Finlər körpələri niyə karton qutularda yatızdırırlar?

Finlər körpələri niyə karton qutularda yatızdırırlar?

Bu, 1930-cu illərdən başlanan bir ənənədir və məqsədi Finlandiyadakı bütün uşaqların əsil-nəcabətindən asılı olmayaraq həyata eyni cür başlamasına nail olmaqdır.

Analıq paketi hökumətin hədiyyəsi kimi ölkənin bütün uşaq gözləyən qadınlarına verilir.

Bura uşaqlar üçün alt və üst geyimləri, yataq torbası, çağalar üçün hamam ləvazimatı, əskilər, bələklər və kiçik döşəkcə daxildir.

Dibinə döşəkcə yerləşdirilmiş karton qutunun özü isə çarpayı rolunu oynayır. Beləliklə, ölkənin bütün sosial təbəqələrindən olan uşaqlar eyni formalı karton qutuların dörd divarı arasında mışıl-mışıl yatırlar.

Analara seçim də verilir. Onlar qutuları, ya da nəqd pulu - 140 avronu götürürlər. Amma anaların 95 faizi qutulara üstünlük verir, çünki onun dəyəri daha çoxdur.

Finlər körpələri niyə karton qutularda yatızdırırlar?
1947-ci ilə aid analıq bağlaması

Bu ənənə 1938-ci ildə başlanıb. Bu tədbirə başlayanda qutuları yalnız imkansız ailələrə verirdilər, lakin 1949-cu ildə bu qayda dəyişdirildi.

"Hökumət bu hədiyyəni bütün gələcək analara verməklə kifayətlənmir. Analıq qutusunu almaq üçün gələcək ana hamiləliyin dördüncü ayından əvvəl həkimə və ya bələdiyyə doğuşaqədər klinikasına baş vurmalıdır" - deyir Finlandiyanın Kela - Sosial Təminat İdarəsində işləyən Heidi Liesivesi.

Beləliklə qutular heç də təkcə yenicə doğulanlara ilkin tələbat ləvazimatını vermir, həm də anaları Finlandiyanın yenicə formalaşan sosial təminat sisteminin həkim və tibb bacıları ilə görüşdürürdü.

1930-cu illərdə Finlandiya yoxsul bir ölkə idi və burada uşaq ölümü reyti hər 1000 uşaqdan 65-ə bərabər idi. Lakin bundan sonrakı onilliklərdə vəziyyət sürətlə yaxşılaşdı.

Helsinkidəki Sağlamlıq və Rifah İnstitutunun professoru Mika Gissler buna bir neçə səbəb göstərir. O deyir ki, 1940-cı illərdə verilən analıq qutularının ardınca, 1960-cı illərdə səhiyyə sığortası sistemi və mərkəzi xəstəxana şəbəkəsi yaradılıb.

Finlər körpələri niyə karton qutularda yatızdırırlar?
2013-cü ildə verilən qutunun içindəkilər

Qutunun içindəkilər

Döşəklər, döşəkağılar, yorğan və balış üzü, adyal, yataq çuvalı
Qutunun özü hasarlı çarpayıya çevrilir
Qış kostyumu, papaq, əlcək, çəkmə
Yüngül kostyum dəsti və toxunma cemper
Corablar, toxunma papaq və qulaqlı papaq
Hər iki cinsdən olan uşaqlar üçün münasib rəngli və naxışlı canlıqlar, uşaq kombinezonu və dizliklər
Başlıqlı hamam dəsmalı, dırnaq qayçısı, daraq, diş fırçası, vanna termometri, bələk kremi, əl-ayaq dəsmalı
Əski dəstləri və parça salfetlər
Şəkilli kitab və dişlik oyuncaq
Lifçik altlığı və prezervativlər
75 yaşlı qutu ənənəsi indi artıq Finlandiyada qadının analığa keçidinin bir növ simvoludur. Bu rəmz indi artıq neçə qadın nəslini birləşdirir.

49 yaşlı Helsinki sakini Reija Klemetti 6 uşağından biri üçün qutunu alsın deyə poçt idarəsinə necə getdiyini xatırlayır.

"Bu çox sevincli və həyəcanlandırıcı bir hadisə idi, - deyir qadın. - Anam, dostlarım, qohumlarım qutunun içində nələrin olduğunu, həmin il paltarlar üçün hansı rənglərin seçildiyini bilmək istəyirdilər."

Onun qaynanası da 1960-cı illərdə öz dörd uşağından birincisi üçün belə qutulardan birini hədiyyə almışdı. O vaxt o, uşaq üçün nələrin lazım olduğunu bilmirdi, lakin lazım olan hər şey qutunun içindəydi.

Lap bu yaxınlarda Klemettinin 23 yaşlı qızı Solja da bir vaxtlar anasının duyduğu sevinc hissini dadıb. İndi onun iki balaca uşağı var.

"Bu paltarlara görə uçaqların hansı illərdə doğulduğunu dəqiq demək olar. Çünki qutulardakı paltarlar hər il dəyişir. Müqayisə etmək maraqlıdır. "Bax o uşaq mənimki ilə eyni ildə doğulub" - deyir 35 yaşlı iki uşaq anası Titta Vayrynen.

Bəzi ailələr hökumət hədiyyəsi olmasaydı, özləri uşaq paltarlarını ala bilməzdilər. Lakin Vayrynen üçün bu daha çox vaxt məsələsi idi.

O ilk uşağına hamilə olanda işləyirdi və hədiyyə qutu onu dükan-dükan gəzib münasib qiymətə uşaq paltarı axtarmaq əziyyətindən xilas etmişdi.

"Bu yaxınlarda açıqlanmış bir hesabatda deyilirdi ki, fin analar dünyada ən xoşbəxt analardır və mənim ağlıma gələn birinci şey həmin bu qutular oldu" - deyir ana.

O deyir ki, ikinci oğlu - İlmar doğulanda artıq qutunu yox, nəqd pulu götürüb. İlmara isə qardaşından qalma paltarları geyindirərmiş.

Rəngləri elə seçirlər ki, işlənmiş paltarlardan oğlan və qız uşaqları üçün istifadə etmək mümkün olsun.

Qutuların içindəkilər zaman-zaman dəyişərək həm də dəyişən vaxtları simvolizə edib. 1930-40-cı illərdə qutulara parça qoyurdular. Çünki o vaxtlar analar uşaqları üçün paltarları özləri tikərdilər.

Lakin 2-ci Dünya Müharibəsi illərində flanelə və kətana Müdafiə Nazirliyinin ehtiyacı vardı. Ona görə də analıq qutularına parça əvəzinə kağız qoyurdular.

1950-ci illədə isə uşaqlar üçün hazır geyimlər istehsal olunmağa başlanmışdı. 1960-70-ci illərdə uşaqlar üçün geyimləri artıq elastik parçalardan tikirdilər.

1968-ci ildə qutuya yataq torbası əlavə edimişdi, 1969-cu ildə isə ilk dəfə olaraq bir dəfə işlədilən əskiləri vermişdilər.

Amma bu çox uzun sürməmişdi. Əsrin əvvəllərində bir dəfəlik əskilərdən parça əskilərə qayıtmışdılar. Bu, ətraf mühitin təmizliyinin saxlanması üçün idi.

Daha keyfiyyətli valideynlik vərdişlərinə həvəsləndirmək analıq qutusu siyasətinin daim bir hissəsi olub.

"Çağalar valideynləri ilə eyni çarpayıda yatırdılar, lakin bu praktikaya son qoymaq istəyirdilər, - deyir Helsinki Universitetində fin və nord tarixi professoru Panu Pulma, - Çarpayışəkilli qutuların hədiyyə edilməsi o demək idi ki, uşaqlatr valideynlərindən ayrı yatmağa vərdiş etməlidirlər".

Sonralar hədiyyə paketindən uşaq süd butılkalarını və əmzikləri ixtisar etdilər ki, anaları uşaqlarını əmizdirməyə sövq etsinlər.

"Bütün sistemin məqsədlərindən biri bu idi ki, uşaqlar ana südü ilə böyüsünlər, - deyir Pulma, - Elə belə də oldu".

Onun fikrincə qutuya şəkilli kitabın əlavə edilməsi də faydalı idi, çünki uşaqar kitabı əldə saxlamağı və günlərin bir günü oxumağı öyrənirdilər.

Pulma deyir ki, bütün bunlardan başqa qutu həm də bir simvoldur. Bərabərlik ideyasının, uşaqlaırn mühümlüyünün simvolu.

Finlər körpələri niyə karton qutularda yatızdırırlar?

Analıq bağlamasının tarixçəsi
1938: Finlandiyada Analıq Qrantı haqqında qanun qəbul edilib. Bu qanunun sayəsində uşaq doğmuş qadınların üçdə ikisi nəqd pul qrantı, analıq bağlaması və ya hər ikisini alıb
Bu bağlamadan həm də uşaq çarpayısı kimi istifadə oluna bilərdi, çünki ən yoxsul evlərdə uşaqların yatması üçün təmiz yer yox idi
1940-cı illər: Müharibə illərinin qıtlığına baxmayaraq bu layihə davam etdirildi, çünki çox sayda fin evlərini bombardman və evakuasiya vaxtı itirmişdi
1942-6: Parça bələklər və analıq döşəkağları kağızla əvəz edilib
1949: Gəlir yoxlaması ləğv olunub və hədiyyə bütün analara təqdim olunmağa başlayıb. Bir şətrlə ki, analar doğuşqabağı klinikalara baş çəkməli idilər
1957: Parçalar və toxuma materiallarını hazır geyimlər əvəz edib
1969: Bağlamalara bir dəfə istifadə olunan əskilər əlavə edilib
1970-ci illər: Daha çox qadının işləməyə başladığı bu illərdə qeyri-elastik ağ geyimlər, asan yuyulan elastik və rəngarəng geyimlərlə əvəzlənib
2006: Parça əskilərin verilməsi bərpa edilib, lakin hədiyyə paketindəki süd şüşəsi çıxarılıb. Məqsəd qadınları uşaqlarını döşlə əmizdərirməyə sövq etmək idi.(bbc.)
17 sentyabr 2019 /

Finlər körpələri niyə karton qutularda yatızdırırlar?

Похожие новости

Azərbaycanda doğulan uşaqların sayı azaldı

Azərbaycanda doğulan uşaqların sayı, eləcə də ailədə 3, 4 və 5-ci uşağın doğulması halları azalıb. Fedai .az Medicina.az-ın istinadən xəbər verir, 2018-ci ildə ölkədə 138 min 982 uşaq dünyaya gəlib

Varlı və kasıb uşağına eyni təhsil verən Finlandiya dünyaya necə nümunə olub?

Finlandiya xalqı asfalt yollarla 1920-ci illərdə tanış olub. XIX əsrin əvvəllərinə qədər bildikləri tək şey isə yoxsulluq idi. Bunun əksinə olaraq, Braziliyanın Sao Paulo şəhərində ilk asfalt yolu

Xanımlar evdə tək olan zaman sizcə nə edər? – 8 İNANILMAZ VƏRDİŞ

İnsanlar bəzən tək qalmaq, hər kəsdən və hər şeydən uzaqlaşmaq istəyərlər. Bəs qadınlar tək qalanda nə edirlər? Fdai.az Publika.az-a istinadən qadınların tək qalanda nələr etdiklərinin siyahısını

BU GÜN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR

[b][b] Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq

Dünya ölkələrində və Azərbaycanda uşaq müavinətləri

Dünyanın müxtəlif ölkələrində əhalinin artımını yüsəltmək məqsədi ilə hər yeni dünyaya gələn uşağa müavinət ödənilir. Fedai.az. olaraq müxtəlif dövlətlərdə uşaqlara ödənilən müavinətləri təqdim
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Etmiad Əsədovun vəfatından 1 il keçdi...Rəhmətlə anırıqGizli anlaşmalar üzə çıxır: Rusiya - ABŞ bir medalın iki üzüAzərbaycan mediası Ərdoğanla veteranların görüşü barədə niyə susdu?Türk Şurasının növbəti görüşü Türkiyədə keçiriləcəkAzərbaycan Rusiyaya nota verdiİlham Əliyev Türk Şurasının Zirvə Görüşündə - FOTO/VİDEOƏrdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ