MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...

MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...
























Aydın Canıyev

Həə, əziz müəllimlər və müəllimələr, tortları yediniz, gülləriniz də sabahda-birigündə solacaq, indi isə bunu oxuyun, desert olaraq

Müəllimlərə, Müəllimliyə ƏBƏDİ HƏDİYYƏ!

Bu yazını sizlər üçün iki ADPU (qardaşım və kiçik qızım bakalavr olaraq), iki BDU (böyük qızım bakalavr, kiçik qızım magistr) məzununun Qardaşı və Atası olaraq, ərməğan edirəm, əziz MÜƏLLİMLƏR ...

Yox, gopa basmayacam, özümü guya saf uşaq cildində təqdim edib deməyəcəm, BİZ OXUYANDA... elə bilirdik, müəllimlər ayaqyoluna-zada getmir, ay nə bilim, çörək-zad yemir.

Çünki mənim müəllimlərim İNSAN idilər. Mən bizimlə qonşu olan Müəllimin hər yay Moskvadan gətirdiyi import ayaqqabıları, köynəkləri, kostyumları alıb geyinmişəm, Müəllimlərimin uşaqlarıyla dost olmuşam, sevgisi üçün dəli olan Müəllimi tanımışam!

Mən yazmayacam da ay Müəllim və Müəllimələri müqəddəs və bakirə Məryəm bilmişəm!

Mən “raykom” Müəllimə tanıyırdım e uşaq olanda!

Amma və lakin...

Onda da, indi də elə olub, belə olub, eləydi, elə belədi də!

SÖZARASI: Moskvada biznesmen “nuvoriş”lərimizdən biriylə görüşməli oldum. Yanındakı “bazar danası” başladı ki, nə jurnalist e, o gün biri gəlmişdi, getdik yedik-içdik, apardım “qəsnisə”yə. Yanına getdiyim nə qədər qaş-göz eləsə də, “dana” başa düşmədi, təkcə ona imkan etmədi ki, əlləriylə onun ağzını tutsun, day demişdi deyə, indi mənə də deyə bilmir ki, boş ver:
- Sənin yanına gələn qəhbə olub, sadəcə, jurnalist vəsiqəsiylə əvvəl səni ələ alıb, sonra pulunu alıb, sonra da sənin ləyaqətli bir kişiyə, namuslu bir qıza çevrilə biləcək spermanı axıtdırıb prezervativə. Jurnalist mənəm, çıxıram otaqdan, gəl, tap məni, görüş, apar qonaqlığa, bildiyini elə.

Prosesin sonluğunda “böyük qardaş”a söz verdiyim üçün, təfsilatını yazmıram, amma onu deyim ki, adam Moskvadan kəndimiz Kərgəlanacan dizin-dizin gəldi, atamın qapısında həftələrlə qaldı və tüpürdüyünü yazılı yaladı.

DEMƏYİM: Müəllim adına özünü müəllim kimi aparmayanları qatmayın! Təbrik edəndə ağayana, mərdanə şəkildə MÜƏLLİM(Ə)LƏRİ təbrik edin.

Mənim üçün MÜƏLLİM yeganə insandır ki, onun sevilməyi günah deyil! Açmasını vermədən də keçərdim, amma məcburam: biz təmənnamızdan, şəxsi və situativ vəziyyətdən yana bəzən eşşəyə də day deyirik! Hətta diktatoru da sevirik – Etibar Hüsənli xalqın ömründə və tarixində ilk dəfə milyondan artıq sayla toparlandığı dönəmdə dedi: (...) öz xalqımın diktatorunu sevirəm!
Biz fahişəni də sevirik!
Biz korrupsioneri də sevirik!
Bizim sevmədiyimiz guya da təkcə ermənilərdir – son illər məlum oldu ki, yox e, biz elə ermənini də sevirik!
Bunlar günah, yanlış, səhv sevgilərdir!
Müəllim isə... sevimlidir, sevilməlidir, onun sevimli və sevilməli olması heç bir qıcıq yaratmır!

MÜƏLLİM mənim üçün bu gün də, bütövükdə və ümumilikdə xalqımızın düşüncəsində YEGANƏ İNSANDIR ki, o... bizi də, uşaqlarımızı da döyə bilər! Müəllimin şiddəti nəinki bağışlanan, hətta müstəhəbdir, lap belə arzuolunan məlhəmdir!

Mən məktəbimizin ən sevimli müəllimlərinin-müəllimlərimin şillələrini dünyanın ən gözəl, ən ləzzətli, ən şirin, ən müqəddəs təbərrik kimi canımda daşıyıram. Öpə bilsəydim o şillə yerlərindən, gündə min dəfə öpərdim: bu üçü, beşi, onu, yüzü ilə öpüşən sevgililərimin üzündən, dodaqlarından, saçlarından öpdüyümdən milyon dəfə saf öpüş olardı!

Əfruz müəlliməyə, nə biim Elinanın ölümünə laqeyd qalan o məktəb direktoruna, daha kimə görəsə Müəllim adına şübhə edən, istisnalıq yapan hər bir kəsdən iyrənirəm: Müəllim elə bir ucalığın, saflığın zirvəsidir ki, onu əfruzlar, elinaqatilləri, nə bilim, başqa o tip yaratıqlar ləkələyə bilməz!

Müəllim onlar deyİl – onlara müəllim işi verilibsə, doğrultmurlarsa, bu... MÜƏLLİMLƏRİN GÜNAHI deyil.

Müəllim öyrədəndir - elmi, biz döyüşü ayrılarından öyrənməliykən, müəllimlərdən bizə döyüşməyi öyrətməyi tələb edirik!

Biz ədəbi-ərkanı, əxlaqı ata-analarımızdan evdə öyrənməliykən, onu müəllimdən istəyirik ki, o öyrətsin!
Biz insanlığı, dövləti, xalqı, torpağı sevməyi, qorumağı evimizdəkilərdən öyrənib məktəbə getməliykən, müəllimdən istəyirik.

Əvəzində də Onun haqqını vermək istəmirik!

Bu gün əgər hələ də məktəbdə müəllimlik edən varsa... ayaqları dəyən yeri öpüb... həcc ziyarəti saymalıyıq!

Bu gün əgər hələ də cüzi müəllim maaşına gedib məktəbdə dərs deyən müəllim varsa, onun ürəyindən öpmək lazımdır!
Çünki biz Rusiyada onun-bunun qoltuğunda, onun-bunun paçasında başını aşağı salıb beş-üç rubl qazanıb dollara çevirib gəlib kəndin ortasında müəllimi palçığa basan gədəni öldürmədiksə, bu gün bizim Müəllimə irad tutmağa haqqımız yoxdur!

Bu gün biz uşaqlarımızı məktəbə yalnız dərs öyrənməyə göndərmirik ki müəllim dərs öyrətsin – bizim uşaqlarımız asqırır... fısqırır... anqırır... şıllaq atır və... biz istəyirik Müəllim həm də onları tərbiyə etsin! Buna görə ona maaş da vermirik!
Biz müəllimlərimizi vələdüzzinalarımızla yola getməyə məcbur etdik!

Biz küçüklük edənlərimizə kiçiklik etməyi öyrətmədik evimizdə!
Fərqinə də varmadıq: yaxşı müəllimlər yaxşı şagirdlər, yaxşı tələbələr olanda olur!

Şagird, tələbə heyvani əlaqənin nəticəsidirsə, Müəllim allahlıq edə bilməz, Allah deyil!

Biz müəllimdən Allah olmağı tələb edirik!

Dağ rayonlarının birində olmuş qədimi əhvalatdır: Müəllim dərsdə Yaponiyadan, onun sənaye sahəsində nail olduğu inkişafdan danışır, deyir ki, yaponlar aparat düzəldiblər, bu yandan donuz salırsan, o yandan kolbasa çıxır. İndi fb-də “sözsoxan”, “prikol”, “cool” uşaqlar var e, elələrinin dədəsindən biri olub, qayıdıb ki, mƏllim, olmaz bu yandan kolbasa soxasan, o yandan donuz çıxsın?
Müəllim deyir:
- Niyə olmur, a bala, biri elə sən, dədən bu yandan kolbasa soxub, o yandan da səni kimi donuz çıxıb!

Elementar bir yoxlama bəs edər: məktəblərdə bəs qədərdən də artıqdı “kolbasa donuzları”...

... Mən elə bilirdim Lənkəranda tarix müəllimliyi elə Rahim Nuriyevlə bitdi.

Amma indi görürəm ki, Lənkəranda Yadigar Sadıqlı da var!
Mən elə bilirdim ədəbiyyat müəllimliyi Malikəjdər Məmmədovla bitdi!

Amma gəldim Bakıda gördüm nəinki ədəbiiyat müəllimi, lap belə ədəbiyyat müəlliməsi DƏ var!

Mən elə bilirdim kimya müəllimliyi, fizika müəllimliyi, cəbr müəllimliyi Mahir İbrahimovla, Etibar Qasımovla, Akif Xalıqovla bitdi, amma sonra gördüm ki, Azərbaycanın hər yerində Azərbaycanın hər bir Aydın Canıyevinin Mahir İbrahimovu, Etibar Qasımovu, Akif Xalıqovu var.

Əgər varsa, bir qul oğlu qul MÜƏLLİM adına ikrah etməməlidir!

Əvvəl MÜƏLLİMİ özün əziz tutacaqsan, sonra MÜƏLLİMİNİN uşağını əzizləyəcəyini umacaqsan!

Biz Müəllimdən sərkərdəlik, prezidentlik, polislik, prokurorluq gözləyirik! Və... çox güman ki, mən bu fb-dən çox tezliklə gedəcəm. Artıq neçənci ildir ki, görürəm: dədələri adlarını yaza bilməyən "danalar" burada təbrik minnəti yapır, istisnalar edir, fəqət unudurlar: burada Rəbiyyə Zərdabi var, müəllim adına 28 il tələbələrinin sevimlisi olub! Bu gün də sevilir!
Burda Rizvanə xanım var - xanım nəslinin 50 illik müəllimlik stajıyla!

Burda atası, qardaşı, qardaşı qızı müəllim olan Himayət Rizvanqızı var!

Burada anası müəllimə olan Rüfət Səfərov var!
Burada bacısı müəllimə olan Şəkər Yusifli var!
Burada atası müəllim olan Xalid Kazımlı var!
Burada müəllim olan Aqil Kəngərli var!
Burada mənim adını fəxrlə çəkdiyim Akif Rüstəmov, Nəsir Əhmədli, Əli Hacıyev var!
Burada atası, anası, bacısı, qardaşı, oğlu, qızı, özü, toxum-tayfası müəllim olanlar var!
Ayırmaq lazımdır, “karusel və şəbəkə vintcikləri” ilə MÜƏLLİM ADINI daşıyanları! Ayırmağı bacara bilmək lazımdı! Hətta onları - “karusel və şəbəkə vintcikləri”ni tərbiyə etmək, yollarından dönmək dərsi vermək lazımdı onlara!

Necə?

Əgər bu fb-də, hələ ayrı yerdə demirəm, MÜƏLLİM MÜQƏDDƏSLİYİ, ŞƏRƏFİ layiq olduğu səviyyədə dəyərləndirilsəydi, onlara o hörmət göstərilsəydi, onlar olduqları zirvədən təqdim olunsaydı və MÜƏLLİMlərə olan SEVGİ hiss olunsaydı, təntənəsinə nail olunsaydı, inanın, əfruzkimilər infarkt olacaqdılar, öləcəkdilər, ən pis halda, ən yaxşı halda... Gültəkin Hacıbəyli olardılar – silahı qoyub keçərdilər bu tərəfə. Qovduqca qovduq ki, töbvə qapısına gəlməsinlər!
Müəllim Ağa Laçınlıdır!
Müəllim Kamil Vəlidir!
Müəllim Vurğun Əyyubdur!
Müəllim Əfruz Məmmədovdur Masallının Xıl kəndində – 55 ilin pedaqoqu! Maarif naziri dostu, qardaşın biri nazir müavini, qardaşın o birisi universitetdə fakültə dekanı, qardaşın axırıncısı texnikumda kafedra müdiri, ölkənin akademiki məktub yazır ona, amma öz doğma kəndində müəllimlikdən başqa heç bir işə getməyib, hətta dərs hissə müdirliyinə can atmayıb, o ki ola direktorluq, maarif müdirliyi!
Müəllim Balabəy müəllimdir - Züvüc kəndində!
Müəllim Qəzənfər Əliyevdir Tükəvilə kəndində - stadionun böyründən keçəndə komandalar meydançada oyunu saxlayır ki, birdən top gedib ona dəyər!
Müəllim Səfər müəllimdir - Gərmətük kəndində!
Müəllim Əlihüseyn müəllimdir - Gölyeri kəndində!
Müəllim Zakir Məmməddir - Qubada!
Müəllim Vilayət müəllimdir - Arabaçı kəndində!
Müəllim Rahim Nuriyevdir - Kərgəlanda, Lənkəranda! Mübarizə aparıb ölkəsinin azadlığı üçün, siyasi sistemin dəyişilməsində xidməti olub, hakimiyyətdə vəzifə tutub, təqibə, həbsə məruz qalıb, amma sınmayıb, əyilməyib, mövqeyini dəyişməyib və onunla düşmənçilik edən hakimiyyətdən öz müəllimlik işini məhkəmə yoluyla alıb!
Əfruz niyə müəllim olsun ki?
Ya o Elinanın ölümünə səbəb olan direktor niyə pedaqoq sayılsın ki?

Həə, o ayrı söhbətdi – təhsil zibillənib. Təhsili zibillərdən müəllim təmizləyəsi deyil, müəllim, uzağı, uzağı, məktəbdə zibili yığışdırtdıra bilər, onun üçün də süpürgə pulu yığmalıdır, hansı ki, elə onu da edir! Təhsildəki zibili hakimiyyət - iqtidar təmizləməlidir!

Heydər Əliyevin vaxtında yox idi belə bir şey! Amma indi var: baxmayaraq ki, Azərbaycan təhsilində ən hörmətli və ləyaqətli müəllimlərin sırasında adı çəkilən iki ismin – Nəsir İmanquliyevin, Mir Cəlal Paşayevin adı var, hakimiyyətdə birinci olan Ledi də o iki şəxsin qanını daşıyır!

Deməli, anlamaq lazımdır – hətta Birinci Ledimiz təhsilimizin dərdinə, qayğısına qala bilmir!
Faciə budur və biz bu gün bizə övladlarımıza müəllimlik edənləri hədəf etməməliyik!
Ölkədə nə qədər müəllim var? Onların içində nə qədəri bu hakimiyyətin quludur?
Lap tutaq ki:
Türmədə bir kamera yoldaşım var idi: “Aydın”. Özü subay olsa da, iki uşağı olan bir müəllimə ilə münasibəti vardı. Adam buna içəriyə hətta simkart yollamışdı tortun içində. Bankdan kreditə 10 min manat götürmüşdü ki, versin hakimə, buraxdırsın məhkəmə zalından – mümkün idi: dələduzluq üstündə tutulmuşdu, vurulan ziyanı ödəməklə çıxa bilərdi. Amma bu dostumuz neyləsə yaxşıdı? Atası da, qardaşı da müəllim olan bu heyvərə müəllimə sevgilisinin göndərdiyi simkartla çöldəki bütün məşuqələriylə danışırdı. Nə qədər desəm də ki, sənin fahişə kimi baxdığın bu qadın fahişə deyil, sən bu hərəkətinlə özünü məhv edirsən, qulaq asmadı! Çox az sonra – yəni ayın tamamında müəllimə gedir AZERCELL-ə, gələn və gedən zəngləri çıxardır. Arvadların hamısının da saçını yolur və türmə rəisinə aldığı nömrəni verir ki, yığ, filan məhbusda nömrə var, bu nömrəylə danışır!

Təbii ki, hakimə pul verilmədi, əvvəllər də məhkum olunan dustaq qardaş 10 il getdi!
Mən o müəlliməyə görə müəllimə münasibətimi dəyişmədim! Əksinə, dekabrist arvadlarını bizə soxuşduranlara cavabım elə o müəllimə oldu: arvadını hər gün sevib fəth etməyənin arvadını öpərlər!
Qloballaşma, avropalaşma, postmodernizm istəyirsiniz, amma qəbul etmirsiniz...
Nə olsun ki, müəllimə tanıyıram, oynaşlarını ik-üç ildən bir dəyişir, elə bil maşın dəyişir! O mənim üçün sadəcə kurtizankadır!
Mənim üçün MÜƏLLİMƏ Tamara Xəlilovadır – həm qadın adına, həm müəllimə adına!
Mənim üçün MÜƏLLİMƏ Əsli Əliyevadır, Tamara Hüseynovadır!
MÜƏLLİM Bahadır Əzimovdur adlarını yuxarıda çəkdiklərimlə birgə.
Bir kənddə bu qədər MÜƏLLİM varsa, nədən və niyə gileyliyik!?
Həə, onlar doğrudan da “çörək yeməyən, ayaqyoluna getməyən” müəllimlər nəslindən idi!
Biz sevilməyi günah olmayan, döyməkləri İlahidən səlahiyyətlərinə çevrilmiş MÜƏLLİMLƏRİ uca tutmadıqca, Müəllim görməyəcəyik!
Vahid Müəllim deyirdi ki, istə ki görəsən, gör ki görəsən!
Biz görmürük axı, istəmirik axı!
Bizə “tupoy” uşaqlarımıza attestat, diplom üçün rüşvət alan, tərbiyəsiz, əxlaqsız, vələdüzzina uşağımızı yola verən subyektlər lazımdır!
Biz müəllimi subyektə çevirən cəmiyyət yaratmışıq və MÜƏLLİMİ ÖYRƏTMƏN OLAN cəmiyyətin ləzzəti ilə yaşamaq istəyirik!
Alınmaz!
Nə qədər ki, anası seçkidə qutudakı bülletenlərin üstündə oturub müşahidəçisi olduğu partiya sədrindən 100 manatı almamış şair-yazıçılarımız var və onlar bilə-bilə ki, onların müəllimə anaları məntəqədən indi saxtakarlığa görə aldığı 100 manatla onun özünə və dədəsinə siqaret, uşağına pampers, arvadına tuman alıb gəlib, o da utanmadan xalqı onun yazdıqlarını başa düşməməkdə ittiham edir, özü də gedib Siyavuş Novruzovla oturub-durur, Əli Kərimlini havayı söyməyi bəyan edir, siz MÜƏLLİM görməyəcəksiniz!
MÜƏLLİM olanlar isə getdikcə azalacaq, heç olmasa, MÜƏLLİM OLUB MÜƏLLİM KİMİ QALANLARIN qəlbini qırmayaq, xətirlərinə dəyməyək!

Bu ölkədə gözəl, savadlı, ləyaqətli müəllimlərin olmasını bir faktla sübut etmək olar: həm Azərbaycanda, həm də Azərbaycandan kənarda oxuyan nə qədər yüksək savada malik övladımız var? Saysız-hesabsız! İndi deyəcəksiniz ki, repetitorların xidmətidir! "Dana", repetitor MÜƏLLİM deyil ki? Haçan dövlətin repetitorluqla qazandığı pulu müəllimə və müəllimələrə verəcək, onda, həə, MÜƏLLİM tələb edəcəksən!
SÖZARDI: Qardaşım ilyarım dərs deyəndən sonra çıxdı gəldi oturdu evdə. Əvvəla, ona görə ki, aldığı maaşla bilirdi nə evlənə, nə də ev saxlaya biləcək. Həm müəllimlik edib, həm də Hadı Rəcəbliyə qulaq asıb dərsdən onra divar hörməyə getməyi isə özünə sığışdırmadı. İşdən çıxandan sonra isə şagirdləri və valideynlər iki kisə məktub yazmışdılar şifahi xahiş-minnətdən əlavə - anam evin zirzəmisində saxlayır hələ də!
Qayıtmadı məktəbə! Getmədi. Qardaşım... şagirdinin dəlicəsinə vurulub ona ərə gələn çox az müəllimlərdəndir!
Beş dil bilən böyük qızım Azərbaycanda müəllimə işləmədi – hazırda Moskvada ingilisdilli məktəbdə işləyir!
Balaca qızım da yəqin ki, əmisi, bacısı kimi məktəbdə işləməz. Müəllim maaşıyla onun istəkləri tərs mütənasibdir!
Bəlkə də Azərbaycanda ən yaxşı müəllimlərdən biri mən olardım hörmətli professorumuz, istiqlalçı deputatımız, tarix elmləri doktoru Hacıbaba Əzimovun sayəsində. Olmadım. Niyəsini deyim: mənim çooox böyük müəllimlərim olub. Mən onlar kimi ola bilməyəcəyimi anladım! Müəllimliyə kölgə salmaq istəmədim. Maksimalistəm: ya mən ən yaxşısıyam, ya da ən pisi! Orta hədd mənlik deyil! Mən jurnalistliyimdən aldığım həzzi müəllimliyimdən ala bilməzdim!

İsitsnasız, məktəbə gəlib gedən bütün müəllimlərin addım atdığı yollarda ayaq izlərini Məkkə, Məşhəd, Kərbəla ziyarəti bilirəm!

Müəllim qulluğunda durmağı namazda bir ömürlük səcdədə durmağa bərabər sayıram!

Öpürəm sizi mənim əziz müəllimlərim və müəllimələrim!
Sizin ən yaxşı şagirdlərinizdən biri kimi, ruhunuz şad olsun deyə, ölkəmin bütün müəllimlərinə sevgilərimi səcdələrlə çatdırır və baş əyirəm!
MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...
06 oktyabr 2019 /

MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...

Похожие новости

Müəllim adı qazananların sayı açıqlandı

2019-2020-ci tədris ili üzrə müddətsiz müqavilə əsasında 3260 müəllim işə qəbul olunub. Onlardan 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə

25 il dərsə qayıqla gedən azərbaycanlı xanım müəllim -VİDEO

Neftçala sakini Səidə Qüdrətova düz 25 ildir ki, şagirdlərinə dərs demək üçün Kür çayının bir sahilindən digər sahilinə qayıqla keçir. Təhlükəli yolu təkbaşına gedən qadın müəllim, qayığı da özü

Məktəb haqqında lətifələr

Bir gün məktəbdə biologiya testi keçirilir. Müəllimə uşaqların hərəsinə bir böcəyin ayağnı verib deyir ki tapın hansı böcəyindi. Bir uşaq tapa bilməyib əsəbləşir. Qapını çırpıb çıxır. Biologiya

Müəllim olmaq istəyənlər qeydiyyatdan keçib

İyulun 2-dən başlayan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu iyulun 8-də yekunlaşıb. Təhsil Nazirliyinin verdiyi

Yaponiya məktəblərində kişi müəllimlər çoxluq təşkil edir

[img=left][/img] Yaponiyada müəllim peşəsi ən perestijli peşə sayılır və müəllim olmaq heç də asan iş deyil.Pedaqoji sahədə ən əzı bakalavr təhsili olan şəxslər .eyni zamanda Müəllimlərin İşə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ