KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMA

KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMA


Ermənistan baş nazirinin keçmiş birinci müavini, ən təcrübəli milli siyasətçilərindən Vazgen Manukyan qeyri-adi bəyanatla çıxış edib: “Biz 1990-cı illərdə hakimiyyətə gələndə KQB arxivlərini açıb-açmamaq məsələsi əlüstü müzakirə olunmağa başladı. Hələ açıb-açmamaq qərarına gəlməmişdik, amma mən onunla tanış olmaq istədim. Bəlli oldu ki, Sovet İttifaqı göründüyündən ağıllı imiş və hakimiyyətə gəlişimizdən bir neçə gün öncə KQB-nin bütün sənədləşməsi təyyarələrlə Smolenskə daşınmışdı. Mən arxivi Ermənistana qaytarmaq tələbilə KQB-nin rəhbərliyinə, Qorbaçova müraciət etdim”.

Manukyan, beləliklə, məsələlərin tam bir qatını qaldırıb, bunlara cavab axtarışı təkcə idraki deyil, daha çox kəskin siyasi maraq ifadə edir.

Lakin SSRİ KQB-si öz arxivini Cənubi Qafqazın sovet respublikalarından çıxarmaq haqda nə vaxt qərar qəbul edib?

Manukyan 1990-cı illərin əvvəlini göstərir. Bir zamanlar keçmiş SSRİ KQB-sinin arxivinin bir qismini qaytarmaq haqda Moskvaya sorğu ilə müraciət etmiş rəsmi Tiflis də bu tarixi göstərir. Azərbaycan haqda tərəfimzidən məlumat aşkarlanmayıb, amma güman etmək olar ki, Moskva bölgədə aksiyanı eyni vaxtda keçirib.

Düzdür, müəllif arxivlərin çıxarılması haqda bir zamanlar SSRİ KQB-sinin keçmiş sədri Vladimir Kryuçkova sual verməyə nail olanda, o, yalnız deyib: “Bir az əvvəl”.

Bu əməliyyatı müəyyən dərəcədə Вöyük Vətən müharibəsi illərində potensialca düşmən tərəfindən işğal oluna biləcək cəbhəyanı zonalar, yaxud ərazilərdən arxiv sənədlərini təxliyyə etmək tədbirlərilə tutuşdurmaq olar.

Deməli, SSRİ KQB-si ölkənin qarşıdakı dağılması və Cənubi Qafqaz üzərində nəzarəti itirmək haqda məlumata malik idi.

SSRİ KQB Birinci Baş İdarəsi rəisinin keçmiş müavini general-leytenant Nikolay Leonov danışıb ki, Lubyankada artıq 1980-ci illərin sonunda Cənubi Qafqazın sovet respublikalarında o zaman nə verdiyini, işlərin SSRİ-dən qopmağa apardığını başa düşüblər. Dağlıq Qarabağda “hər şeyin pərən-pərən düşdüyü” bir vaxtda bölgədə millətçilik dalğasının burulduğu haqda SSRİ KQB-sinin həcmcə çoxalan məlumatlarına baxmayaraq, Sov.İKP MK-nın fəaliyyətsizliyini də görürdülər. Ermənistan və Azərbaycan bu vaxta doğru Dağlıq Qarabağın statusu üzrə təkcə radikal şəkildə aralanmadı. İki müttəfiq ölkə sovet keçmişindən qopmağın fərqli yollarını seçdi. Aydındır ki, başqa qaynaqlardan savayı xalq cəbhələri deyilən düşərgələrdə də fəal iş aparan KQB-nin agentura şəbəkəsindən də belə bir məlumat gəlirdi.

O zaman paradoksal durum yaranmışdı: Cənubi Qafqaz ölkələrində milli-demokratik deyilən inqilabların uğuru halında bir çox proseslər yenə də SSRİ KQB-sinin nəzarəti altında görünə bilərdi. Destruktiv və ekstremist güclərin fəaliyyəti haqda xəbərdarlıq edəndə bu, müəyyən mərhələdə belə də oldu. Təəssüf ki, sovet təhlükəsizlik qurumlarının bu hadisələrdəki rolunu işıqlandıra biləsi sənədlər son dərəcə az qalıb. Yəni KQB yeni qüvvələrin güclənməyinin qarşısını almağın mümkün olmadığını anlayaraq, təşəbbüsü ələ keçirib “prosesə başçılıq etməyi” təklif edirdi. Çekistlər bu zaman başa düşürdülər: Moskvada baş verən hadisələrin belə gedişatı zamanı hakimiyyəti saxlamağa az şans qalırdı, onlar başqa təşkilat və partiyalar üzərindən iş görürdülər. Aydındır ki, belə süjetlər SSRİ KQB-sinin yerli qurumlarının mərkəzə göndərdiyi və yerli hakimiyyət strukturlarının sərəncamında qalan xəbərlərin məzmununda əks olunurdu.

Cənubi Qafqazda ictimai fəallığın, hər şeydən savayı, çoxsaylı siyasi partiyalara dönüşən bəzi qaynaqları çox maraqlı və perspektivli idi. Buna görə yeni hakimiyyətlərin başqa siyasi məkanda opponentlərə qarşı istifadəsi mümkün olan belə sənədlərə çıxış əldə etmək səyləri də anlaşılan idi. SSRİ KQB-si tərəfindən məhz bu məlumatlar çıxarılmışdı və çətin ki, görünən gələcəkdə hamı üçün əlyetən olsun.

Başqa məsələdir ki, yeni respublikaların hakimiyyətlərinin əlində bir qədər uzaq dövrlərə aid sənədlərin çox nəhəng layı qalmışdı. Amma, məsələn, Gürcüstan prezidenti Mixail Saakaşvili “yeni Gürcüstanın keçmiş SSRİ qarşısında heç bir öhdəliyi yoxdur və Gürcüstan Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanan sənədlər geniş ictimaiyyət üçün əlyetən olmalıdır” deyəndə arxivlərdə özü üçün istənilən siyasi sensasiya aşkarlamadı.

Saakaşvili bundan sonra bildirdi ki, guya, “keçmiş KQB-nin arxivinin böyük hissəsi İqor Georqadze dövlət təhlükəsizlik naziri postunu tutarkən Rusiyaya daşınıb”.

Bax, Manukyanın SSRİ KQB-nin arxivlərinə marağı buna görə səbəblər və vadar edən motivlər haqda məsələ qoyur. Bunlar ən müxtəlif ola bilər. İdraki ola bilər. Ya da SSRİ KQB arxivləri İrəvana süzgəcləmə prosesinə hazırlıq üçün gərəkdir. Çünki bu gün Ermənistan xüsusi xidmətlərinin əlində olan materiallar ölkə vətəndaşlarının Rusiya xüsusi xidmətləri ilə ehtimal edilən işbirliyini hüquqi baxımdan təsdiq eləməyə yetərli deyil. KQB ilə əməkdaşlıq etmiş şəxslərin seçkili siyahısının elan edilməsi özünəməxsus ruletka oyunu olardı: bəzilərinin bəxti gətridi, bəzilərininki yox.

Görünür, İrəvanda kimsə arxivlərlə, KQB ilə əməkdaşlıq etmiş şəxslərin elan edilməsilə bağlı siyasiləşdirilmiş kampaniya başlamaq niyyətindədir. Manukyan eyham vurub ki, bundan heç nə alınmaz: axtarılan arxiv çoxdan Ermənistanda deyil.

Tərcümə Strateq.az-ıa məxsusdur.
09 sentyabr 2019 /

KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMA

Похожие новости

"Rusiya süni bir “erməni xalqı” yaratdı ki..." - Rus tarixçi

Mən dəfələrlə demişəm ki, Rusiya imperiyası XIX əsrdə sintetik, süni xalqların - erməni və ukraynalıların yaranmasında birbaşa iştirak edib. Bu sözləri tarixçi ekspert Oleq Kuznetsov Ukraynada baş

ERMƏNİSTAN ƏHALİSİ 7 MİN NƏFƏR AZALIB

Ermənistanın əhalisi 2018-cu ildə təxminən 7 min nəfər azalıb. Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda “Portativlik və miqrasiya axınları: çağırışlar və Ermənistanın

Almaniyada SSRİ dövrünə aid Putinin adına olan gizli bir sənəd tapıldı

Rusiya prezidenti Vladimir Putin haqqında dekabrın 11-də "Bild tabloid" tərəfindən nəşr olunan bir məqalədə, onun Ştazi adlanan keçmiş Alman Demokratik Respublikasının Dövlət Təhlükəsizlik

Sovet Sosialist Respublikaları İttifaqı adlı imperiya bu gün yaranıb...

30 dekabr SSRİ-nin yarandığı gündür. Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı, SSRİ (rus. Союз Советских Социалистических Республик, СССР) — 1922-1991-ci illərdə əsasən

Stalinin 1921-ci ildə Qarabağa dair... - Erməni professordan ŞOK ETİRAFLAR

Şəxsən mən bu iddianı təsdiq edəcək hansısa sənəd tapa bilmədim. Digər yandan, bu kimi məsələlərə “əzilmiş erməni xalqı” prizmasından yanaşılır. Qənaətimə görə, bu, doğru yanaşma deyil. Fedai.az
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ