“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEO

“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “ASAN Xidmət” və "ASAN Könüllüləri" təşkilatının birgə layihəsi olan “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində əsl əsgər həyatı yaşanır.

Günün nizam qaydalarına uyğun olaraq düşərgə sakinləri sübh tezdən yuxudan oyanır, idman edir, səhər yeməyi süfrəsində ən ləziz təamlardan dadır, sıra baxışı olur, günün proqramı elan edilir və komandalar günün qalibi olmaq əzmi ilə təlim və yarış meydanlarına tələsirlər. “Hərbiyyə - 2019”-un dördüncü günü də gənc vətənpərvərlərin yaddaşından uzun müddət silinməyəcək.

Düşərgə sakinləri qarşısında çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani onların fəallığını, nizam-intizamını, gündən-günə hərbi biliklərə daha böyük maraq göstərdiklərini, yarışlarda yüksək nəticələr əldə etdiklərini və hər şeydən öncə bu gün Azərbaycan gəncliyinin qarşısında Qarabağ problemi kimi böyük bir problemin olduğunu dərindən dərk etdiklərini və bu istiqamətdə fəallıq göstərdiklərini qeyd edib.

Taktiki təlim və nəzəri hərbi biliklərin öyrənilməsinə məsul zabit Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov Heydər Əliyev ideyalarına, Vətənə, dövlətə, xalqa sadiq gənclərin yetişdirilməsi sayəsində uğurları yüksək qiymətləndirib. Polkovnik-leytenant Ceyhun Bağırov isə belə bir möhtəşəm hərbi vətənpərvərlik düşərgəsinin məhz onların hərbi hissələrində təşkilinin şəxsi heyətdə vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığın, döyüş ruhunun daha da yüksəldiyinə dəlalət etdiyini bildirib.

İlk məşğələ başlamazdan öncə polkovnik-leytenant Aydın Şıxəliyev orduda mühəndis-istehkam xidmətinin zəruriliyi və müharibələrdə, qələbənin əldə olunmasında bu sahənin də vacibliyini vurğulayaraq deyib: “Bütün qoşunların hərəkətinin maneəsiz təmin olunması, irəliləməsi, maneələrin dəf edilməsi, ələ keçirilmiş mövqelərin möhkəmləndirilməsi, strateji əhəmiyyətli ərazi və obyektlərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi və yaxud dağıntıların hazırlanması, ərazilərin minalanması, bilavasitə mühəndis-istehkam bölmələrinin üzərinə düşən məsuliyyətli vəzifələrdir. Müharibələr tarixinə nəzər salsaq görərik ki, Azərbaycan oğulları digər sahələrdə olduğu kimi bu sahədə də bir çox uğurlara imza atıblar. 1941-1945-ci illərin Böyük Vətən müharibəsində ilk istehkamçı, Sovet İttifaqı Qəhrəmanı adına məhz azərbaycanlı briqada komandiri Aslan Vəzirov layiq görülmüşdür. Neçə-neçə azərbaycanlı istehkamçı Qarabağ uğrunda gedən döyüşlərdə qarşılarına düşən vəzifələri layiqincə yerinə yetirmiş, Azərbaycanın Milli Qəhrəmanı fəxri adını almışlar. Bu gün istehkamçı hərbi qulluqçularımızdan şəhid Asif Məhərrəmov, Rafiq Alıcanov, Kərim Kərimov, Elşad Əhədov və başqalarının adları ehtiramla çəkilir. Aprel döyüşləri zamanı Lələtəpə zirvəsinin fəth edilməsində mühəndis-istehkamçıların müstəsna xidmətlərini qeyd edən polkovnik-leytenant A.Şıxəliyev fəxrlə bildirib ki, bu gün də mühəndis-istehkamçılar üzərilərinə düşən tapşırıqları uğurla yerinə yetirirlər”.
“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEO
Yağışlı, yağmurlu hava şəraitində gənc vətənpərvərlər mühəndis silahlandırma vasitələri ilə ümumi tanışlıq üçün sıra meydanına toplaşaraq, burada peşəkar hərbçilərin mövzu ilə bağlı çıxışlarını dinləyib, minaəleyhinə keçidaçma sistemləri, tank və piyada əleyhinə minaların xüsusiyyətləri, partlayış üsulları, minaatan qurğular və istehkamçıların geyimləri, mühəndis alətləri, partlamayan əngəllər, mövqelərdə istifadə olunan metal səbətlər, təlim görmüş istehkamçı itlər barədə məlumat verilib.

Gənc vətənpərvərlər hərbi qulluqçular Sərxan Məmmədov, Emil Əmiraslanlı, Kənan Rzayev, Aqil Cumayev və başqalarının çıxış məruzələrini maraqla dinləyiblər. Sonra düşərgə iştirakçıları təlim sahəsinə yollanaraq orada praktiki olaraq icra olunan partlayışları aparan əsgərlərə qoşulub və bu işi birlikdə icra ediblər.

Od üsulu və elektrik üsulu ilə, tək-tək və bir neçə atımın partladılması, MTU-90 körpüquranı ilə maneələr üzərindən körpülərin qurulması praktiki olaraq nümayiş olunub.
Gənc vətənpərvərlər Cəbrayıl, Xocalı, Xocavənd, Qubadlı və Ağdərə komandalarının bayraqları altında rəmzi olaraq Şuşaya doğru irəliləyiblər.
“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEO
Silahlanmada olan yeni nəsil rabitə vasitələrinin nümayişi də gənc vətənpərvərlərin marağına səbəb olub. Bu barədə polkovnik-leytenant Elman Şirəliyev məlumat verib. Nəzərə çatdırılıb ki, orduda rabitə - qoşunların fasiləsiz, davamlı, gizli və dayanıqlı idarə olunmasıdır. Bu gün Azərbaycan Ordusunda digər sahələrlə yanaşı rabitə işinin daha da təkmilləşdirilməsi, ən müasir vasitələrlə təmin olunması, dünya ordularının rabitə sistemi təcrübəsindən bəhrələnmə rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır. Silahlanmada olan yeni nəsil rabitə vasitələrimiz düşmənin taktiki fəaliyyətini daim nəzarətdə saxlayır, bununla da onların mənfur niyyətlərini öncədən anlayaraq müvafiq tədbirlər görür.

Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan rabitəçiləri istənilən döyüş əməliyyatlarında ümidləri doğrultmağa hazır və qadirdirlər. Gənc vətənpərvərlərə əldə və kürəkdə gəzdirilən qısa və ultraqısa dalğalı, görüntülü rabitə vasitələri nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Nahardan sonra əl altındakı vasitələr ilə (balta, bıçaq) hədəflərə xətər yetirilməsi və zərərsizləşdirilməsi tapşırıqları əvvəlcə döyüşçülər, sonra isə gənc vətənpərvərlər tərəfindən icra olunub.

Tək əsgərin taktiki nəzarət zolağının keçilməsi üzrə nümunəvi məşğələ gənc vətənpərvərlərin Azərbaycan əsgərinə güvənini, inamını daha da artırıb. Onlar çətin və maneələrlə əhatə olunan taktiki nəzarət zolağını qət edərək irəliləyiblər.
Düşmən atəşləri altında döyüşçülərimizin mövqeyə yaxınlaşması və həmin mövqeləri ələ keçirməsi gənc vətənpərvərlər tərəfindən alqışlarla qarşılanıb. Taborun kiçik taktiki təlim meydanında əsl qələbə sevinci yaşanıb. Mərmilərin gurultusu, minaların partlayışı nəinki gənc vətənpərvərləri qorxutmayıb, hətta onların nümayəndələri də atəş altında mövqeyə doğru can atıblar.

Aprel döyüşlərinin iştirakçısı polkovnik-leytenant Allahverdi Cəbrayılov başda olmaqla tibb xidməti zabitləri və əsgərlər döyüş meydanında yaralılara ilk tibbi yardım göstərilməsi və yaralının döyüş meydanından təxliyə edilməsi mövzusunda nəzəri tövsiyyələr verib, praktiki göstərişlər təqdim ediblər. Gənc vətənpərvərlər birlikdə bu işi icra ediblər.

Xocavənd rayon Tuğ kəndi uşaq musiqi məktəbi və Salakətin kənd orta məktəbinin şagirdlərinin iştirakı ilə gənc vətənpərvərlər və hərbi hissənin şəxsi heyəti üçün bədii proqram təşkil olunub.

Konsertdən sonra hər iki məktəbə Abdulla Qurbaninin “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” və “Sənə güvənirik, Vətən əsgəri!” kitab-albomları hədiyyə edilib.
Tədbirdə hərbi birliyin komandanlığı və Xocavənd rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib.


“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEO
“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEO
11 sentyabr 2019 /

“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEO

Похожие новости

Ordumuz döyüş atışlarını icra etdi - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliklərdən birinin təlimi keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim

Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim məntəqələrinə baş çəkib. Əsas komanda məntəqəsində

Aprel döyüşlərinin ildönümü ilə bağlı hərbi vətənpərvərlik həftəsinə start verildi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Fevralın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bütün qoşun növlərində, hərbi birliklərdə, eləcə də digər təminat hərbi

Ordunun ən yaxşı mühəndis-istehkam manqası adı uğrunda yarış keçirilib

QarabagNews Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi birliklərindən birində “Ən yaxşı mühəndis-istehkam
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ