Erməni kilsəsinə pulsuz qaz, Qaziyə zopa (PAZ!!!)...

Erməni kilsəsinə pulsuz qaz, Qaziyə zopa (PAZ!!!)...




Düşmənə qarşı döyüşən, ölkə qanuna uyğun torpaq alan müharibə əlillərini dələduz adlandıran, düşmən kilsələrinə pulsuz qaz verən, oğurluğun dünya simvoluna çevirilmiş, oğlunun başına qapaz vurub 2 milyon dollarlıq saatı alınan SOCAR rəhbərinə görəsən hansı ayama uyğun gəlir?

Rəsmi mövqelərə diqqət yetirək.

Fedai.az SOCAR-ın "Report" vasitəsiylə yaydıığı məlumata diqqət yetirək: "Aparılmış araşdırmadan məlum olub ki, bəzi şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus neft boru kəmərlərinin mühafizə zolağında qanunsuz "gecəqondu” tikinti işlərini aparmağa cəhd göstəriblər. Mühafizəçilər tərəfindən xəbərdarlıq edilən həmin şəxslər qanunsuz əməllərini davam etdirməyə nail olmaq üçün tikintiyə heç bir aidiyyəti olmayan və özünü müharibə veteranı kimi təqdim edən bir qrup şəxsi tikinti yerinə gətiriblər. Müharibə veteranı kimi təqdim olunan şəxslərin maliyyə vəziyyətindən sui-istifadə edən həmin adamlar onları dövlət mühafizə orqanları ilə qarşıdurmaya təhrik ediblər...

...Sentyabrın 28-də mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə inşa işlərinin davam etdirildiyini aşkar etdikləri üçün bir daha tikinti işlərinin dayandırılması barədə vətəndaşa xəbərdarlıq ediblər. Lakin həmin vaxt tikinti işlərinin aparıldığı əraziyə toplaşıb, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən 10-15 nəfər şəxs fırıldaqçıların təhriki ilə mühafizə komandasının əməkdaşlarına hücum edərək, qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, atıcı İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib. Nəticədə onlara müxtəlif bədən xəsarətləri yetirilib".

Hadisə yerinə çağırılmış hüquq mühafizə orqanları hadisəyə peşəkarcasına müdaxilə etmiş və ilkin məlumat yaymışdır. Məlumatda deyilir:

"Daxil olan məlumat üzrə Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və tərəflər arasında yaranan münaqişənin qarşısı alınıb.”

Məlumatda deyilir: "Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işlərinin apardığına görə, 1977-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Musayev Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıblar:

"Hadisə nəticəsində S. Musayev, onun tanışı Sultanəhmədov Əhməd və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir".

SOCAR-ın bəyanatından onun vətəndaşlara, həmçinin imtiyazlı bir sosial təbəqəyə göstərdiyi qeyri-insani münasibətin, o cümlədən Bələdiyyə sənədi olan bir şəxsə qarşı törətdiyi cinayət əməlini bir daha təsdiqləyir. Bu yarıtmaz Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsi adlı qurumun, hüquq və qanun tanımaz əməkdaşlarının ərazidə olmayan kəmıri mühafizə etmələrinin tək səbəbi torpaq satıb pul qazanmaq olması, tikilən evlərdən rüşvət, haqq tələb edilməsiylə bağlıdır. Bunu bütün Bakı əhalisi çox gözəl bilir. Bizi nefti bay etməklə 9 milyardlıq borca soxan SOCAR Bələdiyyələrdən çox torpaq satmasını "yeməklə doymayıb, qazan dibi yalamaq" kimi yozmaq olar.Qanunun tələbiylə torpaq sahəsi almış müharibə əlili "dələduzdursa", bunca çatışmazlıqlara imza atmış bir qurumun adını necə qoyaq? Çox güman ki, ölkə rəhbərliyi bu adı tezliklə müəyyən edəcək.

Məsələ ilə bağlı AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini, AVMVİB Polis Müharibə Veteranları şöbəsinin sədri Abbas Hüseynova müraciət etdik. Olayı şərh edən Abbas Hüseynli dedi: "Sosial şəbəkələrdən 28 sentyabr 2019-cu il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində Qarabağ müharibəsində qazi olmuş Sərxan Musayevin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus mühafizə zolağında fərdi yaşayış evi tikmək üçün bünövrə işləri aparması bildirilir. Bu zaman S. Musayevin həmin Şirkətin Neft Kəmərlərinin Mühafizəsi İdarəsinin əməkdaşlarının zorakılığına məruz qalması və nəticədə bir qrup Qarabağ Qazisinin şirkət əməkdaşlarını həmin ərazidən qovmaları göstərilmişdir. Orada həm də polis əməkdaşları və onlara aid avtomaşınında görüntüləri aşkar olunur.

Həmin kadrlara baxdıqda Qarabağ Qazilərinin öz qazi yoldaşını müdafiə etmələrinin şahidi oluruq. Şirkətin əməkdaşlarının isə həmin əraziyə gəlmələrinin məqsədi tam şəkildə özünü göstərmir. Əgər Şirkət əməkdaşları özbaşına ərazini zəbt etmiş Sərxan Məmmədovun hərəkətlərinə son qoyulmasını istəyirdilərsə, onlar bu barədə ona xəbərdarlıq etməli, xəbərdarlığa əməl edilmədikdə isə bu hadisə barədə hüquqi mühafizə orqanlarına, eləcə də məhkəməyə müraciət etməli idilər. Bütün bunlara baxmayraraq Şirkət əməkdaşları özbaşınalığa yol verərək məhkəmə müstəvisində həll ediləsi məsələni özlərinin özbaşına icra etmələri aydın olur. Bu hərəkətə görə Şirkət əməkdaşları Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinin tələblərini pozmuş olurlar. Həmin maddədə göstərilir: "Özbaşınalıq, yəni qanunla və ya digər normativ-hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər-hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda".

Bu hadisə zamanı isə Qarabağ qazisinin özünün və tanışı Əhməd Sultanəhmədovun və şirkət əməkdaşlarının xəsarət almaları göstərilmişdir. Bunlardan başqa çoxsaylı şirkət əməkdaşlarını həmin əraziyə, qeyd edilən tikintini aparan şəxsə fiziki güc tətbiq etmək və tikintini dağıtmaq üçün göndərmiş Şirkətin vəzifəli şəxsinin əməlində Azərbaycan Respublikası CM-nin 308.1 maddəsinin əlamətlərinin olmasını görürük.

Sosiai şəbəkələrdən görünür ki, S. Musayevin Dövlət Neft Şirkətinə məxsus qanunsuz "tikinti işləri aparması" iddia olunan ərazidə, çoxsaylı fərdi yaşayış evləri tikilmiş və ora böyük bir qəsəbəyə dönmüşdür. Onda sual ortaya çıxır ki, orada fərdi yaşayış evləri tikən şəxslərə kimlər və nəyin hesabına fərdi yaşayış evləri tikilməsinə icazə vermişlər?

Məlumat üçün onu bildirirəm ki, Dövlət Neft Şirkətinə məxsus Bakı şəhərininin bəzi rayonlarının ərazilərində torpaq sahələri vardır. Həmin ərazilərin çoxunda şirkətlərə məxsus ticarət mərkəzləri, tikilmiş və fiziki şəxslər isə həmin ərazilərdə fərdi yaşayış evləri tikmişlər. Mən bir hüquqşunas kimi deyə bilərəm ki, həmin ərazilərin Dövlət Neft Şirkətindən alınıb vətəndaşların istifadəsinə verilməsi çox çətin və deyərdim ki, mümkün olmayan haldır. Buna baxmayararaq vətəndaşlar artıq həmin ərazilərdə 10-20 illərdi ki, demək olar, mülkiyyət hüqüqu olmayan sənədlərlə yaşayırlar. Onlar hər gün səksəkəli vəziyyətdədirlər ki, əzab-əziyyətlə tikdirdiyi evləri nə vaxtsa Şirkət qoçuları sökə bilər və ya məhkəmələr onların həmin ərazilərdən çıxarılmaları barədə qərar çıxara bilərlər. Mənə elə gəlir ki, vətəndaşların hüquqları müdafiə olunmalı, onların tikdirdiyi yaşayış evləri və torpaq sahələri dövlət qeydiyyatına alınaraq onlara mülkiyyət huququ verən sənədlər paylanmalıdır.

Şirkət rəhbərliyi Qazi qardaşımızın fərdi yaşayış evi tikməsinin qarşısını almaq deyil, ona kömək etməli idi. Belə ki, S. Musayev Qarabağ torpağı uğrunda gedən döyüşlərdə qazi olmuşdur. Onun Azərbaycan Respublikasında həm torpaq sahəsi, həm avtomobili olmalı, həm də ailəsini yaxşı dolandırması təmin edilməlidir. Biz, Qarabağ veteranları, S. Musayevin həmişə yanındayıq".

AVMVİB hadisəyə ilkin reaksiya vermiş və olayla bağlı rəsmi orqanların tədbir görmələrini istəyir. Çünki son günlər hansısa gizli bir əlin, ölkıdə məlum eloktoratı hökumətə qarşıqaldırmağa çalışırlar. Daha bir hadisə isə Siyəzən rayonunda İcra Hakimiyyəti Bşçısı Novruz Novruzovun veteranların qərargahına "gözü düşməsi" ilə bağlıdır. Dövlət başçısına müraciət edilmiş və geniş araşdırma yazısı hazırlanmaqdadır. İnanırıq ki, aidiyyatlı orqanlar bu faktları diqqətdə saxlayacaq.

Mövzuya qayıdacağıq.
P.S. SOCAR əməkdaşlarının əməlləri tam cinayət tərkiblidir. Belə çıxır ki, saat qalmaqlından salamat qurtulan Rövnəq Abdullayev dövlət içərisində öz dövlətini qurub və "dərəbəylik" yaratmaq istəyir. İnanırıq ki, aidiyyatlı orqanlar öz sözünü deyəcəkdir...

AVMVİB Mətbuat Xidməti
Erməni kilsəsinə pulsuz qaz, Qaziyə zopa (PAZ!!!)...


01 oktyabr 2019 /

Erməni kilsəsinə pulsuz qaz, Qaziyə zopa (PAZ!!!)...

Похожие новости

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq

Azərbaycan Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamında müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial

AVMVİB Tovuz rayon şöbəsi prezident fərmanını müzakirə edib

AVMVİB Tovuz rayon şöbəsi sədri Etibar Vəliyevin verdiyi məlumata görə, bölgə veteranları Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin imzaladığı son fərmanları müzakirə ediblər və çıxış

AVMVİB BİR QRUP VETERANI TƏLTİF ETDİ

AVMVİB nümayəndəsi Elmar Hüseynovun təqdimatı əsasında AVMVİB sədri Füzuli Rzaquliyev bir qrup müharibə veteranını xatirə medalları ilə təltif edib. Keçmiş döyüşçüləri bu münasibətlə təbrik edən

ATMACA: SOCAR dünyanın inkişaf etmiş şirkətlərindəndir...

Hətta bizə bahasına satdığı qazı ermənilərin kilsələrinə pulsuz verir. Özü də ermənilər R. Abdullayevin düşməni-zadı deyilmiş... "Dünya bu haqsızlığa hələ də göz yumur"..

SOCAR-ın yeni binası neçəyə başa gəlib? - Fantastik məbləğ

SOCAR-ın yeni inzibati binasının (“SOCAR Tower”) tikintisinə çəkilən xərcin məbləği açıqlanıb. OilGas.az xəbər verir ki, bunun üçün 414 milyon 237 min dollar xərclənilib. Bu barədə layihənin
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ