Yəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...

Yəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...

























Tez-tez sosial şəbəkələrdə, yaxud fərqli beyinlərin yığışdığı istər intellektual, istər “vaxt sallaqxanaları” olan dedi-qodu mühitlərində dolaşan və özünə klişeləşmiş bir cavab axtaran suallardan biri də budur ki, yəhudilərlə azərbaycanlıların dostluğu hansı köklü, fundamental səbəbə dayanır və biz bunu niyə bilmirik? Nə üçün yəhudilər ta Roma dövründən üzü bu yana Qüdsdə ermənilərlə məhlə qonşuları olduqları halda onlara deyil, azərbaycanlılara dost münasibəti bəsləyirlər? (Montefiorenin “Yerusəlim” kitabında müəllifin gizləməyə çalışdığı, amma diqqətli oxucunun nəzərindən yayınmayan bir fakt var ki, ermənilər türklərdən qabaq yəhudilərə xəyanət ediblər, sonra növbə osmanlılara, indi də deyəsən, ruslara çatıb.)

Yuxarıda cütlədiyim suallarla özüm də tez-tez qarşılaşdığım üçün bu yazımızda bu dostluğun tarixi haqqında bəzi mənbələrdən oxuduğum faktları ümumiləşdirərək yazmağı qərara aldım.

Tarixçi deyiləm, ona görə də yazını tarixi iddia kimi oxumamağınızı tövsiyə edirəm.

Yəhudi-azərbaycanlı dostluğunun ana səbəbinə gəlmək üçün tarixin yerin altında qalan alt qatlarına enmək lazımdır. Hər şey ondan başladı ki, 370-ci illərdə Hun atlıları Avropada göründülər. Hunların arxasınca isə IV əsrdən başlayaraq bu torpaqlara köç edən Xəzərilər bölgədə dövlət olaraq ortaya çıxdılar və üç əsr (650-969) Dneprden Volqa vadisinə qədər ərazilərə və bütün Qafqaza hökm etdilər. Xəzərilər xristian Bizansı və müsəlman ərəblərə qarşı sülalə siyasəti olaraq yəhudiliyi seçsələr də, xəzərilərin böyük qismi bütpərəst və ya şaman idilər. Etimoloji mənası “gəzərgilər” anlamına gələn Xəzərilər adı onların köçəriliyinə işarə edən bir adlandırma idi.

Ərəb tarixçilər Xəzərilərə farsca “Hazaran”, türkcə “Sabar” deyildiyinə əsaslanaraq Xəzəriləri Göytürk Xaqanlığının Qərb qolunu təşkil edən Sabirlərin xələfləri olduğunu söyləyirlər.

Ümumiyyətlə, Xəzərilərin, əsasən, Orta Asiyadan gələrək Xəzər dənizi ilə Qara dəniz arasındakı bölgəyə məskunlaşdıqları qəbul edilir.

558-ci ildə Xəzərilər ilk dəfə bu bölgədə dövlət qurdular və 620-ci ildən sonra Göytürk İmperatorluğundan ayrılaraq müstəqil oldular. VII əsrin ortalarından etibarən islamın yayıldığı bir dövrdə Xəzərilərlə islam orduları qarşı-qarşıya gəlməyə başladılar.

Xəlifə Ömərin dövründə islam orduları Xəzəri imperiyasının tərkibində olan və bu gün Dərbənd kimi bildiyimiz “Bab əl-Abvab”ı (Qapıların Qapısı) fəth etdi. Xəlifə Məmunun dəvətinə qədər Xəzərilər müsəlmanlara dirənsələr də, Məmunun dəvəti ilə Xəzərilərin islamı qəbul etdiyi tarixə məlumdur.

Xəzərilərdən günümüzə qədər gəlib çıxan iki Xəzəri sənədinin ibranicə yazılması və Xəzərilərin İvrit əlifbasından istifadə etmələri bütün tarixçilər tərəfindən mübahisəsiz qəbul ediləsə də, Xəzərilərin yəhudiliyi qəbul etməsi ilə bağlı fərqli fikirlər var. Xəzərilərin ucdantutma hamısının yəhudiliyi qəbul etdiyini söyləyən iddialarla yanaşı, yalnız Xaqanın və sülaləsinin yəhudiliyi qəbul etdiyini deyənlər də var.

Bəzi yəhudişünaslar isə Xəzər İmperatorluğunda üç dinin də rəsmi dövlət dini olduğunu, xaqanın cümə günü islamın, şənbə günü yəhudiliyin, bazar günü isə xristianlığın ibadət və ayinlərini yerinə yetirdiyini söyləyirlər. Məsələn, İbn Rüşd yalnız Xəzəri hakim sülalənin yəhudiliyi qəbul etdiyini, əhalinin isə üç dinlə bərabər, qədim türk inancı olan Göytanrıçılığa inandığını yazırdı.

Üç dinə sitayiş Xəzərilərin çöküşündən sonra fərqli bir mənzərə yaratdı; xristian xəzərilər rus boyarlarına çevrildilər, müsəlman xəzərilər xarəzimlər kimi tarixdə yerlərini aldılar. Yəhudi xəzərilər isə, əsasən, Şərqi Avropaya köç etdilər. Hətta bu gün Eran Əlxayk kimi genetiklər əşkinazi yəhudilərinin (Şərqi və Mərkəzi Avropa yəhudiləri) əcdadlarının Xəzər bölgəsində yaşayan türk tayfaları olduğunu iddia edirlər.

IX-X əsrdə ruslarla ərəblər arasında sərhəd rolunu oynayan Xəzərilər həm də çağdaş rus mədəniyyətinin bünövrəsini yaradan və formalaşdıran bir mədəniyyət kimi də tarixçilərin diqqət mərkəzindədirlər. Rus tarixçisi Bartold yazır ki, 839-cu ildə yaranan ilk rus ittifaqının başçısı özünə xəzərilərin təbirincə, Xaqan adını vermişdi, 988-ci ildə xristianlığı ruslara ucdantutma qəbul etdirən Vladimir də Xaqan idi. “Tamğa”dan (damğa) “Таможенное”yə, Qopuzdan Balalaykaya qədər bir çox hərbi, siyasi, iqtisadi, mədəni irsi ruslar xəzərilərdən mənimsəmişdilər.

İslam mənbələri xəzərilərin xəlifə Harun Rəşid dövründə, yəni 785-ci ildə yəhudiliyi qəbul etdiyini yazsalar da, bəzi mənbələr yəhudiliyə keçidin 670-ci ildə Sakaryadan bu imperatorluğa köç edən İsak Sanqari adlı Qarayi məzhəbindən olan yəhudi müdrikin Xəzəri Xaqanı ilə görüşündən sonra baş tutduğunu yazır. Xəzərilərin yəhudiliyi qəbul etdiyinin yeganə yazılı mənbəyi xəzəri Xaqanı Yusifin məktubudur.

Əndəlüs tarixçisi Əl-Bəkrinin yazdıqları da bu məktubda deyilənləri təsdiqləyir; Əl-Bəkri yazır ki, Xəzəri xaqanı hər üç dinin nümayəndələrini sarayına çağırıb müzakirə təşkil edib, axırda ən çox inandığı sözləri yəhudi din xadimindən eşitdiyini söyləyərək yəhudliliyi tapındığını elan edib.

Xəzərilərin yəhudiliyi qəbul etməsini VIII əsrin ortalarında Bizansdan sürgün edilən Qarayi yəhudilərinin bu bölgələrə üz tutmaları və Xəzərilər tərəfindən xoş qarşılanmaları ilə də bağlayan iddialar da mövcuddur. Krım və Xəzəri imperatorluğunda məskunlaşan köçkün yəhudilərin bir qısmi Xəzəri dövləti dağıldıqdan sonra Şərqi Avropaya üz tutub, bir qismi isə indiki Azərbaycan ərazisində yaşayan dağ yəhudiləri kimi həmişəlik bu torpaqları özlərinə vətən seçib.

Məşhur “Yerusəlim” kitabının müəllifi Saymon Montefiore də yazır ki, 1948-ci ildə qurulan İsrail dövlətindən əvvəlki son yəhudi dövlətini tarixdə IX əsrdə Xəzərilər yaradıb. Yəni xəzərilər yəhudilərə qucaq açmaqla qalmayıb, eyni zamanda, onların Qüdsdə dövlət qurmalarına da kömək ediblər.

Bütün bu tarixi faktlar onu göstərir ki, bu gün yəhudilər bizi Qafqazda Xəzərilərin varisləri kimi qəbul edirlər. O Xəzərilərin ki, onlar Bizansdan qovulan yəhudilərə öz torpaqlarını “yeni vətən” etməklə yanaşı, IX əsrdə yəhudi dövlətini də yenidən bərpa ediblər. Bəlkə də, bu gün yəhudilərin Azərbaycana dost münasibəti hər üç dinə öz evində yer verən multikultural babalarımızın yəhudilərə etdiyi bu yaxşılıqların əvəzini onların nəvələrinə qaytarmaq cəhdidir.|Oxu.az|
08 oktyabr 2019 /

Yəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...

Похожие новости

ZƏHMƏT OLSA DA OXUYUN: ERMƏNİLƏR ÖZLƏRİNİ "EHTİYYAT YƏHUDİLƏR" SAYIRLAR...

Ermənilərin yəhudiləri yamsıladıqları və özlərini "zapasnoy evrey" adlandırdıqlarını hər biriniz yaxşı bilirsiniz. Tarixən haylar xalq kimi deyil, toplum kimi, kimliksiz bir toplum kimi I Roma

Almanların əsir düşərgələrində yandırdığı Yəhudilərin çoxunun Xəzər Türkləri olduğunu bilirsinizmi?

Cengiz Özkancı DONNA DONNA DONNA Kompüter şəbəkələrində izləyə bildiyim kadrlarda LaRouche, son iki ildir etdiyi bütün çıxışlarda, yəhudi lobbisinin təsirinə düşməyi girən Kiçik Buş rəhbərliyinin

MƏBƏD KODU: Masonlar, Fironlar və Ölü dəniz yazıları

ХIХ əsrin sonlarında Qüdsdə arxeoloji araşdırmalar aparan ingilis tədqiqatçısı Çarlz Uilson da həmçinin bu qənaətə gəlib ki, Tampliyerlər Qüds Məbədinin xarabalıqlarını araşdırmaq üçün ora

DÖYÜŞÇÜ MÖVQEYİ: "YAĞIŞ YAĞIRSA, GÜNAHKAR YƏHUDİLƏRDİR".

[img=left][/img] Anbbas Hüseyli Keçmiş döyüşçü, araşdırmaçı Dünyada elə xalqlar var ki, onlar dünya xalqları tərəfindən eqoistcəsinə xatırlanır və hətta onların adları gəldikdə bəzi xalqlar arasında

Katolik papa, ispan inkvizisiyası və ərəblərlə yəhudilərə qarşı soyqırım

Yazıçı-tədqiqatçı Ramiz Dəniz Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı Qarabağ müharibəsi veteranı (əvvəli “Pontifiklərin cinayəti sayılan səlb yürüşləri” adlı yazıda) Bu ondan xəbər
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ