AVMVİB SƏDRİ ANTİTERROR ƏMƏLİYYATLARINA BAŞLAMAĞA ÇAĞIRDI: "Gecikmək üçün vaxtımız qalmayıb"...

AVMVİB SƏDRİ ANTİTERROR ƏMƏLİYYATLARINA BAŞLAMAĞA ÇAĞIRDI: "Gecikmək üçün vaxtımız qalmayıb"...



AVMVİB sədri Füzuli Rzaquliyev Qarabağ problemini şərh edir.

Qarabağ danışıqları dalana dirənib. Ermənistan tərəfi aşkar BMT və ATƏT Minsk Qrupunun qəbul etdiyi qətnamə və qərarları pozmaqda günbəgün həyasızlaşırlar. Ermənistanın, istər sabiq, istərsə indiki rəhbərliyi mövqelərini sərtləşdirməklə məşğuldurlar. İşğal ərazilərində qanunsuz məskunlaşma, tarixi abidələrin, məzarlıqların vandalcasına dağıdılması, qanunsuz olaraq maddi mədəniyyət abidələrinin arxeoloji qazıntılara məruz qalması, məskunlaşma, narkotranzit, terror qruplarının təlim mərkəzlərinin yaradılması, insan alveri, orqan alveri, mülki şəxslərin Beynəlxalq Konvensiyaya zidd olaraq əsir saxlanması, mülki şəxslərə məxsus əmlakların talan edilməsi və saymaqla bitməyən anti bəşəri anneksiya siyasəti yürütməsi qeyri beynəlxalq qurumların heç bir tədbir görmək niyyətində olmaması ilə müşayət olunmaqdadır. Ermənistanın Azərbaycana qarşı yürütdüyü 30 illik işğalçılıq siyasətinə nə vaxt son qoyulacaq?

Bu sualla AVMVİB sədri Füzuli Rzaquliyevə müraciət etdik. F. Rzaquliyev dedi: "Artıq əhali yaxşı anlayır ki, Ermənistan qanla aldığı torpağı, sülh göyərçini uçurtmaqla təhvil verəsi deyil. Biz Atəşkəsin ilk günündən müharibə tərəfdarı olmuşuq və yenə eyni mövqedəyik. Çünki düşmən aşkarcasını və dəfələrlə bəyan edib ki, nəinki bir qarış torpaq verməyəcəyik, hələ həyasızcasına Aprel döyüşləri zamanı azd edilmiş əraziləri geri istəməkdədir. Paşinyan ölkənin 1 saylı təmsilçisi olaraq bəyan etdi ki, Qarabağ Ermənistandır. Bəs o zaman bizim ölkənin Xarici İşlər naziri Elmar Məmmədyarov, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakanyanla nə barədə danışırlar? Belə çıxır ki, onlar sadəcə bir dost kimi görüşüb növbəti görüş yerlərini müəyyənləşdirirlər. Özgə nəsə varmı? Onsuz da bizim nazir öz dilini bilmir ki, gəlib xalqa bu görüşlər barədə bir məlumat versin. Belə bir məqamda danışıqlardan və o "3 bacı" diplomatiyasından imtina edilməlidir və Qarabağda vaxt itirmədən Antiterror əməliyyatına başlamaq lazımdır. 2 gün ərzində şəhidlərimizin olması düşmənlə sülh danışıqlarına son qoymaq üçün yetərlidir.

Düşmənə qarşı qüvvələrimizi birləşdirməli və Ali Baş Komandanın ətrafında sıx birləşməliyik. Xatırladım ki, Birinci Qarabağ müharibəsinin dərsləri öyrənilməlidir. Düşmən özü etiraf edir ki, müharibənin 60 faizini Azərbaycan daxilindəki erməni-rus kolonunun və bu kolonların əlaltılarının hesabına baş tutdu. Cəbhədə vuruşan hər bir döyüşçü bu xəyanətlərdən xəbərdardır. Bu gün də bu kolon ölkə həyatında çox fəal və üzdədirlər. Bu kolonlar cəmiyyətdən təcrid edilmədən müharibəyə başlamaq olmaz. İlkin hazırlıq bu kolonların "tərk-silah" olunmasından keçməlidir. Çünki Sərqsyan bu kolona arxayınlıqla demişdi ki, biz silah işlətmədən Bakıya gələ bilərik. Nə qədər xainlər aşkar edildi? Bu işi başa çatdırmaq lazımdır. Bütün sahələrdə və ən çətin döyüş meydanlarında biz müharibə veteranları Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə müntəzirik və hər birimiz Qəhrəman Ordumuzla çiyin-çiyinə döyüşlərdə iştirak edəcəyimiz günü gözləməkdəyik. Bu bizim savaşdı. Bu savaşda, qisas günündə öndə olmaq istəyirik.

Bu gün haqqında söz açdığımız kolon ordumuz və müharibə veteranları haqqında antitəbliğat apararaq xalqı təslimçiliyə hazırlamağa çalışırlar. Müharibə veteranları haqqında iftiralar uyduranlara bircə kəlmə deyərdim ki, cəbhədən fərarilik etmələri cəhənnəmə, müharibə zamanı arxa cəbhədə özlərini normal vətəndaş kimi aparıb erməni kolonuna xidmət etməsəydilər, bizlər 5 imperiyanın dizini qırmışdıq.

Müharibədə bu günədək tərəf olan Rusiyaya məxsus o vaxtkı 7-ci ordu, indiki 102 saylı Rusiya hərbi bazasının keçmiş komandanı, polkovnik Andrey Ruzinski bir açıqlamada deyib: “Mən Qarabağda xidmət etmişəm. Bizim hissələr ermənilərin tərəfində vuruşurdu. Və siz necə düşünürsünüz: bu əclaflar (erməni silahlıları) bizim arxamızda gizlənirdilər və azərbaycanlılar uzaqdan görünən kimi silahlarını atıb geri qaçırdılar. Ancaq elə ki, haranısa tuturduq, qaçıb gəlir və qışqırırdılar ki, erməni torpağını “dəmir aşotlar”ın sayəsində azad ediblər. Xidmətim bitdi, doğma Stavropola getdim. Sən demə, biz Qarabağda onlar uğrunda vuruşanda onlar da orada yiyəlik edir, “Böyük Ermənistan” və “erməni döyüşçüləri” haqda çığır-bağır salırmışlar. Onlar qorxaqdırlar, vəssalam. Bilmirəm, siz ermənilər hansı qəhrəmanlıqdan danışırsınız? 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ da ermənilərin olmazdı. Rusiya olmasaydı, heç Ermənistan da olmayacaqdı".

Amma bu gün deyirəm ki, məhz içimizdəki ermənilərə köpəklik edən xainlərin hesabına Vətənimiz bərbad oldu. Bu gün bu yanlışı təkrar etməməliyik. Ölkəyə erməni zaraları, sosoları, filipləri gətirən binamuslar, güya bilmirlər ki, onlar bu addımla onlarla erməni əlaltısını deşifrə ediblər? Artıq xalq, ermənilərə maşalıq edənlərin ciyərlərini oxumaqdadır. Xalqa meydan oxuyan və hər cür xəyanətlərə hazır oan belə satqınların aqibətini bu xalq müəyyən edəcək. Vətən, nə anaya, nə dayıya satılmaz. Erməni ol, amma bu Vətənə xidmət et. Bizim üçün əziz olarsan. Amma Vətənin maraqlarını düşmənə sat və xalqa dirsək göstər. Buna yol vermək artıq ağılsızlıq və şüursuzluqdur".
AVMVİB SƏDRİ ANTİTERROR ƏMƏLİYYATLARINA BAŞLAMAĞA ÇAĞIRDI: "Gecikmək üçün vaxtımız qalmayıb"...


AVMVİB sədri F. Rzaquliyev, Ordumuzun peşəkarlığı ilə bağlı sorğumuza cavab olaraq dedi: "Bəzi qüvvələr Ordumuza da qara yaxmağa çalışırlar. Bircə faktı deyim ki, real müharibə olarsa, Azərbaycan əsgəri dünyaya, Qafqzda ən güclü olduğunu bir daha sübut edəcək. Yəni Ordumuz həqiqətən ölkə sərhədlərini bərpa etməyə qadirdir. Elə ona görə də Azərbaycan özündə güc tapıb əməliyyatlara başlamalıdır. Qanı qanla yumalıyıq. Kim özgə yol deyirsə, bilin ki, sadəcə vaxt udur. Ermənistana ilk muzdlu legion göndərib bu gün də pulunu verən, qondarma Qarabağın terrorçu rejiminə Parisdə nümayəndəlik açan, işğaldakı şəhərlərimizlə qardaşlaşan Fransamı, qondarma rejimə daim yardımlar edən, qondarma rejimə nümayəndəlik açan ABŞ-mı, yoxsa 102-ci saylı hərbi bazasıyla, 366 -cı polku və Pskov Desant polku, Kazak polku və muzdluları ilə torpaqlarımızı işğal edən, insanlarımızı öldürən, Kazimirovun əliylə, bu qondarma məsələni həlli olmayan problem kimi beynəlxalq aləmə təqdim edən və Moskvada qondarma rejimin nümayəndəliyini açan Rusiyamı problemi həll edəcək? Bunlardan imtina etmək vaxtıdır. Yəni artıq zaman ziyanımıza işləyir. Boş yerə vaxt itirməməliyik".


AVMVIB sədri çoxlarının Rusiyanın bir başa Gürcüstandakı kimi əməliyyatlara müdaxilə edəcəyi fikirlərinə də münasibət bildirdi: "Bu məsələdə fərqli duruçmlar var. Hazırda isə Rusiyanın durumu buna yol vermir. Krım, Donbass hövzəsi, Suriya, Abxaiya, Osetiya və s. kimi münaqişələrdə bir başa iştirakçılığı və sanksiyalara məruz qalması bizim xeyrimizə dəyişən siyasi şərait yaradıb. Rusiya Qarabağ münaqişəsinə 90-cı illərdəki müdaxiləsini hələ də gizli saxlamağa çalışır. Artıq Azərbaycan oturuşmuş bir dövlətdir və regionda aparıcı mövqelərə sahibdir. Rusiyanın birbaşa müdaxiləsi Rusiyanın regiondan tam çıxarılması ilə nəticələnər. Qaldı ki, rus əsgərinə güllə dəymirmi? irinci mərhələdə yüzlərlə rus əsgəri öldürüldü. Bu gün də o əsgərlərin yaxınları axtarmaqdadırlar. Onları Rusiya öz xalqından gizləməkdədir. Bunu hər kəs unutmamalıdır ki, Qarabağsız Azərbaycanın nə gələcəyi, nə də dövlətçiliyi yoxdur. Azərbaycanda kimsə Qarabağın düşmənə təhvil vermək düşüncəsində ola bilməz. Bu bir millət məsələsidir. Qarabağ təkcə qarabağlıların deyil, dünyada yaşayan hər bir azərbaycanlının və həm də Türk dünyasınındır. Kimsə düşünməsin ki, ermənilər zəbt etdikləri torpaqları de yure əldə etməyi bacaracaq. Onlar bu haqqı 1992- ci ildə itiriblər. 1992-ci ildə qəbul edilən ATƏT-in Helsinki paktı Azərbaycanı mövcud sərhədlər daxilində tanıyıb və heç bir öz dövlət imicinə hörmət edən dövlət, hətta super güc əks mövqe barədə düşünməsi mümkün deyil. Sadəcə bizim məqsədyönlü şəkildə çalışmamız vacibdir. Sadəcə gecikmədən bütün gücümüzü Qarabağın azadlığına yönəltməliyik. Necə deyərlər, bu gün tezdir, sabah gec. Bu məsələdə, nə gecikmək, nə də tələsmək olmaz. Amma gecikmək üçün vaxtımız qalmayıb"...

AVMVİB Mətbuat Xidməti
25 sentyabr 2019 /

AVMVİB SƏDRİ ANTİTERROR ƏMƏLİYYATLARINA BAŞLAMAĞA ÇAĞIRDI: "Gecikmək üçün vaxtımız qalmayıb"...

Похожие новости

Acından ölən düşmən və toxundan ölən biz...

Vaxtilə Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı olan zaman Daşaltı şəhidlərinin əziz xatirəsinə Şəhidlər Xiyabanında bir xatirə daşı qoymaq üçün AVMVİB illərcə mübarizə apardı və

Andrey Ruzinski: "Rusiya olmasaydı, heç Ermənistan da olmayacaqdı”

Rusiya olmasaydı, heç Ermənistan da olmayacaqdı”.Bugünlərdə isə Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının keçmiş komandanı, polkovnik Andrey Ruzinski verdiyi müsahibədə ermənilərin iş üzünü bir daha

AVMVİB sədri antiterror əməliyyatlarının başlanmasına çağırdı

AVMVİB sədri Füzuli Rzaquliyev sorğumuza cavab olaraq, Azərbaycan torpaqlarında "Ümumerməni yay oyunları"nın keçirilməsi və Nikol Paşinyanın Qarabağa qanunsuz səfərindən müharibə veteranlarının

F. Rzaquliyev: "Düşmən savaş istəyirsə, onu da alacaq"...

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın Füzuli və Cəbrayıl bölgəsinə qanunsuz səfərinə

AVMVİB ERMƏNİ SƏRSƏMLƏMƏLƏRİ İLƏ BAĞLI SƏRT BƏYANAT VERDİ

Son günlər Paşinyanın və Ermənistanın həyasızlaşması ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bəyanat yayıb. Faktı AVMVİB sədri Füzuli Rzaquliyev təsdiqlədi. Bəyanatda
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ