ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ
Dr. Bayram Quliyev
Azərbaycan Milli Elmlər Akademiyası, Elm Tarixi İnstitutu

(Əvvəli: http://fedai.az/index.php?newsid=6157, http://fedai.az/index.php?newsid=6169)

Səfəvilər İmperiyası tarixinə dair ilkin qaynaqlarda onların Türk əsilli olması və Azərbaycanda dövlət yaratması haqqında məlumatlar kifayət qədərdir. Görkəmli səfəvişünas Azərbaycan alimi Zabil Bayramlı Şeyx Hüseyn bin Şeyx Abdal Zahidinin "Silsilətün-nəsəbi Səfəviyyə” əsərinin tədqiqinə həsr etdiyi monoqrafiyada Təvəkkül bin Bəzzaz əl-Ərdəbilinin "Səfvətüs-səfa” əsəri daxil olmaqla bir çox ilkin qaynaqlardan istifadə edərək Səfəvilərin etnik kimliyinə aydınlıq gətirmişdir. O bildirmişdir ki, indiyə qədər tarixşünaslıqda Səfəvilərin fars, kürd və ya ərəb mənşəli olması haqqındakı fikirləri tamamilə əsassızdır. Müəllif "Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu” adlı digər bir əsərində Məhəmməd Yusif Qəzviniyə istinadən yazır: "Şərur döyüşündən sonra İsmayıl darossəltəne-ye (paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (təxte səltənete Azərbaycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər təmam məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm zərb edildi”. Əlavə şərhə ehtiyac olmayan bu parçadan aydın olur ki, Səfəvilər hansı coğrafi ərazidə yaranmışdır və nə dərəcədə doğrudur ki, bu dövləti İran dövləti kimi göstərilsin.

4. ORTA ƏSRLƏRDƏ AZƏRBAYCAN VƏ FARS COĞRAFİYASI

İlk öncə onu vurğulamaq zəruridir ki, Azərbaycanın tarixi ərazisi haqqında məlumat verərkən Ermənistan Respublikası xaric, heç bir qonşu ölkəyə, xüsusilə də İran İslam Respublikasına ərazi iddiası irəli sürmək fikrində deyilik. Yeganə istəyimiz Azərbaycanın tarixi-coğrafi ərazisi haqqında doğru, dürüst fikir formalaşdırmaqdan ibarətdir. Tədqiqatda istifadə olunan "İran” "Fars” və "Azərbaycan” tarixi-coğrafi anlayışları tarixi səciyyə daşıyır. Problemin daha aydın anlaşılması üçün sözü gedən ifadələrin, ilkin qaynaqlara əsasən hansı coğrafi əraziləri əhatə etməsi və onların xüsusiyyətləri haqqında məlumatlara yer ayırmağın vacib və əhəmiyyətli olduğunun qənaətindəyik.
ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ
Xarici tarixçilərin əsərlərində bəzən "İran”, bəzən də "Persiya" kimi işlədilən ifadələr orta əsrlər tarix-coğrafi ədəbiyyatlarında "əcəm" (عجم) formasında istifadə edildiyini müşahidə etmək mümkündür. Xarici tarixşünaslar ərəb və fars dilindən tərcümə etdikləri zaman orijinalda "əcəm" kimi işlədilən tarixi-coğrafi termini "Persiya" və ya "İran" olaraq tərcümə etmişlər. Elə isə, "əcəm" sözü nə anlamı ifadə edir? Azərbaycan dilinin izahlı lüğətində göstərilir ki, "əcəm" sözü ərəb dilində ərəb olmayan xalqlarını adlandırmaq üçün istifadə edilirdi. Ayrıca bu sözün "xarici" və "ərəb dilini anlamayan" mənaları da vardır. XV - XVI əsrlərdə isə bu söz yalnız İran və Azərbaycan ərazilərini ifadə etmirdi, eyni zamanda Xorasan və Türküstan bölgələrini də ifadə etmək üçün bu söz istifadə edilirdi. X əsr ərəb coğrafiyaçısı Əl-Müqəddəsi özünün "Əhsənüt-təqsim” əsərini iki böyük hissəyə ayırır. Birinci hissə ərəb coğrafiyasına, ikinci hissə isə qeyrı-ərəb coğrafiyasının təsvirinə həsr olunmuşdur. İkinci hissə "Əcəm torpaqları” adlandırılır. Bu ərazilər aşağıdakı bölgələrə ayrılır: Məşriq, Deyləm, Rəhab, Cibal, Xuzistan, Fars, Kirman. Göründüyü kimi "əcəm” sözünü bəzi ədəbiyyatlardakı kimi "İran” formasında deyil və "Persiya” kimi tərcümə etmək də yolverilməzdir. Bu kimi misallar ərəb qaynaqlarında çoxdur və bəzilərinə yeri gəldikcə araşdırmada müraciət olunub. Əl-İstəxri "Məsalükül-məmalik” əsərində İran adını çəkməyərək sadəcə Fars əyalətinin sərhədini göstərmişdir. Əsərə görə söyləmək mümkündür ki, Fars əyalətinin şərqində Kirman, qərbində isə Xuzistan və İsfahan yerləşir. Mərkəzi Şiraz olan bu əyalətin cənub sərhədi Fars (Fars körfəzi) dənizidir. Bundan başqa əsərdə Fars əyalətinə məxsus Siraf və İstəxr şəhərləri də göstərilmişdir. "Hüdudül-aləm”də Fars əyalətinin sərhədləri və şəhərləri daha dəqiq verilmişdir. Əl-İstəxridən fərqli olaraq bu əsərdə bu vilayətin şimal sərhədi haqqında dəqiq məlumat var və bura Fars səhrasıdır. Bu əsərdə də Şiraz və İstəxr şəhərləri Fars əyalətinin ən iri şəhərləri hesab olunur. Əbül Fida "Təqvimül-buldən” adlı əsərində digərləri kimi Xuzistan, Xorasan, İsfahan və Həmədanı Fars əyalətinə daxil etmir. Fars əyalətinin ən şimal şəhərinin Rey olduğu haqqında məlumat verən müəllif buranın mərkəzi şəhərinin Şiraz olduğunu xatırladır. Fars əyaləti haqqında məlumatlara diqqət yetirdikdə aydın olur ki, ərəb qaynaqlarında bu əyalət haqqında ziddiyyətli heç bir məlumat mövcud deyil. Onu da anlamaq mümkündür ki, Fars əyalətinin ərazisi, xarici tarixşünaslığın göstərdiyi İran və ya Persiya sərhədlərini əhatə etmir. Həmçinin "əcəm” adlanan coğrafi anlayış nə İranı (Persiyanı), nə də Fars əyalətini əhatə etmir.

"Azərbaycan” ifadəsi coğrafi ərazi kimi ilk dəfə Dərbənd səddinin divarlarında işlədilmişdir. Sasani dövrünə aid olan pəhləvi dilində yazılmış kitabədə deyilir ki; "Bura və burdan aşağılar Adurbadaqan/Azərbaycandır.” (Dərbənd divarlar. Daş plitə. № 182-183) Bu kitabənin Sasani dövlətinin məşhur hökmdarı Xosrov Ənuşiravan zamanına aid olduğunu söyləmək mümkündür. Daha sonra bu coğrafi ada ərəb qaynaqlarında daha çox rast gəlinir. Əl-Müqəddəsi Azərbaycan və Ərməniyyə ərazilərinə ortaq bir ad tapmadığı üçün buranı bolluq və bərəkət mənasını ifadə edən "Rəhab” adlandırır. Müəllif "Rəhab” bölgəsini üç əraziyə ayırır.
ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ
Azərbaycan, Arran və Ərməniyyə. Ərəb mənbələrinin bir çoxunda Azərbaycan və Arran ayrı-ayrı göstərilsə də, xüsusilə tarixi əsərlər yazan müəlliflərin əksəriyyəti Arranı Azərbaycanın bir hissəsi kimi öz əsərinə daxil etmişdir. Əl-Müqəddəsiyə görə Arran iki çayın – Samur və Araz çaylarının arasındakı əraziləri əhatə edir. Mərkəzi Bərdə olan Arrana Tiflis, Hunan (indiki Qazax), Şəmkir, Gəncə, Beric(?), Şamaxı, Şirvan, Bak, Şabran, Babül-əbvab (Dərbənd), Abxaz, Qəbələ, Şəki, Malazqırd şəhərləri daxil idi. Əl-Müqəddəsi Azərbaycan ərazilərini birbaşa özü görmədiyinə görə əsərində yanlışlığa yol vermişdir. Məsələn Tiflisi və Abxazı Arran şəhəri adlandıran müəllif Dəbil, Xoy, Salmas, Urmiya kimi şəhərləri erməni şəhəri adlandırmışdır. "Əhsənüt-təqsim” əsərinin məlumatlarında daha bir ziddiyyətli məqam mövcuddur. Əsərdə Dəbilin erməni şəhəri olduğu göstərilsə də burada müsəlmanların yaşadığı və böyük bir məscidin var olduğu da göstərilir. Bilindiyi kimi Azərbaycanın şimal hissəsi xristian idi və təbii olaraq İslamı gec qəbul etdi. Azərbaycanın ən qərbində, Bizans ilə qonşuluqda yerləşən bir şəhərdə iri bir məscid varsa, bu şəhər erməni şəhəri ola bilməz. Bu fikrin doğru olduğunu fərz etsək, ermənilərin yaşadığı şəhərdə müsəlmanlar azlıq təşkil etməlidir və müsəlmanların azlıq təşkil etdiyi bir şəhərdə iri bir məscid mövcud ola bilməz. Müəllifi bəlli olmayan "Hüdudül-aləm” əsərində də Ərməniyyə, Arran və Azərbaycan fərqli vilayət kimi göstərilir və bu əsərdə də Əl-Müqəddəsinin məlumatlarına bənzər məlumatlar verilir. Əsərdə Ərdəbil, Əsna, Miyanə, Xinə, Caburqan, Təbriz, Marağa Bərzənd, Muğan, Vərtan Azərbaycan şəhərləri kimi, Dvin, Daxarraqan, Urmiya, Səlmas, Xoy, Malazgird, Qalqala, Mayafariqin, Mərənd, Mimad, Əhər, Qaban, Bərdə, Beyləqan, Bazgah, Gəncə, Xunan, Qala, Tiflis, Şəki, Mübarəki, Süqəlcabal, Sunabatman, Sanar, Qəbələ, Bərdic, Şirvan, Xirdivan, Şabran, Dərbənd və Bakı şəhərlərini Arran və Ərməniyyə şəhərləri kimi göstərsə də Ərməniyyə və Arran arasındakı sərhəd haqqında heç bir məlumata rast gəlinmir. Əsəri ingilis dilinə çevirən V. Minorski aidiyyəti olmasa da əsərin adının aşağısına "Fars/İran Coğrafiyası” ifadəsini daxil etməyi lazım bilmişdir. Əl-Müqəddəsidən bir əsr öncə yaşamış İbn Xordadbeh özünün "Əl-məsalik vəl-məmalik” əsərində Azərbaycan şəhərlərini daha dəqiq göstərərək Salmas və Urmiyanı Azərbaycan şəhəri kimi xatırlayır. Əsərə nəzər yetirərsək Zəncan, Marağa, Miyanə, Ərdəbil, Vərsan, Sisər, Bərzə, Saburxas, Təbriz, Mərənd, Kulüsrax, Muğan, Leşkərə, Bərzənd, Cəbzə, Cabrevan, Nəriz, Urmiya, Salmas kimi Azərbaycan şəhərlərinin adını görə bilərik. İbn Xordadbeh isə Azərbaycanın şimal şəhərləri haqqında yanlış məlumat verir. O, Tiflis, Bərdə və Əl-Bab (Dərbənd) kimi şəhərləri Ərməniyyə şəhərləri kimi təsvir edir. Bu əraziləri Ərməniyyə. Arran və Azərbaycan olaraq üç yerə bölən müəlliflərdən bir də Əl-İstəxridir. O, "Məsalükül-məmalik” əsərində Ərməniyyə, Arran və Azərbaycandan tək bir bölgə kimi söhbət açır və Əl-Müqəddəsidən fərqli olaraq hansı şəhərin hansı bölgəyə (Azərbaycanmı, Arranmı yoxsa Ərməniyyəmi) aid olduğu haqqında məlumat vermir. Əl-İstəxri ümumilikdə bu üç əyalətin Ərdəbil, Marağa, Məyanic, Hünəc, Ucan, Daharrakan, Hüvəyyə, Salmas, Mərənd, Təbriz, Muğan, Vərsan, Cabrəvan, Babül-Əvbab (Dərbənd), Bərdə, Beyləqan, Bərzənc, Şamaxı, Şirvan, Abxaz, Qəbələ, Şəki, Şabran, Gəncə, Şəmkir və Hünan şəhərlərinin adını çəkir. Digər ərəb coğrafiya əsərlərində olduğu kimi, "Məsalükül-məmalik”də Dəbil şəhəri Ərməniyyənin əsas şəhəri kimi göstərilir. Əl-Yaqubi isə "Kitabül-büldən” adlı əsərində Qəzvini Azərbaycan yaxınlığındakı şəhər, Beyləqanı isə Azərbaycan şəhəri kimi təqdim etsə də Dərbənd daxil olmaqla bir çox şimaldakı şəhərlər haqqında məlumat vermir. Ehtimal ki, Əl-Yaqubinin yaşadığı dövrdə ərəblər hələ Azərbaycanın şimal hissəsini bir o qədər də yaxşı tanımırdılar, ya da ki, müəllifə bu ərazilər haqqında məlumat verilməmişdir. Daha bir X əsr müəllifi İbn Havqəlin "Surətül-ərz” adlı əsərində isə məlumatlar xeyli fərqlənir.

Düzdü müəllif digər coğrafiyaçılar kimi Azərbaycan, Arran və Ərməniyyəni bir əyalət kimi göstərsə də, digərlərindən fərqli olaraq şəhərlərin hansı vilayətə aid olması haqqında bir az dəqiq məlumat verir. Məsələn, digərlərindən fərqli olaraq Xoy, Salmas, Urmiya, Miyanə və s. kimi şəhərlərinin Azərbaycan şəhəri olduğunu yazır. Digər məlumatlar daha öncə vurğuladığımız məlumatlar ilə eyniyyətlilik təşkil edir. Öz səyahətnaməsində çox güman ki, Xristian dininə sitayiş etməsi səbəbi ilə Tiflisi (müəllif buranı İslamın girmədiyi şəhər adlandırır) bir erməni şəhəri kimi göstərən Əbu Düləf Ərməniyyə ilə Azərbaycan arasındakı sərhədin Van gölü olduğunu vurğulamaqdadır. O Muğan, Bakı, Ərdəbil, Bərdə, Urmiya, Salmas kimi Azərbaycan şəhərləri haqqında məlumat verir. Diqqət çəkici məqam ondan ibarətdir ki, səyyah Kur və Araz çaylarını təsvir edərkən, bu çayların Ərməniyyə ərazisində axması haqqında məlumat vermir ki, bu da əvvəlki ərəb müəlliflərinin söylədikləri fikirlərdə qeyri-dəqiqliyin mövcud olduğunu bir daha göstərmiş olur. Əsərdə bir dəfə də İran kəlməsinin keçməməsinə rəğmən, səyahətnaməni tərcümə edən S. Gündoğdu kitaba "İran səyahətnaməsi” adını vermişdir ki, bu da reallıqla ziddiyyət təşkil edir. XIV əsr ərəb coğrafiyaçısı Əbül Fidanın "Təqvimül-buldən” əsəri də digər əsərlər kimi eyni məlumat verməkdədir və ona görə də, bu haqda təkrar-təkrar danışmamağı üstün tutduq. Lakin, əsərdə bu qarışıqlığın səbəblərinə aydınlıq gətirən müəllif bildirir ki, Arran, Azərbaycan və Ərməniyyə sərhədləri bir-birinə elə qarışmışdır ki, hansı şəhərin hansı bölgəyə aid olduğunu müəyyən etmək çətindir. Belə bir nəticəyə gəlmək olar ki, ərəb coğrafiyaçılarının bir şəhəri müxtəlif bölgələrə aid etməsi, Azərbaycan şəhərinin, bəzən Arran, bəzən də Ərməniyyə şəhəri kimi göstərilməsi, Arran şəhərinin bəzən Azərbaycan, bəzən də Ərməniyyə şəhəri kimi göstərilməsi, bu bölgələr arasındakı sərhədlərin tam aydın olmaması və bir birinə çox qarışması ilə əlaqədardır. Məhz ona görə də ərəb coğrafiyaçılar üç bölgəni bir iqlim kimi təqdim etmişlər. Azərbaycan əyaləti və ona daxil olan şəhərlər haqında ən dəqiq məlumat Həmdullah Mustoufi Qəzvininin "Nüzhətül-qülub” əsərində verilmişdir. Müəllif Azərbaycanı üç vilayətə bölür. Mərkəz Azərbaycan, Muğan və Arran. Azərbaycanın ən böyük şəhəri kimi Təbriz göstərilir. Əsərin iki tərcüməsində çoxlu sayda xətalar mövcuddur.
ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ
Ərəb dilli tarixçilərinin əsərlərini nəzərdən keçirdikdə tamamilə digər fərqli bir coğrafi mənzərəni müşahidə etmək mümkündür. Bu tarixçilər mövcud ərazini Ərməniyyə, Arran və Azərbaycan olmaqla üç yerə deyil, Ərməniyyə və Azərbaycan olmaqla iki yerə bölürlər. Əl-Bələzuri "Fütuhül-büldən” əsərində yazır ki, Ömər bin Xəttab, əl-Hörmüzan ilə məsləhətləşərək ondan soruşdu ki, "İsfahanımı birinci fəth edək, yoxsa Azərbaycanımı?”. O da cavab verdi ki, "İsfahan başdırsa, Azərbaycan qanaddır”. Həmçinin Azərbaycanın fəthi haqqında məlumat verən müəllif Bərdə, Beyləqan, Muğan, Cilan, Şabran kimi şəhərlərin adını çəkir və Azərbaycanın mərkəzi şəhərinin Ərdəbil olduğunu vurğulayır. Əsərdə Azərbaycanın fəthi ilə bağlı məlumat verilərkən Arran adı çəkilmir və ərəb dilli coğrafiyaçılarının Arran şəhərləri kimi göstərdiyi şəhərlər Azərbaycana adi edilir. Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri özünün "Tarixi-Təbəri” əsərində Azərbaycan haqqında daha dəqiq məlumat verir: "Əcəmin Atəşgahları orda (Azərbaycanda) idi. Pəhləvi dilində atəşə "ezer” deyirlər. Ona görə əcəm xalqı bura Azərbaycan adını vermişlər. Ən böyük atəş məbədi ordadır. (Ərazisi) Həmədan tərəflərdən başlayıb, Zəncan və Əhərdən davam edib, ta Dərbəndi-Xəzərə qədər uzanır.

... Ərəbcədə ora (Dərbəndə) əl-Bab deyirlər.” Hz. Abu Bəkirin Xəlifə Hz. Ömər bin Xəttaba yazdığı məktub da diqqətdən kənarda qalmamalıdır. "İsfəndiyarı məhbus etdim. (Hələlik) Azərbaycanda müharibə aparmıram. Dərbəndə çatında orda dərbəndlilərlə savaşıb oranı fəth edəcəm”. Tarixçi aydın formada Azərbaycanın şimal sərhədinin Dərbənd olduğunu göstərmişdir. İbn Kəsr "Əl-bidəyə vən-nihayə” adlı əsərindı Azərbaycan haqqında məlumat verərkən yazır: ”Bu ildə (H.89) Küteybə bin Müslim Türk bölgələrinə hərəkət etdi. Azərbaycan tərəflərdəki Babül-Əbvab şəhərinə çatdı. Çoxlu sayda qala və şəhərləri fəth etdi”. İbn Kəsr həmçinin rusların Azərbaycan qarətli yürüşlərindən bəhs edərkən Bərdə şəhərinin buranın əsas şəhərlərindən biri olduğunu yazır. Görkəmli İslam tarixçisi İbnül-Əsirin "Əl-kamil fit-tarix” əsərində də bu fakt bir daha öz təsdiqini tapmışdır. Daha bir böyük İslam tarixçisi İmam Zəhəbi "Tarixül-İslam” adlı əsərində sözü gedən coğrafiyanın tarixi haqqında məlumat verərkən sadəcə Ərməniyyə və Azərbaycanın adını çəkir. Həmçinin, müəllif "Azərbaycan xalqı” ifadəsini işlədərək, onları farslardan ayırır.

Azərbaycan ərazisində yaşayan xalqların hansı dildə danışması haqqında da müxtəlif və ziddiyyətli məlumatlar mövcuddur. Əl-Müqəddəsi məlumat verir ki, "Rəhab” adlanan ərazidə daha çox ərəbcə və farsca danışırlar, lakin, Ərməniyyədə ermənicə, Arranda arran dilində danışırlar. Onların dilləri farscaya, əsasən də Xorasanda yaşayan insanların danışdığı farscaya yaxındır. Eyni məlumata Əl-İstəxrinin əsərində də rast gəlinir. Sadəcə olaraq əlavə məlumat verir ki, bu dillərdən başqa dağlıq bölgədə müxtəlif dillərdə danışan tayfalar yaşayır. Bu fikir İbn Havqəlin əsərində də mövcuddur. Lakin, müəllif Ərməniyyədə və Arranda ərəb dilində danışıldığı haqqında məlumat verir. Bu ziddiyyətli məlumatlar ərəb müəlliflərinin Azərbaycanda yaşayan insanların dilləri haqqında məlumatların yetərsiz olması fikrinin yaranmasına səbəb olur. İlk öncə qeyd edək ki, Azərbaycanda, həmçinin Arranda ərəb dili yerli əhali arasında heç bir zaman danışıq dili kimi istifadə olunmayıb. Elədirsə Arran dili hansı mənşəli bir dil idi. Əgər bu dil Qafqaz mənşəli bir dil olsaydı, müəlliflər bunu ayrıca vurğulamaz, dağlıq bölgədə yaşayan xalqların dillərindən biri hesab edərdilər. Əgər bu fars dilinin bir ləhcəsi olsaydı, müəlliflər mütləq bunu xüsusi vurğulayar, arran dilini ayrıca göstərməzdilər. Əl-Müqəddəsi qeyd etdiyi kimi bu dil Xorasanda yaşayan insanların farscasına uyğundur. Xorasan və Arran atasındakı kilometrlərlə məsafəni nəzərə alsaq bu iki region arasındakı dil fərqi olmamalıdır. Əksinə müəlliflərin təbiri ilə desək Arran farscası İsfahan və ya Şiraz farscasına daha çox bənzəməli idi, nəinki, uzaq Xorasan farscasına. Oda məlumdur ki, Xorasanda Qaşqay Türkləri yaşayır və bu Türklərin dili Aranda yaşayan Türklərin dilidir. Sadəcə olaraq müəllif qeyri-dəqiq məlumat əsasında Xorasanda yaşayan Türklərin varlığından xəbərsiz olduğuna görə bu dili farsca kimi qiymətləndirmişdir. Azərbaycanda və Arranda Türklərin mövcud olması haqqında görkəmli tarixçi Ət-Təbəri yazır: "Və həmin il (H. 89) Məsləmə bin Əbdülməlik Azərbaycan bölgəsində Türk qəzasına (məntəqəsinə) çatdı. Ta Dərbəndə qədər irəlilədi. Bir çox qala və şəhər ələ keçirdi.”. Eyni faktı ərəbdilli tarixçi İbn Kəsr də təsdiqləyərək yazır: ”Hicrətin 99-cu ilin yayında Məsləmə bin Əbdülməlik səfərə çıxdı. Məsləmə bin Əbdülməlik Türk bölgələrinə səfər etdi. Nəhayət Azərbaycan tərəflərdəki Əl-Baba çatdı, orda çoxlu qala və şəhərlər fəth etdi.” Əl-Məsudinin "Mürucüz-zəhəb” əsərində Xəzər dənizi ətrafında Türk qəbilələrini yaşadığı haqqında məlumat verir.

O yazır: "...Bu dənizin müxtəlif sahillərində insanlar yaşamaqdadırlar. Bu dəniz Babül-əbvab, Xəzər, Gil, Deyləm, Cürcan, Təbəristan dənizi adı ilə də tanınır. Ətrafında müxtəlif Türk qəbilələri yaşayırlar. Bir tərəfi Xorasandan Xarəzmə birləşir.”. Bu faktlar göstərir ki, Azərbaycanda ən şimalda yerləşən Dərbənddən Xorasan şəhərinə qədər Türklər yaşayırdı. Daha öncə vurğuladığımız Xorasanda yaşayan Türklərin dili Arrandakı Türklərin dilinə bənzər olması fikrini Əl-Məsudinin fikirləri bir daha təsdiq etmiş olur. Maraqlıdır ki, İmam Zəhəbi özünün "Tarixül-İslam” əsərində, hicrətin 15-ci ilində baş vermiş (637-ci il) Cəlula savaşı haqqında məlumat verərkən azərbaycanlıları və parsları (farslar) ayrı-ayrı göstərir. Əgər bu xalq tamamən farslardan ibarət olsaydı və farsca danışsaydı müəllif buradakı əhalini vahid xalq kimi göstərərdi. Zəkəriyyə Qəzvini "Əsəarül-bələd” əsərində məlumat verir ki, Muğan, Azərbaycanda Ərdəbildən Təbrizə gedərkən yolun sağında qalan kəndləri və otlaqları olan geniş bir vilayətdir. Daha sonra müəllif əlavə edir ki, bura istidir, amma Azərbaycan soyuqdur və torpaqları münbitdir. Ona görə də, bura Türkmənlərin qışlağı idi. İndi buranı Tatarlar qışlaq edib. Bu haqda onlarla faktlar söyləmək mümkündür. Lakin, bütün məlumatlar bir-birinə bənzədiyi üçün digər əsərlərin daxil edilməsinin zəruri olmadığı qənaətindəyik.

SONUC

İndiyə qədər incəlmiş olduğumuz tarixi-coğrafi əsərlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycan kəlməsi VI əsrdən artıq coğrafi-ərazi bildirmək üçün istifadə edilirdi. Təxmini Qəzvin və Zəncan tərəflərdən başlayıb Dərbənddə bitən Azərbaycanda kiçik xalqlarla birlikdə dominant olaraq Türklər yaşayırdılar. Orta əsrlər dövrü haqqında təsəvvür yaratmaq üçün ərəb dilli qaynaqlar nə qədər əhəmiyyətli olsa da onlarda ziddiyyətli məqamlar çoxdur. Əl-İstəxrinin bu üç bölgə arasında konkret sərhəd göstərməməsi bu fikrin yunan coğrafiyasından keçdiyi fikrinin yaranmasını göstərir. Məlumdur ki, İslamda elmi biliklərin formalaşmasında yunan elmi-fəlsəfi düşüncəsinin təsiri olmuşdur. Ərməniyyə coğrafi adı IX-XI əsrdə heç bir məna kəsb etməsə də ərəb dilli coğrafiyaçılar da Avropalı səyyahlar kimi insanlarda müvafiq təsəvvür yaratmaq üçün yunan coğrafiyasında istifadə olunmuş "Armeniya” ifadəsini işlətmişlər. Heç şübhəsiz ki, Arran adı da yunan qaynaqlarında tez-tez adı çəkilən "Alban” adının şəkil dəyişmiş formasıdır. Əl-İstəxri fars haqqında məlumat verərkən onları bir etnik qrup kimi göstərir. Lakin, müəllif öz əsərində erməni xalqının çoxunun Xristianlardan ibarət olduğunu yazır. Bu az öncə söyləmiş olduğumuz fikri bir daha təsdiqləyir. Ərməniyyə adlandırdığımız ərazi Ermənistan deyil, sadəcə yunan coğrafiyaçılarının verdiyi bir ərazi adıdır və burda bizim indiki dövrdə adlandırdığımız ermənilər (onlar özlərini "hay” adlandırır) deyil, müxtəlif dinlərə və etnik qruplara məxsus insanlar yaşayırdı. Bu fikri İbn Havqəl də təsdiqləyir. O, yazır ki, Ərməniyyə daxili və xarici olmaqla iki hissəyə bölünür. Xarici Ərməniyyədə bir çox müsəlman şəhərləri mövcuddur. Onu da görmək mümkündür ki, ərəb dilli coğrafi əsərlərə nəzərən ərəbdilli tarixi əsərlər daha dəqiq məlumatlar verməkdədir. Bütün bu həqiqətlər və ilkin qaynaqlardakı məlumatlara baxmayaraq xarici tarixçilər öz əsərlərində yenə də "İran” və "Persiya” kəlmələrindən istifadə etməyi üstün tutur. Bu isə akademik cəhətdən doğru olmadığı kimi, qeyri-obyektivdir.

QAYNAQLAR

1. A history of Persia. In two volumes, volume II / Edited by P. M. Sykes. London, 1915.

2. A General History and Collection of Voyages and Travels. Arranged in systematic order by Robert Kerr. İn two volumes. Edinburg, 1811.

3. Ahmed bin Mahmud. Selçukname: 2 ciltte, İstanbul, 1977

4. Ahmed bin Yahya el-Balazuri. Fütuhu`l-büldan. Terc. M. Fayda. İstanbul, 2013

5. Aka İ. İran`da Türkmen hakimiyeti. İstanbul, 2001.

6. Aksarayi Kerimüddin Mahmud. Musıimeretü'l Ahbar, Çev. M Gencosman, Ankara, 1943

7. Aksarayi Kerimüddin Mahmud. Musıimeretü'l Ahbar, Çev. M. Öztürk, Ankara: 2000.

8. Alaaddin Ata Melik Cüveyni. Tarih-i Cihan Güşa. Çev. M. Öztürk. Ankara, 2013

9. Anadolu Selçuklu devleti tarihinden. Ibn Bibinin muhtasar Selçuknamesinden. Türkçeye çeviren Nuri Gençosman. Ankara, 1941.

10. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı, 2006.

11. Bar Hebraeus' Chronography. Translated from Syriac by E. A. Wallis Budge. London 1932.

12. Bayramlı Z. H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu. Bakı, 2015.

13. Bayramlı Z. H. "Silsilətün-nəsəbi Səfəviyyə” əsəri Azərbaycan tarixinin mənbəyi kimi. Bakı, 2019

14. Bayarsaikhan D. Kirakos Gandzakets‘i, as a Mongol Prisoner // Ming Qing Yanjiu 22 (2018) p. 155–163

15. Beyond and Legacy of Genghis Khan. Edited by Linda Kamaroff, Leyden, 2006.

16. Blair S. S. Ilkhanid architecture and society: an analysis of the endowment deed of the Rabʿ-i Rashīdī // The journal of Persian Studies, 1984, v.22, p. 67-90

17. Bosworth E. C. The Islamic dynasties. Edinburgh, 1967.

18. Browne E. G. A literary history of Persia, 4-vols. Cambridge, 1928.

19. Bruno de Nicola. Women in Mongol Iran. The khatuns, 1206-1335, Edinburg, 2017.

20. Corbin H. History of Islamic Philosophy, Translated by Liadain Sherrard, Philip Sherrard. London, 1993.

21. Die Seltschuken geschichte des Aksarâyî von Fikret Işıltan. Leipzig 1943.

22. Ebu Bekr-i Tihrani. Kitab-i Diyarbekriyye. Çevr. M. Öztürk. Ankara, 2014.

23. Ebu Cafer Muhammed Cerirüt-Taberi. Tarih-i Taberi. I-IV ciltler. Terc. M. F. Gürtunca. İstanbul, 2007.

24. Ebu Dülef. İran Seyahatnemesi. Terc. Serdar Gündoğdu. İstanbul, 2017.

25. Ebü`l-Fida. Coğrafiyası. Terc. R. Şeşen. İstanbul, 2017.

26. Elgood C. A medical history of Persia and the eastern caliphate from the earliest times to the year 1932 AD. Cambridge, 1951.

27. Erdem İ. Olcaytu Han devrinde Horasanda İlhanlı –Çağataylı mücadeleleri // Pamukkale Universitesi Eğitim Fakültesi Dergisi, Sayı 3, 1997, s. 106-112

28. Əliyarlı S. S. Tariximiz. Açıqlanmamış mövzuları ilə. Bakı, 2012.

29. Farmer H. G. A History of Arabian music. London, 1929.

30. Genceli Kiragos. Moğol İstilası. Trec. Mahmud Kemal bey. İstanbul, 2018.

31. Gregory Abul-Farac (Bar Hebraeus). Abul- Farac Tarihi. Cilt I- II. Çevr: Ömer Riza Doğrul. Ankara, 1987, 1999.

32. Hanway J. An historical account of the British trade over the Caspian Sea: with the author’s journal of Travels from England through Russia into Persia and back through Russia, Germany and Holland. Vol.-I, London, 1762

33. Hamdullah Müstevfi-yi Kazvini. Tarih-i Güzide. Çevr. M. Öztürk. Ankara, 2018.

34. Herodotus History with an English translation by A. D. Godley. In four volumes. London, 1928.

35. Hudud al-Alam. The region of the World. Translated by V. Minorsky. Cambridge, 1982

36. İbn Havkal. İslam Coğrafiyası. Terc. R. Şeşen. İstanbul, 2017.

37. İbn Hurdazbih. Yollar ve Ülkeler Kitabı. Çevr. Murat Ağarı. İstanbul, 2019.

38. İbn Kesir. Böyük İslam Tarihi. I-XV ciltler. Çevr. M. Keskin. İstanbul, 2017.

39. İbnü`l-Esir. İslam Tarihi. I-XII ciltler. Terc. M. B. Eryarsoy. İstanbul, 1987.

40. İmam Zehebi. Tarihü`l İslam. I-VI ciltler. Çevr. M. Can. İstanbul, 1996.

41. İstahri. Ülkelerin yolları. Çevr. Murat Ağarı. İstanbul, 2019.

42. Juvaini Ata Malik. The History of the World Conqueror, tr. J.A. Boyle, Manchester, 1997.

43. Kâşgarli Mahmud. Dîvânu Lugâti't-Türk. Hazr. Ahmet B. Ercilasun, Ziyat Akkoyunlu. Ankara, 2014.

44. Kennedy E., s. Two Persian astronomical treatises by Nasir al-Din al-Tusi // Centaurus, 1984, v. 27), p.109-120

45. Kolbas J. The Mongols in Iran. Chingiz Khan to Uljaytu 1220-1309, London, 2006.

46. Lambton A.K. Continuity and Change in Medieval Persia. Aspects of Administrative, Economic and Social History, 11th-14th Century, Bibliotheka Persia, London 1988.

47. Lane G. The Mongols in Iran, The Oxford Handbook of Iranian History. New York, 2012.

48. Lockhart L. The fall of the Safavi dynasty and the afghan occupation of Persia. Cambridge, 1958.

49. Mace J. Persian grammar. London, 2003.

50. Марр Н.Я. Аркаун, монгольское название христиан в связи с вопросом об армянах-халкедонитах. Византийский Временник, 1906. т.13, с.7.

51. Mesudi. Müruc ez-zeheb. Çevr. A. Batur. İstanbul, 2014.

52. Minorsky V. A History of Sharvan and Darband in the 10th-11th Centuries, Cambridge, 1958.

53. Moisey Kalankatuklu. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. Bakı, 2006.

54. Movses Kaghankatvatsi. The History of the Caucasian Albanians by Movses Dasxuranci. Translated by Charles Dowsett. London, 1961.

55. Мовсес Каганкатваци, «История страны Алуанк» (в 3-х книгах), Перевод с древнеармянского Ш. В. Смбатяна, Институт древних рукописей им. Маштоца — Матенадаран, Ереван, 1984 г.

56. Movses Kałankatowacՙi. Patmotՙiwn Ałowanicՙ Ašxarhi. Tՙiflis, 1912.

57. Morgan D. O. Medieval Persia (1040 – 1797). New York, 1988.

58. Muhammed b. Ahmed el-Mukaddesi. Ahsenüt-taksim. Çeviri ve notlar: Ahsen Batur. İstanbul, 2015.

59. Newman A.J. Safavid İran Rebirth of a Persian Empire. London and New York, 2006.

60. Nizamüddin Şami. Zefername. Çevr. N. Lugal. Ankara, 1987.

61. Nizamü`l-Mülk. Siyaset-name. Hazr. M. A. Köymen. Ankara, 2018.

62. Özgüdenli O. Gazan Han ve Reformları (1295-1304), İstanbul, 2009

63. Ptolemy’s Geography an annotated translation of the theoretical chapters. By J. Lennart Berggren, Alexander Jones. Oxford, 2000.

64. Spuler B. İran Moğolları. Türkçeye çeviren: C. Köprülü. Ankara, 2011.

65. Studies in Caucasian History. Volume 1 – 3. By V. Minorsky. London, 1953.

66. Sharif M. M. Greek thought in İslam // A history of Muslim philosophy. In two volumes, vol. I. / edited by M. Mohammad Sharif. Wiesbaden, 1963, p. 75-85

67. Şahin H. Camiut-Tevarhe Göre Gazan Hanın Müslümanlığı ve Bunun İlhanlı Toplumuna Yansımaları. Bilig dergisi. Bahar, 2015, Sayı.73, s.207-23

68. Şeşen R. İslam coğrafiyacılarına göre Türkler ve Türk ülkeleri. Ankara, 2001.

69. Rashiduddin Fazlullah`s Jami ut-Tawarikh. Compendium of Chronicles. The history of Mongols. Parts 1-3 / English translation and annotation by W. M. Thackston. Harvard, 1998-1999.

70. Рашид ад-Дин Ф. Сборник летописей. Том 3 / Перевод с персидского: А. К. Арендса. М.-Л, 1946.

71. Tavernier, Jean-Baptiste. The six voyages of John Baptista Tavernier. London, 1678.

72. The Cambridge History of Iran. Volume 5. The Seljuk and Mongol periods / Edited J. A. Boyle. Cambridge, 1968.

73. The Geography of Strabo. With and English translation by Horace Leonard John. In eight volumes. London, 1961.

74. The geographical part of the Nuzhat al-Qulub composed by Hamd-Allah Mustawfi of Qazwin / Translated by G. L. Strange. London, 1919.

75. The Tarikh-I Guzida or Selected History of Hamdullah Mustawfi-i Qazwini / English translation and annotation by E.G. Browne. London., 1910.

76. The Voyages and Travels of the Ambassadors, Adam Olearius, translated by John Davies. London, 1662,

77. Toumanoff C. The Chronology of the Early Kings of Iberia // Traditio, Vol. 25 (1969), pp. 1-33

78. Uyar M. İlhanlı (İran Moğolları) ordusunda hiyerarşi: Askeri yetkiler ve nitelikleri// Dil ve Tarih Coğrafiya Fakültesi Dergisi, Cilt 49, Sayı 1, 2009, s.33-47

79. Yakubi. Ülkeler Kitabı. Çevr. Murat Ağarı. İstanbul, 2002.

80. Yuvalı A. İlhanlı tarihi İstanbul, 2017.

81. عبس الأزفى. الموسيقا العراقية في أحد المغول والتركمان. بغداد ،١٣٦۰.

82. رشیدالدین فضل الله همدانی. جامع التواریخ. تاریخ مغول. جلد دوم. تصحیح: بهمن کریمی. تهران ، ١۳۶۷..

83. جامع التواریخ. رشیدالدین فضل الله همدانی. تصحیح وتحشیه: محمد روشن و مصطفی موسوی. تهران, ١٣٧٣ .

84. حمدالله مستوفی قزوینی. تاریخ گزیده. تصحیح: عبدالحسین نوائی. تهران ، ١٣۶۲.

85. علاء الدین عطا ملک جوینی. تاریخ جاهانگشای. در یک مجلد. تصحیح: محمد قزوینی. تهران ، ١٣٩١.

86. ابوالقاسم عبدالله بن محمد القا شانی. تاریخ اولجایتو. به اهتمام: مهین همبلی. تهران ، ١٣٤۸.

B. Quliyev

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ
07 sentyabr 2019 /

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ

Похожие новости

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ

Dr. Bayram Quliyev Azərbaycan Milli Elmlər Akademiyası, Elm Tarixi İnstitutu (Əvvəli: http://fedai.az/index.php?newsid=6157) QEYD: Müəllif hüquqlarının qorunması və plagiarizmin qarşısının alınması

ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞ

Dr. Bayram Quliyev Azərbaycan Milli Elmlər Akademiyası, Elm Tarixi İnstitutu QEYD Müəllif hüquqlarının qorunması və plagiarizmin qarşısının alınması səbəbindən istinadlar silinmişdir. Müəllif

Tarixdəki Ərmənşahlar dövləti və ya Armenianın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKT

Tarixdə olan Ərmənşahlar dövləti əslində bir türk dövləti olub. Bir çox hallarda səhvən ərmənləri və ərəb mənbələrində Ərməniyyə, fars mənbələrində Armenia deyilən dövləti müasir haylarla, yəni

Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqalə

Tofiq Əzizov Kəsrəvinin Azərbaycanın şimal hüdudu haqqındakı iddiası və Ərəb mənbələrindəki məlumatlar Ə. Kəsrəvi "Azəri, yaxud Azərbaycanın qədım dili” adlı əsərinin 1926 – cı ildəki nəşrində

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

Cavid Vəkil oğlu Bağırzadə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru cavid.bagirzade@gdu.edu.az (mənbə məlumatları və tarixi-arxeoloji
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ