Vəndamda türk əskərinin məzarı var, yoxsa...

Vəndamda türk əskərinin məzarı  var, yoxsa...



Son zamanlar Qəbələ rayonunun Vəndam qəsəbəsinin adı sosial şəbəkələrdə tez-tez hallanmağa başlayıb. Gah yollardan, gah su problemindəngah da... Bunları anladıq, bəs?..

İndi gündəmdə yer tutan qəsəbədə yeni məktəb tikintisindən sonra məktəbin qarşısında tikilmiş mağazaların sökülməsindən sonra başlayan söz-söhbətdir. Belə ki, sökülmüş obyektlərin qarşısında, köhnə qəbrsandıq yerində, hazırda fəaliyyətdə olan mağazaların cərgəsində yeni mağazaların tikilməsi üçün sökülmüş tikintilərin sahiblərinə yer verildi. Yer verməkdə düz elədilər, ya yox... Bu, bu günkü mövzumuz deyil... Biz bu mövzuya da qayıdacağıq.

Hə...Keçək qəbirsandığa... Burada mağaza tikmək üçün yer veriləndə tək mağazası sökülən sahibkarlar deyil, kənardan da bir çoxları mağaza tikmək üçün yer davasına qalxdı və mağaza tikmək niyyəti ilə qapılar döyülməyə başladı... Və təbii ki, yer bütün sahibkarlıqla məşğul olmaq istəyənlərin hamısına çatmadı...

Onda haray qopdu ki, ay camaat qoymayın qəbirsandığı dağıdırlar...Babalarımızın qəbri, tariximiz... və s...və ilaxir. Halbuki, dünən müvafiq oranların qapılarını döyürdülər ki, onlara da sözügedən yerdən yer versinlər. Yer, köhnə kişilər demiş "bezrazmerni" deyil ki, dartıb uzadasan. Bunu da hələlik saxladıq başqa yazının mövzusuna...

Və, yada düşdü əvvəlki narazılıqlar...Əlbətdə hər kəs öz haqqını tələb etməli, tapdanmış hüquqlarının bərpası üçün çalışmalıdır. Amma... Əvvəllər kim-kimin toyuğuna "kiş" eləmişdisə, indi "toyuq sahibləri" qisas üçün "münbit" şərait olduğunu düşünərək haray qopartdılar ki, ay cammat qoymayın, bu qəbirsandıqda iki türk əsgərinin qəbri var... Və bəzi mətbu orqanlarına da bu xəbər sızdı, müsahibələr, ittihamlar başladı.

Mənim məlumatıma görə, bu qəbirsandıq 40-cı illərdə salınıb. O vaxta qədər həmin ərazi ətrafda yaşayan sakinlərin iribuynuzlu qara mallarının toplandığı yer olub, bizlərdə belə yerlərə "malqabağı" deyirlər.Sonralar "aclıq illəri" kimi yaddaşlarda qalan illərdə burada qəbirsandıq salınıb. Ona qədər burada hər hansı bir qəbirin olduğu haqqında dəqiq məlumat olmadığından bu məsələni araşdırmaq qərarına gəldim.
Vəndamda türk əskərinin məzarı  var, yoxsa...










































Qəbələ rayon Ağsaqallar Şurasının Vəndam qəsəbə dayaq məntəqəsinin sədri Ağasəddin Nəsirovla görüşdüm. Türk əsgərinin qəbri ilə bağlı sualımı ona verdikdə o:

Mən uzun illər müəllim işləmişəm, başqa işlərim də caamatla bağlı olub. Yəni həmişə ictimaiyyətin içində olmuşam. Neçə illərdir ki, qəsəbənin ağsaqqalları ilə təmasdayam. Onlarla tez-tez söhbətlərimiz olur. Əgər elə bir şey olsaydı mən eşidərdim. Çünki qəsəbəmizin hər qarışını tanıyıram, tarixini də gözəl bilirəm.

Söhbətini kəsib;

-Bəlkə elə ağsaqqallardan soruşaq, mənim nə yaşım var ki... Onlar kəndimizin canlı arxivləridir, dedi.

Onunla elə yaxındakı çayxanaya yollandıq. Ağacların kölgəsində qarşılarında armudu stəkanda buğlanan çay, nə barədəsə şirin-şirin söhbət edən iki nəfərə yaxınlaşdıq. Həmsöhbətimi görən kimi, onu çaya dəvət elədilər. Bu dəvəti tələsik "özəlləşdirib" mən də əyləşdim.

Məsələni aydınlaşdıran Ağasəddin müəllimin söhbətinə 1933-ci il təvəllüdlü Maarif Şiralıyev qoşuldu.
Vəndamda türk əskərinin məzarı  var, yoxsa...










































-Mən balaca idim, indi dəqiq ili yadımda deyil, aclıq illəri idi. Həmin qəbirsandıqda acından ölənləri basdırırdılar. Hətda bir ailədən 4 uşağı basdırdıqları indiki kimi yadımdadır. O ki qaldı türk əsgərinin məzarına... Bu qəbirsandıqda elə qəbir olmayıb. Atam danışardı ki, xilaskar türk ordusu Əmirvan kəndinə kimi gəlib və oradan Qaraməryəmə doğru irəliləyib. Onların bizim kənddə olduqları barədə eşitməmişəm.

Bir də yadımdadır ki,"Qala yeri" deyilən yerə kənd camaatı kotanları təmizləyib qoymuşdular ki, günəşin altında parıldayan kotanları düşmənlər top hesab eləsinlər. Oradan da türk ordusunun toplardan atəş açdığı doğru deyil.

-Babam 1886 -cı ildə elə bu kənddə doğulub, söhbətə 1940-cı il təvəllüdlü Bahadur Nəsmiyev qoşulur.
Vəndamda türk əskərinin məzarı  var, yoxsa...










































O, usta idi, İndiki vaxta baxmayın, o vaxt ustanı gündüz çırala gəzirdilər. Böyük bir əraziyə bir iki usta düşürdü. Uşaq vaxtından babamla hər şey barədə danışardıq. Kimlərinsə ulu babasına qədər onun sözlərinə görə tanıyırdım. Ermənilərin alçaqlıqları barədə, xilaskar Türk ordusunun gəlişi barədə çox söhbətləri olub. Yaxın Nohurqışlaq kəndində Türk əsgərlərinin məzarı olduğunu da ondan eşitmişəm.Bizim qəsəbədə belə bir qəbrin olduğu barədə heç nə eşitməmişəm. Ömrüm boyu da bu kənddə yaşamışam. Qəsəbədə Türk əsgərlərinin qəbrlərinin olması barədə söhbəti sizdən eşidirəm.

Bu qəbirsandıq 1940-cı illərdə salındığı barədə də məlumatım var. Türk əskərinin qəbrinin orada olması mümkün deyil...

Yazı artıq hazır idi ki,yadıma öz qohumum 1936-ci il təvəllüdlü İkram Salehov düşdü. Onunla bu mövzu barədə telefon danışığında (red:səs yazısı vardır) o, qəti şəkildə bildirdi ki, sözü gedən qəbirsandıq ötən əsrin 40-cı illərində (red: aclıq illərində) salınıb. Orada türk əskərinin qəbrinin olması mümkün deyil...

Əlbətdə, mənim bu qalmaqallı söhbət barədə fikirlərim, gətirə biləcəyim məntiqi arqument və kimlərə isə istinadən qoyduğum faktlar ağsaqqalların sözlərinin yanında maraqlı olmaz. Ona görə də öz fikirlərimi bildirmək istəmədim.

Amma, bir şeyi bildirmək məcburiyyətindəyəm ki, Azərbaycan-Türk münasibətlərinə, daha doğrusu bu iki xalqın qardaşlığına xələl gətirmək istəyənlər bilməlidirlər ki, bu dostluq, qardaşlıq tarixin çətin sınaqlarından çıxıb. Onları korlamaq üçün dəridən-qabıqdan çıxan qüvvələr həmişə olub. Mən doğma Azərbaycanımızı bölgələrə, kəndlərə, qəsəbələrə ayırmaq fikrindən uzağam, lakin mən yaşadığım Vəndam qəsəbəsinin sakinləri barədə yalançı imic ,qorxaq, savadsız, qanunlardan bixəbər anlayışı yaratmaq, Qəbələ rayonunda qardaş millətin iş adamları ilə bu qəsəbənin sakinlərini üz-üzə qoymaq istəyənlərə bir sözüm var.

Vəndam qəsəbəsi öz alimləri, iş adamları ilə məşhur bir qəsəbədir. Qəsəbə məktəblərinin məzunlarının qazandıqları uğurlar hər il biz Qəbələliləri sevindirir.

İnanmıram ki, kimlərinsə məkrli niyyətlərinin, arzularının həyata keçirilməsinə xidmət edən,tarixi faktlara söykənməyən belə məlumatların yayılmasının düşmən və düşmən xislətli, maskalanmış, tamahının qulu olan, bir məmur papkasını ələ keçirmək üçün hər şeyə hazır olan insanların dəyirmanına su tökən, eləcə də ümumi düşmənimizin ağzına "çeynəməyə sümük" ata biləcək bütün xəbərlərin yayılmasının qarşısının alınmasında iştirak etməyi özümüzə borc biləcəyik.

QəbələPress.info bu mövzuda hər kəsin fikrini dərc etməyə hazır olduğunu bildirir.

Valeh ƏZİZ
Bölgə İnformasiya Agentliyinin rəhbəri
08 oktyabr 2019 /

Vəndamda türk əskərinin məzarı var, yoxsa...

Похожие новости

Türk ordusu Ermənistanla sərhədə yeridildi, hərbi əməliyyatlar BAŞLADI

Türkiyə Silahlı Qüvvələri Ermənistanla sərhəddə yerləşən Ağrı, Qars və İğdır vilayətlərində PKK terror təşkilatına qarşı əməliyyatlara başlayıb. Fedai.az Publika.az -a istinadən xəbər verir ki, bu

TÜRK TARİXİ VƏ ATATÜRK

...Osmanlı İmperatorluğunda Türk kimliyinin yox sayılması, ümumi və davamlı bir siyasət kimi cümhuriyyətin qurulmasına qədər davam etdi. Mədrəsələrdə son dörd yüz il ərzində tarix olaraq tədris

Bazarda qadağan olunmuş "məhsullar" açıq satışda

Pirotexniki məhsulların satışı qanunla qadağan edilsə də yenə də onların açıq satışına rast gəlmək çətin deyil. Qiyməti 2 manatdan başlayan ən adi pirotexniki vasitə belə partladığı yeri zədələyir.

Azərbaycanda ortaya çıxan SİRLİ QƏBİRLƏRİN sədası Türkiyədən gəldi ..

Xaçmaz rayonunun Pirquluoba kəndində arxeoloji qazıntılar aparılır. Qazıntılar zamanı iki qəbir açılıb və orada tapılan insan sümükləri ekspertiza üçün götürülüb. İlkin ehtimala görə, burada tapılan

OT KÖKÜ ÜSTƏ BİTƏR...

Qəbələli müəllim ABŞ-da ermənini susdurdu QəbələPress.info 27 February 2018 Bir qəsəbədə yaşadığımıza baxmayaraq, onunla şəxsən tanış deyiləm. Amma valideynlərini yaxşı tanıyıram... Atası Adil
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ