Bütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRAR

Bütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRAR
Bəzən buraxılan adi bir səhv, yaxud kiçik bir diqqətsizlik böyük hadisəyə səbəb olur. Xüsusilə mətbuatda yol verilmiş xətanın səs-küyü, qalmaqalı daha böyük miqyas alır, bir hərfin yerində olub-olmaması ağlasığmaz hadisələrlə nəticələnir. Adətən mətbuatda buraxılan səhvlər daha çox ictimai qınaqla üz-üzə qalır, sonralar isə hətta yumora çevrilir. Amma həmişə yox. Mətbuat tarixində elə hadisələr baş verib ki, sonda milyonlarla insan həmin hadisənin sonluğunun faciə ilə bitdiyinin canlı şahidi olublar. Sovet dövründə də belə hadisələr az olmayıb. Azad və müstəqil mətbuatın olmadığı SSRİ-də bu sahə son dərəcə ciddi nəzarətdə saxlanılıb. Bu məqsədlə Mərkəzi Komitədən başlamış, ayrı-ayrı nazirliklərin, komitələrin, vilayət, şəhər və rayon partiya komitələrinin rəsmi orqanları olan qəzetlərə kifayət qədər böyük sayda ştat ayrılıb. Dövlətin əsas ideoloji silahlarından biri olan mətbuata dövlət öz büdcəsindən pul ayırmağa heç vaxt "xəsislik” etməyib. Bütün bu yaradılmış şəraitə baxmayaraq qəzetləri oxuculara tam "ideal” vəziyyətdə təqdim etmək redaksiyalar üçün heç də həmişə mümkün olmayıb. Qəzetdə gedən yazılar korrektorun, müəllifin, şöbə müdirinin, məsul katibin, baş redaktor müavininin, baş redaktorun və nəhayət, məsul növbətçinin, sonda isə "qlavlit”in gözünün altından keçməsinə baxmayaraq, böyük problemlər yaradan kiçik səhvlər bəzən diqqətdən yayınıb. Bu diqqətsizliyin fəsadları isə fərqli olub, töhmət, müəyyən müddətə mükafatlardan məhrum olmaq, işdən azad edilmək və s. Amma 1944-cü ildə "Pravda Vostoka” qəzetində buraxılmış səhv bötöv bir redaksiyanın əməkdaşlarının güllələnməsi ilə nəticələnib. Sovet dövründə "Pravda Vostoka” qəzeti Özbəkstan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ali Sovetin və Nazirlər Sovetinin rəsmi qəzeti olub. Qəzet 2 aprel 1917-ci ildən "Bizim qəzet” adı ilə fəaliyyətə başlayıb və rus dilində nəşr olunub. 1924-cü ildə isə adı dəyişdirilərək "Pravda Vostoka” olub. 250 min tirajla gündəlik nəşr olunan "Pravda Vostoka” qəzetində rəsmi materiallarla yanaşı, tənqidi yazılar da dərc olunub. Bu yazılardan sonra tənqid olunan "hədəf”in məsələsi müttəfiq respublikanın Mərkəzi Komitəsində müzakirəyə çıxarılıb ki, bunun da sonluğu heç də yaxşı nəticələnməyib. Məhz elə buna görə təşkilat rəhbərləri, ayrı-ayrı vəzifəli şəxslər bu qəzetin əməkdaşlarından kənar gəzməyə çalışıblar, onların hədəfinə düşməmək üçün ehtiyatla davranıblar. Amma həmin illərdə bəlkə də heç kimin ağlına gəlməyib ki, "Pravda Vostoka” qəzeti özü hədəfə düşəcək, özü də birbaşa İosif Stalinin hədəfinə. 1944-cü ilin oktyabrında Yuqoslaviya lideri İosip Broz Tito İosif Stalinə Belqradın azad olunması münasibətilə təşəkkür məktubu göndərib. Həmin məktub SSRİ-nin bütün mətbu orqanlarında birinci səhifədə çap olunub. O cümlədən oktyabrın 25-də "Pravda Vostoka” qəzetində də həmin məktub dərc olunub. Sırf təsadüf və diqqətsizlik nəticəsində məktubun başlığında Stalinin vəzifəsində bir hərf buraxılıb, "qlavnokomanduyuşi” (главнокома́ндующий ) sözündə L hərfi buraxılıb və söz "qavnokomanduyuşi” (гавнокома́ндующий) kimi gedib (qovno – təzək). Səhər tezdən qəzetin abunəçilərə və satışa yayımından bir saat ötməmiş redaksiya mühasirəyə alınıb. Redaksiyanın bütün əməkdaşları həbs edilib. "NKVD” əməkdaşları iki sutka ərzində qəzetin bütün tirajını satışdan və abunəçilərdən yığmağa nail olub. Yalnız 6 nüsxə qəzet tapılmayıb. (Yazıda verilmiş qəzet şəkli də məhz həmin 6 nüsxədən biridir). Redaksiya kollektivi haqqında qərar çıxarmaq üçün uzun-uzadı vaxt sərf olunmayıb. Bütün kollektiv sorğu-sualsız eyni maddə ilə (58-ci maddə) ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum ediliblər. Adətən sərt və amansızlığı ilə fərqlənən Stalinin yumor hissləri, zarafatları da az olmayıb. Və o, bu cür qəzet səhvləri ilə bir neçə dəfə üzləşib. Amma insident bir az "yumşaq” və "rahat” sona çatıb, vəzifədən azad edilməklə, yaxud 5-10 il sürgünə göndərilməklə. Hətta belə səhvlərin birinə görə Stalin redaksiyaya təşəkkür də edib. 1938-ci ildə Stalin Polşa səfiri ilə görüşündən sonra "İzvestiya” qəzetində görüşlə bağlı yazı verilib. Yazıda "Vstreça İosifa Stalina s polskim poslom” ifadəsində bir hərf "itib” və belə alınıb: "Vstreça İosifa Stalina s polskim oslom”. ("Встреча Иосифа Сталина с польским ослом”). Stalin qəzeti oxuduqdan sonra redaksiyaya zəng vurub və xəbərdarlıq edib: - Redaksiyanın əməkdaşlarından heç kimi cəzalandırmaq lazım deyil. Əslində məqaləni yazan düz yazıb. Polşa səfiri əsl eşşəkdir... Amma nədənsə Stalin "Pravda Vostoka” qəzetinə heç bir güzəştə getməyib. Yəqin ki, həmin anda Ali Baş Komandanın əhvalı arzuolunan olmayıb, qəzəbini boğa bilməyib... (Musavat.com)[/img]
Bəzən buraxılan adi bir səhv, yaxud kiçik bir diqqətsizlik böyük hadisəyə səbəb olur. Xüsusilə mətbuatda yol verilmiş xətanın səs-küyü, qalmaqalı daha böyük miqyas alır, bir hərfin yerində olub-olmaması ağlasığmaz hadisələrlə nəticələnir.

Adətən mətbuatda buraxılan səhvlər daha çox ictimai qınaqla üz-üzə qalır, sonralar isə hətta yumora çevrilir. Amma həmişə yox. Mətbuat tarixində elə hadisələr baş verib ki, sonda milyonlarla insan həmin hadisənin sonluğunun faciə ilə bitdiyinin canlı şahidi olublar.

Sovet dövründə də belə hadisələr az olmayıb. Azad və müstəqil mətbuatın olmadığı SSRİ-də bu sahə son dərəcə ciddi nəzarətdə saxlanılıb. Bu məqsədlə Mərkəzi Komitədən başlamış, ayrı-ayrı nazirliklərin, komitələrin, vilayət, şəhər və rayon partiya komitələrinin rəsmi orqanları olan qəzetlərə kifayət qədər böyük sayda ştat ayrılıb. Dövlətin əsas ideoloji silahlarından biri olan mətbuata dövlət öz büdcəsindən pul ayırmağa heç vaxt "xəsislik” etməyib.

Bütün bu yaradılmış şəraitə baxmayaraq qəzetləri oxuculara tam "ideal” vəziyyətdə təqdim etmək redaksiyalar üçün heç də həmişə mümkün olmayıb. Qəzetdə gedən yazılar korrektorun, müəllifin, şöbə müdirinin, məsul katibin, baş redaktor müavininin, baş redaktorun və nəhayət, məsul növbətçinin, sonda isə "qlavlit”in gözünün altından keçməsinə baxmayaraq, böyük problemlər yaradan kiçik səhvlər bəzən diqqətdən yayınıb. Bu diqqətsizliyin fəsadları isə fərqli olub, töhmət, müəyyən müddətə mükafatlardan məhrum olmaq, işdən azad edilmək və s.

Amma 1944-cü ildə "Pravda Vostoka” qəzetində buraxılmış səhv bötöv bir redaksiyanın əməkdaşlarının güllələnməsi ilə nəticələnib.

Sovet dövründə "Pravda Vostoka” qəzeti Özbəkstan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ali Sovetin və Nazirlər Sovetinin rəsmi qəzeti olub. Qəzet 2 aprel 1917-ci ildən "Bizim qəzet” adı ilə fəaliyyətə başlayıb və rus dilində nəşr olunub. 1924-cü ildə isə adı dəyişdirilərək "Pravda Vostoka” olub.

250 min tirajla gündəlik nəşr olunan "Pravda Vostoka” qəzetində rəsmi materiallarla yanaşı, tənqidi yazılar da dərc olunub. Bu yazılardan sonra tənqid olunan "hədəf”in məsələsi müttəfiq respublikanın Mərkəzi Komitəsində müzakirəyə çıxarılıb ki, bunun da sonluğu heç də yaxşı nəticələnməyib. Məhz elə buna görə təşkilat rəhbərləri, ayrı-ayrı vəzifəli şəxslər bu qəzetin əməkdaşlarından kənar gəzməyə çalışıblar, onların hədəfinə düşməmək üçün ehtiyatla davranıblar.

Amma həmin illərdə bəlkə də heç kimin ağlına gəlməyib ki, "Pravda Vostoka” qəzeti özü hədəfə düşəcək, özü də birbaşa İosif Stalinin hədəfinə.

1944-cü ilin oktyabrında Yuqoslaviya lideri İosip Broz Tito İosif Stalinə Belqradın azad olunması münasibətilə təşəkkür məktubu göndərib. Həmin məktub SSRİ-nin bütün mətbu orqanlarında birinci səhifədə çap olunub.

O cümlədən oktyabrın 25-də "Pravda Vostoka” qəzetində də həmin məktub dərc olunub. Sırf təsadüf və diqqətsizlik nəticəsində məktubun başlığında Stalinin vəzifəsində bir hərf buraxılıb, "qlavnokomanduyuşi” (главнокома́ндующий ) sözündə L hərfi buraxılıb və söz "qavnokomanduyuşi” (гавнокома́ндующий) kimi gedib (qovno – təzək).

Səhər tezdən qəzetin abunəçilərə və satışa yayımından bir saat ötməmiş redaksiya mühasirəyə alınıb. Redaksiyanın bütün əməkdaşları həbs edilib. "NKVD” əməkdaşları iki sutka ərzində qəzetin bütün tirajını satışdan və abunəçilərdən yığmağa nail olub. Yalnız 6 nüsxə qəzet tapılmayıb. (Yazıda verilmiş qəzet şəkli də məhz həmin 6 nüsxədən biridir).

Redaksiya kollektivi haqqında qərar çıxarmaq üçün uzun-uzadı vaxt sərf olunmayıb. Bütün kollektiv sorğu-sualsız eyni maddə ilə (58-ci maddə) ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum ediliblər.

Adətən sərt və amansızlığı ilə fərqlənən Stalinin yumor hissləri, zarafatları da az olmayıb. Və o, bu cür qəzet səhvləri ilə bir neçə dəfə üzləşib. Amma insident bir az "yumşaq” və "rahat” sona çatıb, vəzifədən azad edilməklə, yaxud 5-10 il sürgünə göndərilməklə.

Hətta belə səhvlərin birinə görə Stalin redaksiyaya təşəkkür də edib. 1938-ci ildə Stalin Polşa səfiri ilə görüşündən sonra "İzvestiya” qəzetində görüşlə bağlı yazı verilib. Yazıda "Vstreça İosifa Stalina s polskim poslom” ifadəsində bir hərf "itib” və belə alınıb: "Vstreça İosifa Stalina s polskim oslom”. ("Встреча Иосифа Сталина с польским ослом”).

Stalin qəzeti oxuduqdan sonra redaksiyaya zəng vurub və xəbərdarlıq edib:

- Redaksiyanın əməkdaşlarından heç kimi cəzalandırmaq lazım deyil. Əslində məqaləni yazan düz yazıb. Polşa səfiri əsl eşşəkdir...

Amma nədənsə Stalin "Pravda Vostoka” qəzetinə heç bir güzəştə getməyib. Yəqin ki, həmin anda Ali Baş Komandanın əhvalı arzuolunan olmayıb, qəzəbini boğa bilməyib... (Musavat.com)

Bütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRAR
18 sentyabr 2019 /

Bütün redaksiya kollektivi bir hərfə görə güllələndi - AMANSIZ QƏRAR

Похожие новости

Azərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcək

Azərbaycanda “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq kecmişi” filmi Kann festivalından nümayiş ucun dəvət alıb. Bu barədə filmin quruluşçu rejissoru və baş prodüseri

20 yanvar hadisəsini yayan ilk qəzet

1990-cı il yanvar ayının 19-da dayım Samir Tağızadə ilə Tovuzdaydıq. Beş günlüyə gəlmişdik. Gecə dayıma zəng gəldi. Nəsə təşvişlə, həyəcanla danışırdı. Sovet qoşunları Bakıya soxulmuş, dinc insanlara

BU GÜN GÖRKƏMLİ JURNALİST VƏ PEDAQOQ NƏSİR İMANQULİYEVİN DOĞUM GÜNÜDÜR

BDU Jurnalistika fakültəsində uzun illər müəllimlik etmiş, professor Nəsir İmanquliyev, 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. Dövrü mətbuatda ilk yazıları tələbəlik illərində çap olumağa

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları

Moskvada azərbaycanlı jurnalist vəfat edib

Rusiyada azərbaycanlı jurnalist Oleq Məmmədov vəfat edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Oleq Məmmədov 69 yaşında bu gün
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Etmiad Əsədovun vəfatından 1 il keçdi...Rəhmətlə anırıqGizli anlaşmalar üzə çıxır: Rusiya - ABŞ bir medalın iki üzüAzərbaycan mediası Ərdoğanla veteranların görüşü barədə niyə susdu?Türk Şurasının növbəti görüşü Türkiyədə keçiriləcəkAzərbaycan Rusiyaya nota verdiİlham Əliyev Türk Şurasının Zirvə Görüşündə - FOTO/VİDEOƏrdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ