AVMVİB sədrindən maraqlı açıqlamalar

AVMVİB sədrindən maraqlı açıqlamalar
AVMVİB sədri Füzuli Rzaquliyev, sorğumuz cavab olaraq maraqlı açıqlamalar verib. Ölkə rəhbərinin apardığı islahatları dəstəklədiyini deyən Füzuli Rzaquliyev bizimlə söhbətdə dedi: "Ali Baş Komandan, Prezident cənab İlham Əliyevi müharibə veteranları öz komandanları bilir və daim onun əmrində olduqlarını dəfələrlə bəyan ediblər. Çünki İlham Əliyev öz hakimiyyəti dövründə düşmənə qarşı dəyişməz mövqe sərgiləyib və bu mövqe hər birimizin mövqeyidir. "Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olsun". Bir inancımız var ki, gec - tez Ali Baş Komandan torpaqlarımızın azad edilməsi üçün müqəddəs və vacib bir əmri verəcək.

Ölkədə geniş islahatlara start verən ölkə başçısına qarşı müxtəlif istiqamətlərdən hücumlar var. Sanki kimlərsə qəsdən proseslərə qarşı təxribatlar törətməyə çalışırlar. Xüsusən də qaragüruhçu güclərə bir daha bildirmək istəyirik ki, biz veteranlar Ali Baş Komandanın əsgərləriyik və belələrinə qarşı hər kəsi, xüsusən müharibə veteranlarını ayıq olmağa çağırıram. Ümummilli inkişaf konsepsiyasını müvəffəqiyyətlə realizə edən, intensiv sürət və geniş vüsətlə gerçəkləşdirən tək lider Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Müasir dövrün yeni lideri olan İlham Əliyevin dövlətimizə rəhbərlik illərində ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrdə imza atdığı çoxsaylı uğurları kimsə dana bilməz. 2018-ci ildən daha aşkar şəkildə əhalinin sosial baxımından aztəminatlı təbəqəsi, müharibə veteranları (Qarabağ, Əfqanıstan), Çernobıl qəzasının ləğvində iştirak edən və həmin qəza nəticəsində zərər çəkənlər, qaçqın və məcburi köçkünlər, çoxuşaqlı ailələr, tələbələr daim dövlətin diqqət mərkəzindədir. Bundan sonra da sosial siyasətin davam etdiriləcəyi hökumətin hədəfləri sırasındadır. Məhz bu uğurlu siyasətə qarşı çıxanların əlacsızcasına "söyüş və böhtan kompaniyaları"na start verilir. vropada oturub ölkə rəhbərinə təhqirlər yağdıran biveclər, anlamırlar ki, onlar bu addımla eyni işi görən ermənilərə xidmət göstərirlər"...

AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, son zamanlar bəziləri müharibə veteranları adından bəyanatlar verir, özlərini müharibə veteranı kimi təqdim edərək dezinformasiyalar yayırlar. Bildirmək istəyirəm ki, AVMVİB 65 minlik veteranı öz ətrafında birləşdirən bir təşkilatdır və onun adından da bəyanat vermək səlahiyyətini mənə veriblər. Təşkilatın mövqeyi məlumdur və biz daim dövlətin, dövlətçiliyin yanındayıq.

AVMVİB sədri qeyd etdi ki, Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistann təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini getdikcə daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur. Kimsə düşünməsin ki, erməni zaman uzatmaqla niyyətinə çatacaq. Biz inanırıq ki, ölkə həyatında bir çox ilklərə imza atan, Aprel və Naxçıvan döyüşərində öz strateqliyini sübut edən bir lider kimi Qarabağı azad edilməsi paktının altından da İlham Əliyevin imzası yazılacaq.

F. Rzaquliyev bildirdi ki, Xətai rayonunda salınan yeni "Gənclik” parkında "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında Prezidentin və I Vitse Prezidentin də iştirakını alqışadı və bir təşkilat olaraq bu aksiyaya qoşulmaq barədə qərar verdiklərini bildirdi. Bu aksiya ölkə rəhbərinin və onun xanımının Vətən sevgisindən irəli gəlir. Bu aksiyaya qoşulmaqla bir daha Ali Baş Komandanın yanında olmağımızı bəyan etmək niyyətindəyik...

AVMVİB Mətbuat Xidməti

AVMVİB sədrindən maraqlı açıqlamalar
12 noyabr 2019 /

AVMVİB sədrindən maraqlı açıqlamalar

Похожие новости

AVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEO

AVMVİB sədri Ali Baş Komandan, Prezident İlham Əliyevin Valday çıxışı barədə sualımıza cavab olaraq bildirdi ki, biz dəfələrlə bəyan etmişik və yenə edirik ki, Ali Baş Komandan cənab İlham Əliyevin

AVMVİB - DƏ GÖRÜŞ

AVMVİB - nin 25 illiyi günü AVMVİB-nin fəxri üzvü DİN general-mayoru Kamil Məmmədov, Xətai rayon İcra Hakimiyyəti Başçısı vəzifəsini müvəqqəti icra edən Rafiq Quliyev təşkilata təşrif buyurdular.

Müharibə veteranları dövlət qayğısından razıdırlar

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdə aparılan geniş islahatlar ölkə ictimaiyyəti tərəfindən dərin məmnunluq hissi ilə qarşılanır. Azərbaycan Vətən Müharibəsi

AVMVİB SƏDRİ VETERANLAR ADINDAN PREZİDENT VƏ ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİ TƏBRİK ETDİ

AVMVİB sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevi doğum günü münasibətiylə təbrik edib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident! Doğum

AZƏRBAYCAN VETERANLARI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİKLƏRİNİ BƏYAN ETDİLƏR

Azərbaycan veteran təşkilatlarının birgə yığıncağı keçirildi. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Qarabağ
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
DİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ“Seçkilərin vaxtını Prezident müəyyən edəcək” - Siyavuş NovruzovRusiya Xarici İşlər naziri Bakıya gəlirAzərbaycanda Milli Məclis buraxıldı"Qarabağ" Sevilyada tarixi uğura bir addım da yaxınlaşa bilərSabiq prezident 17 il azadlıqdan məhrum edildiSəudiyyə sülaləsi tarixi sənədlərlə yəhudi çıxdıBu bizim hekayəmiz, o qədər saf, o qədər təmiz ...Daha bir qazimiz sıralarımızı tərk etdi...Haqqa yürüdüDüşmənin növbəti böhtanıİlham Əliyev: Paşinyanın cavabı onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.Tramp erməni hiyeredulu Kardaşyana "çılpaq poz vermə"-deyibMüharibə veteranı həkimlər bir aradaİlham Əliyev Valeri Gerasimovla görüşdüŞəhid ailələrinə və müharibə əlillərinə daha 100 mənzil verildiİlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTOABŞ-da iki erməni dığası EVLƏNİBLƏR...VİDEO“Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə...” - Prezident İlham ƏliyevBakıda yəhudi adı altında gizlənən ermənilər yaşayır? - ŞOK AÇIQLAMATanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Qənirə Paşayeva Qarabağ əlilləri ilə bağlı hökumətə çağırış etdi“İki min azərbaycanlı əsiri kluba doldurub…” – Erməni kapitanın qorxunc etiraflarıBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...Bakıdan Pşinyanın sərsəmləməsinə cavabİham Əliyev millət vəkiliylə bağlı sərəncam imzaladıİlham Əliyev Valeh Ələsgərova vəzifə verdi - SƏRƏNCAMAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri başa çatdıAVMVİB Gəncə şəhəri Kəpəz rayon şöbəsi tədbir keçirdiNJDE LÖVHƏSİ. Xatirə abidəsi necə nifaq simvoluna çevrildi?Avropanın mərkəzində törədilmiş Türk soyqırımıİraqda dünyanın ilk super gücünü məhv edən fəlakətin izləri tapıldıRusiya ABŞ və Avropanı yeni silahlarla qorxutduMƏMMƏD ƏMİN RƏSULZADƏ DƏ DİFAİNİN ÜZVÜ İDİBakıda 12 cangüdənlə gəzən erməni səfərindən danışdıMehriban Əliyeva Rusiya mediasına müsahibə verdiNazir yeni rəis müavini təyin etdiDaha bir veteran haqqa yürüdüNikol Paşinyandan diplomatik skandal! - Arxasını dönüb getdi - VİDEOAzərbaycana gələn erməni və Ermənistana gedən azərbaycanlı jurnalistlərAVMVİB Mingəçevir şəhər şöbəsindəAVMVİB Laçın rayon şöbəsindəŞöbə sədri Fəxri fərmanla təltif edilibBAŞSAĞLIĞIMehriban Əliyeva Moskvada “Azərbaycan” pavilyonunun açılışında iştirak edib (FOTOLAR)Rusiya “Müharibə Allahı”nı sınaqdan keçirdi - VİDEOMəşhur deputatın xanımı yüksək VƏZİFƏYƏ GƏTİRİLİR? - 25 noyabrda təsdiqlənəcəkMüxalifətin məntiqi: "Hava soyuqdursa, günahkar iqtidardır"...Mariya Zaxarova: "Azərbaycanlı qaçqınların Qarabağa qayıtmaq hüququ var"Prezident İlham Əliyev dekabrın 20-də rusiyalı həmkarı ilə görüşəcəkPKK-da təcavüz dəhşəti: Qızları sıraya düzdü, sonra isə...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ