Azərbaycanın ukraynalı qəhrəmanı

Azərbaycanın ukraynalı qəhrəmanı



Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölkəmizin Ukraynadakı səfirliyinin hərbi attaşe aparatının nümayəndələri Xarkov vilayətinin Zimiyov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, onun xatirəsinə həsr olunmuş anım mərasimində iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev, baş köməkçi polkovnik-leytenant Emil Allahverdiyev və ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Milli Qəhrəmanın yaşadığı evdə onun xatirəsi anılıb, keçdiyi həyat yolundan danışılıb. Sonra Milli Qəhrəmanın dəfn olunduğu Zimiyov şəhər qəbiristanlığında məzarı önündə anım tədbiri keçirilib. R. Polovinkanın “Azərbaycanın Milli Qəhrəmanı” sözləri yazılmış və səkkiz guşəli ulduz təsvir olunmuş məzarı üzərinə Müdafiə Nazirliyi adından qızıl gül səbəti qoyulub, ailəsinə Müdafiə nazirinin şəxsi hədiyyələri təqdim edilib.

Polkovnik İ. Ağayev çıxış edərək bildirib ki, iki xalqın övladı olan R. Polovinka şəhidliyi ilə xalqlarımızın dostluğunun əbədi və sarsılmaz olduğunu bir daha sübut edib. Azərbaycan və Ukrayna xalqlarının tarixi dostluq ənənələrinin uğurla davam etdiyini vurğulayan İ. Ağayev bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli qəhrəmanlarımıza, şəhidlərimizin ailələrinə yüksək dövlət qayğısı mövcuddur. Bu qayğının bariz nümunələrindən biri də şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsidir. Artıq bu müavinət R. Polovinkanın ailəsinin hesabına da köçürülüb. Bundan başqa Azərbaycan dövlətinin sifarişi ilə hazırda Milli Qəhrəmanımız haqqında sənədli film də çəkilir.

Milli Qəhrəmanın anası Qalina İvanovna oğlunun xatirəsinə göstərilən yüksək diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə, xalqımıza və Müdafiə nazirinə minnətdarlığını bildirib. Şəhidin atası Aleksandr Qriqoryeviç daim Azərbaycan dövlətinin qayğısını hiss etdiklərini və bundan məmnun qaldıqlarını vurğulayıb.

Xatırladaq ki, Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş leytenant R.Polovinka Qubadlı, Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. 1992-ci ilin avqustun 6-da R.Polovinka Mi-24 helikopterinin heyəti ilə birlikdə Ağdərə rayonunu ərazisində gedən ağır döyüşlərdə düşmənin xeyli sayda zirehli texnika və canlı qüvvəsini məhv edib. Lakin bu istiqamətdə etdiyi dördüncü uçuş zamanı helikopter düşmən tərəfindən raketlə vurulub. O, komandiri Zakir Məcidovun əmrinə baxmayaraq, komandirini tərk etməyib, son ana qədər aviasiya vasitəsini xilas etməyə çalışıb. Təəssüflər olsun ki, R. Polovinka uçuş heyətinin üzvləri ilə birlikdə şəhidlik zirvəsinə ucalıb.

Ruslan Mir
Azərbaycanın ukraynalı qəhrəmanı
Azərbaycanın ukraynalı qəhrəmanı
Azərbaycanın ukraynalı qəhrəmanı
27 oktyabr 2019 /

Azərbaycanın ukraynalı qəhrəmanı

Похожие новости

Zakir Həsənov Türkiyənin SAK qrupuna təşəkkür edir

Bu gün avqustun 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışlarında ölkəmizin müvafiq strukturları ilə birlikdə fəal iştirak

Zakir Həsənov şəhid ailəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti

Zakir Həsənov Milli Qəhrəmanın anasını ziyarət etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Belarusda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik

Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun Anım günü

Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun Anım günü keçirildi. Yelmar Şahmar oğlu Edilov 1946-cı il aprelin 10-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. O, 1991-ci ildə ətraf kəndlərin

Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun Anım mərasimi keçirildi

Bacarıqlı igid komandir Milli Qvardiyanın adını yüksəyə qaldırmış, 1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni hücumu zamanı aldığı güllə yarasından əbədi olaraq gözlərini yummuş, şəhid mayor
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O BAYRAĞA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildiOrdu döyüş atışlarını icra etdi - videoABŞ Azərbaycanın güc strukturlarının fəaliyyətini təqdir etdiİlham Əliyev icra başçılarına xəbərdarlıq etdiErmənistan son ay ərzində ORDUSUNDA BAŞ VERƏNLƏRTƏBRİK: İSMAYIL TANRIVERDİ - 64NƏ SOYQIRIMI? ERMƏNİLƏRİN QƏLƏMİNDƏN KÜRDLƏŞƏN ERMƏNİLƏR! ..Primakovun ölüsü də Bakıdan "əl çəkmir"Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən etirafDaha bir veteranımız sıralarımızı tərk etdiNazirlik hərbi pensiyalara artımlar barədə açıqlama verdiMehriban Əliyeva Qarabağ əlilinin həbs qoyulmuş evini özünə qaytardı - VideoAzərbaycan ABŞ-a nota verdiDaha bir veteranımız haqqa yürüdü...AVMVİB Biləsuvar rayon şöbəsinin sədri təltif edildiTürkiyə tək bu sənədlə erməniləri ifşa edə bilər - FotoƏsədin 18 hərbçisi Rusiyaya təhvil verildi - VİDEO"7 POLİS": Onlar geri dönmədən Vətənin keşiyində qaldılarBakı Slavyan Universitetinin rektoru ilə bağlı iddialara cavab verildiPaşinyan Qarabağa görə faşist olduPrezident yeni icra başçılarına şərt qoydu: Eşitsəm ki, əyri yola gedirsiniz, çox ciddi cəzalandırılacaqsınız
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ