ALBANLAR KİM İDİ ???

ALBANLAR KİM İDİ ???
Azərbaycan tarixşünaslığında, rus-sovet imperiyasından qalmış belə səhv nöqteyi-nəzər var ki, Şimali Azərbaycan ərazisində türk azərbaycanlılar mənşəcə XI-XII əsrlərdən sonra dillərini itirmiş, türkləşmiş farslar və dağıstandilli albanlardır. Deməli, Azərbaycanda yayğın danışılan dil güya kənardan gətirilmə dildir. Keçən əsrlərdə Qafqazda olmuş rus məmurları tərəfindən sözgəlişi ya məqsədli deyilmiş bu səhv mülahizə sonralar bəzi rus, erməni, fars və gürcü tarixçilərin xoşuna gəlmiş, Azərbaycan tarixçiləri də onu ”Azərbaycan tarixi”nin I cildinə salmışdılar. Tarixçilərimizin bəzilərinin əsərlərində bu fikir hələ də müdafiə olunur. Azərbaycanlıların mənşəyi probleminin belə bayağı həllinə qarşı biz dəfələrlə yazmışıq. Bir vaxtlar Azərbaycan ərazisi hesabına Ləzgistan dövləti yaratmaq istəyən bəzi populist ləzgi xadimləri “Alban” etnoniminə və “Alpan” (Quba rayonu) toponiminə tez-tez istinad edir və hər iki adın ləzgicə olduğunu yazaraq Azərbaycana qarşı ərazi iddiasını tarixi baxımdan əsaslandırmağa çalışırdılar. Oxuduğunuz məqalədə söhbətimiz də bu adların mənşəyi barədədir.

Tarixdən xəbəri olan hər kəs bilir ki, Alban etnosunun varlığı ilk dəfə eramızdan əvvəl IV əsrdən məlumdur: Albanlar İran (Əhəməni) ordusunun tərəfində eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə Makedoniyalı İgəndərə qarşı vuruşmuşdur. Əlbət ki, bu məlumatda konkret bir tayfa nəzərdə tutulur, çünki o vaxt hələ Alban xalqı formalaşmamışdı. Ona görə, “Alban” etnik adı Albaniyada başqa dillərdə danışan tayfalara da şamil edilə bilməzdi. Yəni, o zaman üçün ümumiləşdirilmiş ada çevrilməsi hələ tezdi. Deməli, Şimali Azərbaycan ərazisində elə bir tayfa yaşayırdı ki, onun özünüadlandırması, yəni etnik adı “Alban” idi. Həm də bu tayfa sayca çoxluğa malik idi, əks halda ölkə onun adı ilə “Albaniya” adlanmazdı. Albaniyada, Kürdən şimalda dağıstandilli tayfalar da vardı və qədim mənbələrdə onlardan heç birinin özünüadlandırması “Alban” adıyla deyildi. Qədim tarixi-coğrafi mənbələrdə onlar lbin, silb, ciqb, her, kət, lək, uti adlandırılır ki, bu da müvafiq olaraq indiki avarların, saxurların, qrızlıların, xınalıqlıların, ləzgilərin və udinlərin ulu əcdadlarıdır. “Alban” adını daşıyanlar cənubda-Midiyada da yaşayırdı. Strabon (I əsr) yazır ki, albanların bir tayfası Midiya dağlarında kaduslarla (indiki talışların əcdadları) qonşuluqda yaşayır. “Midiya dağları” Xəzərin cənub qərbində Baqrov və Talış dağlarıdır. Həqiqətdə də XIX əsrdə indiki Yardımlı rayonunda əhalisi azərbaycanlılardan ibarət Alban kəndi vardı.
Antik müəllif Tatmit indiki Dərbənd zonasında “Alban dağları” adını çəkir. Bu məlumat III əsr müəllifi İppolit Portskinin albanların həm də, Kaspi keçidində (Dərbənd qala divarı VI əsrdə tikilmişdir, o vaxtdan həmin keçid “Kaspi keçidi ” adlanırdı) yaşaması haqqında məlumatı ilə üst-üstə düşür. “Tarixi-Dərbəndnamə”də yazılıb ki, Dərbənd səddi çıkildikdə tikilmiş qalalardan biri də Elpen qalası idi. Keçən əsrdə rus tədqiqatçısı V.Dori mənbələr əsasında yazmışdır ki, bu ad əslində “Səddi Alpan” kim nəzərə alınmalıdır. IX əsrdə Dərbənddən şimalda əhalisi türkdilli Albanoviçi adlı yaşayış məntəqəsinin adı məlumdur. Bu ad “Alban” etnonimindən, türkcə “oba” sözündən və rusca “içi” patronimik şəkilçisindən ibarətdir. Başqa sözlə, “Albanoviçi” adı “Albanoba” adına rusdilli əhali tərəfindən verilmiş addır. Müqayisə üçün deyək ki, XIII əsrdə Şimali Qafqazda yaşamış qıpçaqların Tərtər, Kul və Kuç tayfalarının məskənləri rus salnamələrində Terteroviçi, Kulubiçi, Kuçebiçi kimi qeyd olunmuşdur.

Albanlar həm də Mil düzündə-Paytakaran əyalətində yaşayırdılar. Paytakaran Beyləqan adının qədim ermənicə yazılış formasıdır. V əsr erməni tarixçisi Lazar Parbetsi Paytakaranda Alban alayları haqqında məlumat verir. XII əsrdə Beyləqanda bəzi şəxs adları isə türkcədir: Alp-Kuş, Altun-Taş, Tuq-Tiçin, Başar və b. V əsrə aid bir mənbədə qeyd olunur ki, Albanlar həm də Sisakanda (indiki Zəngəzurda) yaşayırlar. Deyilir ki, erməni əlifbasının yaradıcısı Maştos sisakana gəlmiş və alban dilini bilən Benjamin adlı bir nəfərlə görüşmüşdür. Sisakan knyazlığı indiki Naxçıvanın bir hissəsini və Ermənistanın Şərur-Dərələyəz mahalını da əhatə edirdi. Şərur-Dərələyəzdə “Elpan dərəsi” (Alpan dərəsi) Naxçıvanda “Alban təpələri” toponimləri məlumdur.

Antik müəlliflər yazırlar ki, albanlar və iberlər (gürcülər) meşəlik yerlərdə yaşayırlar. Bu məlumat Azərbaycanın şimal qərb zonasına aiddir. Alazanın sağ sahilində, Gürcüstanda “Alvan düzü”, iki Alban və iki Alpan kəndi orta əsrlərdən məlumdur. Umumiyətlə Alpan adlı məkan adlarının arealı genişdir. Doğrudanmı məkanca bir-birindən aralıda yerləşən ərazilərdə (Xəzərin cənub qərbində, Yardımlı rayonunda, Naxçıvanda , Zəngəzurda , Mil düzündə, Alavan vadisində, Gürcüstanda , Ermənistanda, Şimali Qafqazda) erkən orta əsrlərdə ləzgi dilli albanlar yaşayırdı? Tarixi faktlar o yanda qalsın, bəs elementar düşüncə?

Yuxarıda deyilənlərdən əlavə başqa faktlar da var. Alban, Alpan, Alvan və Ağvan (erməni dilində keçmişdə “L” səsi yox idi, onu “Ğ” səsi əvəz edirdi. Ona görə də Alban, Alvan etnonimi erməni mənbələrində “Ağvan” kimidir) adları türk dilləri üçün səciyyəvi b-p və b-v əvəzləmələri ilə fərqlənirlər. Ona görə də toponimlərdə bütün formalar öz əksini tapmışdır. Gürcüstanda Alpani (sondakı “İ” səsi gürcü dilində adlıq hal şəkilçisidir) adlı iki kənd, Ermənistanın Şərur-Dərələyəz qəzasında Alpanos (sondakı “os” erməni dilində yunan mənşəli adlıq hal şəkilçisidir) adlı iki kənd, oradaca “Alpan dərəsi”, Cənubi Dağıstanda Alpanar (sondakı “ar” ləzgicə cəm şəkilçisidir) adlı kənd xarabalığı, Quba rayonunda Alpan kəndi və s. 19-cu əsrin əvvəllərinə aid ədəbiyyatlarda, göstərilən kəndlərdə əhalinin türkdilli (tatar) azərbaycanlılardan ibarət olması göstərilir.

Bu etnonimin “Alban” və “Alvan” formaları da geniş areala malikdir. Yuxarıdada qeyd etdiyimiz kimi, Yardımlı rayonun ərazisindəki (19-cu əsr) Alban kəndi, Naxçıvanda Arpaçay kənarında “Alban təpələri”, Qax rayonun Ləkit kəndi yaxınlığında Albanqala, Gürcüstanın şərqində iki Alban kəndi, Qəbələ və Göyçay arasında “Alvandərəsi”, Türkiyənin Qars əyalətində Albanqala, Cənubi Azərbaycanın Əhər mahalında Alvan kəndi, Təbriz yaxınlığında Alvanak kəndi, İranda Şirvansu çayının Alvand yaxud Elban qolu, “Məhəmməd və Güləndam” nağılında Əlvan dağı və b. Adın “Ağvan” formasını əks etdirən adlara Kolatak çayının Xaçınçaya qarışdığı yerdə, Murovdağın ətəyində “Ağvan istehkamı”, Həkəri çayının ermənicə adı-Ağvanqet, Zəngəzurda 19-cu əsrdə Aqvaklu kəndi, Şuşa rayon Malıbəyli kəndi ərazisində “Ağvan xarabalığı”, Şəkinin bir məhəlləsi olan Ağvanları və b. göstərmək olar.

O ki, qaldı Albaniyada “Alban” etnik adını daşıyanların dil mənsubiyyətinə-bu da məlumdur. Onlar türkdilli xalq idilər. Bu ona görə şübhə doğurmur ki, eramızdan əvvəl I əsrdən Miladın XI-XII əsrlərinədək qeyd olunmuş Alban çarlarının, feodallarının, ruhanilərinin əksəriyyətinin (bir qismi xristian mənşəli və fars mənşəli adlardır) adları və erkən orta əsrlərdə onların yaşayış məntəqə adlarının çoxu da türkcədir. Axı ola bilməz ki, əhali başqa dildə danışsın, amma uşaqlarına türkcə ad versin, yaşadığı məskənlərin adlarını türkcə adlandırsın. Başqa bir tutarlı fakt da vardır: qazaxlarda, qırqızlarda, karakalpaklarda və türkmənlərdə IX əsrin sonlarına qədər yayğın arealda və qismən indi də Alpan adlı türk tayfaları yaşamaqdadır. Tyan-şan dağlarının ətəklərində Alban adlı boy bu günə kimi yaşamını davam etdirməkdədir. Türkmənistanda, qıpçaq türklərinin yaşadığı Alban adlı iki kənd də vardır. Əlbətdə, Albaniyada Kürdən şimalda, Dağıstanla həmsərhəd zonalarda dağıstandilli, yaxud ləzgidilli tayfalar yaşayırdı, elə indi də yaşayır. Albaniya haqqında məlumat verən yunan, latış, erməni, suriya müəllifləri onları da “Alban” adlandırırdılar. Çünki bu tayfalar Albaniyada məskun idilər, lakin yuxarıda dediyimiz kimi, bu tayfaların məxsusi adları başqa idi.
Tarixi faktlar belədir. Türkmənşəli “Alban” və “Alpan” adları vasitəsilə ləzgi xalqını avantüraya cəlb etmək istəyənlər, görünür bunun nəticəsini aydın dərk etmirlər. Kənardan ortaya atılan fitvalara uyaraq Azərbaycan Dağıstan sərhəddini nəzərdən keçirməyi təklif edən və bununla da ləzgiləri azərbaycanlılarla düşmən mövqelərdə qoymaq istəyən separatçı-sadvalçı siyasətbazlar başa düşmürlər ki, əsrlər boyu qarışıq və qonşu yaşamış bu iki xalqın sakit həyat tərzini pozmaq, evlərə ölüm və dağıntı gətirmək istəyənlərin toruna tək-tək fərdlər düşə bilər, müdrik ləzgi xalqı yox.

Qiyasəddin Qeybullayev
(“Millət” qəzeti-22.05.1993)

ALINTI: Paşa Əsədovun təqdimatında.
29 oktyabr 2019 /

ALBANLAR KİM İDİ ???

Похожие новости

ALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ

1917-ci ildə "Rus-Çin lüğəti" adlı kitab nəşr edilir. Bu kitabda bizi maraqlandıran bir məqam var. Rus dilindən Çin dilinə tərcümədə “Alban”sözünü “Azərbaycan” deyə tərcümə edirlər. Bu barədə Oljas

Tiflisin ərazi iddiası: Keşikçidağ kimindir? - Tarixi faktlar

Son günlər Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Keşikçi dağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında yaranmış gərginlik sözügedən abidənin tarixi ilə

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

“Artsax/Arsax/Arsak” adı ermənicə heç bir məna ifadə etmir. Karabakhmedia.az xəbər verir ki, əslində, ermənilərin “referendum”la guya Azərbaycan-türk mənşəli “Qarabağ” adından imtina etmə cəhdi,

ZORLA ERMƏNİLƏŞDIRILƏN ALBANLAR

Bu, atamın mənə danışdıqlarıdır. Bir şeyi sübut edir ki, Ağsu və Şamaxı bölgələrində yaşayan yaşlı ermənilər ermənicə bilmirdilər, onların öz dilləri var idi (bu dil, "alban", yəqin ki, Udin dili

YAXŞILARI RƏHMƏTLƏ, XAİNLƏRİ NİFRƏTLƏ ANMAQ LAZIMDIR...

Sosial şəbəkələrdə dəyərli paylaşımlarıyla tanıdığım və hörmət bəslədiyim İlhamə Ənvər qızı bir məqalədən parçanı izləyicilərin diqqətinə çatdırıb. Bu məqamı hər birinizin bilməsi vacibdir.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O BAYRAĞA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildiOrdu döyüş atışlarını icra etdi - videoABŞ Azərbaycanın güc strukturlarının fəaliyyətini təqdir etdiİlham Əliyev icra başçılarına xəbərdarlıq etdiErmənistan son ay ərzində ORDUSUNDA BAŞ VERƏNLƏRTƏBRİK: İSMAYIL TANRIVERDİ - 64NƏ SOYQIRIMI? ERMƏNİLƏRİN QƏLƏMİNDƏN KÜRDLƏŞƏN ERMƏNİLƏR! ..Primakovun ölüsü də Bakıdan "əl çəkmir"Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən etirafDaha bir veteranımız sıralarımızı tərk etdiNazirlik hərbi pensiyalara artımlar barədə açıqlama verdiMehriban Əliyeva Qarabağ əlilinin həbs qoyulmuş evini özünə qaytardı - VideoAzərbaycan ABŞ-a nota verdiDaha bir veteranımız haqqa yürüdü...AVMVİB Biləsuvar rayon şöbəsinin sədri təltif edildiTürkiyə tək bu sənədlə erməniləri ifşa edə bilər - FotoƏsədin 18 hərbçisi Rusiyaya təhvil verildi - VİDEO"7 POLİS": Onlar geri dönmədən Vətənin keşiyində qaldılarBakı Slavyan Universitetinin rektoru ilə bağlı iddialara cavab verildiPaşinyan Qarabağa görə faşist olduPrezident yeni icra başçılarına şərt qoydu: Eşitsəm ki, əyri yola gedirsiniz, çox ciddi cəzalandırılacaqsınız
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ