Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!

Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!
Aydın Canıyevin təqdimatında BAHAR BƏNÖVŞƏ: "Yarımçıq məktub"

Bu hekayə Bahar Bənövşədən təqdim etdiyim sonuncu yazıdır! Çünki ümid edirəm: yazıları sosial şəbəkədə və saytlarda kifayət qədər oxunan, dəyərləndirilən imza olaraq, Bahar Bənövşə öz oxucu dairəsini istedadına uyğunlaşdıracaq, kitab halında ciddi auditoriyaya çıxmaq cəsarəti sərgiləyəcək. Hekayəni təqdim etməkdən çox, səhifəmdə paylaşmağımda bir məqsədim var: dəfələrlə yazılarımda yazsam da, boşuna gedən fikrimə dəstək üçün əsas olsun!

Hər bir Azərbaycan gənci, hər bir Azərbaycan əsgəri məhz Toğrul kimi hərəkət etməlidir! Birinci olaraq, orduya getməyə can atmalıdır, düşməndən qisas almağa hazır olmalıdır, düşmənin kəndində yox e, yaşadığı küçədə gözüyaşlı saxladığı qızın könlünü ovutmalıdır, sonrasına da ki: "... cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı xəbər almışdılar, əsgərlər arasında böyük narahatçılıq yaranmışdı! Hamı həyəcan içində idi! Hamı cəbhəyə can atırdı!" EŞQƏ ÇEVRİLMƏLİDİR! Yoxsa ki, adam tap, Murova düşməsin, sərhəd xidmətində olsun, amma Astarada, DİN-ə salaq, Prezident Qvardiyasına salmağa adam tapaq... yox!
Bəri başdan deyim ki, ədəbi-bədii məziyyətlərindən öncə, mövzunu önəmli saydım. İşlənməsində sırf hərbçi ağlıyla oxusan, qüsurlar tapmaq olar! Nəzərə alınmalı hərbi-vətənpərvərlik ruhudur, üstəlik də bir qadın imzanın Azərbaycan oğluna, Azərbaycan əsgərinə verdiyi dəyər! Hərbi-strateji aspektdən yanaşası olsaq, heç müdafiə nazirlərimiz bir qəpiklik əməliyyat hazırlaya bilmirlər, handa ola xanım yazar! Bu hekayənin hər cümləsində Azərbaycan qadınının - əsgər anasının, əsgər bacısının, əsgər sevgilisinin harayı, eləcə də qələbə təşnəliyi var!

Buna görə istəyirəm ki, oxuyasınız - mən artıq dörd dəfə oxuyandan sonra sizdən bir dəfə oxumağınızı istəyirəm! Həm də... dəyərləndirəsiniz Müəllif Xanımın mesajını - Azərbaycanlı əsir düşsə də, əsirlikdən belə qalib çıxmalıdır və bunu bacaran Toğrul obrazıyla tələb edir!

Azərbaycan qadını Azərbaycan kişisindən QALİB OLMAQDAN BAŞQA nə istədi ki?

BAHAR BƏNÖVŞƏ: "Yarımçıq məktub"

- Qarabağ döyüşlərində həlak olmuş döyüşçülərimizin əziz xatirəsinə ithaf edirəm! –

... Qaranlıq düşürdü, qoyunları haylayıb qabağına qatdı. Kənd qəbristanlığının yanına çatanda, həmişəki kimi, dayandı! Özündən asılı deyildi Toğrulun. Bura çatanda sanki kimsə “dur!” əmri verirdi! Bir dəqiqə də olsa, dayanıb baxırdı!

... Nə vaxtsa nənəsindən eşitdiyi sözləri təzədən xatırladı: “insanlar ölmürlər, sadəcə, evlərini dəyişirlər!” Qəbristanlığın sol tərəfində üstü gül-çiçəklə bəzənmiş qəbir digərlərinə nisbətən hündür görünürdü. Kəndçiləri Alimin qəbri idi. Alim hələ ki, kəndin sonuncu şəhidi idi: 3 gün əvvəl cəsədini gətirmişdilər! Alimdən sağa daha 6 şəhid qəbri vardı!!!

Sola, çəpərə qədər yer isə boş idi - bir nəfərin də bura yerləşə biləcəyini düşündü və ağlına gələn bu pis fikirdən ürəyi sıxıldı! Əlacı olsaydı elə indi durub cəbhəyə gedərdi! Nə vaxtsa mənfur ermənilərdən mütləq qisas alacağını düşünüb dişlərini bir-birinə sıxdı! Dönüb getmək istəyəndə diqqətini qəbirlərin arası ilə Alimin qəbrinə yaxinlaşıb dayanan yaşıl paltarli qız cəlb etdi – çömbəlib qəbrin yanında oturdu! Əvvəlcə ona elə gəldi ki, qız gözlərinə görünür. Qaş qaralan zaman qəbristanlıqda baş verən qəribə hadisələrdən o qədər eşitmişdi ki... Amma belə söz-söhbətlərə inanmadığından bu fikri tez də özündən uzaqlaşdırdı. Bu vaxtı qəbristanlığa gələn qızın qorxacağını düşündü. Ona görə mələşə-mələşə evlərinə doğru qaçışan qoyunların ardınca deyil, qəbristanlığın qapısına doğru getdi. İçəriyə girib qızı utandırmaq istəmədiyindən, qapıda dayandı. Az keçməmiş qızın da qapıya tərəf gəldiyini görüb toxtadı. Qız ona çatmamış tanıdı: onlardan iki-üç ev aralı yaşayan Qənbər dayının qızı Zamirə idi! Ürəyi sıxıldı! Qızın için-için ağlamasından o da kövrəldi... Toğrul Zamirəni cox istəyirdi. Daha doğrusu, qızın səhərdən axşama qədər məhləni başına götürən mahnıları digərləri kimi, onda da qiza qarşı səmimi hisslər oyatmışdı! Məhlə arvadları Zamirənin adını “radio” qoymuşdular: səhər açılandan qaranlıq düşənədək səsi kəsilmirdi. Hərdən arvadlar belə bir səsin kənddə itib batdığına təəssüflənərdilər: “Bu qız bu səsiylə haralara gedib cıxardı! Heyif! Kənddə itib-batacaq!”
Deyilənə görə, atası Zamirəni şəhərə aparıb musiqi məktəbinə düzəltmək istəsə də, qız getməmişdi. Toğrulu da təəccübləndirən və ona qəribə gələn bu idi ki, bütün kənd uşaqlarının həsrətini çəkdiyi şəhərə Zamirə getmək istəməmişdi! Bir dəfə Zamirə mürəbbə bişirən anasına kömək üçün onlara gəlmişdi. Anasının dediyi kimi, əldən-ayaqdan zirək qız yarım saata bir günün işini görüb qurtarmışdı! Getməyə hazırlaşanda anasının içəridə olmamasından istifadə edən Toğrul tələm-tələsik soruşmuşdu: “Zamirə, niyə şəhərə gedib oxumaq istəmirsən?” Qız əvvəlcə dodaqlarını büzüb qaşlarını çatmışdı, sonra Toğrula yaxınlaşıb əlləri ilə hər iki yanağını tutub sıxmışdı, azacıq ona tərəf əyilib sorumuşdu: “Heç kimə deməzsən!?” Ölərdi, amma Zamirənin sirrini heç kimə verməzdi Toğrul. Elə belə də demişdi Zamirəyə. Qız onun yanaqlarını buraxıb dikəlmişdi, gülümsəyib gözlərini bərəltmişdi: “Sevgilimə söz vermişəm, o qayıdana qədər kənddən heç yana cıxan deyiləm!” Yenə nə isə soruşmaq istəmişdi Toğrul, amna Zamirə hündürdən qəhqəhə çəkərək qaçıb getmişdi...

O gündən Zamirənin adını bilmədiyi sevgilisinin qayıdıb gəlməsi üçün ürəyində Allaha yalvarmağa başlamışdı. Aradan üç il kecmişdi, amma Zamirənin sevgilisindən xəbər yox idi. Kəndlərinə ilk şəhid gələn gündən isə Zamirənin səsi kəsilmişdi! Qəbristanlığın qapısında Toğrulu görəndə başını aşağı saldı Zamirə, sanki utanırdı! Qızı qabağa buraxdı... İndi Zamirəsinin gözünü yolda qoymuş Alimin ölümü daha cox yandırırdı Toğrulu! Evlərinə qədər dinməz gəldilər. O gecə səhərə qədər gözlərinə yuxu getmədi.

... İndi cəbhəyə getməyə daha cox tələsirdi Toğrul. Qəbul imtahanlarının nəticələri elan olunmuşdu, balı catmadığına görə müsabiqədən keçə bilməmişdi, evdə hamının qanı qaralmışdı! Bircə özü sevinirdi: tezliklə əsgər gedəcəkdi! Ordan isə... cəbhəyə! Deməli, qisas günü uzaqda deyildi! Hər dəfə Zamirəni görəndə qisas hissi ürəyində daha da alovlanırdı! Vaxt gəlib catmışdı! Toğrulu ötürməyə bütün qohum-əqraba gəlmişdi, Zamirə də onlarda idi. Qadınları hərbi komissarlığa getməyə qoymadılar, təkcə anası dirəşdi. Məcbur qalıb onu da özləri ilə apardılar! Darvazadan cıxanda arxasınca doluxsunan qadınlara baxdı, Zamirə onlardan aralı durmuşdu: nisgilli-nisgilli baxırdi Toğrula. Oğlanın ona baxdığını görüb əlini yellədi! Qayıdıb qıza nə isə demək istədi, amma utandı! Hərbi komissarlığın həyətində səs-küydən qulaq tutulurdu: cavanlar hündürdən çalınan “Tərəkəmə”nin sədaları altında nəşə ilə atılıb düşürdülər! Hamı əl çalırdı! Anası onun boynuna sarılmışdı! Heç cür ovuna bilmirdi… anası! Nəhayət, avtobuslara minmək üçün hamını sıraya cağırdılar. Anasını son dəfə möhkəm-möhkəm qucaqladı. İndi özü də kövrəlmişdi. Yol boyu çağırışçıların şən zarafatlarını dinlədikcə hər şeyi unudurdu! Bircə… Zamirənin nisgilli baxışlarını unuda bilmirdi! Hərbi xidmətin ilk günləri çox çətin keçirdi. Adət etmədiyi ciddi rejim, ev yeməklərindən xeyli fərqlənən yeməklər, daima tanımadığı adamlarla bir yerdə yaşamaq çətin idi və bunların hamısına birdən-birə öyrəşmək mümkün deyildi! Bütün bunlara baxmayaraq, deyib-gülən, zarafatcıl Toğrul qısa müddət ərzində çoxları ilə dostlaşmış, rütbəcə özündən böyüklərin rəğbətini qazana bilmişdi! Bir muddətdən sonra cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı xəbər almışdılar, əsgərlər arasında böyük narahatçılıq yaranmışdı! Hamı həyəcan içində idi! Hamı cəbhəyə can atırdı! Ona görə də bir dəfə yeməkdən sonra, cəbhəyə getmək istəmələri barədə muraciət hazırlayıb hissə rəhbərliyinə təqdim etdilər. İki gün sonra cəbhəyə yola salınanların heyəti açıqlandı. Təzə gələnlərdən yalnız üç əsgərə ön cəbhəyə getmək icazəsi verilmişdi, onlardan biri də Toğrul idi. Ön cəbhədə vuruşmaq hərbi hissədə xidmət eləməkdən dəfələrlə çətin idi – cəbhə cəbhədi də: nə rahat yatmaq, nə rahat danışmaq, nə də rahat gəzmək olur! Döyüşçülər yemək yeyəndə də silahı yerə qoymurlar, oturduqları yerdə yatır, çox hallarda yuxusuz qalırlar! Hər an hər təhlükəyə hazır olan döyüşçülərin bütün diqqəti qarşıda duran düşmənə olur! Amma bütün bu çətinliklər heç kimin vecinə deyildi. Düşmənin yağdırdığı od-alov altında süründükləri zaman belə, zarafatlarından qalmır, bir-birlərinə söz atır, beləliklə, bir-birlərini ruhlandırırdılar! Heç kim deməsə də, hamı bilirdi ki, səngər yoldaşına görə fikirləşmədən ölümə atıla bilərlər! Ən ağrılı hadisə hansısa yoldaşını döyüş zamanı itirmələri idi. Onda hamı qan ağlayırdı! Üzdə heç kim büruzə verməsə də! Həlak olmuş yoldaşları ilə vidalaşarkən onun cəsədini bir neçə saniyə qucaqlayır və onun qanını yerdə qoymayacaqlarına and içirdilər. Belə gunlərdə səngər döyüş meydanını yox, məzarlığı xatırladırdı Toğrula!

… Toğrulu burda da çox sevirdilər. Ilk dəfə açıq döyüşdə yaralanmış yoldaşını dolu kimi yağan güllələrə baxmayaraq, döyüş meydanından çıxarması hamıda rəğbət oyatmışdı. Daha bir dəfə güllələrin altında sürünərək, onlara başını qaldırmağa imkan verməyən düşmən snayperini qumbara ilə məhv etməsi və sağ-salamat geri qayıtması ona “Pələng” ləqəbini qazandırmışdı. Həmin vaxt ayağından güllə yarası alsa da, geriyə qayıtmaqdan imtina etmişdi və səngərdəki həkimlərin ciddi səyi ilə qısa müddətdə sağalmışdı.
Ən çətin tapşırıqlarda özünü qabağa verən, hər yerdə hamıya köməyə gələn “Pələng” döyüşçülərin qüruruna çevrilmişdi! Son vaxtlarda Toğrulu daha cox kəşfiyyata göndərirdilər. Ayağı müalicə olunan vaxtlarda gününü rəsm çəkməklə keçirən Toğrulun bu bacarığı döyüş komandirinin diqqətindən yayınmamışdı. Onun fikrincə, bu keyfiyyət kəşfiyyatcının gördüklərini daha dəqiq ifadə etməsinə şərait yaradırdı. Üstəlik də “Pələng”in cəsarəti kəşfiyyatı tam dəqiqliklə başa çatdırmağa imkan verirdi. Bir neçə dəfə ən yaxın məsafədən düşmənin mövqelərinin sxemini çəkib gətirməsi bizimkilərin həmin nöqtələri darmadağın edərək, xeyli irəliləməsi ilə nəticələnmişdi! Böyük bir döyüşə hazırlıq gedirdi. Mövqe baxımından çox əhəmiyyətli bir yüksəkliyi ələ keçirtməliydilər. Erməni hərbi hissələrinin mərkəzi istiqamətdə necə yerləşdiyini öyrənmək Toğrula tapşırıldı! May ayı olsa da, hava soyuq idi. Qaranlıqda yerimək də asan deyildi. Üstəgəl meşədə irəliləmək də getdikcə çətinləşirdi! Üstündə pistoletdən və iti cib bıçağından başqa heç nə yox idi! Təxmini hesablamasına görə, hərəkət edəcəyi çevrənin mərkəzini müəyyənləşdirdi! Əvvəlcə irəliyə doğru hərəkət etdi! İxtiyari hesablamasına görə beş kilometr qət etmişdi və bu qədər yolda heç bir maneəyə rast gəlmədən irəliləməsi onu təəccübləndirirdi. Çünki açıq döyüşlərdə ermənilərin ən uzağı onlardan üç kilometr məsafədə durduqlarını dəqiqləşdirmişdilər. Dəfələrlə yoxladıqları bu qənaət yanlış ola bilməzdi!

Sağa döndü. Hardasa bir kilometr məsafəni arxada qoymuşdu. Qaranlıqda ayağına nə isə dəydi – məftilə oxşayırdı. Ehtiyatla əlini toxundurdu. Məftili tuta-tuta irəliləməyə başladı. Geri qayıdırdı - bayaq gəldiyi yolla paralel alınırdı hərəkəti. Məftilin qurtardığı yerdə iri bir kötük qoyulmuşdu, indi kötükdən başlayıb sola istiqamət götürdü. Fəhmi onu aldatmamışdı - hardasa iki kilometr sola hərəkət edəndən sonra ayağı təzədən məftilə toxundu. Bu dəfə məftilin qurtardığı yerdə daş qoyulmuşdu. Məftillərin qurtardığı yer ermənilərin möhkəmləndiyi nöqtələr idi. Yəni hər iki cinahda dayanan düşmən içəriyə doğru geri çəkilməklə onlara tələ qurmaq istəyirdi. Belə ki, bizimkilər içərilərə doğru sərbəst hərəkət etdikləri zaman cinahlardan düşmən hucuma keçərək onları mühasirəyə alacaqdı. İndi geri qayıda bilərdi. Çox yorulduğundan azca oturub dincini almaq istədi və… qəfildən başına dəyən zərbədən huşunu itirdi! Gözünü açanda özünü qazmada gördü. Üstünə soyuq su tökənin geyimindən erməni olduğunu anladı: deməli, əsir düşmüşdü!

Ətrafına baxdı: uçuq sökülü bir yerdə idi. Erməni onun tərpəndiyini görub, əvvəl ayağıyla böyründən vurdu, sonra çənəsini tərpətdi. Nə isə soruşdu. Toğrulun cavab vermədiyini görüb uzaqlaşdı. Qollarını möhkəm sarımışdılar! Ona görə də başını çox çətinliklə dikəldə bildi. Azca aralıda ocaq qalamışdılar. Bu isə o demək idi ki, təmas xəttindən uzaqda idilər – döyüş bölgəsinə yaxın məsafələrdə ocaq qalamaq qadağan idi! Yalnız bu zaman başı tərəfdən gələn iniltini qulağı aldı. Baxmaq ucun saat əqrəbi istiqamətində dönməli idi. Zorla dönə bildi və dəhşətə gəldi: ondan azacıq aralıda dirəyə bağlanmış cılpaq cəsədin boynuna Azərbaycan bayrağı dolanmışdı. Oğlanın dərisi boynundan sinəsinə qədər soyulmuşdu. Axan isti qanın üstündə oturan milçəklərin vızıldaşması sanki Toğrulun beyninin içini doğrayırdı!

… Kəndlərini xatırladı. Kəndin ilk şəhidi Natiqin anası oğlunun ölüm xəbərini eşidən gündən havalanmışdı. Daha bir şəhid – Nemətin anasının isə oğlunun üç mərasimində ürəyi partlamışdı! Dirəyə bağlanmış oğlanın valideynlərini fikirləşdi. Görəsən, oğlunun bu halından xəbər tutsaydılar, nə günə düşərdilər?! İçində özünə qarşı bir nifrət oyandı! Bu qədər həqarətin qabağında o, düşmənin qarşısında qolubağlı uzanmışdı! Erməni yenidən qarşısında peyda oldu. Yanında başqa bir erməni də var idi. Toğrulun asılmış oğlana baxdığını görən əvvəlki erməni o birisinə nə isə dedi. İkisi də möhkəmdən hırıldadılar...

İkinci gələn erməni yaxınlaşıb ayağını Toğrulun qarnına qoydu. Sonra dizi üstə çökdü. Təmiz Azərbaycan dilində soruşdu:
- Sən orda – hərbi hissədə nə iş görürdün? Bu tərəfə nə məqsədlə gəlmişdin? Danişsan, səninlə işimiz yoxdur! Danışmasan, bax, o dirəkdəki yoldaşın kimi diri-diri dərini soyacağıq! Ətindən də az-az kəsib ocaqda yandırarıq! Erməni bunu deyib bərkdən hırıldadı. O birisi də ona qoşuldu. Bu dığanın öz dilimizdə belə təmiz danışmasından daha da hiddətləndi, amma yenə səsini uddu. Nifrətlə üzünü cevirdi. Bundan hiddətlənən erməni onun çənəsindən təpiklə möhkəm vurdu. Ağrı dözülməz olsa da, huşu başında idi. Ermənilər indi də birləşib onu divara tərəf sürüyürdülər. Sonra azacıq dikəldib otuzdurdular. Qollarını bağlamış kəndir ətinin icinə girmişdi. Qışqırmamaq ücün zorla dözürdü. İndi oğlanın bağlandığı dirəklə üzbəüz oturmuşdu. Bizim dildə danışan erməni təzədən yaxınlaşdı. Başının üstündə dayanıb sualını təkrarladı. Cavab almayınca, təzədən Toğrulu təpikləməyə başladı. Bu dəfə zərbələr hara gəldi endirilirdi. Qəribə burası idi ki, zərbələr çoxaldıqca ağrısı azalırdı Toğrulun. Öz-özünə gülümsədi. Onun bu hərəkəti ermənini lap özündən çıxartdı. Daha şiddətlə vurmağa başladı onu bu yekəpər. Qəfildən zərbələrinə ara verdi. Əlini cibinə atdi. İti mətbəx bıçağını çıxardıb Toğrulun gözlərinin önündə oynatdı. Toğrula elə gəldi ki, indi erməni onun başini kəsəcək. Bu vəhşilərə heç nə edə bilmədiyinə təəssüfləndi. Ona elə gəldi ki, lap hardansa yaxından Zamirə durub ona baxır!!! Eyzən ondakı kimi: nisgilli-nisgilli...

İndicə bıçağın boğazına dirənəcəyini gözləyirdi. Gözlərini yummuşdu! Gözlədiyinin əksinə olaraq, addım səsləri uzaqlaşdı. Gözlərini açdı. Yekəpər dirəyə bağlanmış oğlanın yanında durmuşdu. Birdən əlindəki biçağı oğlanın döşünün altından soxdu. Tələsmədən iri bir tikə kəsdi. Tikəni yuxarı qaldırıb ondan süzülən qan damcılarını yaladı. Sonra, ocağa yaxınlaşıb tikəni atdı! Bu qədər ağrıdığı Toğrulun yadına gəlmirdi! Yer-göy uğuldayırdı. Huşunu itirdi! Özünə gələndə başı ağrıyırdı! Nə isə etməliydi! Beləcə uzanıb düşmənlərin onu təhqir etməsinə, ələ salmasına sakitcə baxa bilməzdi! Dirəyə bağlanmış yarımcan oğlanın bədəninə edilən təcavüzü isə nəinki ozunə, butun döyüş yoldaşlarına həqarət sayırdı. Qəzəbindən dişi ilə dodağını möhkəm-möhkəm sıxdı. Dodağından axan qan ağzından keçib, boğazı ilə içərilərinə doğru getdi. Ətrafına boylandı. Ermənilərin biri görünmürdü. Digəri isə ocağı qarışdırırdı. Birdən iri yanan bir kösövü götürüb Toğrula yaxınlaşdı. Diqqətlə erməninin gözlərinə baxırdı. Gözləri qan kimi qıpqırmızı idi və bu qırmızıya qarışmış sarı rəng iyrənc bir mənzərə yaratmışdı. Bulanıq gözlər vəhşi heyvan gözləri tək par-par parıldayırdı! Erməni də Toğrula baxırdı. Birdən ayağının birini onun ayaqlarından o üzə aşırıb dizlərinin üstündə oturdu. Toğrula baxdı, baxdı, sonra ehmalca kösövün qızarmış tərəfini Toğrulun saçlarına yaxınlaşdırdı! İsti gur saclarını qarsıyıb dərisini yandırdı! Ağrıdan dişi ilə dodağının sıxdı! Amma… büruzə vermədi! Sakitcə erməniyə baxmaqda davam edirdi. Erməni onun bu sakitliyindən zövq alırmış kimi hırıldadı! Ürəyində özünə nifrət edirdi! Ermənilərə bu qədər asan əsir düşdüyünü özünə bağışlamırdı! Erməni kösövü üzünün sağ tərəfi ilə sürüşdürüb sağ döşünün üstündə saxladı! Qışqırmamaq üçün özünü zorla saxladı!

O… qışqırmayacaqdı!

O… düşmənin qabağında əyilməyəcəkdi! Düşmən onun əzab çəkdiyini görməməliydi! Ona görə də son gücünü toplamışdı! Gözlərini qırpmadan erməniyə baxırdı! Toğrulun təmkini ermənini özündən çıxartdı! Hırıldamağına ara verdi! Birdən vəhşi kimi kösövü götürüb düz Toğrulun sol gözünə basdı! Sanki yer altından uçdu. Dəhşətli ağrıya dözə bilməyib nərildədi! Bir anlığa əcəlinin çatdığını düşündü!
Yox! O ölə bilməz!

O… düşmənə bu qədər asan təslim ola bilməz! Buna onun haqqı catmır! Baxmasa da, erməninin dizlərinin üstündən qalxdığını hiss etdi! Qəfildən ayaqlarını cütləşdirib quldurun ayaqlarının arasından zərbəni necə endirdiyini özü də bilmədi! Quldur anqırıb ikiqat büküldü. Bu dəfə qoşa təpik zərbəsi başından tutdu. Xilas planı dərhal beynində canlandı. Bütün gücüylə ocağa tərəf sürünməyə başladı! Arxa tərəfini ocağa yaxınlaşdırdı! Əti ilə birlikdə onun qollarını sıxan kəndir də yanırdı. Kəndirin boşaldığını hiss edən kimi ayağa durdu. Vaxt itirmək olmazdı. Cəld erməniyə yaxınlaşdı. Yalniz bu zaman onun yanında yerə düşmüş bıçağı gördü! Atasının qoyunun başını necə kəsdiyini xatırladı. Quldurun başını anındaca kəsdi, amma bədənindən ayırmadı! Ardınca paltarlarını soyundurub özü geyindi. Bıçağı cibinə qoydu. Cəsədi isə itələyib ocağa atdı. Erməninin xırıltısı hələ kəsilməmişdi! Ürəyində “bir” dedi. Dönüb dirəyə bağlanmış oğlana baxdı. Daha utanmırdı Toğrul! Bıçağı götürüb bayaq ermənilərin gəldiyi tərəfə yönəlmək istəyəndə ikinci erməni ilə baş-başa toqquşdu. Toğrulu qarşısında görən erməninin gözləri hədəqəsindən çıxdı! Əlini çiynindəki avtomata aparmaq istəsə də, artıq gec idi - Toğrul əlindəki bıçağı düz onun ürəyindən saplamışdı! Cəsədi itələyib, belini düzəltdi!

Ürəyində “iki” dedi!

Uçuğun altında gəzməyə başladı, lap uzaq küncdə işıq yanırdı. Yaxınlşadı. İri pəncərədən otağın içi görünürdü. Ehtiyala baxdı. İki erməni divanda oturub televizora baxırdılar. Keçib qapının arxasında gizləndi. Qapını taqqıldatdı! Deyəsən, eşitmədilər. İkinic dəfə lap möhkəmdən taqqıldatdı. Yalnız bu zaman içəridəkilərdən kimsə hündürdən donquldandı. Onun nə dediyini anlamadı. Qapı açıldı. Ortaboy dolu bir erməni başını çıxarıb ətrafa boylanmaq istəyəndə Toğrul onun başını tutub özünə tərəf çəkdi və sol əlində tutduğu bıçağı quldurun düz ürəyindən sancdı!

Ürəyində “üç” dedi!

Təpiklə cəsədi yana itələyib içəriyə girdi. Yalnız indi, Toğrulu qarşısında görəndə nə baş verdiyini anlayan ikinci erməni hücuma keçmək istəsə də gecikmişdi: bıçaq ürəyindən girib kürəyindən çıxmışdı!

Dişlərini qıcayıb ürəyində “dörd!” dedi.

Taqətdən düşmüşdü! Birdən divardan asılmış böyük güzgüdə əksini gördü. Sol gözü tökülmüşdü! Gur saçlarının qabağı yandığından başı qəribə hala düşmüşdü. Alt dodağı şişib partlamışdı! Qan basmış üzündə bircə sağ gözü dəhşətlə parıldayırdı! “Pələng”! – dostlarının bu adı ona nahaq vermədiyini düşündü! İndi özünü pələng kimi basılmaz hiss edirdi Toğrul! Stolun üstündəki butulkanı götürüb başına çəkdi. İyindən su olmadığını anladı! Otağın içindən sola doğru balaca bir dəhliz gedirdi. Dəhlizlə irəliləməyə başladı. Lap başdakı qapı açıq idi! İçəridə böyük bir monitorun arxasında oturmuş erməni kiminləsə danışırdı. Monitorda nəsə bir sxem əks olunmuşdu. Başa düşdü ki, bura arxa və təmas xətti ilə əlaqə mərkəzidir! Deməli, hardasa da silah və ərzaq ehtiyatı vardı!
Gəldiyi yolla da geri qayıtdı. Bayaq cıxdığı çıxdığı otağa çatanda dayanıb hər yeri nəzərdən kecirtdi. Uzaq küncdə iri qapı diqqətini cəlb etdi. Ətrafına baxa-baxa qapıya yaxınlaşdı. Yavaşca itələdi, üşüaşağı pilləkən gedirdi. Düşməyə başladı pillələrlə. Bıçağı əlində hazır tutmuşdu. Pilləkənin axırında gözətçi odasına oxşar yerin - “budka”nın içində oturan erməni gözlərini yummuşdu! Deyəsən, yuxulayırdı. Nəfəsini də udmuşdu Toğrul. “Budka”nın qapısını sol əli ilə itələdi. Qapının cırıltısını eşidən erməni gözlərini açdı, təzədən yumdu və qollarını açıb gərnəşdi! Cox güman ki, Toğrulu özününkülərdən biri kimi qəbul etmişdi. Vaxtdan istifadə edən Toğrul erməninin boynuna atılıb, onu boğmağa başladı və xırıltısı kəsilənə kimi buraxmadı!

Ürəyində “beş!” deyib quldurun cəsədini stolun altına soxdu. Özü onun yerində oturdu. Divardan fənər və bir topa açar asılmışdı. “Budka”nın sağ tərəfinin qapı olduğunu yalnız indi anladı. Stolun üstündəki monitorun düyməsini basdı. Səhv etməmişdi. Monitordakı sxem ermənilərin hərbi hissəsinin sxemi idi. Bura cəbhə ilə arxanı birləşdirən əlaqə mərkəziydi. Erməni hərbi hissəsinin yerləşdiyi yer və onun arxa ilə əlaqələri tam dəqiqliyi ilə sxemdə təsvir olunmuşdu. Hətta Toğrulgilin hərbi hissəsi də qırmızı nöqtə ilə qeyd edilmişdi. Stolun üstündəki bloknotdan bir vərəq cırdı, lazim olan qeydləri apardı. Toğrulgilin hissələri burdan cox da uzaqda deyildi: təxminən səkkiz kilometr. Sxemi bir də nəzərdən kecirtdi. Cinahlardan Toğrulgilə cox yaxınlaşan ermənilər mərkəzdən bir xeyli geri çəkilmişdilər. Məhz mərkəzdə bir kilometr enliyində zona minalanmışdı. Hər şey aydın idi. Bizimkilər hücuma kecdikləri təqdirdə mərkəzlə heç bir maneə ilə qarşılaşmadan iki kilometrə yaxın irəliləyəcəkdilər, sonra isə onları minalanmış sahə və cinahlarda durmuş ermənilər qarşılayacaqdılar! “Budka”nın sağ tərəfini itələdi. Qapı açıldı! İçəri qaranlıq olduğundan qayıdıb fənəri və açarları da götürdü. Qapını arxasınca örtdü! Bura silah anbarı idi! Birdən anbarın o başındakı danişıqları qulağı aldı. Tez fənəri söndürdü. Zolaq kimi düşən işıqla hərəkət etməyə başladı. Anbarın həyətə açılan qapısında iki erməni durmuşdu. Hırıltı ilə gülməklərindən anladı ki, zarafatlaşırlar. Ermənilərdən biri arxası anbara tərəf, digəri isə yanpörtü dayanmışdı. Bir az gözlədi. Amma burada cox yubanmaq olmazdı. Bir az əvvəl girəcəkdə gördüyü qumbara yeşiklərini xatırladı. Ehtiyatla geri qayıtdı. Hər cibinə ikisini qoydu. İndi inamla yeriyirdi. Qapıda dayanan ermənilər səsə dönüb baxdılar. İçəridən gələnin erməni hərbi formasında olması bir anlığa onları da caşdırmışdı. Vaxt itirmək olmazdı. Toğrul əlində hazır tutduğu qumbaranı onların üstünə atdı. Toz-torpaq aləmi bürüdü. Qaçıb silahların arasında gizləndi. Gizləndiyi yerdən qapı yaxşı görünürdü. Partlayış səsinə çöl tərəfdən dörd erməni qaçıb gəldi. Toğrul bir az gözlədi. Daha kimlərsə gələ bilərdi. Amma qapının ağzında donquldanan dörd nəfərdən başqa heç kim görünmürdü, deməli, bunlardan başqa erməni yox idi buralarda. Ermənilər qışqıra-qışqıra danışırdılar. Gizləndiyi yerdən çıxıb qapıya tərəf irəlilədi. Qapıda dayanmış ermənilərdən biri təsadüfən yaxınlaşmaqda olan Toğrulu gördü! Bağırıb əlini avtomata atmaq istədiyi yerdə Toğrulun atdığı qumbara düz ayaqlarının altına düşdü! Gurultu ermənilərin baqırtısını eşidilməz etdi.

Ürəyində “onbir!” deyib möhkəmdən bağırdı!

Bir anlığa ona elə gəldi ki, onun səsini hətta kəndlərində də eşitdilər! Daha dayanmadı. Cibindəki qumbaraları cıxartdı. Dalbadal anbara tərəf atdı. Sanki yer ucdu, göy qopdu. Güclü dalğa onu da götürüb harasa atdı.

… Özünə gələndə açıq havada üzü üstə uzanmışdı. Birdən-birə harada olduğunu kəsdirəmmədi! Bədəni möhkəm ağrıyırdı! Handan-hana hər şeyi xatırladı. Əlini cibinə atdi: kağız parçası yerində idi! Ətrafa qulaq verdi. Şübhə doğuracaq heç nə eşitmədiyindən dikəlib oturdu. Partlayış onu uzağı iyirmi-otuz metr aralıya ata bilərdi. Hissələrinə gedib çıxmaq üçün üfuqi istiqamətdə hərəkət etməli idi. Əyilə-əyilə yeridiyindən beli ağrıyırdı! Üstəlik də möhkəm yorulmuşdu. Yolun hardasa yarısını qət etdiyini düşünürdü. Bir az dincəlmək istəyirdi! Oturdu. Gözlərini yumdu! Zamirənin nisgilli baxışları xəyalında canlandı. Özündən asılı deyildi. Gözlərini yuman kimi, Zamirənin baxışlarını xatırlayırdı! Tapşırığa göndərilməmişdəm əvvəl bütün cəsaərətini toplayıb Zamirəyə məktub yazmışdı. Amma tamamlaya bilməmişdi, daha doğrusu, Toğrula elə gəlmişdi ki, məktubu tamamlamaq ucun lazım olan işlərin hamısını görməyib! Ona görə də kağızı qatlayıb şinelinin cibinə qoymuşdu. İndi qayıdan kimi məktubu tamamlayacaqdı! Dərindən nəfəs aldı!

… Hissəyə çatanda uşaqların onu necə qarşılayacağını fikirləşdi. Yəqin ki, çox narahat idilər. Bəlkə də onun öldürüldüyünü düşünürdülər! Birdən hələ də erməni hərbi formasında olduğunu xatırladı. Köynəyin cibindəki sxemi çıxardıb şalvarının cibinə qoydu. Amma köynəyi çıxartmaq elə də asan olmadı! Köynək qolunun yanan yerinə pərçimlənmişdi! Dartıb birtəhər cıxartdı. Yanıq yerindən qan fışqırırdı! Sanki çiyinlərindən ağır bir yük götürüldü. Bir anlığa harda olduğunu unutdu. Ayağa qalxdı, ətrafa boylandı, yaşıllaşmaqda olan düzənlik göz oxşayırdı! Yenə kəndləri yadına düşdü. Birdən-birə sağ döşünün yuxarısında dəhşətli ağrı hiss etdi! Başı hərləndi, gözləri ağrıdan qaralsa da, erməni snayperinin hədəfi düzgün nişan almamasına gülməyi tutdu, yıxıldı! Açıq səmaya baxdıqca fikirləşirdi: necə olursa olsun, sxemi hissələrinə çatdırmalıydı! Əvvəl-əvvəl sürünmək çətin idi: daş, kəsək, çır-çırpı, tikan, hər şey bədəninə batırdı! Amma bunlara baxmayaraq, sürünürdü!

O, hərbi hissəyə özünü çatdırmalı idi!

Süründükcə sürünürdü! Getdikcə taqətdən düşdüyünü hiss etsə də, son gücünə gücənib sürünürdü! Dayanmaq, vaxtı itirmək olmazdı!

O… mütləq hissələrinə gedib çıxacaqdı! Tamam əldən düşmüşdü! Həm də möhkəm susamışdı! Yarasından axan qan kimi, taqəti də getdikcə tükənirdi!

Amma… sürünürdü! Artıq ətrafı tor görsə də sürünürdü! … Hardasa üfuqdə gözlərinə göy rəng sataşdı! Sonra göy qırmızıya çevrildi! Qırmızı yaşılla əvəzlənəndə... dodaqları qacdı! Azərbaycan bayrağını gördüyünü anladı!!!

İstəməsə də, gözləri… yumulurdu! Yenə… Zamirə ona baxırdı: nisgilli-nisgilli! Gözlərinə çökən qaranlıq ona tərəf qaçan döyüş yoldaşlarını görməyə imkan vermədi!

MÜƏLLİFDƏN QEYD: Oxucuların hamısından rəy bildirməyi xahiş edirəm!

Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!
08 oktyabr 2019 /

Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!

Похожие новости

701 in uğur qazandığı Meydançay Əməliyyatı

1993 - cü ilin qışı (dekabr) 5-ci tabor baş leytenant Gəray Əsədovun komandanlığı altında Murovdağdakı Güzgü aşırımının sağ cinahından-Koroğlu dağı tərəfdən keçərək düşmən arxasına doğru hərəkət

MOSKVA XATİRƏLƏRİ...

Calaləddin Qasımov (Əvvəli: http://fedai.az/index.php?newsid=4711) Onların danışıqlarını eşidirdim. Birdən camaatın içindən məni gö-rən dayım Hafiz uca səslə mənə: - Hardasan, mən də səni

Allahverdi Bağırovla beş günüm neçə KEÇDİ - II HİSSƏ

Cəlaləddin Qasımov Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti (Əvvəli: http://fedai.az/index.php…) Milli Qəhrəmanla bağlı xatirələr... Polkovnik: - Mən üç saatdır ki, gözləyirəm. Sənə bircə

VƏTƏNSİZ (pritça)

Hicran Hüseynova Vətən yaxşı şeydi, deyirlər. Qədim bir atalar sözündə də “Vətənə gəldim, imana gəldim” deyilir. Qəribədi, belə çıxır ki, qürbətdə yaşayanlar imansızdı... Yox. Belə deyildi heç

Auşvitsə çatmayan qatar

“Ata, bu yazıya ad qoyarsan?”. Kiçik qızım Ayan e-mail ünvanıma bu sözləri yazıb, qoşmada mənə bir hekayə göndərib. Oxuyan kimi xatırladım. Onu bir il qabaq isveçcə oxumuşdum. O vaxt ona 27 yanvar
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildiOrdu döyüş atışlarını icra etdi - videoABŞ Azərbaycanın güc strukturlarının fəaliyyətini təqdir etdiİlham Əliyev icra başçılarına xəbərdarlıq etdiErmənistan son ay ərzində ORDUSUNDA BAŞ VERƏNLƏRTƏBRİK: İSMAYIL TANRIVERDİ - 64NƏ SOYQIRIMI? ERMƏNİLƏRİN QƏLƏMİNDƏN KÜRDLƏŞƏN ERMƏNİLƏR! ..Primakovun ölüsü də Bakıdan "əl çəkmir"Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən etirafDaha bir veteranımız sıralarımızı tərk etdiNazirlik hərbi pensiyalara artımlar barədə açıqlama verdiMehriban Əliyeva Qarabağ əlilinin həbs qoyulmuş evini özünə qaytardı - VideoAzərbaycan ABŞ-a nota verdiDaha bir veteranımız haqqa yürüdü...AVMVİB Biləsuvar rayon şöbəsinin sədri təltif edildiTürkiyə tək bu sənədlə erməniləri ifşa edə bilər - FotoƏsədin 18 hərbçisi Rusiyaya təhvil verildi - VİDEO"7 POLİS": Onlar geri dönmədən Vətənin keşiyində qaldılarBakı Slavyan Universitetinin rektoru ilə bağlı iddialara cavab verildiPaşinyan Qarabağa görə faşist olduPrezident yeni icra başçılarına şərt qoydu: Eşitsəm ki, əyri yola gedirsiniz, çox ciddi cəzalandırılacaqsınızDaxili düşmənlərimizin menyüsünə, müharibə veteranından təklifGürcüstanda 2 min saytı kim iflic edib?Prezident: "Bəzi icra başçıları nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verir""NƏSİLLƏRİN GÖRÜŞÜ": Veteranlar əsgərlərlə görüşdülərDİN və Baş Prokurorluqdan 2 noyabr mitinqi ilə bağlı XƏBƏRDARLIQDaldan atılan daş əvəzi: Niyə Primakov, niyə Çumakov, niyə Krikorov, niyə Mqoyan, niyə...?ULU ALBAN TÜRKLƏRİABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdıKardaşyanın müttəfiqi ABŞ Konqresi hay avantürasını tanıdıMARKSIN DEDİKLƏRİ ÖZ TƏSDİQİNİ TAPDI...AVMVİB Suraxanı rayon şöbəsinin təşəbbüsüylə nəsillər görüşdü...Daha bir veteranımız haqqa yürüdü...AVMVİB Zəngilan rayon şöbəsi məktəblilərlə görüşdüYeni təşkilat yarandı: Köçkün şəhid ailələrinə, döyüşçülərə dəstək olacaqNəsillərin görüşü: N saylı hərbi hissədə görüş keçirilibNURU PAŞA İLƏ ÇİYİN-ÇİYİNƏ VURUŞAN KÜRDƏXANALI KAMİLNikolun Annasının sərgüzəştləri davam edir - VİDEOEldar Əzizov Hacıbala Abutalıbovun sərəncamını ləğv etdi, tikinti dayandırıldıABŞ-dan ermənilərlə bağlı QƏRARTürkiyə Əsədin 18 əsgərini ələ keçirdiV. Abdurəhmanov: "AVMVİB daim Dövlətin yanındadır və olacaq!"ƏL BAĞDADİNİN ERMƏNİ VARİSİ DƏ ÖLDÜRÜLDÜMÜ?TOVUZLU VETERANLAR BİR ARADARusiyanın müdafiə naziri AzərbaycandaDaha bir nazir müavini vəzifəsindən azad olunması üçün Prezidentə müraciət etdiİlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdiBu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 96-cı ildönümüdür"Əclafların sevgisi"ALBANLAR KİM İDİ ???Vəngdəki Aboszodədən, Bakıdakı Şahmorzodəyə yoluxan virusAğdaşda “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilibAVMVİB Biləsuvar rayon şöbəsi Anım tədbiri keçirdi
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ