Hakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyası

Hakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyası
Amma Rusiyanın qubernator seçildiyi 16 subyektinin hamısında Kremlin təyin etdiyi liderlər yenidən seçilib. Seçkilər Ninza tısbağa və digər qəhrəmanların iştirakı ilə keçirilib

Rusiyada sentyabrın 8-də keçirilən regional seçkilərin nəticələri açıqlanıb. Bu seçkilərə hazırlıq aylarla davam edən misilsiz qalmaqallar, etiraz aksiyaları və repressiyalarla müşayiət olunub.

Qısaca nəticələr belədir:

Şəhər parlamentinə (Moskva şəhər Duması) deputatların seçildiyi Rusiya paytaxtında nəticə sensassiyalı olub – hakimiyyət çoxluq əldə edə bilməyib. 45 yerdən azı 20-ni müxalif parlament partiyalarından irəli sürülən namizədlər qazanıb. Ötən seçkilərdə belə seçki dairələrinin sayı ancaq yeddi idi.

Amma Rusiyanın qubernator seçkisi keçirilən 16 subyektinin hamısında Kreml tərəfindən təyin olunmuş hazırkı region rəhbərləri liderlik edir.
• Rusiya – seçkilər, yoxsa siyasi böhran?

• Moskva: müxalifətçilərə qarşı uzun müddətli həbs cəzaları – tvitlərə və etiraz aksiyasında iştiraka görə

Moskva

Rusiyanın iki əsas şəhərində – Moskva və Sankt-Peterburqda qanunvericilik orqanına keçirilən seçkilər ən mühüm idi. Yerli hakimiyyə müxtəlif səbəblərlə müstəqil namizədləri qeydiyyata almaqdan imtina edib, bu da kütləvi etiraz aksiyalarına gətirib çıxarıb. Bu etirazlarda on minlərlə insan iştirak edib.

Hakimiyyət reprsssiyalarla qarşılıq verib: yüzlərlə insan 30 sutkaya qədər inzibati həbs və böyük məbləğdə cərimələrlə cəzalanıb, altı nəfər cinayət məsuliyyətinə cəlb olunaraq iki ildən beş ilə qədər azadlıqdan məhrum ediblib.

Moskvada hakimiyyət nümayəndələrinin məğlub olduğu həmin 20 dairədə Kommunist, Ədalətli Rusiya və “Yabloko” partiyalarının namizədləri mandata sahib olub.

Bütün bu 20 namizəd seçicilərə Rusiya müxalifətinin lideri Aleksey Navalnı tərəfindən tövsiyə olunub.

Onun “ağıllı səsvermə” adlandırdığı ideya baxışlardakı fərqləri nəzərə almadan birlik halında səs verməkdən – hakimiyyət nümayəndəsi ilə rəqabətdə qalibiyyətə ən çox şansı olan namizədi dəstəkləməkdən ibarət idi.

Şərh: “Putinin liberal olmadığını unudun. Onun müharibələrini xatırlayın”
Moskva meri Sergey Sobyanin Moskva şəhər Dumasına keçirilən seçkiləri “bütün son tarix boyu ən emosional və real rəqabətli” seçki adlandırıb.

Seçkilərin emosional olması ilə bağlı – Moskvada seçki məntəqələrinin yaxınlığında sentyabrın 8-də bütün günü qeyri-adi tamaşalar keçirilib. Seçiciləri səsverməyə Ninza tısbağa, leqo Ninzyaqo və digər uşaq qəhrəmanlarının qiyafələrində aktyorlar dəvət edib. Moskvada həmçinin seçkilərin təbliği məqsədilə gülçülər müsabiqəsi keçirilib.

Eyni zamanda Moskvada səsvermə günü 14 nəfər saxlanılıb, onlardan bir qismi “Moskva işi” üzrə həbs olunanların şəkli əks olunan köynəklərdə olub. Bu iş üzrə bir neçə nəfər sosial şəbəkədə yazdığı statusa və ya “polisin dəbilqəsinə toxunduğuna” görə iki ildən beş ilə qədər azadlıqdan məhrum edilib.

Burada rəsmi nəticələr çox ləng dərc olunub, “Vahid Rusiya” partiyasının əsas namizədi Andrey Metelskinin dairəsində isə protokolların nəticələrini ümumiyyətlə dərc etmək istəməyiblər.

Müğənni Diana Qurtskayanın küçədə onun şərəfinə oxuduğu “Mən başqa namizəd görmürəm” mahnısı sosial şəbəkələrdə böyük istehzaya səbəb olub. Problem ondadır ki, müğənni gözdən əlildir.

Rusiyanın əsas müxalifətçisi Aleksey Navalnının təşəbbüsü ilə Moskvanın üç dairəsində “internet səsvermə” sistemi test edilib. Sistem seçkidə iştirakın 90 faizdən yüksək olduğunu göstərib ki, by da rekord adlandırıla bilər.

Rusiya regionları
Rusiyanın bütün regionlarında Kremlin təyin etdiyi qubernator səlahiyyətlərini müvəqqəti yerinə yetirən şəxslər qalib gəlib.

O cümlədən də, yerli sakinlər arasında nüfuzu olmayan Peterburqun müvəqqəti qubernatoru Beqlov 64 faiz səs toplayıb. Seçici iştirakının hədsiz aşağı səvəyyədə olması da – cəmi 24 faiz – bundan xəbər verir.

Pozuntularla bağlı xəbərlər də ən çox Peterburqdan daxil olub (həm səsvermə, həm də səslərin sayılması zamanı). Burada hərbçilər və şəhər kommunal xidmətlərinin işçiləri sıra ilə və böyük qruplarla gəlib, hamısı birlikdə səs veriblər; seçki bülletenlərinin gizlədilməsi mümkün olmayan dərəcədə topa ilə sandığa atıldığı hallar olub; faktiki olaraq polis tərəfindən dəstəklənən mütəşəkkil xuliqan qrupları müşahidəçilərə hücum edib.

Həmçinin Peterburqda çox əcaib hadisələr də baş verib – komissiya rəhbərləri surətlərini müşahidəçilərə təqdim etmədən yekun protokolları götürərək məntəqədən qaçıblar.

11 sentyabr 2019 /

Hakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyası

Похожие новости

UKRAYNADA SEÇKİLƏRİN NƏTİCƏLƏRİ

Ukrayna Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində istifadə olunan səsvermə bülletenlərinin sayılmasını başa çatdırıb. Yekun nəticələrə görə, prezident Vladimir Zelenskinin

Ukraynada prezident seçkiləri başa çatıb

Ukraynada prezident seçkiləri ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb. Fedai.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan

"Küçə avaralarının demokratiyası" uğursuzluğa düçar oldu

Ermənistanda növbədənkənar parlament seçkilərində seçici aktivliyi ümumilikdə cəmi 48,63 faiz olub. Bu haqda Ermənistan Mərkəzi Seçki Komissiyasının seçici aktivliyi ilə bağlı yekun məlumatında

QAFQAZDA İLK QADIN PREZİDENT

Gürcüstanda prezident seçkilərinin ikinci turunda iştirak edən namizəd Salome Zurabişvili 59,56 faiz (1.14 milyon seçici) səs toplayıb. Fedai.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki

PUTİNİN KOLBASA-ÇÖRƏKLƏ SATIN ALDIĞI RUSİYA

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Səslərin 94 faizinin sayılmasından sonra nəticələr aşağıdakı kimidir: Vladimir Putin – 76.67 Pavel Qrudinin –
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ