Qarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...

Qarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...




Abbas Hüseynli
AVMVİB sədrinin müavini

Hər bir Azərbaycan insanı Qarabağla bağlı həqiqətin ortaya çıxmasına çalışır. Doğrudur, hələlik əsil həqiqəti ortaya qoya bilməsək də müəyyən məsələlərdən danışmağa dəyər.

Qarabağ barədə hayların əvvəlcədən planları olması heç kəsə gizlin deyildi. 1905-1907, 1918-ci il mart və sonrakı vaxtlarda Qarabağı erməni-haylar ələ keçirmək üçün çalışmışlar. O vaxtlar barədə burada danışmaq istəmirəm. Bir onu deyə bilərəm ki, bizə rəhbərlik edən şəxslərin təqsiri nəticəsində torpaqlarımız erməni-haylar tərəfindən işğal edilmişdir. 1990-1993-cü illərdə hakimiyyətdə olanlarımızın apardıqları Qarabağ barədə yarıtmaz siyasət demək olar ki, orta yaşlı şəxslərin gözü qabağında baş vermişdir. Məhz onların bəzilərindən danışa bilərik.

1990-cı ildə Ağdərə RPŞ-də işlədiyim vaxtları mənimlə birlikdə işləyən erməni rəislərim Daneliyan və Osipyan Qarabağla bağlı söhbətlər düşəndə bu ərazilərin əvvəldən onların torpaqları olmalarını göstərməyə çalışsalar da, mənim onlarla apardığım söhbətlər, onların 1813-1828-ci illərdə İran və Osmanlıdan gəlmələrini, hətta özlərinin şöbəmizin yaxınlığında «Marquşavan» deyilən yerdə bu barədə abidə belə qoymalarını dedikdə, eləcədə həmin dövrlərdə bu köç siyasətinə rəhbərlik edən car canişini olan Paskeviçin və Qribayedovun çara yazdığı məktubları xatırladanda, onlar mənə deyrdilər ki, Abbas müəllim, biz belə məsələlərə qarışmırıq, bu bir siyasətdir. Hətta Ağdərə RPŞ-nin rəhbərliyində olan şəxslər DQMV-nin ərazisinə çoxsaylı Yerevandan, Türkiyə, Suriya və Livandan erməni saqqallılarının gəlmələrini və onlara göstəriş vermələrindən də gileylənirdilər. Onlar Azərbaycanlılarla ermənilər arasında gedən bütün münaqişə və qırğınların səbəbini onlarda görürdülər. Çox təəssüf ki, biz polis (həmin vaxtı milis) əməkdaşlarının yuxarılara raportlarla etdiyimiz müraciətlərə fikir verən yox idi.

Sonradan 1991-ci ilin əvvəllərində DQMV-də, Caykənddə, Göranboy rayonunun ərazisində aparılan pasport rejiminin yoxlanılması ilə əlaqədar tədbirlər bizim haqlı olduğumuzu bir daha göstərdi. Buna baxmayraraq bu tədbirlər davamlı aparılmadı və Ermənistan Respublikasının həmin vaxtları prezidenti Ter-Petrosiyanın Rusiya rəhbərliyinə yalvarışları, içərimizdə olan satqınların fəaliyyəti bu tədbirin axıra çatdırılmasına imkan vermədi.

Sizə dəqiqliklə bildirirəm ki, bu tədbirlər davamlı və uzun müddətə aparılsaydı, indiki başımıza gələn müsibətlər olmazdı.

Hərdən sosial şəbəklərdə həmin vaxtlarla bağlı çıxışlara rast gələndə öz-özümə fikirləşirəm ki, həmin hadisələrin içərisində olan adamlar deyil, bu hadisələri kimlərdənsə eşidən şəxslər həmin dövürlərdə baş verən hadisələr barədə anilizlər edərək nəticələr çıxarırlar.

Uzun müddət polis orqanlarında işləyən, könüllü şəkildə 1990-1992-ci illərdə Ağdərə RPŞ-də zabit kimi xidmət edən, Xalq hərakatında yaxından iştirak edən, həmin vaxtları Xəzər (Əzizbəyov) rayon Xalq cəbhəsi rayon şöbəsinin sədri olan bir şəxs kimi deyə bilərəm ki, Qarabağımızın belə bir vəziyyətə düşməsinin bir səbəbi var ki, o da hakimiyyət uğrunda siyasilər arasında gedən didişmələrdir.

Hal-hazırda Ağdam rayonunun sakinləri elə bir vəziyyətə düşmüşlər ki, Ağdamda yaşadıqları, qonşu erməni kəndlərinin ermənilərinin Ağdam sakinləri deyəndə tir-tir əsdikləri, hətta Xankəndinin özündə belə istədikləri hərəkətləri edən ağdamlılardan elə bil ki, əsər-əlamət qalmamışdır.

Müharibə başlayan zaman Ağdam rayonunda çoxsaylı könüllü batalyonlar yaranmışdı. Mən həmin batalyonların çoxu ilə əlaqəm olsa da, əsasən Ağdam cəbhəsinin yaratdığı batalyonla sıx əlaqə saxlayırdım. İlk vaxtları demək olar ki, batalyonun şəxsi heyəti çox güclü idi. Mən orada Eldar Bağırovla, Yaqub Rzayevlə (Ala Yaqubla) tez-tez görüşürdüm. Bu görüşlər zamanı görürdüm ki, Eldarla Yaqub arasında inciklik var. Hətta onları bir araya çəkməyə çalşsam da onlar barışmaq istəmirdilər. Mən Bakı şəhərinə gələndə bu barədə Bakı və Kəndlər Birliyinin həmin vaxlar sədri olan Nəsir Ağayevlə söhbət etdikdə o, mənə bildirdi ki, Ayaz Mütəllibov Eldar Bağırov cəbhə tərəfdarı olduğu üçün ona qarşı çıxır və Ağdam Cəbhəsinin içərisindən isə Yaqub Rzayevi müdafiə edir.
Qarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...

Mən sonradan gördüm ki, Ağdam cəbhəsi iki yerə parçalandı. Bu isə çox böyük fəlakət idi. Ona görə ki, Ağdamın yaxınlığında olan DQMV-nin kəndlərinin əksəriyyəti Ağdam cəbhəsinə bağlı idi. Bu parçalanma onlara da pis təsir göstərmişdi. Hətta həmin vaxtlar Bakı şəhərində Ayaz Mütəllibovun müdafiəsi ilə əlaqədar keçirilən mitinq və mitinqdə Zeynəb Xanlarovanın Ayaz Mütəllibovu müdafiə edərək etdiyi çıxış da hamının yadındadır. Bu parçalanmağa qarşı çıxan Ağdam cəbhəsinin rayon şöbəsinin sədri Eldar Bağırov aradan götürülməli idi.

Onun aradan götürülməsi üçün bir sıra səbəblər var idi.

Bunlardan birincisi, Eldar Bağırovun erməni kəndləri içərisində və Ağdam camaatı arasında olan nüfuzu idi. Bu isə həmin vaxtları düşmənə qalib gəlmək üçün əsas vasitə sayılırdı. Eldar Bağırov ermənilərə qarşı Qarabağda döyüşə başlamaq üçün dəfələrlə rəhbərliyə müraciətlər etsə də ona bu imkan verilməmişdilər. Hətta həmin vaxtlar yaxın erməni kəndlərinin sovet sədrlərinin əksəriyyəti Azərbaycan Respublikasının tərkibində qalmağı və bir arada yaşamağı irəli sürürdülər. Kənardan erməni kəndlərinə gələn separatçı qüvvələr isə azərbaycanlı kəndlərinin boşaldılması və orada yaşayan azərbaycanlı əhalisini məhv etmək üçün planları qururdular.

1991-ci ilin oktyabr ayının 30-da Milli Məclisdən içlasdan çıxan Eldar Bağırovu Binəqədi rayonu ərazisində "Niva" markalı avtomaşınında güllələyərək öldürdülər. Həmin ölüm hadisəsini törədən şəxsləri müəyyən etmək mümkün olmadı və başlanmış cinayət işi üzrə icraat dayandırıldı və cinayət işi arxivə verildi.
Qarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...

Hətta onu bildirirəm ki, cinayətkarlar tərəfindən E. Bağırovun nə pulu, nə başqa əşyaları götürülməmişdir. Belə bildirilər ki, E. Bağırova Ağdama yaxın olan erməni kəndlərinin sovet sədrləri məktub yazaraq xahiş etmişdirlər ki, onların rəhbərlik etdikləri kəndlərə doluşmuş erməni banditlərindən, bu kəndləri Azərbaycan hökuməti azad etsin. Bu məktubu E. Bağırovun Milli Məclsdə həmin vaxtı səsləndirməsi və yaxın adamları ilə bu barədə söhbətlər etməsi bildirilir.

E. Bağırov öldürüldükdən sonra isə onun cibindən həmin məktub götürülmüşdü. Hətta bildirilirdi ki, E. Bağırov öldürüldükdən 3 gün sonra məktubu yazan erməni kəndlərinini sovet sədrləri kəndlərinin içində əhalinin gözü qarşısında erməni banditləri tərəfindən güllələnmişdi.

Ağdamın ermənilər tərəfindən işğalı üçün Eldar Bağırov da, Şirin Mirzəyev də və digər batalyon komandirləri öldürülməli idilər və məhz onlar öldürüldükdən sonra Ağdam rayonu işğal olundu. Necə ki, Şuşanı işğal etmək üçün Şüşa İH-nin başçısı Mikayıl Gözəlov, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qənbərov öldürüldükdən sonra düşmən Şuşanı işğal etdilər.
Qarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...

DQMV-nin ən böyük rayonu olan Ağdərə rayonunun ləğv edilməsi barədə 1991-ci ilin noyabr ayının 26-da qəbul edilmiş qərar separatçılara xidmət edən bir qərar idi. Bu qərar Ayaz Mütəllibovun vaxtında qəbul edilsə də, Əbülfəz Elçibəyin prezident olduğu vaxtda- 13 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 327 nömrəli qərarına əsasən Ağdərə rayonu ləğv edildi. Ağdərə rayonunun ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölüşdürüldü.Həmin qərara əsasən, Ağdərə rayonunun 8 kəndi Ağdam rayonuna, 23 kəndi Kəlbəcər rayonuna, Ağdərə şəhəri və 13 kənd Tərtər rayonunun inzibati tərkibinə verildi. Baxın Ağdərə rayonu Ağdərə camaatını fikirləşmədən, ümumiyyətlə əsassız olaraq ləğv edilməsi sayəsində, həm A. Mütəllibovun, həm də Ə. Elçibəyin vaxtında qərarlar qəbul edilir. Buradanda belə nəticə hasil olur ki, həm A. Mütəllibovun, həm də Ə.Elçibəyin vaxtında erməni separatçılarına işləyən qüvvələr hakimiyyətdə olmaqla Azərbaycan xalqının əleyhinə qərarlar qəbul edirmişlər.

Buna baxmayaraq indinin özündə belə Ağdərə çamaatının Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında parçalanaraq qalmasının qarşısı alınmır ki, alınmır. Milli Məclisimizdə bu məsələnin qaldırılaraq həll edilməsinə mane olan qüvvələr indinin özündə də olması sirr deyildir. Ona görədə bütün vaxtlarda erməni düşmənlərimizə işləyən qüvvələri həm güc strukturlarından, həm qanunverici orqanımızdan, həm də icra orqanlarımızdan təmizləmək üçün hamılıqla mübarizə aparmalıyıq, yoxsa Qarabağımızı düşməndən azad edə bilməyəcəyik.
12 sentyabr 2019 /

Qarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...

Похожие новости

AĞDAMIN QARA GÜNLƏRİ

23 iyul 1993-cü ildə Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum

Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR

Bəs biz nə vaxt hansısa bölgəmizin bütövlükdə azadlıq gününü qeyd edəcəyik? Bu gün- iyunun 28-də ermənilər Azərbaycanın 26 ildir ki, işğal altında qalan Ağdərə şəhərində bayram tədbirləri

AĞDƏRƏ RAYONUNUN LƏĞVİ - HÜCUM REVANŞININ SÜQUTU

Mayıl Dostu Müharibə veteranı, Ağdərə rayon İH sabiq müavini, şair I Yazı Ölümlü, itimli dünyadı... Ən çox, yaxın dostlarımın istəyi ilə qərara gəlmişəm ki, 1988--1994 çü illərdə (1994 -cü ilin

DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİ NECƏ LƏĞV OLUNDU?

Abbas Hüseynli Araşdırmaçı -yazar, müharibə veteranı Bəzi hallarda başımıza gələn «Qarabağ» müsibətinin mahiyətini tam şəkildə başa düşmədən fikirlər, rəylər irəli sürürük. Bunların hamısı Qarabağı

AĞDƏRƏNİN ƏN SON İŞĞALA MƏRUZ QALAN KƏNDİ-ÇƏRƏKDAR

Ağdərə rayonunun ən son işğala məruz qalan azərbaycanlılar yaşayan kəndi Çərəkdar kəndi olub. 28 mart 1993-cü il tarixdə bu kənd də erməni-rus hərbi birləşmələrinin hücumuyla işğala məruz qaldı.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
O halda deyildim... amma və lakin...MƏŞHUR İFAÇI "AVMVİB 25 İL" MEDALIYLA TƏLTİF EDİLDİTürkiyənin vergi rekordçusu olmuş erməni fahişəxana sahibəsi - Matild Manukyan - VİDEO"Ermənistanda da çoxlu azərbaycanlı əsir var"ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTODeputat “Şöhrət” ordeni ilə təltif olunduAzərbaycan Prezidenti maltalı həmkarını təbrik etdiBu da Rəfael Cəbrayılovun girov deputat vəsiqələriRaquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEOYad planetlilərin Anahitlə "Şuşa bazarlığı"Putin azərbaycanlı rektoru təltif etdiƏlizamanlı «Gəlirik, Qarabağ, qarşıla bizi» mahnısını ilə zalı coşdurdu - VIDEODAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlılarıAzərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıbÜmid sənədir ancaq, Azərbaycan əsgəri!“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötürAVMVİB - nin 25 illik yubiley tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etdilərPutin Paşinyanın görüş təklifini rədd etdi"GƏLİRİK, QARABAĞ, QARŞILA BİZİ": AVMVİB FƏAL VETERANLARINI MÜKAFATLANDIRDIAVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb - VİDEOMÜHARİBƏ VETERANLARI AVMVİB - NİN 25 İLLİYİ İLƏ BAĞLI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏRAVMVIB 25 YAŞINI TƏNTƏNƏ İLƏ QEYD ETDIHUNLARIN ANADOLU SƏFƏRIAllahverdi bəy Xələfbəyli: Yurd keşikçisi - ARAŞDIRMAKoçaryan: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”Nazir Təhsil şöbəsi müdirinin sözlərini təkzib etdiBütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRARBu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAMBakı Slavyan Universitetində Bilik Günü qeyd olunubFinlər körpələri niyə karton qutularda yatızdırırlar?Tacikstan- Qırğızıstan sərhəddində atışma, ölən və yaralananalar varTanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ