N. Ağayev: "Evində "Qardaş olub, Hayastan - Azərbaycan" oxudanlar, bəsləyənlər Qarabağı azad edə bilməzlər"

N. Ağayev: "Evində "Qardaş olub, Hayastan - Azərbaycan" oxudanlar, bəsləyənlər Qarabağı azad edə bilməzlər"


















Müsahibimiz 80-ci illər hadisələrinin öndərlərindən və Xalq Hərəkatında xüsusi rolu olan Nəsir Ağayevdir. Bu məmləkətin Azadlığı üçün çarpışmış, gecəsini gündüzlərə qataraq meydanlarda, qaynar nöqtələrdə, qızğın disskusiyalarda keçirmiş Nəsir bəyin bu günki baxımsızlığı, deyərdim ki, unudulması qəlbimizi ağrıtdı. Həyatını çarpışmalarda keçirən Nəsir bəy, bu gün də xəstəliklərlə çarpışır. Zamanında prezidentlər Elçibəylə və Heydər Əliyevlə görüşmüş bir ictimai və siyasi xadim kimi onunla söhbətimizi diqqətinizə çatdırırıq.

Bu günlərdə Nəsir Ağayevə baş çəkdik və söhbətləşdik. Ağlıma ilk gələn sual bu oldu:

X. Ə. - 90 - cı il hadisələri yenidən başlasaydı, hadisələri geri qaytarsaydılar nələri dəyişərdiniz?

N. A. - Demokratik qüvvələrin hakimiyyətə gəlməsi ciddi bir hadisədir. Çünki demokratik qüvvələr haqq-ədalət prinsiplərinə və həqiqətə söykənirlər. Amma cəmiyyət daxilində elə qüvvələr var ki, hakimiyyətə gəlmək xatirinə ən çirkin üsullara əl atırlar. Ona görə də hakimiyyətə gəlmək asandır, ancaq bu hakimiyyəti qoruyub saxlamaq çətindir. Hakimiyyətin saxlanması, hakimiyyətə gəlməkdən qat-qat çətindir.

İlk öncə bildirim ki, hakimiyyət ilk növbədə Azərbaycan xalqının maddi-rifahını yüksəltmək qayğısına qalmalıydı. Azərbaycanın yerli sənayesi inkişaf etdirilməli idi. Milli burjuaziyanın yaradılmasına diqqət yetirilməliydi. Daxili bazarda sabitlik bərqərar edildikdən sonra xarici ticarətə diqqət yetirməliydik. Ölkəyə giriş-çıxış ciddi nəzarətə götürülməliydi. Bunun üçün sərhəd xidməti və kömrük gücləndirilməliydi. Xarici təxribatçıların ölkəmizə daxil olmasının qarşısı alınmalıydı. Nəhayət bunları həyata keçirdikdən sonra Azərbaycanın ərazi bütövlüyünü qoruya bilən, xarici təxribatların qarşısını ala bilən və xalqın inamını qazanmış bir güc ortaya qoyulmalıydı. Bu da Daxili Qoşun və Milli Ordu birlikləri ola bilərdi.

Bu dövrdə gözlənilmədən qaçqın dalğasının yaranması və pərakəndə şəkildə bütün ölkəyə yayılması əlavə problemlər yaratdı. Bu böyük bir fəlakət idi. Hökumət əsasən Qərbi Azərbaycan və Qarabağ qaçqınlarından hərbi birləşmələr yaratmalıydı. Çünki bu əhali düşməni və mövcud əraziləri daha yaxşı tanıyırdılar. Qeyri bölgə vətəndaşları ərazini öyrənənəcən o yerlərin sakinləri daha məqsədyönlü iş apara bilərdilər. Sıravi ermənilərlə, xüsusən Orta Asiya, Pribaltika və Ukraynada yaşayan ermənilərlə xidmət orqanları ciddi iş aparmalı idi. Diplomatik yollarla ermənilərlə əlaqələr qurulmalıydı...

X. Ə. - Replika: Bəy, narahat olmayın ciddi əlaqələr qurmuşuq. Yetərincə vəzifələr vermişik. Hətta, nəinki onlardan qız alırıq, indi qızlarını erməniyə siğə edən onlarla binamus var, Aradadaş kimi. Amma erməni heç dəyişməyib...

Bəy, bizim əsas sualımız 90-cı illər geri dönsəydi, "müsəlmanın sonrakı ağlıyla" nəyi edər, nəyi isə etməzdiniz?

N. A.- Elçibəy komandasını hakimiyyətə gəlməsinə yol verilməməliydi...

O dövr xalqın enerjisini daxili çəkişmələrə yönəltdilər. Düşmənə qarşı mübarizə arxa planda qaldı. Bu baxımdan yanlış olan məqamlar ölkəyə zərər vurdu. Amma biz müstəqillik əldə etdik...

X. Ə. - Bu gün müstəqillik haqqında əski tendensiya, Nemət Pənahlının liderlik iddiası kimi adamlarda gülüş doğurur. Məgər Orta Asiya xalqlarını da bizmi müstəqil etdik? Deyərdim ki, ölkəmizin daim ziyaslısızlıqdan korluq çəkməsi bizi bu oyunlarda alət edib.

N. A. - Mən düşünürəm ki, hərəkat milli özünüdərk kimi başlamışdı. Ortaya hakimiyyət iddiası qoyuldu və bütün perespektivlər alt-üst oldu. Amma bəzi qüvvələr milli dövlət yaratmaq üçün atılmış addımlara şübhə toxumu səpdilər.Hətta bu istiqamətdə yaratdığım təşkilatın içərisində qüvvələri parçaladılar. Öz dostlarımı məndən ayırdılar. Mənim tək istəyim, Azərbbaycanın güclü dövlətinin qurulmasıydı. Bu qüvvələr isə birləşdirici, qurucu deyil, tam əksinə olaraq dağıdıcı, parçalayıcı kimi kodlaşdırılmışdı. Onlar heç zaman birləşdirici ola bilməzlər, bu onların missiyasına aid deyil. Bu gün də bizim ideal hesab etdiyimiz dövlət modeli ortada yoxdur. Sabah xarici şirkətlər ölkədən çəkilsə, nə baş verər? Daxili bazarımız yoxdur. Milli burjuaziyamız yoxdur. Kənd təsərrüfatı, milli sənaye sahəsində də vəziyyət ürəkaçan deyil. Monopoliya milli istehsalın yaranmasına maraqlı deyil. Mənim irəli sürdüyüm tezislərə görə, milli hakimiyyəti millət özü qurmalıdır.

O millət xoşbəxtdir ki, millət öz dövlətini qura bilir. Çünki belə qurulan dövlətlər, təmsil etdiyi xalqın mənafelərini qorumağı öz vəzifəsi hesab edir. Mən bu cür bir dövlətin qurulması uğrunda mübarizə aparmışam. Amma əfsuslar olsun ki, biz bu dövlət modelini qura bilmədik. Hətta Vətənin ağır günündə Vətənin müdafiəsini də cəza mexanizminə çevirdilər. Xoşu gəlməyənləri cəbhəyə göndərənlər, öz övladlarını əsgərliyə göndərmirdilər. Yenə düşmən hədəfdən yayındırıldı və özümüzü hədəf seçdik...
N. Ağayev: "Evində "Qardaş olub, Hayastan - Azərbaycan" oxudanlar, bəsləyənlər Qarabağı azad edə bilməzlər"


X. Ə. - Belə çıxır ki, daim düşmən elə özümüz olmuşuq?

N. A. - Bu gün iqtidar nümayəndəsi çıxıb deyir ki, gəlin birləşək, müxalifətə qarşı mübarizə aparaq. Baxın yenə də birləşib düşmənə qarşı deyil, özümüzə qarşı mübarizə aparmaq meyli ortadadır. Yəni belə çıxır ki, bizim xalqın özündən başqa düşməni yoxdur. Bu qorxunc bir yanaşmadır...

X. Ə. - Bəy, bu illər ərzində dediyiniz müxalifətin söyüşdən başqa, ortada bir konsepsiyasını, iqtisadi modelini və yaxud milli birlik konsepsiyasını görən olmayıb. Özünüz dediyiniz kimi bunlar birləşmək üçün deyil, ayrılmaq üçün proqramlaşdırılıb. Bəs siz niyə bu proseslərə qoşulmursunuz?

N. A. - Mənə tez-tez sual verirlər ki, niyə siyasi proseslərə qoşulmursunuz? Birincisi, mənim sağlamlığım imkan vermir. Ailə vəziyyətim nəzərə alınmalıdır. Mən bütün gəncliyimi və bütün həyatımı SSRİ dövründə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmişəm. Amma müstəqil ölkədə mənə olan münasibət məni yorub. Amma mən ruhdan düşməmişəm. Zəif də olsa, təki bizim dövlətimiz olsun. Vaxt gələr ki, güclü islahatlar nəticəsində dövlətimiz də güclənər. Çünki dövlət o zaman güclü olur ki, onun xalqı güclü olsun, təbii sərvətləri olsun, enerji asılılığından azad olsun. Bu gün bu resurslardan necə istifadə etməyimiz artıq bizim günahımızdır.

Qarabağ probleminin həlli daim ön planda olmalıdır. Amma bu belədirmi? Biz o vaxtlar Bakı və Kəndlər birliyi olaraq bakılı, gəlmə kimi ortaya atılmış bir imperiya planını alt-üst etməklə yanaşı, Kəlbəcəri azad etmək məqsədiylə könüllülərdən ibarət bir batalyon yaratdıq. Komandir də Abbas Hüseynovu təyin etdik.

Məqsədimiz Kəlbəcərin azad edilməsi idi. Lakin səbatsız rəhbərlik aşağıların bu istəklərini qiymətləndirə bilmədilər və sonuc da onların haqsız olmalarını ortaya qoydu. Onlar nə etdi? Polislərə göstəriş verilmişdi ki, çağrışa gələnləri çağırıb dindirməyə başlasınlar. Biz dövlətin müdafiəsi üçün ən azı 2500 nəfərdən ibarət bir hərbi birləşmənin yaranmasıyla uğraşarkən, bunlar nə ilə məşğul olurdular?

Bu batalyonla bağlı Fəhmin Hacıyevlə görüşdüm. Görüşdən sonra könüllü çağırışçılar daha çox polisə çağırılmağa başladılar. Məcbur olub Elçibəylə görüşdüm və məsələni danışdım. Orduya ehtiyacı olan bir ölkənin prezidenti dedi ki, bəy bu işlərə ehtiyac yoxdu. Biz bundan sonra Sırxavənd, Papravənd istiqmətində döyüşən hərbi hissələrə öz pullarımızla aldığımız silah-sursat apardıq. Milli Qəhrəman Şirin Mirzəyevlə görüşərək onun komandirlik etdiyi hərbi hissəyə yardımlar etdik. Bu işləri özümüzün vətəndaşlıq borcumuz sayırdıq. Amma hakimiyyətdəki səriştəsiz adamlar necə xoflanmışdılarsa, danışırmışlar ki, Nəsir Ağayev hökumət çevrilişi etmək üçün ordu yaradır.

A. H. - Azərbaycanın sabahı necə görünür?

N. A. - 1996-cı ildə İngiltərənin əlillərlə işləyən bir humanitar təşkilatı ilə tanış oldum. Anladım ki, bu təşkilat Azərbaycanı qul dövlətinə çevirmək üçün kadrlar axtarır. Bu gün milli təhlükə narkotiklərdən çox, belə təşkilatlardan gəlir. Azərbaycanın evini toleriantlıq, kosmopolitlik yıxacaq. Yerli superetnosun hakimiyyətdə və digər sahələrdə təmsilçilik proporsiyası pozulub. Azərbaycanın idarə edilməsində ən nadan üsul olan bölgəçilik, regionçuluq əsas yer tutur. Super etnos olan türklərin bu bölgüdə yer alması mində bir faizdir. Onu da nümunə kimi göstərirlər ki, baxın bu da türkdür. Ancaq millətə layiq olmayan, dövlət siyasətindən xəbəri olmayan adamlar dövlət strukturlarında oturublar. Bu milli faciədir. Həm də siyasi cinayətdir. Biz də bu siyasi cinayətə şahidlik edirik.

X. Ə. - Qarabağ probleminin həlli yolunu necə görürsünüz?

N. A. - Bu gün bütün vasitələr Qarabağın azad edilməsi üçün səfərbər edilməlidir. Bu işə qarabağlılar cəlb edilməlidi, milli sərvətlər bu iş üçün xərclənməlidir. Ölkənin sərvətləri, hakimiyyəti qorumaq üçün deyil, villalar tikmək üçün deyil, məhz torpaqlarımızın azad edilməsi üçün sərf edilməlidir. Azərbaycanın ərazisi işğala məruz qalıb, bizdən güzəşt tələb edirlər. Rayonlarımız işğal edilib, qızılı daşınıb, meşələri dağıdılıb, insanlara məxsus əmlaklar talan edilib bizi güzəştə məcbur etmək istəyirlər. Bu zərərlər dəqiq hesablanmalıdır. Biz susmaqda ikən, ermənilər Bakıdan, Sumqayıtdan satıb getdikləri evlərə görə kompensasiya tələb edəcəklər. Amma biz bu istiqamətdə də heç bir iş görmürük.

Bir diplomat dostum vardı. Bir dəfə soruşdum ki, biz necə qalib gələ bilərik? O, dedi ki, o zaman qalib gələcəksiniz ki, düşmənə qarşı mübarizədə öz düşməninizdən istifadə edə biləcəksiniz. Ermənilər bu üsulla qalib gəldi və düzdü bu sahədə rus kəşfiyyatı ilə birgə planlar qurdular. İçimizdəki xainlərdən istifadə etdilər. Amma biz ATƏT Minsk Qrupunun həmsədrlərini pişvazlamaqla məşğuluq.

A. H. - Arvadı və anası erməni olanların erməniyə qarşı mübarizə aparacağına inanırsınızmı?

N. A. - Əlbəttə inanmıram. Milli hakimiyyət formalaşdırılmalıdır. Ona görə də belə adamlar könüllü olaraq istefa verməlidirlər. Türkiyədə ordu komandanlığında seçilmiş adamlar yerləşdirilir. Amma bizim orduda 30 ildə Azərbaycan dilini öyrənə bilməyən adamlar at oynadırlar. Ordudakı bütün əyintilərdə belələrinin adı keçir. Biz mənfur bir düşmənlə üz-üzəyik. Onlar 24 saat bizim əleyhimizə iş aparırlar. İçimizdə onların əlaltılarından ibarət günbəgün güclənən kolon, artıq millətə dirsək göstərirlər. Bu məsələni hökumət araşdırmalıdır. Nəticə ağır ola bilər. Millət ayılmalıdır, çünki proseslər düşmənin diqtə etdiyi məcraya yönəldilib. Bir zamanlar Azərbaycan xalqına xalqlar dostluğu pərdəsi arxasında bu mahnını oxudanlar, hələ də siyasi meydandadırlar:

"Kür, Araz, Ararat,
Gözəldir bu həyat
Qardaş olub, Hayastan, Azərbaycan!"

Qardaş yox ər-arvad olublar. Erməninin 100 illik xəyallarını, işğal planlarını mahnı kimi bizə oxudublar. Biz də oxuyub, oynamışıq. Yəni erməni işğal planını- Kür-Araz ovalığı və Türkiyədən də Araratı qoparmaq planını, kim ədəbi dillə bizə sırıyıb? Kİm edib bunu? İslam Səfərli, “Kür, Araz, Ararat, Gözəldir bu həyat, Qardaş olub Hayastan, Azərbaycan!” mahnısını yazıb, Andrey Babayanla birgə. Babayanın fərasəti göz qabağındadır. Millət ayıq olmalıdır. Evində "Qardaş olub, Hayastan, Azərbaycan" oxudanlar, bəsləyənlər Qarabağı azad edə bilməzlər.
N. Ağayev: "Evində "Qardaş olub, Hayastan - Azərbaycan" oxudanlar, bəsləyənlər Qarabağı azad edə bilməzlər"


- Müsahibə üçün sağ olun!

Müsahibəni Xaqani Ədəboğlu və Abbas Hüseynli hazırladı
26 sentyabr 2019 /

N. Ağayev: "Evində "Qardaş olub, Hayastan - Azərbaycan" oxudanlar, bəsləyənlər Qarabağı azad edə bilməzlər"

Похожие новости

AVMVİB 25 İLİNƏ YEKUN VURDU...

AVMVİB 25 illiyini təntənə ilə qeyd etdi. Tədbirin yüksək səviyyədə keçirilməsi müharibə veteranlarının ürəyincə olub. Tədbirin yekunları ilə bağlı AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini

UNUDULMUŞ UNUDULMAZ ADAM: BAKI VƏ KƏNDLƏR BİRLİYİNİN QURUCUSU VƏ İLK SƏDRİ NƏSİR AĞAYEV

Müsahibimiz 80-ci illər hadisələrinin öndərlərindən və Xalq Hərəkatında xüsusi rolu olan Nəsir Ağayevdir. Bu məmləkətin Azadlığı üçün çarpışmış, gecəsini gündüzlərə qataraq meydanlarda, qaynar

UNUDULMUŞ UNUDULMAZ ADAM: BAKI VƏ KƏNDLƏR BİRLİYİNİN QURUCUSU VƏ İLK SƏDRİ NƏSİR AĞAYEV

Müsahibimiz 80-ci illər hadisələrinin öndərlərindən və Xalq Hərəkatında xüsusi rolu olan Nəsir Ağayevdir. Bu məmləkətin Azadlığı üçün çarpışmış, gecəsini gündüzlərə qataraq meydanlarda, qaynar

UNUDULMUŞ UNUDULMAZ ADAM: BAKI VƏ KƏNDLƏR BİRLİYİNİN QURUCUSU VƏ İLK SƏDRİ NƏSİR AĞAYEV

Müsahibimiz 80-ci illər hadisələrinin öndərlərindən və Xalq Hərəkatında xüsusi rolu olan Nəsir Ağayevdir. Bu məmləkətin Azadlığı üçün çarpışmış, gecəsini gündüzlərə qataraq meydanlarda, qaynar

"DEMOKRATİK SÖYÜŞ İNQİLABI", YOXSA LOYAL İSLAHATLAR...

Xaqani Ədəboğlu "Demokratik söyüş inqilabının" yeni bir çağırışı diqqətimi cəlb elədi: "İlham Əliyev İlqar Məmmədovdan qorxur!", yaxud "İlqar Məmmədov hakimiyyətə gəlsə hər şey düzələcək". Doğrusu
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Etmiad Əsədovun vəfatından 1 il keçdi...Rəhmətlə anırıqGizli anlaşmalar üzə çıxır: Rusiya - ABŞ bir medalın iki üzüAzərbaycan mediası Ərdoğanla veteranların görüşü barədə niyə susdu?Türk Şurasının növbəti görüşü Türkiyədə keçiriləcəkAzərbaycan Rusiyaya nota verdiİlham Əliyev Türk Şurasının Zirvə Görüşündə - FOTO/VİDEOƏrdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ