Zabit şərəfimiz Qarabağda ləkələndi… - Rus polkovnik

Zabit şərəfimiz Qarabağda ləkələndi… - Rus polkovnik
Anar Yusifoğlu

Dünyada elə şəhərlər, kəndlər var ki, dəhşəti, faciəni, kütləvi qırğını anlamaq üçün təkcə o yerlərin adlarını yada salmaq kifayətdir – Xolokost, Xocalı kimi…

Dünyada elə mili qırğın ilhamvericiləri var ki, onları bir sözlə də ifadə etmək olur – faşistlər, daşnaklar kimi…

Xolokost yəhudi, Xocalı azərbaycanlıların qırğınının adıdır.

Faşizm yəhudi, daşnak türk soyqırımının səbəbkarıdır.

Yalnız bir fərq var: bütün dünya faşizmi lənətlədi, faşist işğalının qarşısını aldı, Xolokost faciəsini etiraf etdi… Ancaq bütün dünya daşnakı dəstəkləyir, erməni işğalını dayandırmaq istəmir, Xocalı faciəsini etiraf etmir…

***

Ötən əsrdə ermənilər Xocalını yer üzündən silmək üçün üç soyqırım həyata keçiriblər. Niyə məhz Xocalı? Niyə ermənilər Azərbaycanın torpaqlarını özününküləşdirmək üçün birinci növbədə Xocalını yer üzündən silmək istəyirdilər?

Xocalı hansı önəm daşıyırdı?

Xocalının tarixi

Tarix dərsliklərindən öyrəndiklərimiz bunlardır: Xocalı 3500 il yaşı olan abidələr, kurqanlar, yüksək sivilizasiyadan xəbər verən saxsı qablar, silahlar, qızıl-zinət əşyaları, şüşə parçaları ilə məşhur idi. Bu şəhərdə eradan əvvəl XIV -VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşirdi, son bürünc və ilkin daş dövrünə aid dəfn abidələri – sandıq qəbirlər, kurqanlar və nekropollar tapılmışdı. Arxeoloji qazıntılar zamanı tapılmış muncuq dənələrindən birində bizim eradan əvvəl 807-788-ci illərdə yaşamış Assuriya şahı Adadnerarinin adı yazılmışdı. Tədqiqatçılar tapıntı faktlarına görə bu yurdu "qədim dünyanın mədəniyyət mərkəzi” adlandırırdılar.

Xocalı Azərbaycanın mədəniyyət tarixiydi...

Görünür, ermənilər Qarabağın və ümumiyyətlə, Qafqazın ən qədim xalqı olan azərbaycanlılar haqda hər şeyi, həmçinin onun mədəniyyət tarixini silməkdə israrlıydılar.

Xocalı soyqırımının tarixi

Ermənilərin Xocalıya qarşı ciddi hərbi yürüşü ilk dəfə 1905-1906-cı illərdə oldu. Dağlıq Qarabağdakı bu qədim yaşayış məskəninin əhalisi vəhşicəsinə qətlə yetirildi, evləri yandırdı, kənd büsbütün dağıdıldı.
Zabit şərəfimiz Qarabağda ləkələndi… - Rus polkovnik
1905-ci il faciələrinin canlı şahidi olan erməni Ohanis Apresyan xatirələrində yazır: "Qarabağda guya sakitliyi bərpa etmək üçün gəzən atlı kazaklar biz ermənilərə deyirdilər ki, gündüz vaxtı biz öz vəzifəmizi yerinə yetiririk, sizin azərbaycanlılara hücum etməyinizə yol verə bilmərik. Amma axşama doğru vəzifəmiz bitir, evlərdə qonaq oluruq. Sizin bayırda nə iş görməyiniz daha bizi maraqlandırmır.
Zabit şərəfimiz Qarabağda ləkələndi… - Rus polkovnik
Bu sözdən sonra bizimkilər silahlanaraq türk məhəllələrinə hücuma keçdilər... Qapılar qırıldı və evlərdəki ən son türk öldürülənə qədər qırğınlar davam etdi. Fəryad səsindən qulağımı tıxamağa məcbur olurdum...”

Bu qanlı etiraf bir daha təsdiqləyir ki, ermənilərin türklərə qarşı ilk qırğınlarının da arxasında rus hərbçiləri dayanırdı...

10 il sonra ermənilərin fürsətdən istifadə edərək azərbaycanlılara qarşı törətdikləri soyqırım yenə də Xocalıdan başladı. Qırğınlardan yenicə özünə gəlməyə başlayan Xocalı 1917-20-ci illərdə bir daha qanına qəltan edildi.

Bütün Azərbaycanı əhatə eləyən bu qırğınların səbəbkarlarından biri Stepan Şaumyan xatirələrində yazırdı: "Biz ələ düşən ilk bəhanədən, atlı dəstəmizin üzərinə basqın cəhdindən istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim Bakı Sovetinin yaxşı silahlanmış 6 min nəfər əsgərimiz vardı. Üstəlik, Daşnaksütun partiyasının 4 min nəfərlik silahlı milli hissələri də bizim sərəncamımızda idi. Sonuncuların vətəndaş müharibəsində iştirakı bu müharibəyə milli qırğın xarakteri verdi. Lakin bu milli qırğından qaçmaq mümkün deyildi...”

Stepan Şaumyanın "qaça bilmədiyi” bu milli qırğınların ümumi nəticəsi olaraq yüz minlərlə Azərbaycan türkü qətlə yetirildi, Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlanan dövlət yaradıldı və bu torpaqlarda yaşayan 575 min nəfər türk amansızlıqla qətlə yetirildi.

1905 və 1920-ci illərdə azərbaycanlılara qarşı bu terroru rus hərbi birləşmələrinin tərkibində olan 100 minlik "Zinavrlar” ordusu, daşnak alayları, "Çetnik” və "Xmbabet” hərbi-terror dəstələri, rus silahlarıyla silahlandırılan Andronikin "könüllülər korpusu” və daşnakların 40 minlik silahlı qüvvələri həyata keçirmişdilər...

1920-ci ilə qədər olan bütün bu qırğınlardan – dəfələrlə törədilən yanğınlardan, qırğınlardan sonra da Xocalını yer üzündən silmək mümkün olmadı. Xocalı yenidən insan nəfəsiylə isindi, genişləndi, böyüdü, şəhərə çevrildi.

Sonuncu, üçüncü həmlə isə 1992-ci ilin fevralında baş verdi. Bu dəfə 7 min nəfərlik Xocalı şəhərini ermənilər bütövlükdə məhv eləməyi bacardılar, yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirildi, uşaq, qadın, ağsaqqal, ağbirçək demədən hamısını qırdılar, qətlə yetirdikləri insanları meyitlərini təhqir etdilər.

İndi biz bütün dünyanı inandırmaq istəyirik ki, ermənilər Azərbaycan torpaqlarını işğal eləyiblər. Ancaq bütün dünya yaxşı bilir ki, ermənilər işğalçıdır və BMT Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 4 qətnamə qəbul eləyib…

İndi biz dünya ictimaiyyətini inandırmaq istəyirik ki, ermənilər Azərbaycan türklərinə qarşı soyqırım həyata keçiriblər. Ancaq unuduruq ki, dünya həqiqətləri hamıdan yaxşı bilir. Çünki soyqırımı gözləri ilə görən xarici jurnalistlər bu faktları hadisədən dərhal sonra dünyaya çatdırdılar.

Soyqırım dünya mətbuatında

Fransanın "Krua İ-Evenaman” jurnalı (29 fevral 1992-ci il): …Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

İngiltərənin "Sandi-tayms” qəzeti (1 mart 1992-ci il): Erməni əsgərləri minlərlə azərbaycanlı ailəsini məhv etmişlər.

İngiltərənin "Faynenşl tayms” qəzeti (9 mart 1992-ci il): Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar... Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

İngiltərənin "Tayms” qəzeti (4 mart 1992-ci il): Azərbaycanlıların çoxunun meyiti eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

Rusiyanın "İzvestiya” qəzeti (4 mart 1992-ci il): Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir, kişilərin skalpları götürülmüşdür.

Fransanın "Le Mond” qəzeti: (14 mart 1992-ci il): Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.

Rusiyanın "İzvestiya” qəzeti (13 mart 1992-ci il): Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

İngiltərənin "Valer aktuel” jurnalı (14 mart 1992-ci il): Bu "muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər...

Bu faktları dünya ictimaiyyətinə çatdıran xarici qəzet və jurnalların sayı yüzlərlədir. Dünya ictimaiyyəti bütün faktları bilir, ancaq bütün bunlara baxmayaraq, yenə də işğalçını müdafiə etməkdə davam edir.

Məhv edilən Xocalı səddi

Ermənilər bu yaşayış məntəqəsini məhv etməklə bir tərəfdən Azərbaycan tarixini silməyə çalışırdılarsa, digər tərəfdən işğal planlarını həyata keçirmək üçün qarşılarındakı ən böyük maneəni aradan qaldırmaq istəyirdilər. Çünki Xocalı həm də strateji baxımından çox əhəmiyyətli mövqedə yerləşirdi.

Xocalı rayonu şimaldan və şimal-şərqdən Kəlbəcər və Ağdam rayonları, qərbdən Laçın rayonuyla həmsərhəd idi. 946 kvadrat kilometr ərazisinin 40 faizi meşəlik olan Xocalı rayonunun qərb sərhədi boyunca Kiçik Qafqaz dağları uzanırdı. Rayonun ən yüksək zirvəsi 2843 metr hündürlüyü olan Qızqala və 2827 metr hündürlüyü olan Qırxqız dağlarıydı. Rayonda 100 çarpayılıq xəstəxana, 28 tibb məntəqəsi, 30 məktəb, 36 kitabxana, 13 mədəniyyət evi, 31 klub, 37 kinoqurğu vardı.

Ən əsası isə Xocalı Ağdamdan Qarabağın tacı olan Qalaya – əzəmətli Şuşaya gedən yolun üstündə, Xankəndinin 10 kilometrliyində yerləşirdi.

Ermənilər Şuşaya həmlə etmək istəyəndə sinəsini qabağa verən Xocalı olurdu – Xankəndi istiqamətində atəş açmaqla düşmənin irəliləməsini əngəlləyirdi...

Soyqırımla qazanılan milyonlar

Dağlıq Qarabağda ermənilərin apardığı bütün əməliyyatlarda Rusiyanın 366-cı motoatıcı diviziyası aktiv iştirak edirdi. Erməni hərbi birləşmələri ilə sıx münasibətdə olan 366-cı diviziyanın komandiri Zarviqorov Yuri Yuriyeviç hərbi əməliyyatların qarşılığında ermənilərdən pul alırdı. Hətta hərbi yardım müqabilində konkret məzənnələr də müəyyənləşmişdi. Dinc əhaliyə qarşı qırğınlarla barışmayaraq ağ bayraq qaldırıb azərbaycanlılar tərəfə keçən 366-cı alayın 3 əsgərinin verdiyi məlumata görə:

1) Azərbaycanlıların yaşayış məntəqəsinə 1 top atəşi – 1300 rubla,

2) BTR-in bir gecəlik icarəsi – 5 min rubla,

3) Piyadaların Döyüş Maşını – PDM-dən ibarət 6 döyüş qrupunun bir hərbi əməliyyatı üçün – 1 milyon 500 min rubl,

4) Kiçik rütbəli zabitlərin təlimatlarına – 4 min rubl və sair ödənilirdi...

...Son əməliyyata isə ermənilər daha çox vəsait xərcləməli olmuşdular.

1992-ci il fevralın 16-da komandir Zarviqorovun razılığı ilə 366-cı alayın nəzdində "Klukin, erməni cəbhəsi” adlı rota yaradılır. Rotanın əsgərləri Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmaları tərəfindən göndərilən ermənilərdən, silahları isə 366-cı alayın texnikasından ibarət olur. Bu rotaya Xaçik Vartanyan başçılıq edir.

Fevralın 17-də isə Livandan gətirilən məzdlu ("nayomnik”) qızlardan ibarət "Şuşanik” snayperlər dəstəsi yaradılır və diviziyanın tərkibinə qatılır.

Bütün hazırlıqlar Xocalını məhv etməyə yönəlmişdi. Ancaq bu hazırlıqlara baxmayaraq, ermənilər Xocalıya döyüşə-döyüşə girməyə cəsarət etmədilər.

Xocalıya hücumu 366-cı diviziya həyata keçirdi.

Fevralın 25-də, gecə saat 23 radələrində 366-cı diviziya 11 istiqamətdən – Həsənabad kəndindən, təyyarə limanının şərqindən, İncik təpədən, donuzçuluq kompleksi istiqamətindən, Qarqar çayının sol və sağından, Daşbulaq və Norqux yollarından, Daştəpə, Bozdağ və Əsgəran tərəflərdən Xocalıya hücuma keçdi. "Qrad” və "Uraqan” raket artilleriya qurğularının güclü atəşi ilə müşayiət olunan bu hücumun qarşısında cəmi 12 avtomatı olan 30 nəfərlik özünümüdafiə batalyonunun əsgərləri və təyyarə limanını qoruyan 50 nəfərlik milis işçiləri dayana bilmədilər.

Ətraf aləmdən tamamilə təcrid olunan Xocalını 366-cı motoatıcı diviziya işğal etdi, onların ardınca gələn erməni hərbi birləşmələri isə yerli əhaliyə qarşı qırğınlar törətməyə başladı...

Rus zabitinin türk qanıyla ləkələnən şərəfi

Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik V.Savelyev erməni terror təşkilatlarıyla Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatların şərhini verdiyi "Məxfi arayış”ında yazır:

"Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə qadınların güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.

Silahsız əhaliyə – qocaya, uşağa, hamilə qadına qarşı işgəncə rusların zabit şərəfini ləkələyən faktlar idi.

Bu soyqırım nəticəsində 613 nəfər şəhid oldu, onlardan 56 nəfər xüsusi qəddarlıqla və işgəncələrlə öldürüldü. 27 ailə tamamilə məhv edildi. 230 ailə başsız qaldı. 1275 nəfər əsir düşdü.

Öldürülənlər arasında qulağı kəsilənlər, başının dərisi soyulanlar vardı.

Xocalı bir əsrdə üçüncü dəfə erməni vəhşiliklərinin qarşısında aciz qaldı. Və əvvəlkilərdən fərqli olaraq, bu dəfə ayağa qalxa bilmədi.

Erməni vəhşiliyindən heyrətə gələn erməni

Bu faciənin şahidi olan hətta erməni jurnalisti də gördüklərindən heyrətə gəlmişdi. O, çap etdirdiyi məqaləsində yazırdı:

"Xocalıda qətlə yetirdikləri 100 nəfərin cəsədini yan-yana düzərək körpü düzəltdilər. Mən bu körpüdəki cəsədlərin üzərindən keçəndə, ayağımı körpə bir uşağın sinəsinə qoyanda elə titrədim ki, fotoaparatım, bloknotum, qələmim yerə düşərək körpənin al qanına boyandı. Özümü tamamilə itirdim. Bədənim tir-tir titrədi...”

"İzvestiya” qəzetinin hadisə yerinə gələn müxbiri V.Bellax isə müşahidələrini belə qeyd etmişdi:

"Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi...”

***

Xocalıda bir-birinin üstünə qalaqlanan və od vurulub yandırıldığı, traktorla kürünərək dərəyə yuvarladıldığı barədə məlumat verilən insanların itkin düşən xocalılar olduğunu təsəvvür etmək də çətin deyil...

Xocalı soyqırımına dünyanın münasibəti

Xocalı faciəsini kameralarıyla çəkən, bu dəhşətləri dəfələrlə izləmək imkanı olan və erməni vəhşilikləri haqda öz jurnalistlərinin hadisə yerindən reportajlarını oxuyan Avropa, azərbaycanlıların deyil, ermənilərin "soyqırım”a məruz qaldığı haqqında 1915-ci il tarixi saxtakarlığını tanıyır;

İraqın Küveytə təcavüzünə görə dərhal əməliyyata başlayan Qərb və Amerika ermənilərin işğalçı olduğunu etiraf etdikdən sonra Azərbaycanı güzəşt etməyə çağırır;

Ermənilər işğal etdikləri ərazilərimizdə, o cümlədən Xocalıda tarixi abidələrimizi yer üzündən silir, ata-babalarımızın qəbirlərini dağıdır, əvəzində isə Avropa Şurası Parlament Assambleyası Naxçıvanda mövcud olmayan erməni qəbirlərinin azərbaycanlılar tərəfindən guya dağıdılmasını pisləyən qətnamə qəbul eləyir;

Azərbaycanda mili münaqişə törədib ölkəni parçalayan separatçının "insan haqları”nı tanıyan və buna görə bir-birinin ardınca bəyanat verən Avropa skalpı qoparılmış, gözləri çıxarılmış, diri-diri yandırılmış və torpağa gömülmüş 575 min insanın qatilini görmək istəmir, öz dədə-baba torpaqlarından qaçqın salınmış, yaşamaq haqqı əlindən alınmış 1 milyon didərginin hüquqlarını qorumağı ağlının ucundan belə keçirmir.

Bəs, qırılan, məhv edilən, torpaqları əlindən alınan, öz torpağında didərgin salınan Azərbaycan xalqının fəryadı eşidilmirsə...

...biz nə etməliyik? /Aktual/
22 oktyabr 2019 /

Zabit şərəfimiz Qarabağda ləkələndi… - Rus polkovnik

Похожие новости

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatı AZƏRTAC-a şərh edən “Azərbaycan Respublikası Dağlıq

TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...

O QANIN ÜSTÜNDƏN 27 İL KEÇİR - XOCALI SOYQIRIMI QİSASINI İSTƏYİR... Redaktordan: Bir çoxlarınız üçün bu faktlar ilk dəfə açıqlanacaq. Oxuyun və bu cəhənnəm qoxuyan cinayətkar sazişi, bu cinayətin

Prezident Xocalı soyqırımının 27-ci ildönümü haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının iyirmi

Ermənilərin türklərə qarşı soyqırım siyasəti

Ermənilər, tarix boyu dünyayı aldatmaqda ən mahir millət kimi qəbul edilə bilər. Ona görə ki, kosmopolit siyasəti ustalıqla həyata keçirə bilirlər. Gerçəkləri gizlədərək, yalanlarına inandırmaq

RUSİYA ERMƏNİLƏRİN BÜTÜN CİNAYƏTLƏRİNƏ ŞƏRİKDİRLƏR

Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
"ÜFÜQ" EİB VƏ "DALĞA" EİM İŞÇİLƏRİ MAAŞ ÜZÜNƏ HƏSRƏT QALIBLARYevgeni Satanovskiy-Vladimir Solovyov: Bakı bir erməni şəhəri idi. BakurakertErməni jurnalistləri Bakıya kim gətirir?Roma Papası: "Cəhənnəm yoxdur, Adəm və Həvva gerçək deyil”Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!İranda aksiyada ölənlərin sayı 25 nəfərə çatdıAVMVİB Ağdaş rayon şöbəsi YAP-ın 27 illiyinə həsr olunmuş tədbirdə iştirak edibBölgə veteranlarına diqqət artırılmalıdır"Müharibə veteranı" fərqləndirici döş nişanı hazırdırŞuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlarErmənilərin erməniləri güldürən xəritəsi – Fotoİşğalçı Ermənistan Araz çayında ekoloji fəlakət yaratdı-Video“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRRMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdiDoqquz yaşlı oğlan universitetə qəbul olduAtatürkün Türklük ilə bağlı dediyi sözlər...AVMVİB-nin yersiz-yurdsuz Biləsuvar şöbəsindəŞəhid ailəsi və əlilliyi olan şəxslərə mənzillər veriləcəkHacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunurBMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnaməİlham Əliyev: “Savadsız bir demaqoq Müdafiə naziri olmuşdu”Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildi
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ