İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"

İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"
"Savalan dağını dəyişdirib ediblər Səbəlan. Qədim Qoşaçay şəhəri var, iki çay arasında yerləşir. Onun da adını dəyişdirib qoyublar Miyandoab", farsca "iki çayın arasında" anlamını verir", İranda yaşayan etnik azərbaycanlılar BBC News Azərbaycancaya deyirlər ki, ötən əsrin 20-ci illərindən bəri onların yüz illərdir yaşadıqları kəndlərin, şəhərlərin, kəndlərin adları dəyişdirilib farslaşdırılır.

"Ən çox göz dağına çevrilən" isə Araz çayının adının Ərəs kimi dəyişdirilməsidir. "İxtiyarımız yoxdur başqa formada yazaq. Məcburuq bu qaydada yazmağa", deyə müsahiblərimiz vurğulayırlar ki, rəsmi sənədlər, ərizələr yeni adları tələb edir, yoxsa, "ərizənə baxmazlar".

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Əli Musəvi isə BBC News Azərbaycancaya açıqlamasında bildirir ki, məhəllə, şəhər, xiyaban adları fars adlarına dəyişdirilə bilər, amma "kütləvi deyil".
İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"
Savalan niyə Səbəlan oldu?

"Savalan dağını dəyişdirib ediblər Səbəlan. Qədim Qoşaçay şəhəri var, iki çay arasında yerləşir. Onun da adını dəyişdirib qoyublar Miandoab. Farsca "iki çayın arasında" anlamını verir. Hələ üstəlik həmin çayların - Cığatı və Tatai çaylarının adlarını da farslaşdırıblar: Şiminərud və Zərrinrud", deyə İranda yaşayan İbrahim Hüseyni (ad dəyişdirilib) BBC News Azərbaycancaya ölkədəki qədim türk toponimlərinin "kütləvi halda" dəyişdirilməsindən şikayətlənir.

Onun sözlərinə görə, bu cür örnəklər "yüzlərlə yox, hətta minlərlədir". Müsahibimiz deyir ki, milli fəallardan biri yerli dərgidə (jurnalda-red.) təkcə onun yaşadığı bölgədə 100-200 arası toponimin dəyişdiyini yazır. Dəyişdirilənsə təkcə şəhər, dağ, kənd adları deyil, məhəllə, bulaq, meydan, bazar, hətta bazarların giriş qapılarının adlarıdır, İbrahim Hüseyni vurğulayır.

BBC News Azərbaycancaya danışan İran azərbaycanlılarının iddialarına görə, "farslaşdırma siyasəti" ötən əsrin 20-ci illərindən, pəhləvilərin hakimiyyətə gəlişindən sonra vüsət alıb. Düzdür, onlar hesab edirlər ki, türk toponimlərinin dəyişdirilməsinə Pəhləvilərdən öncə də az rast gəlinməyib.

"Pəhləvi şahı Rza xanın vaxtında, 1925-ci ildən, belə bir siyasət qüvvəyə mindi: "Bir millət, bir din, bir bayraq". Fars dilindən başqa dildə danışmaq, oxumaq, yazmaq qadağan edildi. Yas mərasimlərində belə, türkcə danışanda dövlət qurumları müdaxilə edirdi. Elə o zamanlar da əski türk yerlərinin adlarına müdaxilə olundu. Məqsəd türklərin izini bu torpaqlardan silmək, onların kökünün olmadığını göstərmək idi", - İbrahim Hüseyni deyir.

O, dəyişiklərin üç metod əsasında aparıldığını əlavə edir. Deyir, birinci yol budur ki, türkcə adlar farscaya uyğunlaşdırılır.

"Məsələn, Savalan dağı olub Səbəlan. Təbrizdə Axmaqayə adlı məhəllə var, onu Əhməqiyə ediblər. Tərcümədə "dəli olan yer" deməkdir və ya Camışavar məhəlləsi Cəmşidabad, Gümüşqayə Dəməşqiyə olub".

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Əli Musəvi BBC news Azərbaycancaya deyir ki, yer, meydan, və başqa məkanların adlarının dəyişdirilməsi halları ola bilər, amma bu, kütləvi deyil.
İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"
"Bir-iki qəsəbə, kənd adı dəyişib, bu barədə eşitmişəm, amma bu barədə dəqiq məlumat yoxdur. Ola bilər ki, hansısa küçə və ya xiyabanın adı dəyişdirilib, ora şəhid olan kiminsə adı verilib. Dəyişikliyə belə hallar səbəb ola bilər və ya hansısa şair vəfat edəndən sonra yerin adı dəyişdirilərək onun adına verilə bilər", səfirliyin əməkdaşı əlavə edir.

Ancaq İbrahim Hüseyni deyir ki, kəndlərin adları da dəyişikliyə uğrayıb, İstilli (bu söz ölçü vahididir) kəndi indi rəsmi sənədlərdə İstəllu, Sırxaylı Sırxəviz, Nəştöylü Nəştiban kimi yazılır.

"Məsələn, avar kəndləri var, Şaltavar, onu Sultanabad, Sərəvur kəndini Səhrivər, Hümləvar kəndini Həmləabad ediblər. Həmləabad farscada "hamballar olan yer" mənasındadır. Azərbaycanlıların yaşadığı şəhərlər var, Məlikkənd, onu Məlikan kimi dəyişdiriblər, Tikantəpə olub Tikap, Sayınqala Şahindiş, Sarıdaş Sərdəşt kimi dəyişdirilib. Yəni farsca tələffüzə uyğunlaşdırılıb".

BBC News Azərbaycancaya danışan azərbaycanlıların sözlərinə görə, onlardan ötrü "ən çox göz dağına çevrilən" isə Araz çayının adının Ərəs kimi dəyişdirilməsidir. "İxtiyarımız yoxdur başqa formada yazaq. Məcburuq bu qaydada yazmağa" söyləyirlər.

"Türk dili İranda dövlət dili deyil. Dövlətə namə (məktub-red.) göndərsən və orada Tikap əvəzinə Tikantəpə yazsan məqsədinə çatmazsan, çünki rəsmi sənədlərdə Tikantəpə deyilən yer yoxdur", - İbrahim Hüseyni izah edir.

İran azərbaycanlılarının sözlərinə görə, bəzi toponimlər türkcədən farscaya tərcümə olunmaqla dəyişdirilib.

O, bəzi qədim türkcə toponimlərinin farscaya tərcümə edildiyini və bu zaman mənaya fikir verilmədiyini qeyd edir: "Məsələn, Qaraçəmən deyilən bir kənd var. Qara türkcədə təkcə siyah anlamında işləmir, axı, o həm də "böyük", bəzən də yön mənasında işlənir, bizdə Ağbulaq və ya Qarabulaq kimi çox sayda kəndlər var, Qarabulaq daha çox quzeyi (şimalı -red.) nişan verir.

Amma Qaraçəməni Siyahçəmən ediblər. Siyah da çəmən olar? Çəmən yaşıl olar... Bir sözlə harda qara sözü varsa götürüb siyah sözü ilə əvəzləyiblər. Qaragöl Siyahistəx, Qaratəpə Siyahkuh olub".

Və ya "uca yer gözətçiləri" anlamında olan Örəbiki kəndinin adının Əbrbekuh - "buluda meyl edən dağ" kimi tərcümə edildiyi bildirilir.

"Ləncava kəndi olub Lencabad. Yəni dağ başında gəmi. Axı, dağ başında gəminin nə işi var? Onlar suyu düz əməlli görməyiblər", müsahibimiz əlavə edir.

İran azərbaycanlılarının sözlərinə görə, bəzi toponimlər türkcədən farscaya tərcümə olunmaqla dəyişdirilib.
İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"
O, bəzi qədim türkcə toponimlərinin farscaya tərcümə edildiyini və bu zaman mənaya fikir verilmədiyini qeyd edir: "Məsələn, Qaraçəmən deyilən bir kənd var. Qara türkcədə təkcə siyah anlamında işləmir, axı, o həm də "böyük", bəzən də yön mənasında işlənir, bizdə Ağbulaq və ya Qarabulaq kimi çox sayda kəndlər var, Qarabulaq daha çox quzeyi (şimalı -red.) nişan verir.

Amma Qaraçəməni Siyahçəmən ediblər. Siyah da çəmən olar? Çəmən yaşıl olar... Bir sözlə harda qara sözü varsa götürüb siyah sözü ilə əvəzləyiblər. Qaragöl Siyahistəx, Qaratəpə Siyahkuh olub".

Və ya "uca yer gözətçiləri" anlamında olan Örəbiki kəndinin adının Əbrbekuh - "buluda meyl edən dağ" kimi tərcümə edildiyi bildirilir.

"Ləncava kəndi olub Lencabad. Yəni dağ başında gəmi. Axı, dağ başında gəminin nə işi var? Onlar suyu düz əməlli görməyiblər", müsahibimiz əlavə edir.

Onun sözlərinə görə, bəzən bu yer adlarının dəyişdirilməsinə, yəni əvvəlki adlarının qaytarılmasına nail olmaq mümkündür, ancaq bunun üçün etirazlar daha kütləvi olmalıdır.

İbrahim Hüseyni də Zəncanda iki ay öncə bazarda "Dördağızlı" adlanan girəcəyin farsca "Çahardərbi" ilə əvəzlənməsinə cəhd edildiyini, etirazlardan sonra əvvəlki adın qaytarıldığını söyləyir. Amma onun sözlərinə görə, bu heç də həmişə alınmır, güzəştlər "xırda-para məsələlərdə" edilir.

O deyir ki, Təbriz şəhər şurasına qədim məscidlərdən biri Göyməscidin sonradan Məscidi-Kəbud adlandırılmasına görə şikayət edilsə də, nəticəsiz qalıb.

"Abbas deyər..."

İranda yaşayan azərbaycanlılar isə qədim toponimlərin bərpası mümkün olmadığından onu yaddaşlarında qorumağa çalışdıqlarını deyirlər. Hərçənd etiraf edirlər ki, bu həmişə alınmır. Məsələn, gənc nəsil Miyandoab şəhərinin vaxtilə Qoşaçay adlandığından xəbərsizdir.

Onlar qədim adları şeirlərdə, dastanlarda "mühafizə etdirdiklərini" bildirirlər:

"İndi Azərşəhr adlanan, ilkin adı Tufarqan olan şəhərdən olan aşıq Abbas Tufarqanlı yazırdı ki: ""Adım aşıq Abbas, yerim Tufarqan. Gahdan ağla, gühdan yada sal məni", deyə müsahibimiz XVII əsrdə yaşamış azərbaycanlı aşıq Abbas Tufarqanlının şeirindən bir misra söyləyir.
İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"
İran səfirliyindən bu iddialara cavab: "Kütləvi deyil"

Bakıdakı İran səfirliyinin mətbuat katibi Əli Musəvi bəzi məhəllə, şəhər, xiyaban adlarının fars adlarına dəyişdirilməsini gizlətmir. Amma İran azərbaycanlılarının iddialarını əsassız sayır.

"Bu adların da nə üçün dəyişdirildiyi tam məlum deyil və kütləvi deyil",- Əli Musəvi sözlərinə əlavə edir.

O, bildirir ki, bu yaxınlarda Azərbaycana səfərə gələn İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin və İranın ali-dini lideri Ayətullah Əli Xamneyi də milliyətcə azərbaycanlıdır və İranda belə ayrı-seçkilik yoxdur.

Səfirliyin əməkdaşı deyib ki, ola bilər ki, hansısa rayonda oranın rəhbəri hansısa səhvə yol verib, amma bu kütləvi deyil və belə siyasət aparılmır.

İranda adların dəyişdirilməsi ilə bağlı məsələ ilə təkcə etnik azərbaycanlılar yox, həm də digər etnik azlıqlar da üzləşiblər.

Adların dəyişdirilməsinə 80 il əvvəldən, Rza Şahın dövründən başlanıb. O, fars dilində farsca olmayan sözlərin ləğvi prosesini aparırdı. Qoşaçay-ın adı da elə o vaxt yəni 81 il əvvəl də Miandoab adlandırılıb, BBC-ə danışan iranlılardan biri deyir.

"Ancaq indi bu prosesin getməsini söyləmək çətindir. Bununla bağlı hökumətin hər hansı göstərişi yoxdur", o əlavə edir.|BBC Azərbaycan|
28 sentyabr 2019 /

İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"

Похожие новости

Təbrizin millət vəkili: “Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?!”

Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Zəhra Sai ana dilində yazıb oxumağın əhəmiyyəti barədə önəmli fikirlər səsləndirib. O bu barədə iyulun 30-da

“Bütün İran Azərbaycan Respublikasının tərkibində olmalıdır” – Tarixçi şərhi

İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış edib. O iddia edib ki, 1828-ci ildə bağlanmış

"FARS" VƏ "İRAN" SÖZLƏRİNİN KÖKƏNİ

Eramızdan əvvəl 650-ci il - 330-cu illəri əhatə bir dövrdə dili Elamca olan Əhəməni dövləti fars dövləti deyildir. Əhəməni Dövləti Elam mədəniyyətinin əsasında yüksəlib və Anşan hakimiyyətinin varisi

HƏZRƏTİ İBRAHİMİN TÜRKCƏ DANIŞDIĞINI HƏZRƏTİ MƏHƏMMƏD PEYĞƏMBƏR DƏ TƏSDİQ EDİR...

Tarıyel Azərtürk Türk tədqiqatçısı Halit Durucan “Hz. Muhammed Türk mü? Arap mı? Hz. Muhammed Nereliydi?” adlı məqaləsində yazır: “Bir gün Peyğəmbərimiz əshabı oturarkən, məlum olmayan bir dillə

Heydər Əliyev onun özünü bilməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi

İrana səfər zamanı ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xamneyidən soruşdu. - Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xamneyinin doğulduğu kənd -V.Q.) nə var, nə yox? - Sən Xamnəni də
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ