"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...

"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...
M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1026-cı qrupunun məzunları Hicran Hüseynovanın "sərəncamı" və Rövşən Hacıbəylinin icraçı təşəbbüsüylə (1026-cı qrup Qorbaçovdan qabaq Hacı Rövşəni prezident seçmişdi) bir araya gəldilər.

Universitetə daxil olmamızın 30, universiteti bitirməmizin 25 ili bu il tamam olur. Bu ümumbəşəri hadisəni, yəni 1026-cı qrupun bir araya gəlməsini ictimailəşdirmək üçün çox düşündüm və bizim qrup daxili və daha sonralar universitet daxili yayılan yarı zarafat "Arifnamə" əl yazılı "samizdat"ı internetə köçürməyi düşündüm.

Cansıxıcı dərsləri yola vermək üçün bu zarafat vərəqlərinin, sonrallar sorağı qeyri fakültələrdən gəlməyə başladı.

İlk naşiri mən olsam da sonralar Rövşən Hacıbəyli (Hacı Rövşən) və Şahvələd Çobanoğlu (Mirzə Şahvələd) bu işin öhdəsindən layiqincə gəldilər. Düşünməyin ki, 1026-cı qrupun çap olunmaq problemi vardı. Elə I kursdan fakültənin "Jurnalist" qəzetini bərpa eləmişdik. Bu sadəcə bir dərs məşğuliyyətiydi, daha dəqiq desəm, "Jurnalistikaya giriş" idi. Jurnalistika fakültəsinin müəllimlərinə gəlincə isə, mən və bütün 1026-cı qrup məzunları ölənlərə rəhmət və qalanlara uzun ömür diləyərək, hər bir müəllimimizi bütün ölkə müəllimlərinə örnək göstərərdim. Əsil müəllimin necə olmasını axtaranlar bizim fakültənin müəllimlərindən öyrənmələrini tövsiyyə edərdim.

Keçək mətləbə. Qrupun başqanı Hacı Rövşən, Koroğlu kimi SİM nömrədən çəkdiyi nərəyə yığışdıq. Hərçənd 30 nəfərlik qrupun bəzi dərsə davamiyyətsiz nümayəndələrinin "dərsdən yayınmaları" səbəbiylə cəmi 12 nəfər ortaya çıxa bildi. Bu xüsusdan qeyzlənən qrup başqanı Hacı Rövşən, hər bir məzuna köhə "pulla" "Г" (qayıb) yazdı. Çünki bu gəlməyənlərin bəziləri düz 25 ildir ki "qeybə" çəkiliblər. Arif Abbas da şəhərdəki "basabasın" görüşə təsiriylə bağlı elmi çıxışında "A" nöqtəsindən "B" nöqtəsinə yetişməyin çətinliklərindən danışdı. Elçin Sitalçayski də Xızı və Bakı arasında xarici-iqtisadi əlaqələrin genişlənməsindən söz açdı və bildirdi ki, belə getsə, Bakı və Xızı arasında dostluq haqqında momerendium imzalanacaq. Çünki bütün vəzifələrə buradan adam göndərirlər. Şəxsən mənə məlum oldu ki, Gözəl Dünya deyilmiş, sadəcə dünya Gözəlmiş. Jurnalda "şair işləyən" Hicran xanımın bu təşəbbüsünü alqışlayan Nigar xanım və Gülsüm xanım bu görüşdən məmnun görünürdülər. Elmira xanımın hələ bir ailəvi 25 illiyinin oktyabra təsadüf etdiyini, uzun araşdırmalar nəticəsində müəyyən etdik. Qaldı bu mübarək tədbirdə iştirak etməmiz. Aynur xanım daim fəal ictimaiyyətçi olduğunu bir daha sübut etdi. İşi olsa da dostların çağrışını cavabsız qoymadığı bəlliydi. Düzünü desəm, Zinyət xanımın səsini eşitmədim. Yəqin qocalıqdandı. Özümü deyirəm ha, Zinyət xanım heç dəyişməyib. Amma nəsə deyirdi və fakt kimi əlində çoxlu fotoşəkillər də gətirmişdi. Biz şəkillər əsasında inandıq ki, Zinyət xanım, hətta qiyabidə də bizimlə oxuyub. Kifayət xanımın da görüşdən məmnun qaldığı aydın görünürdü, amma deyəsən Arifin saçlarının tez ağarmasından məyus olmuşdu...

Sonra çay süfrəsi ətrafında dünyamızın "qlobal problemlərini" müzakirə etdik və Trampa 1026-cı qrup adından ciddi tapşırıqlar verdik. Putinə də müvafiq göstərişlər verildi. "Bakılı balası" Xızılı Elçin çay qonaqlığının sonunda: "Aynur xanım kişi adamdı"-dedi. Amma Hacıbala müəllim belə deməmişdi.

Keçək özləri yox, heç ruhları da bizimlə olmayanların və olanların müzakirəsinə. Şahvələd Mirzə Türkiyəni, Elçin Vəliyof Özbəkistanı, Novruz Kəlbəcərski isə İsmayıllını abıra salmaq üçün görüşə qatılmamışdılar. Hələ qəflətən Novruzdan bir SMS gəldi ki, bəs mən Tufandağa qalxıram, biz gələ bilməyəcəyik. Amma biz 1 saat Arzu xanımı gözləyəndən sonra mesajı gördüm. Zəng etdim çatmadı, deyəcəkdim ki, "duman olur, Tufandağı", elə bir az aşağılarda işini gör.

İndi isə zarafatsız yazıram. 1026-cı qrupun Ağsaqqallar Şurası qərara gəldi ki, bu qayıbı olanlar öz ayıblarını anlamasalar, onların diplomunu şübhə altına alacağıq. Yəni qrup "vətəndaşlığından" çıxarılsınlar. Növbəti görüş günü müəyyən edilərsə, 12 sayı ən azı 20 nəfərə çatdırılmalıdır. Bunun üçün potensial imkanlarımızı cəmləməliyik. Geniş təbliğat və təşviqat işi aparmalıyıq. Xarici ölkə səfirlərinə müraciət edəcəyik. Çünki xaricə yaşayanlarımız da var. Hələ kimsə, lap Biləcərdən o üzdə yaşayır. Üstəlik, birjalarda neftin qiymətinin yellənməsi, bizim bu ümumqrup işimizə təsir etməməlidir. Hər bir qrupdaş, öz qrupdaşlıq borcunu yerinə yetirməli və bu işdə diğər qrupdaşlara örnək olmalıdırlar.

1026-cı qrup barədə dekanımız Akif Rüstəmov deyirdi ki, bu qrup bir qığılcım kimi gəlib keçdi. Bu qrupda kəsiri olan uşaq olduğunu xatırlamıram. Yəni M.F. Axundov kitabxanasına ən çox gedənlər bizlər idik. Uşaqlara "2" yazmaqla "xox" edən bir müəllimin, gərək ki, "XIX əsr Rus ədəbiyyatı"nı Mirzə Şahvələdin dərsliyi "təftişiylə" milli qürura toxunan məqamlar olduğu üçün ləğv etdirdik. Bizi rektor dəyərli alim, Mirabbas müəllim dinləyib, müraciətdəki faktlarla tanış olduqdan sonra o fənni ləğv etdi. Bu qrupun daha bir özəlliyi Qarabağın müdafiəsinə yollanmış ilk tələbə dəstəsi yaratması idi. Güloğlan istisna olmaqla, hər bir oğlan bu dəstədə olub və qızlarımız bizə ərzaq toplayaraq göndərmişdilər. Bu missiyanı da qrupda oğlan qalmadığı üçün yuxarı kursda oxuyan Əlisafa Mehdi həyata keçirmişdi. Bu qrupun iki nəfər müharibə əlili və bir nəfər müharibə veteranı var.

Qrup sayca da digər qruplardan fərqli olaraq 30 nəfərdən ibarət idi. Bir dəfə qəzet qrupuna dərs deyən, rəhmətlik Nurəddin Babayev məndən qrupumuzda neçə nəfərin olduğunu soruşdu. Dedim ki, 23 qız, 6 oğlan, bir də Güloğlan. Güldü ki, niyə Güloğlanı ayrıca dedin? Dedim ki, o nə qızların, nə də bizim sıramızdadır. O vaxt tələbə dəstəsinə qoşulmadığını qəbullanmırdıq. Bu gün çoxluq Güloğlanın partiyasındadır və orada 18 nəfərimiz var.

25 il sonra yenidən bir aradayıq. Hərçənd ki, bazar günü olduğu üçün universitet qapıları zindan darvazları kimi bağlı idi və bizi içəri buraxmadılar. Adi bir məmləkət halı. Dindarı məscidə, sərxoşu meyxanəyə, "tələbəni" də dərsxanəyə buraxmazlar. Bir vaxtlar qapıları önümüzdə taybatay açılan bu darvazları, aça bilmədik. Dəmir şəbəkəylə hasarlanmış Abel müəllimin obyekti, Universtetdən çox internata oxşayır. Bizlər bazar günləri də Universitetin ətrafında görüşərdik. Amma indi universitetin ətrafını Tamaşa arvadın çəpəri kimi çəpərləyiblər. Yadıma 9 nəfər 1026-cı qrup tələbəsinin 1990-cı ildə təşkilatçı kimi başlatdığı 27 Aprel yürüşü düşdü, onda 5 oğlan 4 qız çıxmışdıq. İndi 12 nəfərik:
1. Rövşən
2. Hicran
3. Arif
4. Elçin
5. Aynur
6. Elmira
7. Nigar
8. Zinyət
9. Gülsüm
10. Gözəl
11. Kifayət
12. Və bir də mən, Xaqani...

Gələnlərə salam olsun!

P.S. Qaldı görüş sonrası 4 cigitə, orasını deməzlər, veni, vidi, vici...

"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...
"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...
"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...
"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...
24 sentyabr 2019 /

"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...

Похожие новости

“BU OĞLAN GƏLƏCƏKDƏ JURNALİSTİKA FAKÜLTƏSİNİN PROFESSORU OLACAQ”

Nəsir Əhmədli Professor I. QƏBUL İMTAHANINDA... TƏYİNAT yaxud ŞİRMƏMMƏD MÜƏLLİM MƏNİM "DAYI"M OLUB 1966-cı il avqustun əvvəlləri idi. Universitetin filologiya fakültəsinin jurnalistika şöbəsinə

XANIM MÜHARİBƏ ƏLİLİNƏ DƏSTƏK OLUN!

AVMVİB sədrinin I müavini Kamil Şirinov xəstəlikdən əziyyət çəkən II qrup müharibə əlili, qələmiylə və silahıyla Qarabağ uğrunda döyüşmüş Familə Fərmanlıya baş çəkib. Kamil Şirinov bizimlə söhbət

Prezident məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr

"ALÇALDILMIŞ VƏ TƏHQİR OLUNMUŞ" JURNALİSTİKAMIZ

Xaqani Ədəboğlu Bu gün elmə gərəksiz olan AMEA Coğrafiya İnistitutunun direktoru Ramiz Məmmədova, Modern.az saytının əməkdaşının "küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı

TƏBRİK: RÖVŞƏN HACIBƏYLİ - 57

Azərbaycan jurnalistikasının veteranlarından olan və bir vaxtlar Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə yollanmış ilk tələbə (noyabr,1989-cu il) dəstəsinin rəhbəri, gözəl yazıları ilə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Dünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ“Seçkilərin vaxtını Prezident müəyyən edəcək” - Siyavuş NovruzovRusiya Xarici İşlər naziri Bakıya gəlirAzərbaycanda Milli Məclis buraxıldı"Qarabağ" Sevilyada tarixi uğura bir addım da yaxınlaşa bilərSabiq prezident 17 il azadlıqdan məhrum edildiSəudiyyə sülaləsi tarixi sənədlərlə yəhudi çıxdıBu bizim hekayəmiz, o qədər saf, o qədər təmiz ...Daha bir qazimiz sıralarımızı tərk etdi...Haqqa yürüdüDüşmənin növbəti böhtanıİlham Əliyev: Paşinyanın cavabı onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.Tramp erməni hiyeredulu Kardaşyana "çılpaq poz vermə"-deyibMüharibə veteranı həkimlər bir aradaİlham Əliyev Valeri Gerasimovla görüşdüŞəhid ailələrinə və müharibə əlillərinə daha 100 mənzil verildiİlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTOABŞ-da iki erməni dığası EVLƏNİBLƏR...VİDEO“Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə...” - Prezident İlham ƏliyevBakıda yəhudi adı altında gizlənən ermənilər yaşayır? - ŞOK AÇIQLAMA
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ