Almaniyanın nüfuzlu portalı Qarabağdan yazdı

Almaniyanın nüfuzlu portalı Qarabağdan yazdı



"Almaniyanın “Weltexpress” informasiya portalında “Avropa İttifaqının deputatlarının separatçı Dağlıq Qarabağ regionuna səfərinin arxasında hansı səbəblər gizlənir? Aİ-nin deputatları erməni separatizminin xidmətindədirlər?” adlı məqalə dərc olunub.

Məqalənin əvvəlində Azərbaycanın əlverişli coğrafi mövqeyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilir. Birləşmiş Millətlər Təşkilatının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığı, Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyi vurğulanır. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağın Azərbaycan ərazisi hesab edildiyi, amma ölkənin cənub-qərb hissəsinin faktiki olaraq Ermənistanın nəzarətində olduğu bildirilir. Beynəlxalq ictimaiyyətin bu gün də Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab etdiyi nəzərə çatdırılır.

Məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərlərə dair məlumat verilir. Belə ki, Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Sonnebornun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi qeyd olunur. Səfər zamanı onu erməni həyat yoldaşı Klaudia Tursarkisyan və yazıçı, jurnalist və üzvü olduğu partiyadan olan digər siyasətçilərdən ibarət 25 nəfərlik nümayəndə heyətinin müşayiət etdiyi diqqətə çatdırılır.

Sonnebornun Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində “mən jurnalist, yazıçı və professorlardan ibarət 25 nəfərlik nümayəndə heyəti ilə Qarabağa gəlmişəm. Həyat yoldaşım Klaudia Tursarkisyan da mənimlədir. O, Qarabağ haqqında film çəkmək üçün buraya gəlib. Biz regionun öz müstəqilliyini əldə etməsi məqsədilə bu filmi bütün dünyada nümayiş etdirəcəyik. Mən Brüsselə geri qayıdandan sonra regionun müstəqil olmaq haqqına malik olması ideyasını təbliğ edəcəyəm” fikirləri qeyd olunur.

Məqalədə 2014-cü ildən Avropa Parlamentinin üzvü seçilən Sonnebornun 2000–2005-ci illərdə “Titanik” satirik jurnalının redaktoru olduğu bildirilir. Onun sözlərinə əsasən öz seçki kampaniyası zamanı digər ölkələrin “uğurlu siyasi klounları”ndan ilham aldığı qeyd olunur. Avropa Parlamentinə seçilməsinin Almaniya siyasəti ilə yanaşı, onun özü üçün də gözlənilməz olduğu nəzərə çatdırılır. Almaniya mətbuatına istinadən Sonnebornun üzvü olduğu partiyanın AP-də yalnız iki deputat yeri əldə etdiyi və bunun populist “Merkel axmaqdır” şüarı nəticəsində əldə olunduğu vurğulanır.

Sonnebornun AP-yə seçilməsindən sonra Dağlıq Qarabağa iki dəfə səfər etdiyi və Avropa Parlamentinin gündəmində olan və Avropa vergi ödəyicilərini daha çox narahat edən ətraf mühitin mühafizəsi, maliyyə böhranı və millətçiliyin artması kimi məsələlərlə deyil, Dağlıq Qarabağın müstəqilliyi ilə məşğul olduğu diqqətə çatdırılır. Bunun onun ciddiyyətini sual altına aldığı və daha çox populist siyasətçi olduğunu nümayiş etdirdiyi qeyd olunur.

Məqalədə Almaniya Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilən, Dağlıq Qarabağa dair məlumata istinadən AFR-in qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığı, sakinlərini separatçı kimi təsvir etdiyi və onun ərazisində öz vətəndaşlarına konsulluq xidməti göstərmədiyi nəzərə çatdırılır. Burada, həmçinin Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa səfərlərin Azərbaycanın qanunlarının pozulması hesab edildiyi, nazirliyin öz vətəndaşlarına regiona səfər etməməyi məsləhət gördüyü qeyd olunur. AFR XİN-in məlumatına istinadən Sonnebornun Dağlıq Qarabağa səfərini qınadığı, lakin deputatlara təsir etmək səlahiyyətinə malik olmadığı bildirilir.

Sonnebornun Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə Azərbaycan Respublikası tərəfindən qara siyahıya salındığı qeyd olunur. Onun məhz Dağlıq Qarabağa səfər etməsinin və avropalı turistlərin Dağlıq Qarabağa səfərlərini təşviq etməyə çalışmasının sual doğurduğu və bunun Avropa dəyərləri ilə bir araya sığmayan islamofob, rasist fikirlərlə əlaqəli olduğu vurğulanır. Sonnebornun səfərinin Brüsseldə fəaliyyət göstərən və hədəfi böyük Ermənistan qurmaq olan Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası tərəfindən maliyyələşdirilməsinin öz-özlüyündə onun erməni hakimiyyət orqanlarından rüşvət almasına dəlalət etdiyi diqqətə çatdırılır.

Adıçəkilən təşkilatın rəhbəri Kaspar Karapetyanın Sonnebornu Dağlıq Qarabağa səfəri zamanı müşayiət etdiyi, orada keçirilən bütün görüşlərdə iştirak etdiyi bildirilir. Sonnebornun Dağlıq Qarabağa səfər etmək, oradakı ermənilərə kömək etmək istəyi olduğu halda nə üçün əvvəllər bunu etməməsinin sual doğurduğu vurğulanır.

Bildirilir ki, Sonneborn “Telepolis” internet jurnalına müsahibəsində siyasi baxışlarına erməni həyat yoldaşına olan hisslərinin təsirinin olduğunu söyləyib. Sonnebornun “Mənim həyat yoldaşım ermənidir. Mən əvvəl Aİ-dən Türkiyəni üzvlüyünə qəbul etməyi xahiş edirdim. Evlənəndən sonra fikrimi dəyişdim. Bizim partiya hakimiyyətə gələndən sonra Türkiyə heç bir vəchlə Aİ-nin üzvü ola bilməyəcək” fikirləri nəzərə çatdırılır.

Məqalədə ermənilərin satiriklərlə yanaşı, nasional sosializmin şüarlarını təbliğ edən alman deputatların da xidmətlərindən istifadə etdikləri vurğulanır. Belə ki, 2019-cu ilin əvvəlində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş, Almaniya Bundestaqının Almaniya üçün Alternativlər Partiyasından olan deputatı Ştefan Koyterin “Stern” qəzetinin məlumatına istinadən votsap proqramı vasitəsilə çox sayda nasizmlə əlaqəli şəkillər yaydığı vurğulanır.

Məqalədə Avropa Parlamentinin lüksemburqlu deputatı Frank Engelin də Sonneborn kimi Dağlıq Qarabağ rejiminə dəstək məqsədli fəaliyyətləri ilə məşhur olduğu qeyd olunur. F.Engelin 2017-ci ildə Dağlıq Qarabağda olduğu, hazırda yalnız ermənilərin yaşadığı regionun beynəlxalq səviyyədə Azərbaycanın ərazisi hesab edildiyi bildirilir.

“Sputnik” informasiya agentliyinin Ermənistan bürosunun məlumatına əsasən F.Engelin erməni Tatev Manukyan ilə evlənəndən sonra cütlüyün bal ayını Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirdiyi nəzərə çatdırılır. Dağlıq Qarabağdan geri qayıtdıqdan sonra Engelin öz evinin qapısındakı adının sonluğuna “yan” artıraraq “Engelyan” yazdırdığı vurğulanır.

Ermənistanın xəbər saytlarından birinə istinadən F.Engelin “Azərbaycanlılar Dağlıq Qarabağda bir santimetr də olsa torpaq almayacaqlar. Mən bunun üçün hərbi forma da geyinməyə hazıram” söylədiyi və bununla Aİ deputatının öz şəxsi hissləri və maraqlarını Avropa İttifaqının vergi ödəyicilərinin maraqlarından üstün tutduğunu əks etdirdiyi nəzərə çatdırılır.

Məqalənin sonunda Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalının 2018-ci il 25 avqust tarixli sayında dərc edilən məqalədə “beynəlxalq hüquq mütəxəssislərinin əksəriyyəti Dağlıq Qarabağın Azərbaycana aid olması fikrindədir. Buna dair BMT qətnamələri də mövcuddur ki, onlara əsasən Ermənistandan öz hərbi birləşmələrini Dağlıq Qarabağdan geri çəkmək tələb olunur” qeyd edildiyi nəzərə çatdırılır. (Azvision.az)
03 oktyabr 2019 /

Almaniyanın nüfuzlu portalı Qarabağdan yazdı

Похожие новости

Ermənı xanımlar və avropalı parlamentarlar - FAKTLAR

Bu yaxınlarda ABŞ-ın nüfuzlu foreingpolicynews.org saytında erməni xanımları tərəfindən ələ alınmış avropalı deputatların fəaliyyəti barədə yazı dərc olunub. Amerikalı jurnalist Peter Tasein müəllifi

Qarabağ icması Fransa hökumətinə çağırış edib

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransa Parlamentinin bir qrup üzvünün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar

Qarabağ Ermənistanı məhv edir - Nəşnl İnterest

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovun dünyanın beynəlxalq münasibətlər üzrə tanınmış ən məşhur jurnallarından biri olan “Nəşnl İnterest”də “Dağlıq Qarabağ münaqişəsi

Qarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMA

Məlum olduğu kimi, Dağlıq Qarabağa qanunsuz səfər edən xarici ölkə vətəndaşları Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən "Qara siyahı"ya salınır və onlar Azərbaycan üçün

Qarabağa səfər edən rus qadınlar “arzuolunmaz şəxslər” siyahısına salındı

Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər etmiş Rusiyadan olan bir qrup qadının adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına salınıb. Fedai.az
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ