Paşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB

Paşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB



















Rusiya ilə münasibətləri gərginləşən işğalçı ölkə Azərbaycanla üz-üzə qalacağından ehtiyatlanır; İrəvan ikinci aprel zərbəsi almaq istəmədiyi üçün danışıqlar masası arxasına qayıtmaq istəyir; politoloq: “Bir ölkənin ki, lideri ”Qarabağ Ermənistandır" deyir, hansı danışıqlardan söhbət gedə bilər?"

Fedai.az musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın sülh tərəfdarı olmadığı, daha da konkretləşdirsək, danışıqlar yolu ilə torpaqları azad etməkdən birdəfəlik imtinasını nümayiş etdirən növbəti addıma nədənsə ciddi reaksiya verilmədi. Söhbət sentyabrın 2-də işğal olunmuş Azərbaycan ərazilərində qondarma qurumun “müstəqilliy”inə həsr olunmuş şoulara Ermənistan rəhbərliyinin qatılmasından gedir.

Düzdür, bu günlərdə başı özünə qarışmış baş nazir Nikol Paşinyan Xankəndidəki mərasimlərdə iştirak etmədi. Lakin əslində o, 5 avqustda Dağlıq Qarabağda olarkən sözünü demişdi: “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə”. N.Paşinyanın bu fikirləri Azərbaycanın sərt reaksiyası ilə qarşılandı. Amma Paşinyanın bu bəyanatının həmsədr ölkələr tərəfindən də qınanması Ermənistanın mövqelərini zəiflətdi. ABŞ-ın Azərbaycandakı səfiri diplomatık dillə baş nazirin fikrilərinə etirazını ifadə etdi. Bundan sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da N.Paşinaynın avantürist bəyanatına reaksiya verib. “Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edən və çətin problemdir. Hesab edirik ki, daxili ritorika mövcuddur, hansı ki, siyasi hərəkatda özünü əks etdirir. Hesab edirik ki, münaqişə tərəflərinin bəyanatlarına sülh yolu ilə nizamlanma istiqamətində aparılan ümumi səylər məzmununda baxılmalıdır. Təəssüflər olsun ki, biz bu cür bəyanatları müxtəlif səviyyələrdə tərəflərdən eşidirik. Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün önəmlidir” - deyə Zaxarova vurğulayıb.

Göründüyü kimi, N.Paşinyan elə mövqe sərgiləyib ki, hətta Ermənistanı himayə edənlər də ona bəraət qazandıra bilmir. Ancaq bu da var ki, rəsmi İrəvanı bu cür, dolayı qınaqlarla işğaldan çəkindirmək mümkün deyil, bunu ötən illərin təcrübəsi də göstərir. Ola bilər ki, Paşinyan həm də növbəti dəfə qınanmaqdan çəkindiyi, eyni zamanda Azərbaycanın qəfil hərbi zərbələrinə tuş gələ biləcəyindən ehtiyatlandığı üçün Qarabağdakı şoulara qatılmaqdan vaz keçib. Həm də Ermənistan rəhbərliyinə bu günlərdə danışıqların görüntüsünü yaratmaq çox vacibdir. Ermənistan XİN rəhbəri çox çalışır ki, sentyabrın ikinci yarısında ABŞ-da keçiriləcək BMT Baş Assambleyasının toplantısı çərçivəsində azərbaycanlı həmkarı ilə bir araya gəlsin. Bununla da Ermənistan Paşinyanın “miatsum” bəyanatını unutdurmaq və status-kvonun uzadılması üçün növbəti imkanlar əldə etmək istəyir.
Paşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB
Ancaq Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan Paşinyanın “miatsum” bəyanatını müdafiə edəndən sonra növbəti dəfə Xankəndinə gəldi. Özü də nazir bu dəfə başının dəstəsi ilə Azərbaycan ərazilərində peyda oldu. Mnatsakanyan Ermənistanın xaricdə akkreditə olunmuş səfirləri ilə birgə Dağlıq Qarabağdakı tədbirlərə qatıldı. “Yeni Müsavat” erməni mənbələrinə istinadən bildirir ki, Ermənistan XİN başçısı Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq “xin rəhbəri” ilə görüş keçirib, səfirlərlə birgə müzakirələr aparıb və gələcək strategiyadan danışıb. Bütün bu davranışlar Bakı ilə İrəvan arasında danışıqların davamını mənasız edir. Elə əksər ekspertlər bu fikirdədir ki, artıq Ermənistan mövqeyini bəyan edib, bundan sonra danışıqlar masasına qayıtmaq, sadəcə, vaxt itkisidir. Odur ki, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara başlanılması zəruri sayılır.

N.Paşinyan kimi, Ermənistan prezidenti Armen Sərkisyan da Qarabağ ermənilərinə ünvanlandığı məktubda faktiki olaraq Azərbaycanı təhdid edib. Üstəlik, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan qondarma qurumun elan edilməsi münasibətilə göndərdiyi “təbrik məktubu”nda bildirib ki, heç bir halda Qarabağ məsələsində “ümumerməni birliyi”nin pozulmasına icazə verilməməlidir. “İllərlə davamlı olaraq dediyim kimi, bu gün də təkrar etmək istəyirəm ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”, - deyə Sərkisyan iddia edib. Xatırladaq ki, N.Paşinyan ABŞ səfəri zamanı erməni diasporu ilə görüşəcəyini, “miatsum”dan danışacağını anons edib. Beləliklə, Ermənistanda və ümumiyyətlə, ermənilər arasında bir qarış ərazinin belə Azərbaycana qaytarılmasından söhbət getmir. Bu isə savaşı labüd edir.

“Azərbaycan rəsmi İrəvanı danışıqlar prosesinin səmərəliliyini artırmağa, yəni artıq qəbul olunmuş sazişləri həyata keçirməyə məcbur etmək üçün Ermənistan hərbi birləşmələri ilə açıq hərbi qarşıdurmaya keçə bilər”. Bu sözləri axar.az-a açıqlamasında tanınmış rusiyalı hərbi politoloq, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma kəskinləşəcəyi halda, Rusiya yenidən hər iki tərəfi hərbi güc istifadəsindən imtina etməyə və problemləri diplomatik yolla həll etməyə çağıracaq. “Mənim fikrimcə, rəsmi Bakı belə olan halda Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bu yolla getməyi tələb etməlidir: danışıqlar prosesinin hazırkı formada heç bir irəliləyişə töhfə vermədiyini qəbul edin, həmçinin prosesin səmərəliliyini artırmaq məqsədilə onu modernləşdirin”, - deyə Perenciyev bildirib.

Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikoly Patruşevin İrəvandan sonra Bakıya səfər etməsini şərh edən ekspertlər bildirirlər ki, əsas məqsəd savaşın qarşısını almaqdır. Ancaq Azərbaycan sülh prosesinə sadiqlik nümayiş etdirdiyi halda, Ermənistan fərqli davranış sərgiləyir. Elə Ermənistan XİN başçısının Qarabağa səfirlərlə birlikdə səfərə etməsi bunun təzahürüdür. Ancaq Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan həmkarı Elmar Məmmədyarovla görüşəcəyini açıqlayıb. Hansı ki, nə Paşinyan, nə də onun nazirinin davranışları danışıqların ruhuna uyğun gəlmir.
Paşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, Ermənistanın xarici ölkələrdəki səfirlərinin Dağlıq Qarabağa gətirilməsi təxribatdır: “Çalışacaqlar ki, səfirlər vasitəsilə Dağlıq Qarabağı beynəlxalq aləmə tanıtsınlar. Keçən il də belə bir səfər təşkil olunmuşdu”. Danışıqların perspekivinə gəldikdə, ekspert indiki şərtlər daxilində danışıqların əleyhinə olduğunu bildirdi: “Bir ölkənin ki, lideri ”Qarabağ Ermənistandır" deyir, hansı danışıqlardan söhbət gedə bilər? Mən düşünürəm ki, danışıqların bərpası ermənilərin xeyrinə olar. O halda ermənilər deyə bilər ki, “Qarabağ Ermənistandır” dedilər və danışıqları da bərpa etdilər. Bu isə bizim maraqlarımıza cavab vermir".

Azərbaycan Xarici İşlər Nazirliyi isə hələlik danışıqlarla bağlı hər hansı açıqlama verməyib. XİN-in mətbuat xidməti son günlər davamlı şəkildə Ermənistan rəhbərliyinin destruktiv mövqeyinə sərt reaksiya verib. Elə Paşinyan və Sərkisyanın Qarabağ separatçılarına təbrik göndərməsi də cavabsız qalmayıb. Eyni zamanda “Yeni Müsavat”a bildirilib ki, Qarabağdakı “müstəqillik” şousu və Azərbaycan ərazilərinə qanunsuz gələnlərlə bağlı səfirliklər səviyyəsində işlər aparılır. Ancaq XİN hesab edir ki, Dağlıq Qarabağdakı qondarma rejimin keçirdiyi tədbirlərə rəsmi reaksiya verməyə dəyməz, çünki söhbət separatçılardan gedir.

****
Paşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB
Ermənistan hakimiyyəti bu günlərdə aqoniya vəziyyətindədir. Rusiya öz forpostuna təzyiqləri getdikcə artırır. Erməni mətbuatı yazır ki, Putin Robert Köçəryanın həbsdən buraxılması üçün Paşinyan hökumətinə 10 gün vaxt verib. Artıq bu müddətin yarısı geridə qalıb. Deməli, gələn həftə Ermənistanla bağlı maraqlı proseslərin şahidi ola bilərik. Yeri gəlmişkən, 12 sentyabrda R.Köçəryanın və tərəfdarlarının məhkəməsi başlayacaq. “Kommersant” qəzeti yazıb ki, R.Köçəryan üçüncü dəfə həbsdən azad edilə bilər. Qəzet eks-prezidentlə bağlı Konstitusiya Məhkəməsinin çıxardığı yumşaq qərara da istinad edib. Rusiya prezidentinin bu günlərdə yubiley təbriki yolladığı Köçəryanla həbsxanada görüşəcəyi barədə xəbərdarlıq Paşinyanı çətin durumla üz-üzə qoyub. Virtualaz.org xəbər verir ki, əvvəlcə “Past” adlı erməni qəzeti Putinin oktyabrda Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Yerevana səfəri zamanı həbsdə olan eks-prezident Robert Köçəryanla görüşmək istədiyini yazıb. Qəzet iddia edib ki, Rusiya tərəfi Putinin həbsxanada Köçəryanı ziyarət etməsi üçün müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edib. Qəzetin yazdığına görə, erməni tərəfi bu tələbi rədd edib, nəticədə Moskva sammitin Yerevanda keçirilməsinin təxirə salınmasını və başqa üzv ölkənin paytaxtına təyin edilməsini nəzərdən keçirir. Bəzi qərbyönümlü erməni ekspertlər isə Putinə yönəlik sərt fikirlər səsləndirirlər. “Məlumatlı vətəndaşlar ittifaqı” adlı QHT-nin lideri, Soros Fondundan və digər qərb institutlarından maliyyələşən və Paşinyanın “məxməri inqilabı”ına fəal dəstək verən Daniel İoannisyan özünün Facebook səhifəsində münasibət bildirib. İoannesyan yazıb ki, Putin Köçəryanın yanına, həbsxanaya getmək istəyirsə öz işidir, amma gərək ehtiyatlı ola. Çünki “qapı arxadan bağlana” bilər. “Əgər Vladimir Putin Robert Köçəryanla həbsxanada görüşmək istəyirsə, qoy ehtiyatlı olsun ki, qapını arxasınca bağlamasınlar”,-o yazıb.

Müşahidələr onu göstərir ki, Ermənistanın Azərbaycanla danışıqlara can atmasının bir səbəbi də hazırda Rusiyanın ondan üz döndərməsi, Paşinyan hakimiyyətini diz üstə çökdürmək cəhdidir. İrəvan bu durumda “ikinci aprel dərsi” almaq istəmədiyi üçün nəyin bahasına olursa-olsun Azərbaycanla danışıqları bərpa etməyə çalışır. Amma maraqlısı budur ki, heç bir həmsədr ölkə, xüsusilə də Rusiya danışıqlara ev sahibliyi etməyə həvəs göstərmir. Heç ATƏT-in Minsk Qrupunun turist həmsədrləri də gözə dəymir. Tufanqabağı sakitlik isə Paşinyanı çox narahat edir...Azərbaycan hərbi əməliyyatları bərpa etsə, Rusiya bu dəfə apreldəki kimi 4 gün yox, 4 ay susa bilər, erməniləri qorxudan budur...
07 sentyabr 2019 /

Paşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB

Похожие новости

Ermənilər Putini hədələdilər

Rusiya Ermənistana ayın 10-na kimi vaxt verdi, əks halda... "Əgər Vladimir Putin Robert Koçaryanla həbsxanada görüşmək istəyirsə, qoy ehtiyatlı olsun. Qapı onun arxasından bağlana bilər". Bunu

Ermənistan separatçı “DQR”-in maliyyə yardımı xahişini rədd edib

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı “DQR”-in maliyyə xahişini rədd edib. Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Politik” nəşri yazıb. Nəşr qeyd edir

Mnasakanyan Məmmədyarovla görüşdə təxribata ƏL ATACAQ - Ruslar AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma bəyanatlarına rəğmən, İrəvan danışıqlar masasına əyləşmək istəyini gizlətmir. Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan yaxın vaxtlarda

PAŞİNYAN: "Mən Dağlıq Qarabağ əhalisi adından danışa bilmərəm"

Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü dərc olunan “Kommersant” nəşrinə verdiyi müsahibədə belə deyib: "Mən Ermənistanın baş naziriyəm və Ermənistan adından danışıqlarda iştirak etməyə

Paşinyan Moskvada sərsəm bəyanat verdi: Qarabağ Ermənistanın tərkib hissəsidir...

Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya dünənki səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşüb. Fedai.az virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyan bu görüşdə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ