XOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

XOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ
AVMVİB Xocavənd şöbəsinin sədr müavini Məmməd Məmmədovun və Xocavənd İcra Hakimiyyətinin tədbirlə bağlı verdiyi məlumata görə, Xocavənd rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 27 il ötür. Bu münasibətlə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində anım mərasimi keçirilib.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər, N saylı hərbi hissənin zabit və əsgərləri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstələri düzüblər. Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. Bildirib ki, xocavəndlilər 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, qeyri–bərabər döyüşlərdə rayonun sakinləri qəhrəmanlıqla iştirak edib. Ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid, 300 nəfərdən çox insan əlil olub, 245 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 69 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub.
“Bir millət, bir dövlət kimi bizim ən müqəddəs vəzifəmiz Vətənimizin ərazi bütövlüyünü təmin etməkdir. Bu, təkcə ərazi məsələsi deyil. Bu, bizim varlığımız, gələcəyimizdir, xalqımızın, dövlətimizin ölüm-qalım mübarizəsidir. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda və ordu quruculuğunda böyük nailiyyətlər əldə olunub. Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir silahlarla təchiz edilmiş, yüksək nizam-intizamlı, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordu formalaşıb. 2016-cı il aprel döyüşləri onu göstərdi ki, biz işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Əminliklə bildirirəm ki, ordumuzun gücü, Ali Baş Komandanın qətiyyəti və xalqımızın iradəsi ilə işğal altındakı bütün torpaqlarımız azad ediləcək və biz doğma yurdumuza qayıdacağıq", - deyə E. Hüseynov bildirib.
XOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ
Milli Məclisin deputatı Elman Məmmədov çıxışında bildirib ki, düşmən torpaqlarımızı bizim gücümüz, ordumuz, birliyimiz olmayanda işğal edib. Bu gün isə güclü Azərbaycan dövləti və qüdrətli Azərbaycan ordusu var. Azərbaycanın qətiyyətli Ali Baş komandanı var. Ali Baş komandanın rəhbərlik etdiyi qəhrəman Azərbaycan xalqı və ordusu var. Biz bu gün ancaq dövlətimizin, ordumuzun gücünü artırmaqla qələbəyə nail olmaq haqqında düşünməliyik.

Tədbirdə çıxış edən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, icma rəhbəri Tural Gəncəliyev deyib: "Xocavənd rayonunun işğal günündə təmas xəttinə yaxın bölgəyə səfər etməkdə əsas məqsədimiz düşmənə mesaj verməkdir. Bu mesaj həm Ermənistan hakimiyyətinə, həm də Dağlıq Qarabağda Ermənistanın əlaltısı olan cinayətkar xunta rejiminə ünvanlanır. Ermənistan hakimiyyəti başa düşməlidir ki, ərazilərimizi uzun müddət işğal altında saxlaya bilməz. Onun legitimləşdirilməsinə Azərbaycan, dünya ictimaiyyəti razı olmayacaq. Ona görə Ermənistan nə qədər tez öz işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxararsa, onlar üçün daha yaxşı olar. Bizim digər mesajımız Dağlıq Qarabağda yaşayan erməni icmasınadır. Onları Azərbaycanın suverenliyi, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində azərbaycanlılarla yaşamağa razı olmağa çağırırıq. Əks halda onlar düşmən ordusu ilə eyni statusa malik olacaq və gələcək hərbi əməliyyatlar zamanı məsuliyyət daşıyacaqlar. Əgər Dağlıq Qarabağın erməni icması öz gələcəklərini düşünürlərsə, azərbaycanlılarla bir yerdə Azərbaycan bayrağı altında yaşamağa razı olduqlarını bəyan etməlidirlər".
N saylı hərbi hissənin zabiti Elşad Əbilov Azərbaycanda düşməni hər an məhv etməyə qadir güclü ordunun formalaşdığını, silahlı qüvvələrimizin torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayandığını, işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazır olduğunu bildirib.

Tədbirdə çıxış edən məcburi köçkünlər və keçmiş döyüşçülər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa, bu müqəddəs yolda hər an döyüşməyə hazır olduqlarını bildiriblər.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri sonra Beyləqan rayonu ərazisində N saylı hərbi hissədə əsgər yataqxanası, məişət otağı, yeməkxana və digər xidməti otaqlara baxış keçirib, şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, əsgər yeməkxanasında nahar ediblər.

AVMVİB Xocavənd rayon şöbəsi rəhbərliyi Xocavənd uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizi rəhmətlə yad edir və onların hüzurunda baş əyirlər.

XOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ
XOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ
03 oktyabr 2019 /

XOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

Похожие новости

XOCAVƏND VƏ BEYLƏQAN VETERANLARI APREL DÖYÜŞLƏRİNİN İLDÖNÜMÜNÜ QEYD ETDİLƏR

AVMVİB Xocavənd və Beyləqan rayonu veteranları Aprel döyüşləri ilə bağlı silsilə tədbirlərdə iştirak ediblər. Xüsusən də Beyləqan batalyonu tərkibində döyüşlərdə iştirak etmiş keçmiş döyüşçülər

AVMVİB XOCAVƏND RAYON ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUB

Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin

AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUB

Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin

AVMVİB Xocavənd rayon şöbəsi hərbçilərlə görüş keçirdi

AVMVİB Xocavənd rayon şöbəsinin təşkilatçılığı ilə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ön xətdə xidmət edən hərbçilərlə

Birlik komandanı və icra başçısı medalla təltif olunub - FOTOLAR

Xəbər verdiyimiz kimi, Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə hərbçilərin görüşü keçirilib. Görüş zamanı ordu birliyi
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Müharibə əlili əlil arabasıyla təmin olunubSaakaşvilinin iqamətgahı bu qiymətə satıldıGilyotinə qəhqəhəsiylə meydan oxumuş qadın döyüşçü: Əlcazairli CəmiləHesab məsələləriAzərbaycandan qaçan məmur haqda ilginc məlumatlar + FotolarMəktəblərdəki nöqsanlara görə kimlər cəzalandırılıb?Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib - RƏSMİVilayət Eyvazov Tural Hacıyevi rəis təyin etdiPrezident İlham Əliyev Boris Consonu təbrik edib"7 POLİS" FİLMİNİN TƏQDİMAT MƏRASİMİ - VİDEOErməni polkovnik: “Azərbaycan Ordusu bizdən qat-qat güclüdür”Yakovlev İrəvanda dedi: Dərhal Qarabağı alın! - Rus kanalında şokAzərbaycanlı idmançı Moskvada dünya rekordu qırıb çempion oldu - FOTOAzərbaycan Dünya Bankının kreditindən imtina edibABŞ Senatından "erməni soyqırımı" ilə bağlı - Şok qərarAVMVİB ÜZVÜ OLAN VETERANLAR ANIM TƏDBİRLƏRİNDƏ..AVMVİB Rəhbərliyi və təşkilat üzvləri Anım günündə iştirak etdilərİlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTOAğdaş veteranları məktəblilərlə görüşdülər12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Xəzər rayon veteranları Ulu Öndəri andılar...1993-cü ildən etibarən erməni əks-kəşfiyyatı 20-dən artıq casusu aşkar edib: əksəriyyəti Bakıya işləyirdiHərbi Prokror X. Vəliyev: “Ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır”Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydı Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydıBakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaqAŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcəkErmənistanın keçmiş prezidenti: "Nikol Paşinyan özünü Xilaskar İsus kimi təsəvvür edir"Əsirlikdə çörək üçün ermənilərlə güləşən çempionumuz - VideoDoğrudanmı, dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir?ƏSİRLİKDƏ QALAN SOYDAŞLARIMIZSak oğlu Əmir TeymurQanlılıqNizami rayonunda tədbir keçirilib“EuroHome”də yanğın davam edir - VİDEODünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsində
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ