kimi və ya siyasi mənada işlədilmir.

Lakin, əsəri Türk dilinə çevirən M. Öztürk bütün şərh və izahlarda fars yerinə də, İran İslam Respublikası yerinə də İran kəlməsindən istifadə etməyi üstün tutmuşdur. Zənnimizcə ən çox təhriflərə məruz qalan əsər Həmdullah Mustoufi Qəzvininin "Tarixi-qozide” əsəridir. Əsərin həm təshih olunmuş farsca Əbdülhəsən Nəvahi nəşri, həmdə Türk dilinə tərcümə olunan Mürsəl Öztürk nəşrində xeyli sayda təhriflərə yol verilmişdir. Əsərdə göstərilir ki, Abaqa xan zamanında Bərkay xan intiqam üçün İrana yönəldi, Kür çayı qırağında xanın qardaşı Yəşmuta çatdı. Əminik ki, Həmdullah Mustoufi Qəzvini Kur çayı ətrafını İran adlandırsın. Çünki, irəlidə bəhs edəcəyimiz və Həmdullah Mustoufi Qəzviniyə məxsus olan "Nüzhətül-qülub” əsərində Kür çayının Azərbaycan ərazisində yerləşməsi haqqında məlumat mövcuddur. Demək ki, əsərin təshihində yol verilən xətalar əsərin sonrakı ingiliscə qısa tərcüməsi daxil olmaqla bütün tərcümələrinə də sirayət edir.

(Ardı var)

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ
06 sentyabr 2019 /

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ

Похожие новости

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ

Dr. Bayram Quliyev Azərbaycan Milli Elmlər Akademiyası, Elm Tarixi İnstitutu QEYD Müəllif hüquqlarının qorunması və plagiarizmin qarşısının alınması səbəbindən istinadlar silinmişdir. Müəllif

ALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ

1917-ci ildə "Rus-Çin lüğəti" adlı kitab nəşr edilir. Bu kitabda bizi maraqlandıran bir məqam var. Rus dilindən Çin dilinə tərcümədə “Alban”sözünü “Azərbaycan” deyə tərcümə edirlər. Bu barədə Oljas

Böyük Azərbaycan hökmdarı Hülakü xan

“Elxani” adı, “Böyük Xaqanlıq” mənasını verir. Belə ki, Elxanilərin öz bayraqları və pul vahidləri olsa da, əyalət sayılırdı və monqolların Böyük Xaqanına tabe idi. “Elxani” sözünün digər izahı “

“Bütün İran Azərbaycan Respublikasının tərkibində olmalıdır” – Tarixçi şərhi

İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış edib. O iddia edib ki, 1828-ci ildə bağlanmış

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

Cavid Vəkil oğlu Bağırzadə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru cavid.bagirzade@gdu.edu.az (mənbə məlumatları və tarixi-arxeoloji
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ