BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏK

BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏK
KARNEGİ MƏRKƏZİ. "Con Boltonun (John Bolton) ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postundan uzaqlaşdırılması elə sürprizdir ki, onun baş verəcəyini bilsən də, nə vaxt baş verəcəyini bilmirsən. Artıq yazda məlum oldu ki, Tramp (Donald Trump) hələ bir il əvvəl təyin etdiyi Boltondan boğaza yığılıb və açıq-aşkar dövlət katibi Mayk Pompeoya (Mike Pompeo) üstünlük verir. Sonuncunun da Boltonla münasibətləri gərgin olub. Payız mövsümü başlayan kimi prezidentin səbir kasası dolub. Səbəb elə də əhəmiyyətli deyil. Hətta Tramp standartına uyğun adi mərasim keçirilmədən, Bolton istefaya göndərilib”, - Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin yazır.

Məqalə müəllifi qeyd edir ki, Boltonun Ağ Evə təyin edilməsi, əsas postda qısamüddətlik fəaliyyəti, nəhayət, istefası Donald Trampın xarici siyasətini daha yaxşı başa düşmək üçün bəzi ştrixlər əlavə edir: “Boltonun sərt ritorikası, onun beynəlxalq həyat normalarına, o cümlədən bədnam nizama saymaz münasibəti, köhnəlmiş və ya tez-tələsik imzalanmış müqavilə və sazişləri ləğv etmək istəyi, Amerikanın düşmənlərini hədələmək vərdişi və müttəfiqlərinə soyuqqanlı və komplimentsiz davranış meyli həqiqət carçısı olan prezidentdə xoş təsir bağışlayıb. Başqa sözlə, Trampın Boltonda Tramp xoşuna gəlib”.

“Amma Con Bolton Donald Tramp deyil. Tramp biznesmendir, Bolton isə ideoloq. Məsələn, rəqiblərə söz hücumları Tramp üçün oyunun bir hissəsi olduğu halda, Bolton üçün amerikalıların təbirincə desək, kinetik zərbədən öncə hazırlıq olub. Tramp nə qədər qeyri-səmimi, qeyri-müəyyən olubsa, Bolton bir o qədər qəti olub. Qısacası, Bolton müharibə adamıdır, Tramp isə amansız da olsa ticarət”, - məqalədə deyilir.

“ABŞ-da və beynəlxalq arenada Con Boltonun istefasına yas tutan olmayacaq. O, Trampı Şimali Koreyanı bombalamağa, İranla müharibəyə, Venesuelaya girməyə təhrik etməyə çalışıb. İstəyi baş tutmayıb: Tramp sələflərinin ənənələrini sındıraraq, öz müharibələrini başlatmaq yerinə başqalarının başlatdığı müharibələri sonlandırmağa can atıb”, - Trenin yazır.

Ekspert qeyd edir ki, Rusiyada Boltonun təsiri tez-tez ABŞ-ın “Orta və yaxın mənzilli raketlərin ləğvinə dair” sazişdən (OYRL) çıxmasında və “SHS-3” sazişinin uzadılmasına maraq göstərməməsində nəzərə çarpıb. Həqiqətən, Vaşinqtonda Bolton haqqında çoxdandır haqlı olaraq belə söz-söhbət gəzir ki, o, hələ xoşuna gələ biləcək silaha nəzarət haqqında sazişlə rastlaşmayıb. Çox güman, Trampın OYRL ilə bağlı qərarı və “SHS-3” sənədinə münasibəti “silaha nəzarətə yox!” prinsipial mövqeyindən daha çox, Çinin ABŞ üçün əsas təhlükə kimi qiymətləndirilməsinə əsaslanıb”.

“Rusiya-Amerika münasibətlərinin iki ölkə arasında təsadüfi silahlı münaqişənin qarşısının alınması probleminədək kiçildiyi bir şəraitdə Tramp Rusiya ilə münasibətlərə nəzarəti məhz Boltona tapşırıb. Təhlükəsizlik şurasının katibləri – Nikoly Patruşev və Con Bolton arasında olan kanal son bir ildə Moskva və Vaşinqton arasında yüksək dövlət səviyyəsində fəaliyyət göstərən yeganə daimi dialoq meydanı olub. Sonradan üçtərəfli formatadək genişlənən sonuncu belə görüş bu ay Qüdsdə keçirilib. Patruşev və Boltonun çoxlu təmas nöqtəsi tapdığını, ya da irəliləyiş üçün imkan əldə etdiyini söyləmək olmaz, ancaq bu cür mütəmadi görüşlər, sözsüz, faydalı olub”.

Məqalə müəllifi hesab edir ki, Vaşinqton səmasında ulduzların düzülüşündən asılı olmayaraq, Rusiya və Amerika arasında bu kanalı saxlamaq lazımdır: “Məhz nəzərə almaq lazımdır ki, iki ölkənin münasibətləri yaxın gələcəkdə pisləşməyə davam edəcək, 2020-ci il prezident seçkiləri ərəfəsində rus amili Amerikanın xarici siyasətində bundan sonra da Trampın rəqibləri tərəfindən istismar ediləcək. Rusiya prezidentinin administrasiyasında amerikalı agent haqqında bu yaxınlarda mətbuata sızan informasiya buna bariz nümunədir. Bolton olmadan da işlərin öhdəsindən gəlmək olar. Siyasət, hərb, xüsusi xidmət orqanları və başqa sahələrdə etibarlı rabitə kanalları olmadan çətin və təhlükəli olacaq”./XPressa/
13 sentyabr 2019 /

BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏK

Похожие новости

"Azərbaycan prezidenti İlham Əliyev tezliklə amerikalı həmkarı Donald Trampla görüşəcək"

Bu barədə erməni politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Rusiya və Cənubi Qafqaz regionuna səfərinə dair ilk məlumatı yayan Suren Sarkisyan bildirib.

Tramp İranı bombalamağa qərar verdi – Hökumətdəki mənbələrdən DƏQİQ TARİX

Birləşmiş Ştatlar artıq növbəti ayda İranın nüvə obyektlərinə zərbələr vurmağa hazırdır. Bu haqda Avstraliya hökumətindəki mənbələr ABC media korporasiyasına bildiriblər. Onların sözlərinə görə,

ABŞ və Şimali Koreya liderlərinin görüşü başa çatıb

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In arasında Sinqapurda keçirilən geniş tərkibdə görüş başa çatıb. FEDAİ.Az AZƏRTAC -a

Onların hamısı dünyanı qan gölünə çevirmək istəyirlər – MÜHARİBƏ KABİNETİ

ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan “müharibə sənədləri”nə paralel olaraq bir “müharibə kabineti” qurur. Fedai.az Publika.az-a istinadən xəbər verir ki, İsrail tərəfdarı olan

Tramp müşavirini istefaya göndərib

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Qerbert Makmasteri istefaya göndərib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun yerinə bu vəzifəyə ABŞ-ın BMT-dəki
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Etmiad Əsədovun vəfatından 1 il keçdi...Rəhmətlə anırıqGizli anlaşmalar üzə çıxır: Rusiya - ABŞ bir medalın iki üzüAzərbaycan mediası Ərdoğanla veteranların görüşü barədə niyə susdu?Türk Şurasının növbəti görüşü Türkiyədə keçiriləcəkAzərbaycan Rusiyaya nota verdiİlham Əliyev Türk Şurasının Zirvə Görüşündə - FOTO/VİDEOƏrdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ