Bakının komendantı Mehmed Nazim bəy

Bakının komendantı Mehmed Nazim bəy

Ötənlərdə İstanbulda hərracların birində Azərbaycan tarixi ilə bağlı bir vizitka əldə etdim. Vizitkanın aşağı sağ kənarında “Komandant Baku”, sol kənarında isə ərəb qrafikası ilə “Bakının kumandanı” ifadəsi yazılıb. Ortada isə latın və ərəb qrafikası ilə “Nazim Bey” adı yer alıb.

Nazim bəyin kim olduğuna keçmədən öncə mühüm bir tarixi hadisəni yada salaq.

Batum müqaviləsi və Qafqaz İslam Ordusu

4 iyun 1918-ci ildə Batumda “Səltənəti-Səniyyeyi-Osmaniyyə ilə Azərbaycan Hökuməti-Cümhuriyyəsi beynində mün’əqid[1] mühadənət Müahidənamə­si” imzalandı. 11 maddəlik bu sənədi Osmanlı tərəfdən ədliyyə naziri və Dövlət Şurası rəisi Xəlil [Menteşe] bəylə Qafqaz Cəbhəsi Osmanlı Orduları komandanı fəriq (general) Mehmet Vəhib [Kaçı] paşa və Azərbaycan tərəfdən Milli Məclis (Milli Şura) rəisi Məhəmmədəmin Rəsulzadə ilə xariciyyə naziri Məhəmmədhəsən Hacınski imzaladılar. Müahidənamə­nin 4-cü maddəsində yazılmışdı:
Bakının komendantı Mehmed Nazim bəy












































“Azərbaycan Hökuməti-Cümhuriyyəsi tərəfindən tələb vüquunda[2] hökuməti-Osmaniyyə intizam və asayişi-daxilinin təmin və iadəsi üçün lədə-l-icab[3] silah qüvvətiylə müavinətdə[4] bulunacaqdır”.

Bu maddəyə əsasən, Mürsəl [Bakı] paşanın komandanlığı altında Beşinci Qafqaz diviziyası Azərbaycana göndərildi. Həmin diviziya ilə general-leytenant Əli ağa Şıxlinskinin komandanlığındakı Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı altında birləşdirildi, Osmanlı hərbiyyə naziri Ənvər paşa Orduya rəhbərliyi öz qardaşı Nuru [Killigil] paşaya tapşırdı.

Ordu bu cür formalaşdıqdan sonra son hədəf Bakı olmaqla, bolşeviklərin işğalı altındakı ərazilərə yürüş başlandı. Ordu Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində qələbə qazanaraq bolşevikləri bütün cəbhə boyu geri oturtdu. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakı şəhərini işğalçılardan tamamilə təmizləyərək şəhərə daxil oldu. Bakının azad edilməsi əməliyyatında 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə birlikdə 1.151 erməni, 383 rus, 4 ingilis və 113 başqa millətlərə mənsub əsgər əsir alındı. Bakı uğrunda döyüşlərdə düşmənin 800-1000 canlı qüvvəsi məhv edildi.

Sentyabrın 16-da qələbə münasibətilə Qafqaz İslam Ordusu hissələrinin Bakı ətrafında paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, Əli ağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin üzvləri, bu qələbəni sevinclə qarşılayan Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Paraddan sonra dövlət qurumlarının təmsilçiləri və yerli sakinlər qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Bakının azad edilərək müstəqil Azərbaycan dövlətinin yeni paytaxtına çevrilməsi ilə bağlı hökumət başçısı Fətəli xan Xoyski öz minnətdarlıq və təbrikini Nuru paşaya bu sözlərlə bildirdi:
Bakının komendantı Mehmed Nazim bəy
“...Komandanız altında bulunan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim zati-həmiyyəti-pərvəranələrinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim”.

Qələbə münasibətilə isə Ənvər paşa o zaman İstanbulda olan Məhəmmədəmin Rəsulzadəni təbrik etdi. Rəsulzadə bu barədə yazır:

“O zaman biz İstanbulda idik. Mərkəzi Avropa dövlətlərinin iştirakı ilə toplanacaq konfransda iştirak üçün digər Qafqaz Cümhuriyyətləri ilə bərabər Azərbaycan Cumhuriyyətini təmsil edən Heyəti-Mürəxxəsənin rəisi idik. O dövrün hərbiyyə naziri və Başkomandan vəkili olan Ənvər paşa həzrətləri telefon etdi: “Əmin bəy, Bakı alındı!”. Bu qısa xəbərin məndə doğurduğu təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm”.

1919-cu ildə Azərbaycan hökumətinin qərarı ilə 15 sentyabr – Bakının qurtuluşu günü qeyri-iş günü elan olundu.

Bakıya komendant təyin edilir

Azərbaycan Cümhuriyyətinin hərb tarixini və Qafqaz İslam Ordusunun Bakını azad etməsi ilə bağlı geniş tədqiqat əsərlərinin müəllifi Mehman Süleymanov “Nuru paşa və silahdaşları” əsərində yazır:

“Bakı şəhəri alındıqdan sonra Nazim bəy şəhərin komendantı təyin edildi. Şəhərdə nizam-intizamın və asayişin çox qısa bir zamanda bərpa edilməsində onun da böyük rolu var idi. Nazim bəy Azərbaycanın milli qoşun hissələrinin formalaşmasında da müəyyən işlər görmüşdü. Bakı şəhər komendantı vəzifəsini icra etməklə bərabər, o, Nuru paşa tərəfındən 2-ci Azərbaycan fırqəsinin komandiri təyin edilmişdi. Ancaq Mudros müqaviləsinin şərtləri üzrə türk qoşunlarının Azərbaycandan çıxarılması ilə bağlı olaraq Nazim bəy təəssüf ki, 2-ci milli fırqənin formalaşdırılmasını başa çatdıra bilmədi. Türkiyəyə qayıtdıqdan sonra Nazim bəy İstiqlal mücadiləsinə qoşuldu və Vətəninin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu”.

Beləliklə, aydın olur ki, vizitka sahibi Nazim bəy Nuru paşa tərəfindən Bakının komendantı təyin olunmuş Qafqaz İslam Ordusunun fədakar zabitlərindən Mehmed Nazim bəydir.
Bakının komendantı Mehmed Nazim bəy
Nazim bəyin ömür yolu

Mehmed Nazim bəy 1886-cı ildə Kayserinin Güllükbaşı məhəlləsində doğulub. Atası Camal bəy Gümüşhanədə Poçt-Teleqraf müdiri olub, Nazim bəy də ilk təhsilini burada alıb. Ardınca Beşiktaş əsgəri rüşdiyyəsini, Çəngəlköy əsgəri edadiyyəsini bitirib, 14 yanvar 1904-cü ildə Hərbi məktəbə yazılıb. 20 sentyabr 1907-ci ildə leytenant rütbəsi ilə bu məktəbdən məzun olub. Ardınca Hərb Akademiyasına daxil olan Nazim bəy 13 avqust 1910-cu ildə buranı üçüncülüklə bitirib. 13 fevral 1911-ci ildə könüllü olaraq Yəmən cəbhəsinə yollanıb, 3 il orada xidmət etdikdən sonra vəzifəsinə Rumıniyada davam edib.

Rumıniyada böyük hərbi şücaətlər göstərən Nazim bəy müttəfiq Osmanlı və Almaniya dövlətlərinin medalları və nişanları ilə təltif edilib, minbaşı rütbəsinə yüksəldilib. Ardınca 1916-cı ildə Makedoniya cəbhəsinə göndərilən Nazim bəy, burada da uğur qazanıb, hərbi medallara layiq görülüb.

Makedoniyadan İstanbula qayıtdıqdan sonra isə ona daha bir tarixi vəzifə tapşırılıb: Bakını erməni, rus və ingilislərdən azad etmək. Nazim bəy Qafqaz İslam Ordusunun qərargah rəisi təyin edilib.

Beləliklə, o, əvvəlcə Gəncəyə, daha sonra Bakıya gəlib.

Nazim bəyin Gəncəyə gəlişi haqqında “Hümmət” qəzeti yazırdı: “Nazim Paşa qabaqca Gəncəyə gələrək camaat tərəfindən təntənəli surətdə istiqbal edilmişdi. Vağzaldan şəhərə kimi xalçalar döşənərək hər yerdə izdiham var idi. Musiqi dəxi çalınırdı”.

Komendant təyin olunduqdan sonra Nazim bəy Bakıda asayişi, əmin-amanlığı qoruyub, Azərbaycan türklərinin sevimlisi ünvanını qazanıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, mühərrir Əhməd Həmdi Qaraağzadə mühacirətdə ikən “Yeni Kafkasya” jurnalının 24-cü sayında “15 sentyabr 1918” adlı məqaləsində o günləri belə xatırlayırdı: “İslam ordusu komandanı Nuru paşa həzrətləri sevimli siması ilə Bakıya girərkən minlərlə xalq ona qəlbdən və vicdani-millidən qopan hörmətlə baş əyir, digər tərəfdən vüqarlı və ciddi duruşu dərin bir etimad təlqin edən gözləriylə Mürsəl paşa da sürəkli alqışlarla qarşılanır, böyük fədakar və qəhrəman vətənpərvər şəhid Nazim bəy də əl üstündə gəzdirilir, bütün türk ordusu xalqın minlərlə alqış tufanıyla türk oğlu türk vətənini, Bakını ziyarət edirdi”.
Bakının komendantı Mehmed Nazim bəy
Nazim bəyin Bakıdan sonrakı həyatı

Osmanlı dövləti Mudros müqaviləsini (30 oktyabr 1918) imzaladıqdan sonra Qafqaz İslam Ordusu və onun komandanları Qafqazı tərk etməli olub. Nazim bəy bu dəfə Mustafa Kamal paşanın başlatdığı milli mücadiləyə qoşulmaq məqsədilə Anadoluya gedib. O, Anadoluda yunanlara qarşı mücadilə aparıb, xilafət tərəfdarlarının qaldırdığı üsyanların yatırılmasında rəşadət göstərib. I və II İnönü savaşlarında iştirak edən Nazim bəy 15 iyul 1921-ci ildə yunanlarla döyüşdə şəhid olub.

Dilqəm ƏHMƏD (Teleqraf.com)

Qaynaq:

Mehman Süleymanov. “Nuru paşa və silahdaşları”. Bakı, 2014
Akif Aşırlı. “Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu”. Bakı, 2007
“Yeni Kafkasya” jurnalı, 24-cü say
Mehmet Tunçkol. “Şehit Miralay Mehmet Nâzım Bey Bolu'da”.
Ə.Tahirzadə, D.Əhməd. “Azərbaycan Cümhuriyyəti (1918-1920). Qısa tarixi oçerk”. Bakı, 2018
[1] Arasında bağlanmış.

[2] Tələb edilərsə.

[3] İntizam və asayişin təmin edilməsi və bərpası üçün lazım gələrsə..

[4] Yardımda.
29 sentyabr 2019 /

Bakının komendantı Mehmed Nazim bəy

Похожие новости

DAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN Diyallı atlıları

NURU PAŞANIN ŞAMAXILI KÜRƏKƏNİ Həbib Əfəndi Hacı Məcid Əfəndi oğlu. 1869-cu ildə Şamaxıda doğulub. Atası M.Ə. Sabirin və C. Məmmədquluzadənin dostu, Hacı Məcid Bakı Quberniyasının Müsəlman

Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının ildönümüdür. Bakının azad olunmasından 101 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN KƏŞFİYYATÇISI

(Daşnak terrorçularını məhv edən azərbaycanlı) İrza bəy Hacıbəylinski Vəhşi Diviziya kimi tanınan, Tatar süvari alayının tərkibində daşnaqlara qarşı döyüşüb onlara divan tutub. Eləcə də general

DAŞNAK VƏ BOLŞEVİKLƏRƏ QARŞI DÖYÜŞƏN DİYALLI ATLILARI

NURU PAŞANIN ŞAMAXILI KÜRƏKƏNİ Həbib Əfəndi Hacı Məcid Əfəndi oğlu. 1869-cu ildə Şamaxıda doğulub. Atası M.Ə. Sabirin və C. Məmmədquluzadənin dostu Hacı Məcid Bakı Quberniyasının Müsəlman

Bakının işğaldan azad olunmasından 100 il ötür

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 97 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ