Azərbaycandan “siqnal” gözləyən düşmənə cavab - Ordudakı "kötüklər"dən başlamalı...

Azərbaycandan “siqnal” gözləyən düşmənə cavab - Ordudakı "kötüklər"dən başlamalı...



İlham İsmayıl

Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın Böyük Britaniyada səfərdə olarkən BBC telekanalının “Hard Talk” (Ağır söhbət) verilişində iştirakı barədə mətbuatda müəyyən informasiyalar verilib. Verilişin adından da bəlli olduğu kimi söhbət erməni nazir üçün həqiqətən ağır keçib, hətta erməni jurnalist bu müsahibəni obrazlı şəkildə “Mnatsakanyanın əzişdirilməsi” kimi dəyərləndirib. Müsahibənin erməni nazir üçün ağırlığı öz yerində, amma Mnatsakanyan burda həm Paşinyanın, həm də özünün adından bir neçə dəfə təkrar edib ki, “biz Azərbaycandan siqnal gözləyirik”. Nazir siqnal dedikdə, əsasən “öz maraqlarına cavab verən, Dağlıq Qarabağda yaşayan əhalinin təhlükəsizliyini təmin edən” siqnalı gözlədiklərini, problemin həllində Azərbaycanın kompromisə getməsini önə çəkib və özlərinin də kompromisə meyilli olduqlarını gizlətməyib. Kompromisin detalları açıqlanmayıb. Amma, nazir iki dəfə vurğulayıb ki, “bizim üçün prioritet xalqın təhlükəsizliyidir”.

Bu müsahibədə bizim üçün yeni olan bəzi məqamlar var. Birincisi elə jurnalistin mövqeyidir. Açığı bizdə belə təsəvvür formalaşıb ki, Avropa, ABŞ yalnız erməninin tərəfini tutur, həqiqətlər haqqında yanlış təsəvvürləri var. Amma, verilişin aparıcısı Stefan Sakurun mövqeyi aydın göstərdi ki, ingilis jurnalist Qarabağ həqiqətlərini hətta bizim bəzi jurnalistlərdən, hər gün efirdə ancaq boş tərif söyləyən “politoloqlar”dan daha yaxşı bilir. Beynəlxalq hüququn, BMT prinsiplərinin Azərbaycanın yanında olduğunu erməni nazirin üzünə deyəcək qədər bilikli və cəsarətlidir.

İkinci tərəfdən ermənilərin bizdən siqnal gözləməsidir. Azərbaycanın indiyədək bəlli mövqeyi, yəni Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, bizim daimi siqnalımız olub. Bizim kompromisimiz Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək statuslu muxtariyyət verilməsidir. Bu aydındır. 26 ildir ki, qarşı tərəf bunu bildiyi halda yenidən hansı siqnalı gözləyə bilər? Xalqları sülhə hazırlamaq deyəndə bizdən bundan artıq kompromisin olmayacağını danışıqları aparan səlahiyyətli şəxslərimiz açıq bəyan etməyiblərmi? Əvvəllər edilib. Bəs, ermənini ümidləndirən başqa nə “siqnal” ola bilər? Birincisi, həmişə olduğu kimi ermənilər münaqişənin həllini uzatmaqda və vaxt qazanmaqda maraqlıdırlar, çünki düşünürlər ki, məskunlaşma, xarici ölkələrlə əlaqə, işğal bölgəsinə gələn başqa dövlətlərin parlamentariləri, digər rəsmi şəxsləri, beynəlxalq səviyyəli tədbirlər və başqa proseslər Qarabağda təxminən Colan təpələri və ya Abxaziya, Cənubi Osetiyanın tanınması sindromunu təkrarlaya, onları zamanla istəklərinə qovuşdura bilər. İkincisi, danışıqlar zamanı Azərbaycan cəmiyyətinin bilmədiyi qəbulolunmaz kompromis barədə ola bilər. Danışıqların detalları, mahiyyəti haqqında ən az bilgisi olan Azərbaycan cəmiyyətidir desək, az səhv etmiş olarıq. Aldığımız informasiya isə tam anlaşılmayan “kreativ” və “substantiv” terminlərdən o yana keçməyib.

Son aylarda Valdayda və Aşqabadda olan söz atışması hər iki cəmiyyətdə müəyyən əhval-ruhiyyəyə təsir edib və bizim vətəndaşlara əks tərəfdən fərqli olaraq qismən pozitiv ruh bağışlayıb. Hesab etmək olar ki, bu təsirin nəticəsində erməni nazir də əvvəllər olduğu kimi aqressiv deyil, yumşaq notlarla danışıb. Qarşı tərəf proseslərin bu cür davamının haraya gətirib çıxaracağının fərqindədir. Nazirin səfərini təhlil edən erməni jurnalistlər “əvvəl-axır müharibə olacaq və müharibə başlasa iki stulda( Rusiya və Qərb) əyləşən Ermənistana heç kim hətta mənəvi dəstək verməyəcək” qənaətindədirlər.

Azərbaycanda daxilə hesablanmış siyasi proseslər başlayıb və təbliğat vasitələri və siyasi bəyanatlar baş verənləri böyük islahatlar kimi təqdim edir. Olsun. Bu islahat Qarabağ siyasətində də olmalıdır. Daxildə islahatların alternativsiz olduğu və buna start veriləcəyi deyilirsə və buna əməl olunacaqsa, mütləq Qarabağ siyasətinə də təsir etməlidir və indiyədək aparılan Qarabağ siyasətində taktiki cəhətdən islahatlar aparılması olduqca vacibdir. Qarşı tərəfin elan etdiyi kompromisin son həddi bütün dünyaya yenidən elan edilməli və bunun “kreativ forması” tapılmalıdır. Bunun üçün variantlardan biri Qarabağla bağlı beynəlxalq tədbirin keçirilməsi və dünyaya bir daha Qarabağla bağlı Azərbaycanın net mövqeyini çatdırmaqdır. Beynəlxalq ictimaiyyətə bir daha çatdırılmalıdır ki, Ermənistan işğalçıdır və işğal 26 ildir davam edir. Azərbaycan xalqının da bir səbr sərhəddi var, əgər bundan sonra da sülh yolu ilə işğalçı münaqişəni həll etmək istəməyib vaxt uzadacaqsa, Azərbaycan bununla razılaşmayacaq və beynəlxalq qanunların ona verdiyi hüquqa və xalqın iradəsinə əsaslanıb hərb yolu ilə məsələni həll edəcək. Beynəlxalq aləmə hesablanmış genişmiqyaslı təbliğata başlamaq və paralel olaraq silahlı qüvvələrin müharibəyə hazırlaşdığını nümayiş etdirmək lazımdır. Yeri gəlmişkən, islahatın ən böyüyü elə orduda aparılmalıdır. Müdafiə Nazirliyində də islahatlar, kadr dəyişikliyi ən vacib məsələlərdən biridir. Daxili siyasətdəki kötüklərin orduda da olduğunu və belələrinin nəinki silahlı qüvvələrin zabit və əsgər heyəti içərisində, bütün cəmiyyətdə qıcıq və etiraz yaratdığı hamıya bəllidir.

Ermənilərin gözlədiyi “siqnal” diplomatiya və hərbi yolla paralel olaraq çatdırılmalıdır. Bu işə cavabdeh olanlar tezliklə yeni istiqamətdə proqram hazırlamalı, bütün detallar ciddi-cəhdlə və hərtərəfli işlənməli, düşmən qətiyyətimizi hiss etməlidir. Ən yaxşı siqnal bizim qətiyyətimizin əyani sübutu olacaq! /Moderator/
28 oktyabr 2019 /

Azərbaycandan “siqnal” gözləyən düşmənə cavab - Ordudakı "kötüklər"dən başlamalı...

Похожие новости

"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...

“İndi Dağlıq Qarabağ münaqişəsinin həlli və bölgədə sülhə nail olma yolları barədə fikirlərimizi ifadə edən formulumuz var. Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanla deeskalasiya

XİN AÇIQLADI: Qarabağ icmaları danışıqlar prosesinə qatılacaqmı?

"İlk növbədə nəzərə alınmalıdır ki, Ermənistan XİN mətbuat katibi tərəfindən qondarma “DQR” kimi təqdim edilən ərazi, bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan,

Qarabağa görə Yerevana dərhal beynəlxalq təzyiq göstərilməlidir — Denis Denisov

Erməni KİV-inin xəbərinə görə, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün prinsipləri səsləndirib. Ermənistanın XİN rəhbəri Zoqrab Mnatsakanyan

"QARABAĞDA SÖZ ERMƏNİ XALQININ OLMALIDIR" - PAŞİNYAN

"Dövlət sistemində bütünlüklə ətalət hökm sürür. Bizim əsas vəzifəmiz onu dayandırmaqdır”. Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan İrəvan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə

İlham Əliyev Paşinyana sərt cavab verdi

«Azərbaycan bayrağı işğal olunmuş ərazilərdə, o cümlədən Şuşa və Xankəndində tezliklə dalğalanacaq", bu barədə Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O BAYRAĞA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildiOrdu döyüş atışlarını icra etdi - videoABŞ Azərbaycanın güc strukturlarının fəaliyyətini təqdir etdiİlham Əliyev icra başçılarına xəbərdarlıq etdiErmənistan son ay ərzində ORDUSUNDA BAŞ VERƏNLƏRTƏBRİK: İSMAYIL TANRIVERDİ - 64NƏ SOYQIRIMI? ERMƏNİLƏRİN QƏLƏMİNDƏN KÜRDLƏŞƏN ERMƏNİLƏR! ..Primakovun ölüsü də Bakıdan "əl çəkmir"Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən etirafDaha bir veteranımız sıralarımızı tərk etdiNazirlik hərbi pensiyalara artımlar barədə açıqlama verdiMehriban Əliyeva Qarabağ əlilinin həbs qoyulmuş evini özünə qaytardı - VideoAzərbaycan ABŞ-a nota verdiDaha bir veteranımız haqqa yürüdü...AVMVİB Biləsuvar rayon şöbəsinin sədri təltif edildiTürkiyə tək bu sənədlə erməniləri ifşa edə bilər - FotoƏsədin 18 hərbçisi Rusiyaya təhvil verildi - VİDEO"7 POLİS": Onlar geri dönmədən Vətənin keşiyində qaldılarBakı Slavyan Universitetinin rektoru ilə bağlı iddialara cavab verildiPaşinyan Qarabağa görə faşist olduPrezident yeni icra başçılarına şərt qoydu: Eşitsəm ki, əyri yola gedirsiniz, çox ciddi cəzalandırılacaqsınız
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ