Xanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdü

Xanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdü

Rusiya Federasiyası Baş prokurorunun müavini - Rusiya Federasiyasının Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Georgiyeviç Petrovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi heyətlə birlikdə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunmaqla “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Rusiya Federasiyasının Baş Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Qonaqlar əvvəlcə Respublika Hərbi Prokurorluğunun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ni ziyarət edib, Ulu Öndərin əziz və unudulmaz xatirəsini dərin ehtiramla anaraq, büstü önünə əklil qoyublar. Nümayəndə heyətinə böyük şəxsiyyətin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.

Sonra hər iki ölkənin Hərbi prokurorluqlarının nümayəndə heyətlərinin iştirakı ilə brifinq keçirilib. Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev brifinqdə çıxış edərək ölkələrimizin prokurorluq orqanları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən səfərlərin əhəmiyyətini vurğulayıb. Rəhbərlik etdiyi nümayəndə heyətinin ötən il iyunun 4-7-də Rusiyaya səfərini məmnunluqla xatırlayan Xanlar Vəliyev göstərilmiş yüksək qonaqpərvərliyə, səmimi və mehriban münasibətə görə Baş Hərbi prokuror Valeri Petrova bir daha minnətdarlığını bildirib. Hərbi prokuror ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlardan və görülən böyük işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın maddi və sosial rifah halının davamlı olaraq yaxşılaşdırılmasından bəhs edib.

Əldə olunan nailiyyətlər və qazanılan ardıcıl uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların və icra olunan mütərəqqi tədbirlərin bu sahədə də yeni mərhələnin başlanmasını, həmçinin penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin dövrün tələblərinə uyğun yenidən qurulmasını şərtləndirdiyini bildirən Xanlar Vəliyev, Prezident İlham Əliyevin penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamdan və özündə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək üçün məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsini, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasını, məhkəmə icraatının effektivliyinin yüksəldilməsini, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunmasını, süründürməçiliyin, eləcə də digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsini ehtiva edən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmandan və sözügedən normativ hüquqi aktların əhəmiyyətindən danışıb.

Respublika Hərbi prokuroru bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırımı törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlərboyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlərlə nəticələnib, Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub. Etnik təmizləmə siyasətinin aparılması bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnib. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş sülhə və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlər üzrə istintaqın aparılması və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Hərbi prokurora həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb. Ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən hər iki dövlətin Hərbi prokurorları bunun tarixən xalqlarımız və dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə formalaşmış səmimi münasibətlərə söykənməsini qeyd ediblər.
Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xalqlarımızın rifahı naminə gördükləri nəhəng işlər xüsusi vurğulanıb. Rusiya Federasiyasının Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Georgiyeviç Petrov göstərilən yüksək diqqətə, səmimi qonaqpərvərliyə və doğma münasibətə görə dərin minnətdarlığını bildirib və məmnunluğunu ifadə edib. Sonra hər iki ölkənin Hərbi prokurorları rəhbərlik etdikləri Hərbi Prokurorluq orqanlarının strukturu, fəaliyyət istiqamətləri, qanunların icra və tətbiqinə nəzarətlə bağlı gördüyü işlər, o cümlədən məhkəməyədək cinayət təqibinin həyata keçirilməsi zamanı Hərbi Prokurorluq işçilərinin fəaliyyəti və cinayət işlərinə məhkəmələrdə baxılmasında hərbi prokurorların iştirakı barədə ətraflı məlumat verdilər. Daha sonra hər iki ölkənin Hərbi prokurorluqlarının fəaliyyətlərinin təşkili məsələləri ilə əlaqədar “İki dövlətin hərbi-hüquq orqanları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı”, “Peşəkar dialoqun davam etdirilməsi və kadrların hazırlığı sahəsində təcrübənin mübadiləsi”, “Korrupsiya ilə mübarizə və onun qarşısının alınması istiqamətində görülən işlər” və “Prokurorluq, o cümlədən Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təşkili” mövzularında çıxışlar dinlənilib, nümayəndə heyətlərinin fəaliyyət istiqamətləri üzrə sualları cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin hüquqi sahədə həm ikitərəfli, həm də beynəlxalq səviyyədə qarşılıqlı səmərəli fəaliyyət, o cümlədən hüquqi əməkdaşlıq sahəsində mövcud münasibətlər və onlardan irəli gələn hüquq və vəzifələr müzakirə edilib.
Xanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdü

Brifinqdən sonra qonaqlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun beynəlxalq əlaqələri barədə məlumatları əks etdirən stendlərlə tanış olublar.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında “Soyqırımı” Memorial Muzeyində olub. Qonaqlara burada saxlanılan və tarixi həqiqətləri əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Azərbaycanın tarixi ərazilərinin Ermənistanın işğalı altında olmasını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını bir daha xatırladan Hərbi prokuror Xanlar Vəliyev işğal altındakı torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində azad edilərək respublikamızın ərazi bütövlüyünün bərpa olunacağına, soydaşlarımızın tarixi torpaqlarına, doğma yurdlarına qayıdacaqlarına və xalqımıza qarşı xüsusilə ağır cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunacaqlarına əminliyini ifadə edib.


Xanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdü

08 oktyabr 2019 /

Xanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdü

Похожие новости

Milli Məclisdə bu qədər deputat yeri boş qalıb

2 oktyabr 2019- cu il tarixində Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətə baxılıb. MSK üzvləri

Milli Məclis başladı - Gündəlikdə bu məsələlər var

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. Fedai.az Trend-ə istinadən xəbər verir ki, iclasda oktyabr ayının 1-də keçirilən iclasda gündəlikdə olan məsələlərin ardı

Azərbaycanlı qadın bu ölkədə nazir təyin olundu

Azərbaycanlı qadın Tatarıstanda nazir təyin olunub. Femida.az xəbər verir ki, Azərbaycan əsilli İradə Əyyubova Tatarıstan Respublikasının mədəniyyət naziri vəzifəsinə gətirilib. Qeyd edək ki nazir

NOVRUZ MƏMMƏDOV ÖLKƏNİN BAŞ NAZİRİ TƏYİN OLUNDU

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram: 1. Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilsin. 2. Bu

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ərdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…AVMVİB Zəngilan rayon şöbəsi yardım aksiyası keçirdiXOCAVƏNDİN İŞĞALI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİUkrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşırQa­zaxda ekskavato­r atə­şə tutul­du — Azərbaycan vətəndaşı mülki şəxs həlak olduBBC Qarabağ qazilərindən yazdıSəməd Seyidov ermənilər qarşısında niyə susub? Növbəti erməni fitnəsi...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ