DAVA QÜDSÜN DAVASI DEYİL » Fedai.az
» » DAVA QÜDSÜN DAVASI DEYİL

    DAVA QÜDSÜN DAVASI DEYİL


    DAVA QÜDSÜN DAVASI DEYİL




























    Donald Trampın "paytaxt tanıma" əməliyyatı öz effektini verməkdədir. Birincisi müsəlmanların alternativsizliyi və təsir etmə rıçaqlarının olmaması aydınlaşdı. Səmimi olmayan Müsəlman dövlətləri toplantısının alternativ qərarsızlığı ortaya çıxdı. İkincisi, səngimiş ehtiraslar yenidən daha geniş ərazidə qızışdırıldı və hər bir ölkədə "siyasi bəhanə" şəklində istifadə halına gətirildi. Bu mövzu ətrafında istənilən müsəlman ölkəsinin ictimaiyyətini iki qütbə bölmək mümkündür: "Fələstinmi, yoxsa İsrailmi haqlıdır". Yəni Donald Tramp düşündüyünüz qədər axmaq deyildir. Dünya siyasi praktikasında "paytaxt tanıma" ənənəsi olmadığını o da, ən azı öz adı qədər dəqiq bilir.
    Sadəcə Yaxın Şərqdə ABŞ "B" planına start verdi. "A" planına uyğun olaraq hədəflənmiş ərazilər yetərincə dağıdılıb. Əhalinin böyük hissəsi köçə zorlanıb və qalan hissə də köçə meyillidir. Çünki savaş altında qorxular içində yaşamaqdansa, əhali daha təhlükəsiz yerlərə qaçmağa məcbur olurlar. Hələ 2015-ci ildə BBC-nin yaydığı bir araşdırmaya görə hər gün 30 min adam öz evlərindən qaçqın düşüb.
    DAVA QÜDSÜN DAVASI DEYİL
    İraqdan 2,2 milyon, Suriyadan isə 4389 735 nəfər qaçqın düşüb. Ərazidən 7,6 milyon insanın qovulması və mövcud şəhərlərin, hətta dünyanın milli -mədəni tarixi incisi sayılan Palmiranın İŞİD terrorçularının əliylə darmadağın edilməsi yadıma erməni faşizminin Qarabağda həyata keçirdiyi "yanmış torpaq" siyasətini salır.
    Bölgədə Amerika və İsrail, başda Səudiyyə Ərəbistanla olmaq üzrə ərəb dövlətləri ilə yaxşı əlaqələrə malikdirlər.

    İsrailin Birləşmiş Millətlər Təşkilatındakı Böyükelçisi Danny Dannon İsrailin 12 ərəb ölkəsi ilə yaxşı münasibətlərdə olduğunu bildirib. BMT -dəki səsvermələrdə İsrail lehinə səs verməsələr də yaxında qarşılıqlı elçiliklərin açıla bilməsi mümkündür.
    Türkiyədə toplanan İslam Konfransından da əməli bir qərar ortaya qoyulmadı.
    İsrail ilə münasibıtlər qurmaqda olan ərəb ölkələri sayəsində Orta Şərqdə dayanıqlı bir sülhün olacağı Trampın və buraya cavabdeh olan azir Mandelblitz ilə müşaviri Jared Kushnerin proqramlarında Səudiyyə liderliyiylə bir sülh planı mövcuddur. Zamanı və necə həyata keçiriləcəyi bilinməsə də, Yerusəlim (Kudüs) açıqlamasından sonra məlum oldu ki, qərardan ən azı iki tərəf də məmnundur.
    DAVA QÜDSÜN DAVASI DEYİL
    Bu plana göre Qüds və ya Yeruşalayim statusu bu gün olduğu kimi saxlanacaq. Roma Papası Fransiskin adından yayılan açıqlamada, müsəlmanlardan tam fərqli olaraq qəribə bir arxayınlıq hiss olunur. Bəyanatda böhranın yalnız İsrail və Fələstin arasında həll olunmasının mümkünlüyünə işarə edilib: “Yaşanan qarşıdurmalar bizi kədərləndirir. Ölkə liderləri səbirli davranıb, şiddətin qarşısını almalıdırlar". Demək olar ki, Roma Papası da bu olaylardan və plandan xəbərdar kimi bəyanat verib.
    Plana görə Fələstin dövlətinin qurulması üçün yeni görüşmələr və anlaşmalar təklif olunacaq. Çox güman ki, ilkin şərt, Fələstin rəhbərliyinin İsrail dövlətinin varlığını qəbul etməsi tələbi olacaq.
    DAVA QÜDSÜN DAVASI DEYİL
    Fələstin öz konistitusiyasında təsbit etdirdiyi "Fələstinin bütün İsrail torpaqları" deyimləri çıxarılması irəli sürüləcək.
    Çünki hazırda Fiələstinlilər İsraili öz torpaqları olaraq görür və İsrailin bu torpaqlardan çekilməsini istəyirlər. Buna əməl etməyən Fələstin lideri xain elan edilir və edam edilir. Düşünürük ki, bu məsələnin kökündə dayanan məsələ budur və Səudiyyə Ərəbistanı da bundan xəbərdardır. Çünki 3 gün ərzində Məkkə imamını izləsəm də bu barədə tək bir kəlmə də işlətmədi.
    DAVA QÜDSÜN DAVASI DEYİL
    Buna görə də Azərbaycan bu məsələdə öz neytrallığını qorumalıdır. Bəzi qarağüruhun saxta haray-həşiriylə deyil, prosesləri düzgün qiymətləndirməklə və prosesləri izləməklə qiymət verməliyik. Çünki bu qısamüddətli bir mübahisəyə bənzəmir. Türkiyənin, xüsusiylə də R. T. Ərdoğanın İsraillə bağlı mövqeyi ilə bağlı Oda.tv-də yayınlanan bir yazıda
    Rafael Sadi adlı yazar maraqlı bir yazı yayıb. O, yazır: " Yerusəlimdə söhbət etdiyim bir yetkilidən soruşdum ki, "sayın Ərdoğan, nə istəyir, yaxud da nə istədi vermədiniz?"
    Adam güldü: "bu dəfə istədiyini ala bilməyəcək, qatarı qaçırdı".
    "Nə istədi ki, almadığına görə belə qəzəblidir?"-deyə soruşub.
    DAVA QÜDSÜN DAVASI DEYİL
    - Qaz kəmərinin Türkiyədən keçməsini istədi, ala bilmədi. Məsələ Kiprlə bağlandı.Kipr məsələsi onu qəzəbləndirib. Avropalılar bu gücün Türkiyədə olmasını heç istəmirdilər. Bizimkiləri bu işi Kiprlə birgə etməyə razı saldılar". Rafael Sadi daha sonra Netanyahu ilə bağlı olan bir "van minut" olayına aldığı bir cavab var: "İsrail onun ən yaxşı səs toplama mexanizmidir, bunu qeyb etməz". Yəni İsrailin əleyhinə çıxış etmək olar, bu reytinqi artırar...

    Faktlara diqqət yetirək. Suriyada savaş başlamadan az öncə cəmi 250 metr dərinlikdə olan 37 mlrd. ton neft ehtiyyatı tapıldı (2012-ci il). Bu bir gündə 6-7 mln. ton neft deməkdir. Səudiyyədə isə bu rəqəm gündə 12 milyon tondur. Suriyada qaz ehtiyatı ilkin rəyə görə 284 mlrd. kub metr hesablansa da daha iri yataqların olması gözlənilir. İraqın neft ehtiyyatı 115 mlrd. barel kəşf olunmuş, 200 mlrd. barel kəşf olunmamış ehtiyyatı proqnozlaşdırılır. İraq Kürdistanı ərazisində 2.83 trilyon kub m. qaz ehtiyyatı var və bu İraqdakı qazın 90%-i deməkdir. Xatırlayırsınızsa 2009-cu ildə Suriya qazını NABUKO vasitəsiylə Avropaya ötürmək məqsədiylə Türkiyə ilə anlaşmışdı. Lakin Ərdoğanın yanlış siyasəti nəticəsində Əsədlə münasibətlər avropalılar tərəfindən korlandı. Sən demə Madam Avropanın alternativi Türkiyəni güclü rıçaqlara sahib olmasına imkan verməmək imiş. Bu gün "Qüds" deyə bağıran türklər bilsinlər ki, dava Qüds davası deyil. Dava boru kəməri davasıdır. Rusiyaya özünə alternativ axtarışlarını duyan kimi İraq kürd bölgə yönətimini ələ alaraq bu sövdələşmədə paya sahib çıxdı. Suriyaya girərək Avropanın bu alternativini iflic edə bildi. Dünyanın qaz ehtiyatının 17 faizinə sahib olan Rusiyanın qaz ehtiyyatı 36,4 trilyon kub metrdir. Avropa bu qazdan asılılığını minimuma endirmək və günbəgün ambisiyalı oyunçuya çevrilən Rusiyanı cəzalandırmaq üçün bütün vasitələrdən istifadə edirlər. Türkiyə bu oyunda Qüds sevgisini bir kənara qoyub bu kəmərin kitabını əbədiyyən bağlamaq yollarını aramalıdır...
    DAVA QÜDSÜN DAVASI DEYİL
    Yaxın Şərq qaynayan bir qazandır və bunun qapağını qaldırmaq təhlükəlidir. Çünki bu qazanı qaynadanlar addım-addım öz istəklərinə yetməyə can atırlar. Bölgədə Rusiya və İran kimi "ayağı sürüşkən" etibarsız tərəfdarlar var. Qarşı tərəfdə bölgədə hər qarışın marığına yatmış bir imperialist müştəri oyun qurur. Məqsəd az məsrəflə daha çox qazanc əldə etmək və ABŞ adlı 7 trilyon borcu yüklənmiş bir şirkətin bu yükdən xilas edilməsi durur. Belə olmasaydı dağıdılmış İraqın və Suriyanın qaz ehtiyatlarının əsil sahibləri kimi Kiprlə anlaşıb qaz kəmərinin çəkilişini razılaşmazdılar. Bir yəhudi deyimində deyildiyi kimi: "Musa yəhudiləri 40 il dolandırıb neft olmayan bölgəni tapdı". Bəs çəkilən kəmərə qazı kim vuracaq?
    Məsələ bu qədər sadədir. Qüds də, təəssübkeşlik də bir oyundur. Oyunçu ola bilmədiyiniz oyunlarda azarkeşlik etməyə məcbursunuz, amma fanat olmayın...

    X. Ədəboğlu


    Oxşar xəbərlər
  • İlham Əliyev Qüdslə bağlı toplantıda çıxış etdi: “ABŞ bu qərara yenidən baxmalıdı” - MƏTN
  • PAPADAN AÇIQLAMA: "Böhran yalnız İsrail və Fələstin arasında həll olunmalıdır"
  • İSRAİL YOX OLACAQMI?
  • ABŞ "B" planına start verib
  • ABŞ və Səudiyyə Ərəbistanının iyrənc Qüds planı üzə çıxdı

  • Добавить комментарий
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle

    Запрещено использовать не нормативную лексику, оскорбление других пользователей данного сайта, активные ссылки на сторонние сайты, реклама в комментариях.

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
Foto xəbər
Hadisə günü
Yeni məqalələr
13 dekabr AVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏ TƏQDİMAT

13 dekabr Azərbaycanlı Mamedin Qızıl Balıq nağılı

13 dekabr "HEÇ KİM UNUDULMUR"...

13 dekabr AVMVİB-DƏ TƏYİNAT VƏ TƏQDİMAT

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ

13 dekabr PAŞİNYAN NATO-YA ÜZVLÜKDƏN DANIŞDI...

13 dekabr PUTİN PAŞİNYANI HƏLƏ DƏ TƏBRİK ETMƏYİB: Rusiya "özününkünü təhvil verməz"

13 dekabr GENERAL PUTİNİ İLK GÖRÜŞDƏ MƏHV EDƏCƏYİNİ DEDİ

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİNDƏ ANIM TƏDBİRİ

12 dekabr AVMVİB-DƏ ANIM TƏDBİRLƏRİ

12 dekabr "Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

12 dekabr İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

12 dekabr Hacıbala Abutalıbov Ulu Öndərə şeir yazdı - VİDEO

Top xəbər