Etmiad Əsədovun vəfatından 1 il keçdi...Rəhmətlə anırıq

Etmiad Əsədovun vəfatından 1 il keçdi...Rəhmətlə anırıq


Etmiad Əsədov 1 ildi ki aramızda yoxdu. Yeri görünən və uzaqlaşan zaman içində bizə daha yaxınlaşan Qazi Etimad Əsədovu rəhmətlə anırıq...

Məkanın cənnət olsun!

Təkrar: QAZİNİN ÖLÜMÜ: ETİMAD ƏSƏDOV HAQQA YÜRÜDÜ

Xaqani Ədəboğlu

(Elegiya)

Dərmanım tapılmır, ağır xəstəyəm,
Köhnə yaralarım hələ qan verir.
Mən diri şəhidəm, ayaq üstəyəm,
Vətənsiz ölənlər, necə can verir?
(Ə. Saldaş)

Xəbər çox acı xəbərdi. Məmləkət sevdalı, Bayraq sevdalı, Torpaq sevdalı, Qarabağ nisgilli qazi Etimad Əsədov dünyamızı tərk etdi...
Yolu səngərdən, partlayışdan, hospitaldan, zindandan, xəstəxanalardan keçib. Vətən uğrunda mübarizədən yaralı dönən Etimad Əsədovla Mərkəzi Hospitalda eyni palatada həyat uğrunda mübarizə aparırdıq. Onun ayağı və mənim də əlim qanqrena vermişdi. Hərdən o ağrıların şiddətiylə gəzişəndə onu da görürdüm. İlk söhbətimiz də yadımdadı. Qardaşı Sübhan və döyüş dostu Asəflə onun yanına getdik. Mənə ürək - dirək verib dedi ki, sənə nə var ki, əlini cibinə qoyub gəzəcəksən. Kimsə bilməyəcək. Deyəsən, mənim ayağımı kəsəcəklər.

Hospitalda bir qəribə həsəd vardı və onu heç zaman unutmadım. İki ayağı kəsilənlər, bir ayağı kəsilənlərə, bir ayağı kəsilənlər, əli kəsilənlərə, iki əli kəsilənlər, bir gözünü itirənlərə həsəd aparardılar. Amma sonuc: "Hər şey fəda olsun Vətənə!"-deyimiylə bitərdi.
Bir dəfə də soruşdu ki, niyə biləyini çox ovcalayırsan? Dedim ki, olmayan barmaqlarım qaşınır. O barmağımı qaşımaq üçün bu saat 1 milyon verərəm. Güldü ki, mənim də olmayan ayaq barmaqlarım qaşınır, hərdən. Düzü eyni şey, mənim də ağlıma gəlib. Bu gün ikinci məzarına tələsdin...

Çətindir sinəmdə ovutmaq dağı,
Unuda bilmirəm olub keçəni.
Sabah məzarımın iki olmağı,
Bu gün sağlığımda yandırır məni.
(Həbib Səfər)

...Etimad bəy ruhən savaşçı doğulmuşdu və o ruhu həyatının sonunadək bir Vətən kimi qorudu və kəfən kimi geyinib getdi. Savaşçı kimi bizləri tərk etdi. Kimsəyə əyilmədən, kimsəyə əl açmadan öz Tanrısına yürüdü. Bilirəm, o son məqamda da mütləq belə demiş olar:

Həyat dediyin nədir ki,
Ya bir gün, ya bir güllə...

Etimad Əsədov kimi adamlar məzarları ilə də Vətəni böyütməyə gedərlər. Əbədiyyən unudulmayacaq adını dünyada qoyub bu keşiyində durduğu Vətənə torpaq olmağa gedərlər. Torpaq ona görə müqəddəsdir. Səngər qoxulu döyüşçü qardaşını itirmək Vətən itirmək qədər ağırdır. Bu iki ağrını bu gün bir daha hiss elədim. Hər ikisiylə bir görüş ümüdüylə ayrılırsan. Zamanını və məkanını bilmədən. Məhcul bir ayrılıq. Çünki arxada viran edilmiş bir yurd nigarançılığı və öndə şəhid qardaşlarımızın məlum bir sualının cavabını verə bilməmək qorxusu var...

Etimad hamı kimi yaşamadı. Vətənə borcunu verərkən "yarımcan borcu" qalan yarımcan qazilərin bir-bir hayına, köməyinə yetmək istədi. Bu gün heç bir qazi onun yardımından yararlanmadığını deyə bilməz. İnanmıram ki, deyən olsun! Bu yolda minlərlə şəhid övladının, qazi övladının göz yaşını mirvari kimi görənlərə qarşı savaş açdığına görə ona düşmən kəsildilər. Bu məmləkəti yağlı tikə kimi sevənlərlə savaşı da Etimad qazandı. Çünki məmləkət insanı var olduqca, onun adının yaşayacağı şəksizdir.

Amma ona düşmən olanlar, savaşçıları heç sevməzlər...

Buralarda ölüm var
Ya oralarda yoxmu, ölüm?
Yoxsa sor özünə
Nədən çox sevir bizi,
Sizin sevmədiyiniz qədər?
(Fikret Tuncer)

Şərəfli ölüm bizləri sevsə, yetər. 3 qəpiyə Vətənlərini, 5 qəpiyə bədənlərini satanların bizləri sevməsi qorxuludu...
Etimad bəy haqqa yürüdü. Məmləkət insanı müqəddəs himnimizə öz qəhərini qata-qata, "Hüququndan keçən əsgər"-oxudu. Qəzan mübarək, əsgər qardaşım!

Allahın cənnətində şəhidlərimizlə həmsöhbət olasan.

Amma bu gedişinlə sıralarımızı yaman seyrəltdin. Çünki düşmən öz strateji hədəfini son qazinin öldüyü günədək təxirə salıb vaxt uzadır. Sən heç belə etibarsızlıq etməzdin. Niyə bu dəfə önə düşdün?

İnanıram ki, hər veteranımızı son mənzilə yola saldıqda dilimdə düyünlənib qalan bu xahişə ilkin dəstək verən də Sən olardın: "DÖYÜŞÇÜ QARDAŞLARIM, MƏN SİZDƏN QARABAĞI GÖRMƏDƏN ÖLMƏMƏYİ XAHİŞ EDİRƏM! OLURMU?"

Etmad bəy 55 yaşını tamamlamadı. Eyni ildə doğulduq. Amma bizim nəsil gəncliyini heç yaşaya bilmədi. Buna vaxtımız olmadı. Bizim gələcəyimizi oğurladılar. Bizim bu günümüz də olmadı.

Bu utanc ilə nə yaşamağa, nə də ölməyə haqqımız da yoxdur. Çünki bizdən sonra gələcək nəsillərin çiyninə qoyduğumuz bu yükə görə öz xəcalət yükümüz var. Bu vəbal, siyasəti xəyanətin sinoniminə çevirmiş bir para dəllalın boynundadır. Etimad bəy qazi kimi bu silləni vəbal sahiblərinin sifətinə vurmağı bacarırdı. Çünki əsil qaziydi...

Məkanın Cənnət olsun, Qarabağ nisgiliylə kəfənlənmiş Qazimiz!
16 oktyabr 2019 /

Etmiad Əsədovun vəfatından 1 il keçdi...Rəhmətlə anırıq

Похожие новости

QARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...

Bəzi qorxaqlar qaçıb "bakılı balası" olmağa gələndə bakılı balası Sadiq Qədirli düşmənin qorxulu röyasına çevrilən XTPD (OMON) tərkibində qarabağlı olmağa getmişdi. Öncə vətənin, sonra isə taleyin

QARABAĞ QAZİSİNİN ÖLÜMÜ: ETİMAD ƏSƏDOV HAQQA YÜRÜDÜ

Xaqani Ədəboğlu (Elegiya) Dərmanım tapılmır, ağır xəstəyəm, Köhnə yaralarım hələ qan verir. Mən diri şəhidəm, ayaq üstəyəm, Vətənsiz ölənlər, necə can verir? (Ə. Saldaş) Xəbər çox acı xəbərdi.

BAŞSAĞLIĞI

Qarabağ Qaziləri İctimai Birliyinə, mərhumun yaxınlarına Etimad Əsədovun vaxtsız vəfatıyla bağlı dərin hüznlə başsağlığı verir və dərindən kədərləndiyimizi bildiririk. Onun əziz xatirəsi hər bir

Qazilərin hüquqları uğrunda mübarizənin Böyük Mücahidi bizlərə vida etdi

Acı bir xəbər aldıq. “Qarabağ qazilər” Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib. Ehtimad Savalan oğlu Əsədov 20 dekabr 1963 - cü ildə Ağdam rayonunun Paprəvənd kəndində

Savaş bir istəyimizi ala bilmədi

Xaqani Ədəboğlu Buralarda savaş var Oralarda günəş varmı? Varsa sor ona Niyə isitmir bizi Sizi isitdiyi qədər? (Fikret Tuncer "Əsgər məktubu") Biz savaşa yollananda 20-30 yaşlarındaydıq. Bir dahinin
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
AVMVİB Tovuz rayon şöbəsi Anım tədbiri keçirdiMüxalifətin «miqrasiya mafiyası» Avropada mühacir statusu almaq üçün ermənilərə də yardım göstərirmişErməni deputat əsgər ölümlərindən danışıbMehriban Əliyeva Rusiyaya rəsmi səfərə gedibQarabağı istəməyən "Qarabağ" qəzeti-VideoPrimakov bayraqlıların gizli hədəflərinə işıq düşürYerevanda Corc Soros əleyhinə etiraz aksiyası keçirilirSürücülərə etibarnamə ilə bağlı ŞAD XƏBƏRErmənistan ordusunda istefalar başladıŞuşanın icra başçısı yenə "gül vurdu"1991-ci ilin qara gələn 20 noyabrından 28 il ötdü...Veteranlar döyüş dostlarını ziyarət etdilərXalqın küçələrə töküldüyü İranda ordu HƏRƏKƏTƏ KEÇDİSumqayıtın 70 illik yubileyi qeyd edildiPrezident İlham Əliyev: “Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var”Novruz Məmmədov yeni vəzifəyə təyin olunduİsgəndər Həmidov siyasətdən getdiÖlkə rəhbərinin göstərişləri necə həyata keçirilir? - Nizami rayonuİranda etirazçılar polis və təhlükəsizlik işçilərini girov götürüb-Video“Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…” – Ermənistanın keçmiş baş naziriATMACA: "Psixolox" Nərminin şərab keyfiNASA Yer kürəsində milyonlarla insanı məhv edəcək asteroidin düşmə tarixini açıqladıCəlil Məmmədquluzadənin nəticəsi:"Azərbaycanı daha dərindən öyrənməyə çalışacam"ƏRDOĞAN “ERMƏNİ SOYQIRIMI”NDAN DANIŞDI:"Bu iftiradan qurtula bilmirik"BMT-nin dəyərsiz qətnamələri: 884 saylı qətnamə"ÜFÜQ" EİB VƏ "DALĞA" EİM İŞÇİLƏRİ MAAŞ ÜZÜNƏ HƏSRƏT QALIBLARYevgeni Satanovskiy-Vladimir Solovyov: Bakı bir erməni şəhəri idi. BakurakertErməni jurnalistləri Bakıya kim gətirir?Roma Papası: "Cəhənnəm yoxdur, Adəm və Həvva gerçək deyil”Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!İranda aksiyada ölənlərin sayı 25 nəfərə çatdıAVMVİB Ağdaş rayon şöbəsi YAP-ın 27 illiyinə həsr olunmuş tədbirdə iştirak edibBölgə veteranlarına diqqət artırılmalıdır"Müharibə veteranı" fərqləndirici döş nişanı hazırdırŞuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlarErmənilərin erməniləri güldürən xəritəsi – Fotoİşğalçı Ermənistan Araz çayında ekoloji fəlakət yaratdı-Video“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRRMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdiDoqquz yaşlı oğlan universitetə qəbul olduAtatürkün Türklük ilə bağlı dediyi sözlər...AVMVİB-nin yersiz-yurdsuz Biləsuvar şöbəsindəŞəhid ailəsi və əlilliyi olan şəxslərə mənzillər veriləcəkHacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunurBMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnaməİlham Əliyev: “Savadsız bir demaqoq Müdafiə naziri olmuşdu”Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürprizi
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ