Lazımsız BMT qətnamələri: 853 saylı qətnamə

Lazımsız BMT qətnamələri: 853 saylı qətnamə
Bu kimlərə lazımdır?

1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT TŞ iclası keçirildi və burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha obyektiv görünsə də, burada da məsələ öz dəqiq qiymətini almamışdır.

1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdikdən sonra BMT TŞ sədrinin yeni bəyanatı yayıldı. Həmin bəyanatda Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır və bölgədə hökm sürən vəziyyətdən narahatlıq ifadə edilirdi. Ermənilər beynəlxalq birliyin hadisələrə obyektiv reaksiya verməməsindən istifadə edərək yeni təcavüz aktları həyata keçirir, Azərbaycan torpaqlarını zəbt edirdilər. Beləliklə də Füzuli və Cəbrayıl rayonları da işğal olundu.

Qətnamənin tərcüməsi:

Qətnamə 853 (1993) 29 iyul 1993-cü il Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun Sədrinin 27 iyul 1993-cü il1 tarixində dərc olunmuş məruzəsini nəzərdən keçirərək, Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Maraqlı tərəflərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər planını qəbul etməsini alqışlayaraq, Hərbi əməliyyatların genişlənməsini və, xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək, Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsi ilə əlaqədar narahat olaraq, Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatçılığını ifadə edərək, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir;

Bundan başqa regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir;

Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir;

Maraqlı tərəfləri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət etməyə çağırır;

Yuxarıdakı 3 və 4-cü maddələr kontekstində regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırışlarını yenidən təsdiq edir;

822 saylı (1993) qətnamənin həyata keçirilməsi səyləri də daxil olmaqla, ATƏM-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə nail olmaq üzrə davam edən səylərini bəyənir, və hərbi əməliyyatların genişlənməsinin bu cəhdlər üçün doğurmuş dağıdıcı nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir;

Yerləşdirilməsi cədvəli ilə ATƏM-in müşahidə missiyasının hazırlanmasını, həmçinin Müşavirənin regionda iştirakının təmin edilməsi təklifinin Müşavirə çərçivəsində nəzərdən keçirilməsini alqışlayır;

Maraqlı tərəfləri münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən çəkinməyə, və ATƏM-in Minsk qrupu çərçivəsində, həmçinin birbaşa əlaqələr vasitəsilə məsələnin qəti həllinin əldə edilməsi məqsədilə onlar arasında danışıqları davam etdirməyə təkidlə çağırır;

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 saylı (1993) qətnamənin və hazırkı qətnamənin müddəalarına riayət edilməsi və bu tərəfin ATƏM-in Minsk qrupunun təkliflərini qəbul etməsi məqsədilə Ermənistan Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır;

Dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə çağırır;

Mülki əhalinin artan əzablarını yüngülləşdirmək məqsədilə, regionda, xüsusilə münaqişəyə məruz qalmış bütün rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz təmin edilməsinə bir də çağırır, və bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını bir daha təsdiq edir;

Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardım göstərməyi və qaçqın düşmüş şəxslərin öz evlərinə qayıtmalarına kömək göstərməyi xahiş edir;

Baş Katibdən ATƏM-in Fəaliyyətdə olan Sədri, həmçinin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə vəziyyət barədə Şuraya məruzələr təqdim etməsinin davam etdirilməsini xahiş edir;

Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3259 saylı iclasda yekdilliklə qəbul edilmişdir.
15 noyabr 2019 /

Lazımsız BMT qətnamələri: 853 saylı qətnamə

Похожие новости

BMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə

BMT qətnamələrinin xülasələrini veteranların xahişiylə diqqətinizə çatdırmağa qərar verdik. 822 saylı qətnamədən başladıq. 1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən

BMT-də Qarabağla bağlı mühüm sənəd yayıldı

“Azərkosmos” ASC-nin və Azərbaycan XİN-in “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsi Baş Assambleyanın

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi-ORADA NƏ YAZILIB?

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi səbəbi ilə qəbul olunmuşdur. Qətnamə əsasən Ermənistan Silahlı Qüvvələrinin

Bakı İrəvanı FAKT QARŞISINDA QOYDU: 1992-ci il 24 martda...

"Ermənistan baş nazirinin “Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” mülahizəsinin izahına ehtiyac duyulur, belə ki, onu əsaslandıran hər

Kolumbiya parlamenti Qarabağla bağlı qətnamə qəbul etdi

Kolumbiya parlamentinin Xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
DİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ“Seçkilərin vaxtını Prezident müəyyən edəcək” - Siyavuş NovruzovRusiya Xarici İşlər naziri Bakıya gəlirAzərbaycanda Milli Məclis buraxıldı"Qarabağ" Sevilyada tarixi uğura bir addım da yaxınlaşa bilərSabiq prezident 17 il azadlıqdan məhrum edildiSəudiyyə sülaləsi tarixi sənədlərlə yəhudi çıxdıBu bizim hekayəmiz, o qədər saf, o qədər təmiz ...Daha bir qazimiz sıralarımızı tərk etdi...Haqqa yürüdüDüşmənin növbəti böhtanıİlham Əliyev: Paşinyanın cavabı onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.Tramp erməni hiyeredulu Kardaşyana "çılpaq poz vermə"-deyibMüharibə veteranı həkimlər bir aradaİlham Əliyev Valeri Gerasimovla görüşdüŞəhid ailələrinə və müharibə əlillərinə daha 100 mənzil verildiİlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTOABŞ-da iki erməni dığası EVLƏNİBLƏR...VİDEO“Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə...” - Prezident İlham ƏliyevBakıda yəhudi adı altında gizlənən ermənilər yaşayır? - ŞOK AÇIQLAMATanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Qənirə Paşayeva Qarabağ əlilləri ilə bağlı hökumətə çağırış etdi“İki min azərbaycanlı əsiri kluba doldurub…” – Erməni kapitanın qorxunc etiraflarıBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...Bakıdan Pşinyanın sərsəmləməsinə cavabİham Əliyev millət vəkiliylə bağlı sərəncam imzaladıİlham Əliyev Valeh Ələsgərova vəzifə verdi - SƏRƏNCAMAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri başa çatdıAVMVİB Gəncə şəhəri Kəpəz rayon şöbəsi tədbir keçirdiNJDE LÖVHƏSİ. Xatirə abidəsi necə nifaq simvoluna çevrildi?Avropanın mərkəzində törədilmiş Türk soyqırımıİraqda dünyanın ilk super gücünü məhv edən fəlakətin izləri tapıldıRusiya ABŞ və Avropanı yeni silahlarla qorxutduMƏMMƏD ƏMİN RƏSULZADƏ DƏ DİFAİNİN ÜZVÜ İDİBakıda 12 cangüdənlə gəzən erməni səfərindən danışdıMehriban Əliyeva Rusiya mediasına müsahibə verdiNazir yeni rəis müavini təyin etdiDaha bir veteran haqqa yürüdüNikol Paşinyandan diplomatik skandal! - Arxasını dönüb getdi - VİDEOAzərbaycana gələn erməni və Ermənistana gedən azərbaycanlı jurnalistlərAVMVİB Mingəçevir şəhər şöbəsindəAVMVİB Laçın rayon şöbəsindəŞöbə sədri Fəxri fərmanla təltif edilibBAŞSAĞLIĞIMehriban Əliyeva Moskvada “Azərbaycan” pavilyonunun açılışında iştirak edib (FOTOLAR)Rusiya “Müharibə Allahı”nı sınaqdan keçirdi - VİDEOMəşhur deputatın xanımı yüksək VƏZİFƏYƏ GƏTİRİLİR? - 25 noyabrda təsdiqlənəcəkMüxalifətin məntiqi: "Hava soyuqdursa, günahkar iqtidardır"...Mariya Zaxarova: "Azərbaycanlı qaçqınların Qarabağa qayıtmaq hüququ var"Prezident İlham Əliyev dekabrın 20-də rusiyalı həmkarı ilə görüşəcəkPKK-da təcavüz dəhşəti: Qızları sıraya düzdü, sonra isə...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ