“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən etiraf

“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən etiraf
Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vağarşak Harutyunyan 2016-cı ildə baş vermiş aprel döyüşlərilə bağlı araşdırma aparan xüsusi istintaq komissiyasına tövsiyələrini verib. O, əmindir ki, “dördgünlük müharibə”də erməni tərəfi vəziyyəti düzgün qiymətləndirməyib və nəticədə həm operativ, həm də taktiki səhvlərə yol verilib.

Vağarşak Harutyunyan Azadlıq Radiosunun erməni redaksiyasına verdiyi müsahibəsində erməni tərəfinin böyük itkilər verməsinə nələrin səbəb olduğu, anında verilmiş qərarların düzgün olub-olmadığı diqqətlə araşdırılmasını vacib saydığını bildirib.

“Həm taktiki, həm operativ, həm də strateji baxımdan ciddi qüsurlara yol verildiyi faktdır. Bütün bunların səbəbi isə vəziyyətin düzgün qiymətləndirilməməsi olun”, – deyə Harutyunyan qeyd edib.

“Azadlıq” radiosunun “kəşfiyyat işində də qüsurlar olubmu?” sualını sabiq nazir belə cavablandırıb: “Bu mövzuda çox dərinə getmək istəməzdim. Komissiya işini davam etdirir. Erməni kəşfiyyatının Azərbaycan ordusunun hücumu barədə məlumatlı olub-olmadığı araşdırmalar nəticəsində üzə çıxacaq. Əgər onlarda belə məlumat olubsa, bu haqda hansı dairələrə məruzə edilib, məruzə nəticəsində hansı qərar qəbul olunub?”.

General-leytenant istənilən halda, qüsurların olduğuna əmindir: “Bu, birmənalıdır! Artıq deyiləcək söz yoxdur! Yanlışlıqlara yol verildiyi şübhəsizdir! Hər bir itkiyə görə araşdırma aparılmalıdır. Düzdür, müharibədir və təbii ki, müharibədə itki olur. Amma biz məqam aydınlaşdırılmalıdır: itkilərin sayı vəziyyətin qəlizliyinə, ciddiliyinə adekvatdırmı? Komandirlər tərəfindən verilmiş qərarların itkilərin sayına necə təsir göstərib? Hər bir ölmüş əsgərlə bağlı mütləq araşdırma aparılacaq!”.

“Deyirsiniz ki, səhvlərə yol verilib. Amma aprel hadisələri zamanı Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini olmuş general-leytenant Enriko Apriamov bildirir ki, o zaman ciddi qüsurlar olsaydı, Azərbaycan ordusu Mardakerti, Talış kəndini və başqa yaşayış məntəqələrini ələ keçirərdi” sualını Vağarşak Harutyunyan belə cavablandırıb: “Əgər bu məntiqlə yanaşsaq, onda ciddi səhv yalnız Qarabağın Azərbaycana verilməsi sayıla bilər? Mən bununla razılaşa bilmərəm. “Ciddi qüsur” nə deməkdir? Fakt odur ki, aprel döyüşləri zamanı biz ərazilər itirmişik. Ən əsası isə təmas xətti dəyişib. İndi biz bunun səbəblərini aydınlaşdırmalıyıq. Əgər dediyiniz şəxs bu sualın cavabını bilirsə, bu başqa məsələ. Onda qoy bütün səbəbləri bir-bir izah etsin. Söhbət itirilmiş ərazilərin böyüklüyündən getmir. Bizim əsas məqsədimiz yol verilən qüsurları araşdırmaqdır. Çünki təmas xəttinin Azərbaycanın xeyrinə dəyişməsinə məhz həmin qüsurlar imkan verib”.

Sabiq müdafiə naziri deyir ki, aprel müharibəsini araşdıran komissiyanın məqsədi kimlərinsə cəzalandırılması olmamalıdır. O, hesab edir ki, parlamentin istintaq komissiyası 2016-cı ildə baş vermiş döyüşləri zamanı yol verilmiş bütün qüsurları üzə çıxarmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın: “Əlbəttə ki, araşdırma nəticəsində əsgər ölümlərinə, ərazi itkisinə səbəb olmuş kobud səhvlər aşkarlanarsa, məsuliyyətə cəlbetmə də gündəmə gələ bilər. Amma bu komissiya heç kəsi cəzalandırmır. O, buraxılan nöqsanları ifşa edir. Məqsəd budur. Bəziləri onu cəzalandırıcı qurum kimi təqdim etməyə çalışır. Günahsız yerə heç kəs cəzalandırılmayacaq. Buna hamı əmin ola bilər. Amma kiminsə kobud səhvi ucbatından canlı qüvvə və ya ərazi itkisi baş veribsə, demək, həmin şəxs cəzalandırılmalıdır”.

“Dördgünlük müharibə”nin əvvəlcədən razılaşdırılmış qəsd olduğu haqda iddialara da toxunan sabiq nazir hesab edir ki, heç nəyi istisna etmək olmaz. Bununla yanaşı, o, bu versiyanı inandırıcı saymır: “Müharibə barədə razılığa gəlmək, sonradan hansısa məqamda dayanmaq olmur. Odur ki, mən bu versiyanı, demək olar ki, tam istisna edirəm. Problem başqadır: bu əməliyyatların olacağını əvvəldən bilmişik, ya yox? Bunu əvvəldən aşkar etmək mümkün idimi? Analitik orqanlarımız nə dərəcədə dəqiq işləyib? Axı onlar bu informasiyanı təhlil edib düzgün nəticə çıxarmalı idilər”.

“Aydındır ki, Azərbaycanın məqsədi yalnız bir neçə dayaq nöqtəsini tutmaq deyildi. Əminəm ki, onların məqsədi təmas xəttini tam dəyişmək və sonrakı diplomatiyalarını, siyasətini ona uyğun qurmaq idi” /WorldMedia.az/
04 noyabr 2019 /

“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən etiraf

Похожие новости

Paşinyan 7 rayonu qaytarmırsa, biz nə etməliyik? – Sabiq nazir

Erməni tərəfinin mövqeyi danışıqlar yolu ilə torpaqların azad olunmasına heç bir ümid yaratmır. Turkustan.info xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov

Paşinyan Aprel məğlubiyyətlərindən danışdı

“Cəmiyyətin aprel müharibəsi ilə bağlı sualları var və hökumət imkan daxilində insanları məlumatlandıracaq” Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan 2016-cı ilin

İrəvan Qarabağa müqəvvalar yerləşdirir - Əsgər yoxdur

Qarabağda təmas xətti boyu uzanan səngərlərdə yerləşdirməyə kifayət qədər canlı qüvvənin olmaması Ermənistanda əsgərlərin əvəzinə “texniki vasitələrdən” istifadə ideyasını gündəmə gətirib.

“Azərbaycan ordusu rus ordusundan daha güclüdür...” – RUSİYALI EKSPERT

“Azərbaycan aprel döyüşlərində dayanmasaydı…” Aprel döyüşləri Ermənistan ordusunun silahlanma və döyüş hazırlığı sahəsində ciddi qüsurlarının olduğunu ortaya çıxardı. Muxalifet.az-ın məlumatına

Ermənilərin Lələ Təpəni yenidən almaq cəhdi

Bu yüksəklik uğrunda 400-dən çox erməni əsgəri həlak olub Xocalı cəlladlarından biri, Ermənistan ordusunun Baş Qərərgah rəisi Movses Akopyan iddia edib ki, Ermənistan ordusu istənilən vaxt aprel
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O BAYRAĞA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildiOrdu döyüş atışlarını icra etdi - videoABŞ Azərbaycanın güc strukturlarının fəaliyyətini təqdir etdiİlham Əliyev icra başçılarına xəbərdarlıq etdiErmənistan son ay ərzində ORDUSUNDA BAŞ VERƏNLƏRTƏBRİK: İSMAYIL TANRIVERDİ - 64NƏ SOYQIRIMI? ERMƏNİLƏRİN QƏLƏMİNDƏN KÜRDLƏŞƏN ERMƏNİLƏR! ..Primakovun ölüsü də Bakıdan "əl çəkmir"Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən etirafDaha bir veteranımız sıralarımızı tərk etdiNazirlik hərbi pensiyalara artımlar barədə açıqlama verdiMehriban Əliyeva Qarabağ əlilinin həbs qoyulmuş evini özünə qaytardı - VideoAzərbaycan ABŞ-a nota verdiDaha bir veteranımız haqqa yürüdü...AVMVİB Biləsuvar rayon şöbəsinin sədri təltif edildiTürkiyə tək bu sənədlə erməniləri ifşa edə bilər - FotoƏsədin 18 hərbçisi Rusiyaya təhvil verildi - VİDEO"7 POLİS": Onlar geri dönmədən Vətənin keşiyində qaldılarBakı Slavyan Universitetinin rektoru ilə bağlı iddialara cavab verildiPaşinyan Qarabağa görə faşist olduPrezident yeni icra başçılarına şərt qoydu: Eşitsəm ki, əyri yola gedirsiniz, çox ciddi cəzalandırılacaqsınız
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ