Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?

Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?
Kiyev “Ştaynmayer düsturu” ilə razılaşıb. Keçmiş prezident Poroşenko hesab edir ki, yeni hokumət Rusiyanın təzyiqinə təslim olub

Ukrayna münaqişənin nizamlanması üzrə Minsk razılaşmasının yerinə yetirilməsi çərçivəsində “Ştaynmayer düsturu” ilə razılaşıb. O cümlədən Kiyev ölkənin şərqində nəzarəti altında olunmayan ərazilərə, ədalətli seçkilərin keçiriləcəyi təqdirdə bu əraziyə xüsusi statusun tanınmsına razılıq verib. Bu qərar Ukraynanın qərb tərəfdaşları tərəfindən bəyənilsə də, Ukrayna cəmiyyətində birmənalı qarşılanmayıb.

Minsk razılaşması nədir?

Ukraynanın şərqində hərbi münaqişəni nimzamlaması üzrə sənəd 11-12 fevral 2015-ci il tarixində Minskdə “normand dördlüyü” adlandırılan Almaniya, Fransa, Ukrayna və Rusiya arasında gərgin danışıqlardan sonra qəbul olunan sənəddir. Sənəd Ukrayna, Rusiya, ATƏT və tanınmamış “xalq respublikaları”nın nümayəndələri tərəfindən imzalanıb.

Razılaşma o cümlədən aşağıdakıları nəzərdə tutur:

• Atəşkəsin elan olunması, ağır hərbi texnikanın təmas xəttindən çəkilməsi və bütün əsir və girovların mübadiləsi

• Ukraynada Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanunun qəbul olunması

• Münaqişə iştirakçılarının amnistiyası

• Ukrayna qanunvericiliyinə əsasən və ATƏT-in müşahidəsi ilə yerli seçkilərin keçirilməsi

• Bütün xarici qoşunların və muzdluların çıxarılması, qanunsuz hərbi birləşmələrin tərksilah olunması

• Rusiya ilə sərhədin Ukrayna rəsmi qurumlarının nəzarəti altına verilməsi

• Yerli hakimiyyət orqanlarının hakimlərin təyin olunmasında iştirakı, yerli “xalq polisinin” yaradılması

Ukrayna konstitusiyasının desentralizasiyası məqsədi ilə ona dəyişikliklərin edilməsi

Amma razılaşma hələ də yerinə yetirilməyib. Ukrayanın şərqində mövqe döyüşləri davam edir, hər iki tərəfdən insanlar həlak olur. Beynəlxalq ictimaiyyət məsuliyyəti Rusiyanın üzərinə qoyur. ABŞ və Aİ razılaşmanın şərtlərinə əməl etmədiyinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edir.

Ukraynada 2014-cü ildən ölkənin şərqində hökumət qoşunları ilə Rusiyayönlü birləşmələr arasında gedən hərbi əməliyyatlar nəticəsində 10 mindən çox adam həlak olub.

Ukrayna nəyə razılıq verdi?

Oktyabrın birində Minskdə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Kiyevin rəsmi təmsilçisi kimi danışıqların digər iştirakçıları ilə birlikdə “Ştaynmayer düsturu”nun implementasiyasına razılıq imzalayıb.

Frank Valter Ştaynmayer Almaniyanın xarici işlər naziri olanda 2016-cı ildə Minsk razılaşmalarının yerinə yetirilməsi üzrə öz “düsturunu” təqdim edib. Düstur o cümlədən, Donbassın xüsusi statusu barədə müvəqqəti qanunun qəbul edilməsini nəzərdə tutur, qanun regionda yerli seçkilərin keçirildiyi gün qüvvəyə minməlidir. ATƏT missiyası seçkiləri ədalətli hesab etdiyi halda qanun artıq daimi əsaslarla qüvvəyə minəcək.

Əsas seçkiqabağı vədi “müharibəni dayandırmaq” olan Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın birində xüsusi brifinq keçirib. Zelenski bildirib ki, razılaşmanın şərtlərinə əsasən regionların xüsusi statusu barədə yeni qanun işlənib hazırlanacaq, hansı ki, yalnız seçkilərin Ukrayna qanunvericiliyinə əsasən keçirildiyi halda qüvvəyə minəcək. “Bu isə o deməkdir ki, avtomat lüləyi altında heç bir seçki olmayacaq” və “Donbass artıq işğal altında olmayacaq”.

Ukraynada və Qərbdə reaksiya

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Ştaynmayerin düsturu”nu “Rusiyanın işi” adlandırıb.

«Rusiya bu versiyanı qəbul etdirməyə cəhd edib, Ukrayna tərəfi isə həmişə qəti etirazını bildirib, bizim alman, fransız və amerikalı tərəfdaşlarımız da həmişə Ukrayna tərəfini dəstəkləyiblər”, – Poroşenko deyib.

O bildirib ki, “düstur”un qəbul edilməsi zəifləmə və hətta Rusiyadan sanksiyaların götürülməsi deməkdir.

Rusiyayönlü “Müxalif platforma – Həyat naminə” isə əksinə razılaşmanı alqışlayır. “Bunu beş ildən çox sürən münaqişənin dinc siyasi yolla tənzimlənməsi üçün mühüm siyasi iradənin nümayişi hesab edirik”, – partiyada bildiriblər.

Yuliya Timoşenkonun “Batkivşina” partiyasında “Ştaynmayer düsturu”nun imzalanmasını millu təhlükəsizlik, ölkənin ərazi bütövlüyü və suverenliyinə təhdid adlandırıblar.

Oktyabrın birində axşam Nezalejnost Maydanında Ukrayna tərəfindən “Ştaynmayer düsturu”nun dəstəklənməsinə etiraz əlaməti olaraq onlarla adam toplaşıb. Etirazçılar oktyabrın ikisi axşam da Maydana gəlib.

Eyni zamanda Almaniyanın xarici işlər naziri Qayko Maas razılaşmanı alqışlayıb.

«Şadam ki, Minskdəki üçtərəfli kontakt qrupundakı konstruktiv ab-hava o yerə gətirib çıxarıb ki, biz çoxdan gözlədiyimiz proqressə nail olmuşuq. Bu, norman dördlüyü liderlərinin sammiti və Minsk razılaşmalarının digər mərhələlərinin realizəsi üçün qapı açır», – deyə almaniyalı nazir bildirib.

Politoloq Mixail Basarab «Qromadske»nin efirində bildirib ki, Ştaynmayer planını ona görə tənqid edirlər ki, o, siyasi nizamlanmanı (seçkilərin keçirilməsi, xüsusi status) “ərazi işğaldan azad olunana, Rusiya qoşunları oradan çıxana və Ukrayna sərhəd üzərində nəzarəti bərpa edənə qədər” başlamağı təklif edir. Eyni zamanda Basarab qeyd edir ki, “Ştaynmayer düsturu”nun özü Minsk razılaşmalarında olmayan, Zelenskinin yerinə yetirmək öhdəliyi götürmədiyi heç nəyi təklif etmir.

Diplomat, Ukraynanın Aİ-də keçmiş səfiri Andrey Veselovski hesab edir ki, Ukrayna tərəfindən “Ştaynmayer düsturu”nun razılaşdırılması milli maraqlara xəyanət demək deyil.

«Seçkilər Ukrayna konstitusiyası və qanunvericiliyinə uyğun həyata keçirilir, həm də bu seçkilər üçün qanunvericilik hələ yazılmayıb, o qüvvədə olandan daha sərt və dəqqitlə yazıla bilər, onda mən deyərdim ki, bu “xəyanət” deyil, “qələbədir», – deyə o qeyd edib.

Eyni zamanda qondarma “xalq respublikaları”nın liderləri Denis Puşilin və Leonid Paseçnikov bildiriblər ki, “Ştaynmayer düsturu”nun razılaşdırılması “Donbass xalqının öz müqəddəratını özünün həll etməsi” deməkdir. Onların sözlərinə görə, “Kiyev hakimiyyəti sərhəd üzərində heç bir nəzarət almayacaq”.

Gələcək sammti nəticə kimi

Ukrayna və onun nəzarəti altında olmayan əraziləri üçün qəbul edilən qərarın nəticəsi hələ aydın olmasa da, Rusiya və onun normand dördlüyü formatı üzrə Avropa tərəfdaşlarının müəyyən siyasi nəticələrinə artıq nail olunub.

O cümlədən, “Ştaynmayer düsturu”nun razılaşdırılması dörlüyün – Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin görüşünün keçirilməsi üçün Rusiyanın irəli sürdüyü şərt olub.

Bəzi Qərb ekspertləri bildirirlər ki, Fransa və Almaniya Minsk razılaşmalarının yerinə yetirilməsində irəliləyiş olduğu halda Rusiya ilə sanksiyaların ləğv edilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.

Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?
07 oktyabr 2019 /

Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?

Похожие новости

Ukrayna sülhü bərqərar edə biləcəkmi?

Donbas (Ukrayna) münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu işğal bölgəsinə xüsusi statusunun verilməsini nəzərdə tutan “Ştaynmayer formulu”nu imzalayıb. Verilən məlumatlara görə, Belarusun

Ukrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşır

Ukrayna Donetsk və Luhanskda münaqişənin həlli üçün "Ştaynmayer düsturu"na razılaşır. ATƏT, Rusiya və Ukraynanı təmsil üdən nümayəndələrin Minskdə keçirilən görüşdə bu düsturla bağlı razılıq əldə

UKRAYNADA SEÇKİLƏRİN NƏTİCƏLƏRİ

Ukrayna Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində istifadə olunan səsvermə bülletenlərinin sayılmasını başa çatdırıb. Yekun nəticələrə görə, prezident Vladimir Zelenskinin

Poroşenko may-iyun aylarında əraziləri qaytaracağına söz verir

Yenidən prezident seçiləcəyim halda, Donbasda sülhün əldə olunması üzrə şərtləri əldə edəcəyəm. UNİAN agentliyinə istinadən bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib. “Bu gün nümayiş

POROŞENKO BLOGGERLƏRLƏ GÖRÜŞÜB

Mart 10-da şənbə günü Ukrayna prezidenti Petro Poroşenkonun bloqçular ilə qapalı görüş keçirdiyi məlum oldu. Bu xəbəri tədbirdə iştirak edən bloggerlərdən olan Martin Brest yayıb. O, özünün Facebook
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ