DİLİMİZ, MİLLİ KİMLİYİMİZ

DİLİMİZ, MİLLİ KİMLİYİMİZ






























II YAZI

“DİLDƏ, FİKİRDƏ, İŞDƏ BİRLİK”- ORTAQ TÜRKÇƏMİZ...

YAZAR :AYNUR TALIBLI
Tarix və mədəniyyət araşdırmaçısı

Türk dünyasındakı milli oyanış hərəkatının böyük öncülərindən Kırım Türkü, İsmayıl bəy Qaspıralının önəmli sözlərindən biri belədir: ”Millətinə xidmət etmək istəyirsənsə əlindən gələn işlə başla”. Bu dəyərli sözləri bilərək sizlərlə bölüşdüm ,səbəbini isə sonra açıqlayacağam. Araşdırmamızın öncəki bölümündə dil qavramından, ünsiyyət vasitəsi olaraq dildən, kültür ilə dilin əlaqəsindən və millətin meydana gəlməsindəki rolundan bəhs etdik. Bu bölümdə isə dilin millətin tarixini yansıtan bir ayna olduğundan, doğma Türk dilimizdən və düşünürlərimizin, fikir adamlarımızın dilimizlə əlaqədar düşüncələrindən söhbət açacağam, ortaq Türkçənin gərəkliliyinə xüsusi diqqət yetirəcəyəm.

Dildən bəhs edərkən onun tarixi önəmini də unutmamalıyıq. Dil canlı bir varlıqdır, nəsildən-nəslə ötürülə bilən və toplumun müxtəlif özəlliklərini əks etdirən sosial bir qürumdur. Tarixi özündə əks etdirən ayna kimidir. Hər hansı bir dil, o dildə danışan toplumun yaşayış biçimini, geniş anlamda kültürünü, dünya görüşünü, tarix boyunca keçirdiyi müxtəlif çevrələrin və başqa toplumlarla qurduğu əlaqələrin yansıtıcısıdır.

Dilin canlı bir varlıq olduğundan bəhs etdik. Bu məqamda Azərbaycanın və Türk dünyasının düşünürü, şairi Bəxtiyar Vahabzadənin ” Latin dili” şeirindəki misraları xatırlatmaq istərdim:

Latın dili!
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili! -
Millət ölüb, dil yaşayır.
********************
Sabah bizim ərzimizin
Sərhəddindən o yana da
Qoşar bu dil.
Bəlkə… bütün ulduzları
Gəzər bu dil.
Döyüşlərdə zəfər çalıb
Ölən ərə bənzər bu dil.

Bu gün Latın milləti müasir çağımızda yaşamır, amma dilləri onların tarix səhifələrində varlığından xəbər verir. Yəni Latın dili öz millətinin varlığını bu gün bizlərə sübut edir. Hal-hazırda Azərbaycan Türkçəsinin də,TürkiyəTürkçəsinin də yazılı dili Latin əlifbası (qrafikası) ilə yazılır.
DİLİMİZ, MİLLİ KİMLİYİMİZ
Türklərin, yəni bizlərin də qədim təxminən miladdan öncə 2500-cü illərə qədər uzanan, köklü tariximiz(1) və dilimiz var. Bunu söylərkən tarixi abidələrimizə yazılı və şifahi, yəni dildən-dilə yayılaraq günümüzə gələn ədəbiyyatımızın nümunələrinə əsaslanırıq. Dilimizin tarixi soy-kökümüz qədər qədimdir. Bu günkü Türkçə təxminən 1300 -1500 illik yazılı keçmişə sahibdir. Göktürk dövlətinin (552) quruluşu və Orhun abidə yazıtlarının tikiliş tarixinə görə bu qənaətə gəlirik. İlk yazılı qaynaqlardan olan Orhun kitabələrinə diqqət yetirdiyimizdə anlayırıq ki, şifahi dilimiz yazılı dilimizdən də qədimdir. Çünki bir dilin yazı dilinin formalaşması və işlək duruma gəlməsi üçün minlərlə ilin keçməsi gərəklidir. Biz buna əsasən deyə bilərik ki, şifahi yəni danışıq dilimizin tarixi 4-5 mil il öncəsinə qədər gedib çıxır (2).

SON ZAMANLARDA TAPILAN QƏDİM ƏLYAZMALAR BUNU TƏSDİQLƏMƏKDƏDİR.

Biz Türklər tarix boyu digər topluluqlarla ticari mədəni əlaqələr qurmuşuq.Bunun nəticəsində də dilimizə yabancı sözlər gəlmişdir.İslamı qəbul etdikdən sonra isə Türkçə ərəbcənin təsirinə məruz qalmışdır. Amma Türk tarixində əvəzsiz yeri olan, dilimizə böyük və önəmli xidmət etmiş olan Kaşgarli Mahmud hələ 11-ci yüzildə Türkcənin bir gün dünya dili olacağına inanaraq ərəblərə Türkcəni öyrətmək məqsədi ilə “Divanü Lûgati’t-Türk“ əsərini qələmə almışdır. Əski Türkcə dövrünə aid qələmə alınmış ən önəmli əsərlərdən olan "Divanü Lüğati`t-Türk" 1072-1074-cü illəri arasında yazılmışdır. Bu möhtəşəm sözlük Türkcəmizin bilinən ən qədim lüğəti və dilimizlə əlaqədar ən geniş bilgiyə sahib bir dilçilik əsəridir. Bu əsər peyğəmbərimiz Hz .Muhəmmədin (s.a.s) bir hədisi ilə başlayır. Sözü gedən hədisdə isə belə buyrulur: ”Türk dilini öyrəniniz, çünki onların uzun sürəcək səltənətləri olacaqdır”.(3). Bu günkü dilimiz müasir çağımıza gəlincəyə qədər çox yol qət etmişdir. Dilimizin özünü və özəlliklərini ərəbcədən, farscadan qorumasında Mahmud Kaşğarlı, Ahmet Yesevi, Yunus Emre, Şah İsmayıl kimi ismini qeyd etmədiyim daha yüzlərcə-minlərcə dəyərli dövlət və fikir adamlarının əvəsiz rolu olmuşdur. Hoca Ahmet Yesevi bir müslüman Türk olaraq Türkçəni İslamın da dili halına gətirmiş və ərəbcənin, farscanın təsirindən qorumuşdur. Ahmet Yesevi şeirində də dilimizi necə qoruduğundan bəhs edir:

Sevmez sözde bilginler
Bizim Türkçe dilini
Bilgeler konuşursa
Açar gönül ilmini
Ayet ve hadis Türkçe
Söylenirse duyarlar
Anlamına erenler
Baş eğerek uyarlar
Ey miskin Hoca Ahmet
Yedi atana rahmet
Fars dilini bilsen de
Sen Türkçene devam et.

Türkçənin özünü qorumasında və elm ,ədəbiyyat dili olmasında, Anadoluda Türkçəsinin İslam dini ilə bütünləşməsində,13 yüz ildə dilimizin fars və ərəbcədən geri qalmamasında Yunus Emrenin xidməti də əvəsiz və mühümdür. Onun şeirlərindəki dil 13-cü yüzilin məişət Türkcəsidir (4).

Yunus Emrenin yaradıcılığı üzərində doktora tədqiqatı həyata keçirən Mustafa Tatçı əsərində şairin Türkcəsinə dair bir çox fikir qeyd etmişdir. O, Yunusun sənətindəki dahiliyin səbəbini belə açıqlayır: “Yunus Emrenin əsil dahiliyi Türkçəni sənətkəranə bir üslubla işləməsi- istifadə etməsidir. O, adəta Türkçə təsəvvüf və istilah dilinin qurucusu olmasındadır. Türkcə Yunusun qələmi ilə estetikləşmiş, ədəbiləşmiş və canlanıb yayılmışdır”(5).

Sözsüz, heç şübhəsiz deyə bilərik ki, dahi Yunus Emre Türkcəmizə və milətimizə belə əvəsiz xidmət edərkən özü də düşüncəni ifadə edən dilin, sözçüklərin önəmini dərindən anlamış və bilicli bir şəkildə bunu həyata geçirmişdir. Söz ustası Yunus, bunu misralarında ustalıqla əks etdirmişdir:

Söz ola kese savaşı söz ola bitüre başı
Söz ola agulu aşı balıla yag ide bir söz…

Beləcə deyə bilərik ki, Yunus, Türk dilin mükəmməl bir tərzdə-üslubda istifadə etmiş bir dil sənətkarıdır və onun dili göstərişdən, gərəksiz ifadələrdən uzaqdır.
DİLİMİZ, MİLLİ KİMLİYİMİZ

Dilimizin çağımıza gəlincəyə qədər keşməkeşli yolları qət etdiyindən öncədən də bəhs etmişdim. Oxuyan, araşdıran bilincli soydaşlarımızı, milli kimliyinə sahib çıxan insanlarımız bunu daha dərindən anlayırlar. Bir millətin bütün tarixi boyunca əldə etdiyi kültürü, dəyərlərinin bütününü və həyat təcrübələrini sinəsində toplayan, onu qoruyan və yaşadan "qutsal bir xəzinə" olan dil, sadəcə ilətişim- ünsiyyət vasitəsi olaraq düşünülməməlidir. İlətişim vasitəsi olma nitəliyi yanında dilin həm birəy (fərd ) həm də millət üçün daha önəmli olan yönü kültürəl kimliyi bəlirləyici və qoruyucu olduğu yönüdür. Millətin iç dünyasını, ruhunu əks etdirən dil, birəylərin(fərdlərin) mənsubiyyətlərinin, millətlərinə olan bağlılıqlarının da bəlirləyicisidir.(Üstüner 2003: 2) (6). Bu səbəbdəndir ki, dilimizin önəmini anlamalıyıq və onu gözbəbəyimiz kimi qorumalıyıq. Necə ki, Oğuz Türk hökümdarı olan Şah İsmayıl Xətai öz millətinə yəni bizlərə xitabən deyirdi: “Ey Türk oğulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə, bir ovuc vətən torpağını dünyanın heç bir dövlətinə dəşiyməyin. Onu qoruyun və gələcək nəsillərə ötürün.”- Türk hökümdar Şah İsmayıl.

Türkoloq Muharrem Erginin dil və millətlə bağlı dəyərli firiklerindən biri belədir: “Bir millətin ruhu və yaşama biçimi dilində şəkillənir. Bu baxımdan dil, millətin həyat fəlsəfəsini əks etdirir. Bir topluluğun millət halında yüksələ bilməsi ancaq dil ilə mümkündür. Millətin daha çox özəllikləri, örf və adətləri, dünya görüşü, həyat fəlsəfəsi, inançları, sənət anlayışları, dildə əks edilir. Dil, milli yaddaşın milli xatirələrın, duyguların və düşüncələrin, bütün maddi və mənəvi dəyərlərin, bütün buluş və yaradılışların müştərək xəzinəsidir”(7).

Ünlü bilgə,günümüzdən təxminən 2500 il öncə yaşamış çinli filosof Konfutsinin sözlərini bölüşmək istərdim. O belə deyir: “Bir ölkənin yönətimini ələ alsaydım, edəcəyim ilk iş heç şübəsiz dilini nəzərdən keçirmək olardı. Çünki dil nöqsanlı –qüsurlu olarsa, sözlər düşüncəni doğru ifadə edə bilməz. Düşüncə dəqiq ifadə edilməzsə, görəvlər və xidmətlər gərəkdiyi kimi həyata keçirilə bilməz. Belə olduğu halda isə adət ,qanun və kültür pozular. Adət-qanun və kültür pozularsa, ədalət yolunu itirər. Ədalət yolunu itirərsə, çaşqınlıq içinə düşən xalq nə edəcəyini və bunun sonunun hara varacağını bilməz. Məhz bu səbəbdəndir ki, heç bir şey dil qədər önəmli deyil.” (Uygur 2001: 23’ten).(8).

Düşünürəm bilgənin bu sözləri dil və dilin önəmi haqqında mühüm məsələlərə işarət edir. Konfutsi “bir ölkənin yönətimini ələ alsaydım” sözləri ilə başlayan fikirləri, dilin sadecə bir ünsiyyət aracı, düşüncənin ifadəsi üçün lazımlı bir vasitə deyil, həm də çox mühüm və təsirli siyasi bir amil olduğuna işarət edir. Əslində Türk bilgəmiz Yunus Əmrə də buna bənzər tərzdə düşünürdü. Daha öncə paylaşdığım, Yunusun “Söz ola kese savaşı söz ola bitüre başı” misrasının anlamına dərindən diqqət yetirsək nəyi söyləməyə çalışdığım daha aydın olacaqdır. Biz sözü gedən misranı “Söz ola - kəsə savaşı/ Söz ola - kəsdirə başı” kimi anlayırıq. Doğrusu isə fərqlidir, Yunusun Emrenin bütün əsərləri kimi bu misralarını da əski türkçəni əsas alaraq anlamalıyıq.

Əski Türkcədə, baş: Yasa, hüquq/ bitürmek: meydana gətirmək, yetişdirmək anlamına gəlir. Bir baxıma toprağa əkilən bir toxumu, filizi böyütmək, yaşıllaşdırmaq mənalarını ifadə edir. Nəticə olaraq “Söz ola kəsə savaşı,söz ola kəstirə başı” yerinə “Söz ola kəsə savaşı ,söz ola yəşərtə yasayı” kimi anlamalıyıq.(9). Yəni söz həm savaşı kəsə bilər, həm də dövləti, milləti qoruyan yasanı,hüququ meydana gətirə,yetişdirə-gücləndirə bilər.Bununla da uzaq görən bilgəmiz Yunus Əmrə də əslində dilin-sözün fikirin,düşüncənin ifadəsində olduğu kimi, həm də təsirli,güclü bir siyasi vasitə olduğuna işarət edir.

Dil insanları bir toplum olaraq, millət olaraq bir araya gətirə bildiyi kimi onları ayıra biləcək bir güç, bir silah olaraq da istifadə edilə bilinir. Bu durumun acısını ağrısını biz Azərbaycan Türkləri və işğalcı-faşist Sovet rejimində yaşamış olan digər Türklər (qazax, qırğız, özbək,başkurt, tatar, türkmən və.s.) daha dərindən bilir. Bu mövzunun üzərində xüsusi ilə duran prof.dr. Mehmet Kaplan, dilin birləşdirici rolu üzərinə də diqqəti çəkmişdir: “Ruslar, Sovetlər Birliyində eyni irqdən olan Türk topluluqlarını, ayrı cümhuriyyətlər halına gətirmişlər və kiçik şivə fərqlərini qabardaraq, iləri sürərək adəta ayrı dillər yaratmışlardır. Sovetlər Birliyində rusca rəsmi dildir. Türklər də onu öyrənmək məcburiyyətindədir. Fəqət Türk qövümlərinin bir araya gələrək ortaq bir dil və ədəbiyyat vücuda gətirməyə haqları yoxdur ”(10).

Bu mövzu ilə bağlı olaraq deyə bilərik ki, işğalcı Sovet – Rus rejimi TÜRK millətini azəri, özbək, qazax, qırğız, tatar, tacik” deyə parçalamış və beləcə hökm etmişdir. Əks halda Türklərin tək TÜRK milləti adı ilə birləşib üsyan edəcəklərini və Qafqazlarda, Avrasiyada milli dövlətlərini quraraq hökm sürəcəyindən əmin olmuşlardır. Sovet rejimi dönəmində ruslar və digər işğalcı güclər ( farslar ve ingilislər) Türk millətinə qarşı”böl, parçala, ud və ya hökm et” siyasətini həyata keçirmişlərdir.(11).

Türklərə qarşı həyata keçirilən bu siyasəti hələ Sovet dönəmində anlayan Türk dünyasının aydınlarından , Kırım Türkü İsmayıl bəy Qaspıralı dünya üzərindəki Türklərə bir-birindən ayrı milətmiş kimi (azəri, başkurt, qazax, qaraqalpaq, qırğız, özbək, tatar, türkmən...və.s.) adlar verilməsinin, Türk millətini bölüb parçalama oyununun(teatr senarisinin) ilk pərdəsi olduğunu,ikinci pərdəsində də Türk millətinin yox edilməsinin səhnələnəcəyini daha gənç yaşlarında anlamış, bu oyuna qarşı necə davranılması gərəkdiyinə dair fikirlər iləri sürmüşdür(12).

Onun bu qəbildən ən dəyərli düşüncələrindən biri belədir:

“DİLDƏ, FİKİRDƏ, İŞDƏ BİRLİK”.

Bu fikir biz türklərin atasözü olacaq qədər önəmli və dəyərlidir. Diqqət yetirdiyimiz zaman anlayırıq ki özəlliklə Qaspıralı “dildə birlk” ifadəsini öncə qeyd edir. Çünki, dildə birlik olmazsa fikirdə və işdə birlik olmaq qeyri -mümkün olacaqdır.

Qaspıralı haqlı olaraq bütün Türklərin birlik ola bilməsi üçün, öncəliklə camaat olma fikirindən qurtulub birlikdə millət olma fikrinə sahib olması gərəkdiyini düşünürdü. O, ayrı-ayrı ləhcələrin istifadə edilməsinin dildə birliyə əngəl olduğunu, birlikdə güclü millət olmaq üçün ortaq bir ədəbi dilin olması gərəkdiyi fikirində idi. Onun bu mövzuda yazdığı yazılar birliyə gedən yol üçün nə qədər mübarizə etdiyini açıq şəkildə ortaya qoyumuşdur.

15 mart 1906-ci il tarixli “Tərcuman” qazetində, dildə birliyə qarşı olan və ayrı ləhçələrin ədəbi dil olaraq gəlişdirilməsini müdafiə edənlərə bu şəkildə cavab verir: “Ümumi ədəbi dili olmayan millət, millət sayılmır. Türk övladlarından olan Tarançı, Sart, Özbək, Qırgız, Qazax, Qumuk, Nogay, Azərbaycan və.s tayfalar, Türkcə danışdıqları hâlda, şivələri başqadır. Bir-birlərini güçlüklə anlayırlar. Bu hâl, birləşməyə, birliyə, bilgilərin, elimlərin hər kəsə duyurulmasına, tərəqqiyə, ədəbiyyata, dostluğa və qaynaşmaya əngəldir. Ona görə də, ən əvvəl, ən ziyadə, həpimiz üçün ehtiyaç və lüzumlu olan, ümumî lisan, ədəbî Türkçə dildir... Bu iş pək o qədər yüngil (xəfif) deyilsə də, çarəsi bulunmaz müşkil də deyildir.
DİLİMİZ, MİLLİ KİMLİYİMİZ




























Tərcüman qəzəti, Baxçasaraydan tâ Kâşgara qədər oxunduğu, yani anlaşıldığı, lisanən (dil baxımından)n birləşmənin mümkün olduğuna böyük dəlildir.”(13).

Kırım Türkü İsmayıl bəy Qaspıralının üzərində durduğu ortaq ədəbî dil Türklərin tək bir millət sifəti ilə hər mövzuda birliyini simgələyəcək bir dildir. Qaspıral bu xüsusdaki düşüncələrini belə ifadə edirdi: “Millətimiz büyük millətdir. Zaman, məkan və məsafə təsirləri ilə firqə- firqə ayrılıb bir-birini bilməz və anlamaz dərəcəyə gəldiyi və Türk ism-i âlisini unudub kimi Tatar, kimi Qarapapaq, kimi Qazaq, kimi Tarançi namları ilə dağılıb ufaldıqları məlumdur.”(14)

Buna görə Qaspıralı, ortaq ədəbî Türkçə qavramına tərs düşən hər cür sapmaya və ayrımcılığa qarşı bezmədən, usanmadan mübarizə etmişdir. Ona görə ortaq ədəbî Türkçə“ Bir cins, bir millet olduğumuzu âləmə göstərəcək, hakk-ı içtimaiyəmizi təmin edəcəkdir”(15).

Türkiyəli yazar, TÜRK milliyətçiliyini “TÜRKÇÜLÜK” adı altında sistemləşdirən böyük fikir adamı Ziya Göyalp da 10 qitəlik “Lisan” başlıqlı şeirində gənəl olaraq bir çox nəsir yazısında bəyan etdiyi dil, vətən və millî birlik qavramları ətrafındakı görüşlərinin mənzum şəkildə əks etdirmişdir:

“Türklüğün vicdanı bir, dini bir, vatanı bir.
Fakat hepsi ayrılır, olmazsa lisanı bir...

Bu misralarda millî birlik və bərabərliyin qorunması baxımından ehtiyac duyulan ortaq “dil dəyəri”nə işarət edilmişdir. Şeirin tamamında ifadə edilən “millî dil” inşa etmə fikri, ulus- millət olmanın bir gərəyi olaraq önəmsənmişdir. Zira dil birliyi olmazsa, qövm, din və vətən birliyi də olmaz. Ziya Gökalp da ,İsmayıl bəy Qaspıralı ilə eyni düşüncədədir və dil birliyinin Türk millətin birliyini təmin edəcəyini düşünür. Buna görə dilimiz, müstəqilliyin təməli olan millî şüurun ən verimli qaynağıdır (16). Zira dil, toplumda müştərək bir duyqu, düşüncə və təsəvvürün gəlişməsini təmin edən birləşdirici bir sistemdir. prof.dr.Mehmet Kaplan da, “Dil, onu danışanların duyqu, düşüncə və xəyal dünyalarını təyin edər” (Kaplan, 1982: 149) deyərkən, bu təsbiti doğrulamışdır (17).
DİLİMİZ, MİLLİ KİMLİYİMİZ
Ortaq dil, ortaq yaşantının, ortaq düşünmənin yəni birlikdə olmanın bir sonucudur. Eyni dili danışmaq bir millətin varlıq səbəbidir. Kaplan, ortaq dil üzərində dururkən özəlliklə bu gərçəklikdən hərəkət etməkdədir: “Müştərək dil, müştərək kültür və mədəniyyətin məhsuludur. İçində yaşanılan kültür və mədəniyyət çevrəsi, bir dildə istifadə edilən kəlimələrin kadrosunu təyin edər. Buna əsasən fərd kimi cəmiyyətin də kültür və mədəniyyət səviyyəsini anladığı və istifadə etdiyi kəlimələrin cins və sayısından çıxarmaq mümkündür. Çünki həyat dilə əks edər (18). “Millî birlikdə ‘dil birliyi’ əslî -əsas bir rol oynar. ‘Dil birliyi’ yinə modern- çağdaş fəlsəfənin başlıca terminlərindən biri olan “communication-anlaşma” var olmanın sosial bir təcəllisindən ibarətdir.” (19)

Hal-hazırdakı dünyamızın yeni şərtləri ,siyasi düzəni biz Türklərin “dildə, fikirdə, işdə” birlik olmamızı gərəkdir. Eyni kökdən olan Türk ləhcələri, ayrı dil olaraq adlandırılmış və ayrı əlifbalarla yazılmışlardır. Bunun nədəni bəllidir, coğrafi və siyasi səbəblərdən dolayı olmuşdur. Yüzillərdir faşist və somürgəçi hakimiyyət quranlar (rus, fars, ingilis, fransız) millətlər içərisində özlərinə təhlükə olaraq gördükləri Türk millətinin əriyib yox olması siyasətini həyata keçirmək üçün Türkçənin ləhçələrini ayrı bir dil kimi qələmə vermişlərdir. Beləcə “dildə birlik “ olmamıza mane olaraq, ”fikirdə və işdə“ birlik olmamızın önünü hiyləgər bir siyasətlə almışlar. Bu gün ortaq Türkçə zəruri və acil bir ehtiyacdır. Güney Azərbaycandakı, Uyğur elindəki, Kırımdakı, Kərkükdəki və başqa qan ağlayan Türk yurdlarındakı soydaşlarımızla da daim sürəcək sağlam birliyimiz ortaq Türkcə ilə mükündür. Çünki dil və yazı bütün əlaqələrin və iş birliyinin əsas açarıdır.Əgər bunu həyata keçirəriksə, ortaq dilimiz beynəlxalq bir dil olar. Ortaq Türkçə Birləşmiş Millətlərdə və digər nüfuzlu təşkilatlarda danışıq dili kimi qəbul edilər.

Türk millətinin zəngin ortaq dili, müasir çağımızda çox işlək olan Türkiyə türkçəsi və Azərbaycan türkçəsi təməl alınaraq, həm də digər ləhçələrdəki (Qazax, Qırğız, Türkmən, Kırım-tatar və.s.) ortaq kəlimələrlə və sözlü ədəbiyyat nümünələrindəki örnəklərdən yararlanılaraq meydana gələ bilər. Beləcə, həm dilimizin ləhçələrindəki ortaq kəlimələr aydınlaşmalı və fərqliliklər düzənlənməlidir ki, mükəmməl bir ortaq Türkçə oluşmuş(formalaşmış) olsun.

Araşdırma məqaləmizin başlanğıcında paylaşdığım İsmayıl bəy Qaspıralının “Millətinə xidmət etmək istəyirsənsə, əlindən gələn işlə başla” sözlərinin nə qədər doğru olduğunu xatırlatmaq istərdim. Əgər bu gün Türk millətinə xidmət etmək istəyiriksə, əlimidən gələn ən öndə, əsas iş ortaq Türkcəni meydana gətirmək olmalıdır. Unutmayın, dil, həm sosial, həm tarixi, həm də siyasi bir amildir!

Türk millətinin birliyi üçün ortaq Türkcə təcili və önəmli bir ehtiyacdır.

P.S. Hər zaman öz məsləhətləri və dəyərli bilgiləri ile dəstək olan Türk komutan İshak Çelik bəyə teşekkürümü bildirirəm!

İstifadə edilən mənbələr:

1.İbrahim Kafesoğlu, Türk Milli Kültürü, İstanbul 1983, s.48;
2. Uzman Ayşe BAŞÇETİNÇELİK Çukurova Üniversitesi Rektörlüğü Türk Dili Bölümü.”Dil Toplumun Onurudur”,s.2.
3. Divanü Lügati`t Türk,Kaşgarlı Mahmud (Türkiye Türkçesi) Besim Altay ,C.1,s.27. Ankara -1985.
4. Emek ÜŞENMEZ, İstanbul Üniversitesi, Edebiyat Fakültesi, Türk Dili ve Edebiyatı Bölümü,” YUNUS EMRE’NİN DİLİ HAKKINDA”. AKADEMİK BAKIŞ, SAYI 16, NİSAN, 2009 . Uluslararası Hakemli Sosyal Bilimler E-Dergisi. S.3. ISSN:1694-528X, İktisat ve Girişimcilik Üniversitesi, Türk Dünyası Kırgız- Türk Sosyal Bilimler Enstitüsü, Celalabat-KIRGIZİSTAN.
5. TATÇI, Mustafa (2005), Yûnus Emre Divân Ve Risâletü’n-Nushiyye, İstanbul: Sahhaflar Yay. S.67.
6. Üstüner, Ahat (2003). “Anadille Eğitim ve Türkçe”. S.2. Birses, 21.01.2003.
7. Ergin, Muharrem (1988b). Türkiye’nin Bugünkü Meseleleri, 4. Baskı. S.6. Ankara: TKAE Yay.
8. Türkbilig, 2018/36: 103-120. “DİL-MİLLET İLİŞKİSİ BAĞLAMINDA TÜRKÇEYİ BİLGİDEN BİLİNCE KONU EDİNEN ŞİİRLER “ S.112. Kemal EROL .
8. Uygur, Nermi (2001). Dilin Gücü, 6. Baskı, S.23. İstanbul: Yapı Kredi Yay.
9. DR. EMRE BAĞÇE ” Yunus’u neden doğru anlamıyoruz?” Prof. Dr. Emre http://xn--bace-1wa.katilimdunyasi.com/
Not: Şiirin aslı ve iki kelimenin anlamı için bkz., Yûnus Emre Dîvânı, Haz. Mustafa Tatcı, Kültür ve Turizm Bakanlığı yay. s. 81, 349, 353
10. Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s.119.
11. Yazar Aynur Talıblının “Azeri mi Türk mü? Yüz Yıllık Asimilasyon Projesi”, “Azəri Yoxsa Türk?!” isimli meqalesinden.
12. Mustafa TOKER “İSMAİL GASPIRALI VE “DİLDE BİRLİK” FİKRİ ÜZERİNE”.s . 34
13. Sabri Arıkan, “İsmail Bey Gaspıralı`ya Göre Dilde –Fikirde-İşte Birlik Niçin Şarttır?”,Türk Dünyası Tarih ve Kültür Dergisi, S.2000/07-163,s.20.
14. Lisân Meselesi, Tercüman, 4 Kasım 1905
15. Tercüman, 24 Mart 1909.
16. . Türkbilig, 2018/36: 103-120. “DİL-MİLLET İLİŞKİSİ BAĞLAMINDA TÜRKÇEYİ BİLGİDEN BİLİNCE KONU EDİNEN ŞİİRLER “ S.112. Kemal EROL
17. KAPLAN, Mehmet (1982), Kültür ve Dil, İstanbul: Dergâh Yayınları.s.149
18. Mehmet Kaplan, Sevgi ve İlim, Dergâh Yayınları, İstanbul, 2002,s.207.
19. Mehmet Kaplan, Büyük Türkiye Rüyası, Dergâh Yayınları, İstanbul, 1998, s. 100
05 noyabr 2019 /

DİLİMİZ, MİLLİ KİMLİYİMİZ

Похожие новости

Qalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".

Bəşəriyyətin əsasında türk etnosunun durması artıq danılmaz bir elmi faktdır. Belə qənaətə türk dilli alimlər, araşdırmaçılar, tarixçilər, filoloqlar deyil məhz qərb alimləri gəlir. Bəli türk

DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT

AYNUR TALIBLI Tarix və mədəniyyət araşdırmaçısı Tarixdə nam salmış –NÜFUZ QAZANMIŞ millətlərin və onların mədəniyyətlərinin var olduğunu göstərən ən öncül dəlil heç sübhəsiz ki, onların

Xaçatur Abovyan: “Bizim dil ən azı 50 faiz türk sözlərindən ibarətdir…”

Xaçatur Abovyan, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq: “Bizim xalq danışıq dilində nəinki azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir” (Х.Абовян, Полное

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan

Avropalıların və türklərin milliyyətçilik anlayışları

Milliyyətçilik nədir, harada və necə yarandı? AYNUR TALIBLI Tarix və mədəniyyət araşdırmaçısı. İstanbul 2017 Azərbaycan Oğuz-Türk yurdudur və bizlər Oğuz Türkləriyik. Bunu hər zaman yazılarımda,
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Güney Azərbaycanda və İranda ötən həftənin ictimayi–siyasi mənzərəsiAVMVİB Tovuz rayon şöbəsi Anım tədbiri keçirdiMüxalifətin «miqrasiya mafiyası» Avropada mühacir statusu almaq üçün ermənilərə də yardım göstərirmişErməni deputat əsgər ölümlərindən danışıbMehriban Əliyeva Rusiyaya rəsmi səfərə gedibQarabağı istəməyən "Qarabağ" qəzeti-VideoPrimakov bayraqlıların gizli hədəflərinə işıq düşürYerevanda Corc Soros əleyhinə etiraz aksiyası keçirilirSürücülərə etibarnamə ilə bağlı ŞAD XƏBƏRErmənistan ordusunda istefalar başladıŞuşanın icra başçısı yenə "gül vurdu"1991-ci ilin qara gələn 20 noyabrından 28 il ötdü...Veteranlar döyüş dostlarını ziyarət etdilərXalqın küçələrə töküldüyü İranda ordu HƏRƏKƏTƏ KEÇDİSumqayıtın 70 illik yubileyi qeyd edildiPrezident İlham Əliyev: “Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var”Novruz Məmmədov yeni vəzifəyə təyin olunduİsgəndər Həmidov siyasətdən getdiÖlkə rəhbərinin göstərişləri necə həyata keçirilir? - Nizami rayonuİranda etirazçılar polis və təhlükəsizlik işçilərini girov götürüb-Video“Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…” – Ermənistanın keçmiş baş naziriATMACA: "Psixolox" Nərminin şərab keyfiNASA Yer kürəsində milyonlarla insanı məhv edəcək asteroidin düşmə tarixini açıqladıCəlil Məmmədquluzadənin nəticəsi:"Azərbaycanı daha dərindən öyrənməyə çalışacam"ƏRDOĞAN “ERMƏNİ SOYQIRIMI”NDAN DANIŞDI:"Bu iftiradan qurtula bilmirik"BMT-nin dəyərsiz qətnamələri: 884 saylı qətnamə"ÜFÜQ" EİB VƏ "DALĞA" EİM İŞÇİLƏRİ MAAŞ ÜZÜNƏ HƏSRƏT QALIBLARYevgeni Satanovskiy-Vladimir Solovyov: Bakı bir erməni şəhəri idi. BakurakertErməni jurnalistləri Bakıya kim gətirir?Roma Papası: "Cəhənnəm yoxdur, Adəm və Həvva gerçək deyil”Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!İranda aksiyada ölənlərin sayı 25 nəfərə çatdıAVMVİB Ağdaş rayon şöbəsi YAP-ın 27 illiyinə həsr olunmuş tədbirdə iştirak edibBölgə veteranlarına diqqət artırılmalıdır"Müharibə veteranı" fərqləndirici döş nişanı hazırdırŞuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlarErmənilərin erməniləri güldürən xəritəsi – Fotoİşğalçı Ermənistan Araz çayında ekoloji fəlakət yaratdı-Video“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRRMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdiDoqquz yaşlı oğlan universitetə qəbul olduAtatürkün Türklük ilə bağlı dediyi sözlər...AVMVİB-nin yersiz-yurdsuz Biləsuvar şöbəsindəŞəhid ailəsi və əlilliyi olan şəxslərə mənzillər veriləcəkHacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunurBMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnaməİlham Əliyev: “Savadsız bir demaqoq Müdafiə naziri olmuşdu”Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcək
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ