Ramiz Rövşənin 71 yaşı tamam oldu » Fedai.az
» » Ramiz Rövşənin 71 yaşı tamam oldu

    Ramiz Rövşənin 71 yaşı tamam oldu


    Ramiz Rövşənin 71 yaşı tamam oldu
    Görkəmli şairimiz Ramiz Rövşənin 71 yaşı tamam oldu. Bu münasibətlə böyük şairimizi veteranlar adından təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.

    Qara paltarlı qadın
    Ramiz Rövşən


    Kişilər bir olmur atam balası
    Qorxağı var, igidi var,
    Amma hər kişinin öləndən sonra
    Qəbri üstdə ağlamağa
    Bir qara paltarlı gözəl bir qadına ümidi var

    Sən öləndə kim olacaq gözlərini bağlayan?
    Qardaşmı olacaq, yadmı olacaq?
    Bu dunyada bəlkə sənə ən çox ağlayan,
    Ən çox ağlatdığın qadın olacaq?!

    Göz yaşları yuduqca baş daşını
    Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
    İllər boyu ağlatdığım bu qadın
    Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

    Bircə kərə nə saçını oxşamışam,
    Nə gözünü silmişəm.
    Gözlərimə batır indi saçlarının hər dəni,
    İllər boyu bu qadına mən axı dərd vermişəm
    İndi görən niyə çəkir dərdimi?

    Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
    Yumruğuyla döysə-döysə yaxşıdı.
    Qəbrimin üstündə ağlamaqdansa,
    Məni söysə yaxşıdı.

    Yeri-yeri,qara paltarlı qadın,
    Kiri-kiri,qara paltarlı qadın.
    Bu qəbir də min qəbirdən biridir.
    Baş daşımı bəsdir basdın bağrına,
    Bütün mənə ağlayanlar kiridi,
    Sən də kiri, qəbrim damır, ağlama...

    Ramiz Rövşənin 71 yaşı tamam oldu






















    VƏTƏN

    Səni sevmək çətindir, Vətən
    Nə gündəsən ki,

    Təpədən dırnağacan ...
    günah içindəsən ki.
    Bilirsən səni sevmək
    bu saat nəyə bənzər?

    Zorlanmış bir qızı sevməyə bənzər.

    O sevgidən için-için
    gizlicə yanar adam.
    Amma açıb deməyə
    qorxar, utanar adam
    Bu nə haldır düşmüsən,
    bu necə gündür, Vətən?

    Adam səni sevməyə indi utanır, Vətən.
    Üstündə neft ləkəsi
    kim yuyacag bu ləkəni,
    Milyonçular ölkəsi, dilənçilər vətəni.

    Neftlə getdi bərəkətin,
    bərəkət qaçdı səndən.
    Neftlə getdi bəkarətin,
    borular keçdi səndən.

    Qarış-qarış qazılsan da
    sevin hələki sağsan,
    Hələ neftin qurtaranda
    ağ günə çıxacaqsan.


    Oxşar xəbərlər
  • Qarabağ bizimdir, amma biz Qarabağlıq deyilik...
  • TORPAQ, MƏNİM PAYIM, HANI?
  • TƏBRİK: FAİQ HÜSEYNOV- 45
  • TƏBRİK: Abdullayev Abduləli Mehman oğlu- 79
  • SÖZÜN RƏNGİNİ GÖRƏN ADAM

  • Добавить комментарий
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle

    Запрещено использовать не нормативную лексику, оскорбление других пользователей данного сайта, активные ссылки на сторонние сайты, реклама в комментариях.

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
Foto xəbər
Hadisə günü
Yeni məqalələr
13 dekabr AVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏ TƏQDİMAT

13 dekabr Azərbaycanlı Mamedin Qızıl Balıq nağılı

13 dekabr "HEÇ KİM UNUDULMUR"...

13 dekabr AVMVİB-DƏ TƏYİNAT VƏ TƏQDİMAT

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ

13 dekabr PAŞİNYAN NATO-YA ÜZVLÜKDƏN DANIŞDI...

13 dekabr PUTİN PAŞİNYANI HƏLƏ DƏ TƏBRİK ETMƏYİB: Rusiya "özününkünü təhvil verməz"

13 dekabr GENERAL PUTİNİ İLK GÖRÜŞDƏ MƏHV EDƏCƏYİNİ DEDİ

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİNDƏ ANIM TƏDBİRİ

12 dekabr AVMVİB-DƏ ANIM TƏDBİRLƏRİ

12 dekabr "Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

12 dekabr İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

12 dekabr Hacıbala Abutalıbov Ulu Öndərə şeir yazdı - VİDEO

Top xəbər