V. Abdurəhmanov: "AVMVİB daim Dövlətin yanındadır və olacaq!"

V. Abdurəhmanov: "AVMVİB daim Dövlətin yanındadır və olacaq!"
































Müsahibimiz Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyi sədrin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovdur. Təşkilati işlərlə bağlı bir çox məsələlərə aydınlıq gətirməyə çalışdıq.

E.S. - Vahid müəllim, 25 illik fəaliyyət arxada qaldı. Bu illər ərzində görülən işlərə baxanda daha nələri edə bilərdiniz?

V.A. - 25 il, necə deyərlər bir igidin ömrüdür. Bizim təşkilat yaranışdan veteranların istəyi ilə yarandı. Nəyi bacardıqsa, etdik. Edə bilmədiyimiz işlərin də baiskarı biz deyilik. Təşkilat yarananda cəmiyyət veteran adını qəbul etməyə hazır deyildi. Bir tendensiya vardı. Əfqanıstanda, II Dünya müharibəsi iştirakçılarına veteran deyənlər, öz Vətəni uğrunda döyüşənlərə veteran deməyə belə ağız büzürdülər. Özü də bəziləri döyüşçüləri məğlub olmuş əsgər kimi cəmiyyətə təqdim etməyə çalışırdılar. Heç bir iş görməsək belə bu iki mənfi tendensiyanı aradan qaldıra bildik. Onlarla döyüş yoldaşımızın probleminin həllinə yardımçı ola bildik. Ən başlıcası keçmiş döyüşçüləri kimlərinsə şəxsi ambisiyalarına xidmətdə alətə çevrilməsinə imkan vermədik. Təşkilat olaraq müharibədən qayıtmış qardaşlarımızı ölkəmizin ictimai həyatına adaptasiya olunmasına çalışdıq və onları yönləndirdik. Deyə bilərəm ki, bacardığımızı etdik və tək amalımız torpaqlarımızın düşmən işğalından azad edilməsi olub və olacaq. Bunun da tezliklə həyata keçəcəyinə inanırıq.

E.S. - Bu günlərdə Siyəzəndə olduq. Rayonun yaşlı İcra Başçısı Novruz Novruzovun gözü rayon şöbəsinin yerinə "düşdüyünün" canlı şahidi olduq. Bir rayona rəhbərlik edən başçı 1 gün ərzində 7 yalan uydurdu. Öncə oranı Şəhidlər muzeyi, sora kitabxana, daha sonra 41-45 veteranları üçün veteran evi, prezident aparatına tarix-diyarşünaslıq muzeyi, daha sonra sərgi salonu və s. edəcəyini dedi. Özü rayonda gözə görünməsə də bunu onun yerli emisarları deyirdilər. Araşdırmadan sonra aydınlaşdırdıq ki, başçı bu yeri bir nəfərə 70 min manata satmağı planlaşdırıb. Önümüzdəki günlərdə yuxarıları da aldadan başçı haqında araşdırmalarımızı təqdim edəcəyik. Belə icra başçıları, əfsuslar olsun ki,hələ də qalmaqdadır. Bağışlayın ki, sual bir qədər uzun çıxdı, sadəcə AVMVİB sədrinin nəzarətə götürdüyü bu araşdırma barədə Sizə məlumat verdik. Daha hansı rayonda belə faktlar mövcuddur?


V.A. - Yaralı yerimizə toxundunuz. Öncə belə başçılara sizin saytda daimilik qoyduğunuz Ali Baş Komandan cənab İlham Əliyevin Ağdamda müharibə veteranları barədə məmurlara, xüsusən də rayon rəhbərlərinə göstərişləri çox dəqiq bir üslubda anladılıb. Deməli, bunun əksini edənlər veteranların deyil, prezidentin göstərişlərinin əleyhinə çıxırlar. Bizim bir deyimimiz var ki, veteranın bircə düşməni var, o da məlumdur. Yəqin ki, hələ də dayaz düşüncəli insanlar, bunu anlamayıblar. Bəli rəsmi olaraq AVMVİB Siyəzən şöbəsinin yeri əlindən başçı tərəfindən alınıb. "Veteranlar haqqında Respublika Qanununa görə təşkilatı yerlə təmin etməyə borclu olan bir qurum veteranın qərargahını satışa çıxarmaq istəyir. Bu böyük bir ayıbdır. Adını çəkmirəm, bir rayon İcra Hakimiyyəti şikayətlənir ki, veteranlar çox fəaldırlar. Deyirəm nə edirlər? deyir ki, Şəhidlərin Anım tədbirləri, məktəblilərlə görüş, veteran yığıncaqları və s. Soruşuram hökumət əleyhinə, yaxud dövlət əleyhinə nəsə iş görmürlər ki? Deyir ki, yox. Deyirəm ki, bu işləri siz görməlisiniz. Amma heç bir yardım ummadan, çox zaman öz təqaüdləri hesabına tədbirlər hazırlayan bu insanlarla fəxr etməlisiniz, şikayət yox.

Elə rayon rəhbərləri var ki, onlar öz missiyalarının nədən ibarət olduğunu bilmirlər. Elələri də var ki, hansısa bir ictimai qurumla əlaqə qurub qeyri ictimai birliklərə dirsək göstərirlər. Bu yol verilməzdir.

E.S. - Konkret olaraq hansı rayonlarda birliyin yerli şöbələrinə qarşı antipatiya mövcuddur?

V.A. - Konkret olaraq dediyiniz Siyəzən rayonu. Başçı 1 ildi şöbənin yeri ətrafında planlar qururdu. Gah işığını, gah qazını kəsdirdi. Daha sonra qapısını plakatla mismarlatdı. İndi də yeni planlar qurmaqdadır. Tovuz rayonu, konkret olaraq cəbhə bölgəsində veteranlara heç bir əlaqə qurmur və şöbənin yeri belə yoxdur. Biləsuvar rayonunda da illərdir ki, şöbəyə, nəinki qərargah verilməsini təmin etmir, hətta veteranların torpaq sahəsi alıb özlərinə qərargah tikmələrinə imkan vermir. Sabunçu rayonunun başçısı bəlkə də bu ölkədə insanların niyə və kiminlə döyüşməsindən xəbəri yoxdur. Əgər varsa da kimin tərəfində olması araşdırılmalıdır. Amma veteranlarla düşmənçilik edən bir məmurun yaxşı adla öz karyerasını başa vurduğunu görmədim. Yəni normal adam veteranlarla düşmənçilik etməz. Amma gəlin yaxşılardan danışaq. Bakı şəhəri İcra Hkimiyyətinin başçısı Eldar Əzizov başda olmaqla, Xətai, Səbail, Nəsimi, Nizami, Xəzər, Nərimanov rayon İcra Hakimiyyətləri, Sumqayıt, Abşeron, Ağdam, Daşkəsən, Göygöl, Zərdab, Saatlı rayon İcra Hakimiyyətləri daim bizim rayon şöbələrinə dəstək verirlər. Örnək olaraq bildirim ki, AVMVİB-nin mərkəzi qərargahının təmirini Xətai rayon İcra Hakimiyyəti Başçısı vəzifəsini müvəqqəti icra edən Rafiq Quliyev öz üzərinə götürüb. Sizin vasitənizlə Rafiq Quliyevə öz minnətdarlığımızı bildirik.

Maraqlı olan bir məqam isə bəzi rayonlarda şöbələrin önünə asılmış bayraqlara "ilişmələridir". Barı Dövlət Bayrağı haqqında qanunvericiliyi oxumadıqları aydın olur.

E.S. - Rayon şöbələri ilə əlaqələrin güclənməsində sosial şəbəkənin rolu danılmazdır. Bəzi rayon şöbələri bu sahədə fəaldırlar, amma elə şöbələr var ki, nə real, nə virtual aləmdə görünmürlər...


V.A. - Bu vacib məsələdir. Ən azı xəbərləşmə baxımından vacibdir. Artıq facebookda Zəngilan, Tovuz, Xəzər, Zərdab, Abşeron, Xocalı şöbələri öz səhifələrini yaradıblar və fəal paylaşımlar edirlər. Bu prosesin genişlənməsinə çalışırıq. Sadəcə artıq veteranlarımız yaşlanıblar. Çoxları sosial şəbəkədən istifadə etmirlər. Amma idarəetməni daha səmərəli etmək üçün bu vacibdir. Ümumiyyətlə, Fedai.az və Veteran.az saytları bu boşluğu doldurub. Az bir qüvvə ilə könüllülük əsasında ağır bir yükün altına girmisiniz. Sizlərə də uğurlar diləyirəm.

E.S. - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibə veteranlarına hüquqi yardım" adlı layihə çərçivəsində görüşlər veteranlara nə verdi?

V.A. - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibə veteranlarına hüquqi yardım" adlı layihə çərçivəsində keçirdiyimiz görüşlər nəticəsində onlarla döyüşçü öz statusunu ala bildi və bu işlər davam etdirilir. Onlarla veteranın probleminin qanunvericilik əsasında həllinə nail olduq. Bölgə veteranları unudulmadıqlarını və Dövlətin hər zaman onların yanında olduğunu görmüş olurlar. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.

AVMVİB daim dövlətin yanında olub və olacaq. Ölkəmizə uzanan hər cür oyunlara qarşı olduğunu təşkilatımız dəfələrlə bəyan edib. Bütün görüşlərdə də bunu bəyan etməkdəyik. Ölkəni xaosa sürükləmək istəyənlərin arzuları gözlərində qalacaq.

E.S. - Müsahibə üçün sağ olun.

Müsahibəni Elnur Səlim hazırladı
30 oktyabr 2019 /

V. Abdurəhmanov: "AVMVİB daim Dövlətin yanındadır və olacaq!"

Похожие новости

AVMVİB Qusarda veteranlarla görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibə veteranlarına hüquqi yardım» adlı layihə çərçivəsində AVMVİB, rayon

AVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibə veteranlarına hüquqi yardım» adlı layihə çərçivəsində AVMVİB, rayon

AVMVİB BÖLGƏ VETERANLARI İLƏ GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİR...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibə veteranlarına hüquqi yardım" adlı layihə çərçivəsində AVMVİB, rayon

AVMVİB GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibə veteranlarına hüquqi yardım" adlı layihə çərçivəsində AVMVİB, rayon

AVMVİB RƏHBƏRLİYİ SİYƏZƏN VETERANLARI İLƏ GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibə veteranlarına hüquqi yardım" adlı layihə çərçivəsində AVMVİB, rayon
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O BAYRAĞA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildiOrdu döyüş atışlarını icra etdi - videoABŞ Azərbaycanın güc strukturlarının fəaliyyətini təqdir etdiİlham Əliyev icra başçılarına xəbərdarlıq etdiErmənistan son ay ərzində ORDUSUNDA BAŞ VERƏNLƏRTƏBRİK: İSMAYIL TANRIVERDİ - 64NƏ SOYQIRIMI? ERMƏNİLƏRİN QƏLƏMİNDƏN KÜRDLƏŞƏN ERMƏNİLƏR! ..Primakovun ölüsü də Bakıdan "əl çəkmir"Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən etirafDaha bir veteranımız sıralarımızı tərk etdiNazirlik hərbi pensiyalara artımlar barədə açıqlama verdiMehriban Əliyeva Qarabağ əlilinin həbs qoyulmuş evini özünə qaytardı - VideoAzərbaycan ABŞ-a nota verdiDaha bir veteranımız haqqa yürüdü...AVMVİB Biləsuvar rayon şöbəsinin sədri təltif edildiTürkiyə tək bu sənədlə erməniləri ifşa edə bilər - FotoƏsədin 18 hərbçisi Rusiyaya təhvil verildi - VİDEO"7 POLİS": Onlar geri dönmədən Vətənin keşiyində qaldılarBakı Slavyan Universitetinin rektoru ilə bağlı iddialara cavab verildiPaşinyan Qarabağa görə faşist olduPrezident yeni icra başçılarına şərt qoydu: Eşitsəm ki, əyri yola gedirsiniz, çox ciddi cəzalandırılacaqsınız
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ