BU TORPAQ BÜTÖVLÜK TANIMAYACAQ ...

BU TORPAQ BÜTÖVLÜK TANIMAYACAQ ...



Elbariz Məmmədli

BU TORPAQ BÜTÖVLÜK TANIMAYACAQ ...

Bu torpaq bütövlük tanımayacaq,
Hər kəsin canında o MƏN yoxdusa.
Hər evin içində Vətən havası,
Hər evin içində Vətən yoxdusa...

Elə həsrət-həsrət baxıb uzaqdan
Gözü yaşaracaq, əsir yurdların.
Hər gün yaraları təzələnəcək,
Sahibsiz yurdların, yesir yurdların.

Bu qaçqın taleli, köçkün taleli,-
Millətin qəddini dərdi əyəcək.
Biz girov qaldıqca qul əxlaqında,
Təpər canımızda gecələyəcək.

Bilmirəm, qanımız harda qarışıb,
Ruhumuz yad düşüb, yurd havasına,
Ekranı bürüyən gədalara bax,
Qol açıb oynayır Vətən yasına.

O qədər boğazdan asılmışıq ki,
Daha hamımızı tamah aldadır.
Baxırıq əlinə yadellilərin,
Bu gün yola verir, sabah aldadır.

Gərək könlümüzdən alov püskürə,
Yolumuz savaşa açıla, doğru.
Daha ürəklərdən yol da tükənir,
Kəlbəcərə doğru, Laçına doğru.

Bu nə biganəlik, bu nə soyuqluq?
Bu acı sualın cavabı varmı?
Əriyib gedirik, düşmən əlində,
Yada qul olmağın savabı varmı?

Hər gün bir ümidin yelinə verib,
Elə yüz illərdi yorurlar, bizi.
Dünən Savalandan topa tutdular,
Bu gün də Şuşadan vururlar, bizi.

Bölünür beləcə Vətən torpağı,
Sərhədi kiçilir, canı kiçilir.
Kimsə sinəsinə döyməsin əbəs,
Vətən bölünəndə hamı kiçilir.
BU TORPAQ BÜTÖVLÜK TANIMAYACAQ ...






YAXŞI Kİ, HƏSRƏTİN VAR

Yenə üzür canımı,
Gecənin üzü qara.
Məni xəyala çəkir,
Səni uzaqlıqlara.

Göy üzü ulduz-ulduz,
Hər ulduzun öz qəmi.
Elə bil həsrət gəlib,
Tutub bütün aləmi.

Çöldə bir az sazaq var,
Bir az da yaz havası.
Göydə hələ bitməyib,
Buludların davası.

Çiçəklər də gecikib,
Görüşə gecikən tək.
Budaqlar puçur-puçur,
Ümidə göz tikən tək.

Hər şey sükuta dalıb,
Soraq da yoxdur Aydan.
Bu axşam da son ümid,
Keçirir məni çaydan.

Mənim yaşadığımı,
Duyursanmı bir azca.
Xəyalımdan qaçma tez,
Gəlibsənsə,dur azca.

Yuxusuz bir gecədə,
Qəminə köklənmişəm.
Səsimə səs versənə,
Görürsən təklənmişəm.

Bəlkə ölə bilərdim,
Həyat ağır, ömür dar...
Qapısını döyməyə,
Yaxşı ki, həsrətin var.
BU TORPAQ BÜTÖVLÜK TANIMAYACAQ ...






















AYAZ ARABAÇIYA

Atıb özlərini dərdin içinə,
Yenə də salıblar dərdi “biçin”ə,
Qoşulub gedirlər fikir köçünə,
Şeir yazmaq deyil şairlərinki.

Sözdən dünya boyda xana qururlar,
Atıb ömrü-günü yana, qururlar,
Dərdin təpəsində bina qururlar,
Şeir yazmaq deyil şairlərinki.

Fikir ömür yükü, əzab həmdəmi,
Canına yük olur dünyanın qəmi,,
Çəkir sinəsinə bütün aləmi,
Şeir yazmaq deyil şairlərinki.

Nə qədər çəkilər, elin qayğısı,
Çəkdikcə çoxalır gülün qayğısı,
Başına bəladı, dilin qayğısı,
Şeir yazmaq deyil şairlərinki.

Düşüb ortalıqda qalır öz qəmi,
Dördcə divarı var, bir də öz dəmi,
İçi özünündü, çölü özgənin,
Şeir yazmaq deyil şairlərinki.

Çörəyi duyğudu, mayası sözdü,
Sevgisi ocaqdı, ilhamı közdü,
Zamana əyridi, Tanrıya düzdü,
Şeir yazmaq deyil şairlərinki...
BU TORPAQ BÜTÖVLÜK TANIMAYACAQ ...
















































BİR HAQQ AŞİQİNƏ

Sənin inandığın həqiqət yoxdu,
Mənim aradığım həqiqət kimi.
Bizi hər addımda aldanış yeyib,
Hopub canımıza düz niyyət kimi.

Havası azadlıq qoxumur, daha,
Elə sən deyənə təşnədi dünya.
Üstündə nə qədər qanlar töküldü,
Haqqın körpüsündən keçmədi dünya.

Bir bax, dörd tərəfin düşmən çəpəri,
Hamı səndən kəsib, vətən düzəldib.
Dünyada ədalət deyilən buysa,
Soruş, ədaləti nədən düzəldib...

Sənin dediklərin səndən alınıb,
Açarı yad əldə din-imanın da.
Tarix yaranandan üyüdür bizi,
Zaman özgələrin dəyirmanında.

Sıxıb içimizə son ümidləri,
Vaxtı ötürmüşük odlar içində.
Nə dərddir, götürüb qapı-bacanı?
Silir adımızı adlar içindən.

Hamı öz işində, öz bazarında,
Əyib insanlığı can savaşları.
Dünyada gör neçə qütbə bölünüb,
Sən sevgi umduğun qan qardaşların.

Sənin inandığın həqiqət yoxdu,
Mənim aradığım həqiqət kimi.
Bizi hər addımda aldanış yeyib,
Hopub canımıza düz niyyət kimi.
02 oktyabr 2019 /

BU TORPAQ BÜTÖVLÜK TANIMAYACAQ ...

Похожие новости

Mən sənin nəyini sevim, ey Vətən?

Vəli Xramçaylı Mən sənin nəyini sevim, ey Vətən, Sənin dastanını zulumxan yazir Bu dərdi mən kimlə bölum, ey Vətən Əcnəbi yurdunda quyular qazır. Mən sənin nəyini sevim, ey Vətən, Gör kimlər

VALLAH BU MİLLƏTİN YİYƏSİ YOXDU

Nüsrət Kəsəmənli Dağları kamandı, qayası oxdu, Yurduna göz dikən ayısı çoxdu, Vallah, bu millətin dayısı yoxdu, Vallah, bu millətin yiyəsi yoxdu. Olsaydı içindən əriyərdimi? Dərdi ayaq tutub

MƏN SƏNİN NƏYİNDƏN KÜSÜM, AY VƏTƏN

Elbariz Məmmədl Hamı səndən küsür, dara düşəndə, Yükünü götürüb, qaçır qürbətə. Canın ilmə-ilmə sökülüb gedir, Təpərin, dözümün uçur qürbətə- Mən sənin nəyindən küsüm, ay Vətən. Mən sənin nəyindən

Anan ölsün, ay Vətən!

Milli Daşqın Ziyəddinoğlu Üstünə yağıbdı qar, bu gecə sübhə qədər, Soyuq oldu sənə də, üşüdünmü can, Vətən? Yaraların dərindi, simlədərsən, qorxuram, Qaysaq tutmaz yaran çox, neynəyim, can-can

TORPAQ, MƏNİM PAYIM, HANI?

ALQAYIT Kimlər sənə yazdı qərar, Torpaq, mənim payım, hanı? Səkkiz milyon şərikin var, Torpaq, mənim payım, hanı? Minalanıb tacın, taxtın, Qara neftin, qara baxtın, Selə dönüb hara axdın? Torpaq,
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ