" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "

" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "



O, bir az aşağı əyilərək, Azərbaycan bayrağını iki əlilə tutdu, sonra isə yuxarı qaldırdı və öpdü. Sonra da dönüb Cəbrayıl şəhərinə baxdı...

1993 cü ilin avqust ayının 23 -də ermənilərə əsir düşmüş Beyləqanlı həkim Yusif Şəfiyev "Qarabağın İlqarı" adlı kitabında erməni əsirliyində olarkən onunla bir gündə əsir düşmüş Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi İlqar Mehdiyevin qəhrəmanlığı haqda yazır :

"Ermənilər bizim maşını ələk-vələk eləyəndən, üst-başımı bir neçə dəfə yoxlayandan sonra məni darvazadan içəri apardılar. İçəridə kiçik gözətçi binası tikilmişdi. Onun iki mişar daşı hündürlüyündə xırda pilləkəni var idi. Pilləkənin yanında adlarını yenicə öyrəndiyim Üzeyir və İlqar adlı iki oğlan dayanmışdı. Mən bu adamları əvvəllər heç bir yerdə görməmişdim. Elə oldu ki, mən İlqarın sağ tərəfində dayandım. İlqar boyca bizdən hündür və enlikürək idi. O, pilləkənin yuxarısında dayanmışdı. Erməni əsgərləri Üzeyirin gözlərini və əllərini arxadan bağladılar. Bizə hələ toxunmamışdılar. Bu vaxt gördüm ki, Azərbaycanın üçrəngli bayrağını binanın üstündən çıxarıb, sürüyə-sürüyə bizə tərəf gətirdilər. Beş-altı erməni döyüşçüsü bizi mühasirəyə almışdı. Bayrağı gətirən erməni bizə yaxınlaşdı. Üzbəüz dayandıq. O, qəzəblə İlqara dedi: "Tüpür bu bayrağa!" . Ermənilər İlqarın vəzifəli şəxs olduğunu bildikləri üçün bu fikrə düşmüşdlər. İlqar özünü itirmədi. O, bir az aşağı əyilərək, bayrağı iki əlilə tutdu, sonra isə yuxarı qaldırdı və öpdü. Bundan sonra İlqar dönüb Cəbrayıl şəhərinə baxdı. Mən heyrətimdən yerimdə donub qalmışdım. İlqarın bu cəsarəti erməniləri də heyrətə salmışdı. Bu zaman bayrağın yanında dayanmış yekəpər bir erməni avtomatın qundağı ilə iki dəfə İlqarın sinəsinə güclü zərbə vurdu. Zərbənin təsiri ilə İlqarın kürəyi divara dəysə də, o, yıxılmadı. Bundan sonra ermənilər İlqarın üstünə tökülüşüb, onu döyməyə başladılar...
Sonra İlqarı Şuşadan Xankəndinə göndərdilər.

Ermənilər Şuşa türməsindəki hadisədən sonra İlqara daha ağır işgəncələr verməyə başlayıblar. Xankəndində onu tez-tez döyür, günlərlə ac saxlayırmışlar. Xankəndi türməsində olanda ermənilər İlqarın iradəsini yenə sınağa çəkiblər. Onlar üç gündən bəri ac saxladıqları əsirləri bir gün açıq havada sıraya düzüblər. Əsirlərin dayandığı sıranın qarşısında Azərbaycan və Ermənistan bayraqları yanaşı asılıbmış. Bayraqların yanında isə ağzına kimi yeməklə dolu olan qazan buğlanırmış. Yekəpər bir erməni əsirlərə Azərbaycan dilində müraciət edib: "" Kim gəlib erməni bayrağını öpüb, Azərbaycan bayrağına tüpürsə, ona doyunca yemək verib, sonra isə azad edəcəyik" . Həmin vaxt saqqalı bir erməni əlindəki videokamera ilə əsirləri lentə alırmış. Ermənilərin məqsədini başa düşən İlqar Mehdiyev cəld irəli çıxır. Ermənilər elə başa düşürlər ki, azərbaycanlı əsir onların dediyini edəcək. İlqar isə əvvəlcə Azərbaycan bayrağının qarşısında diz çöküb, onu öpür. Sonra isə erməni bayrağına tüpürüb, onu tapdalamağa başlayır. Ermənilər əvvəlcə özlərini itirsələr də, bir neçə saniyə sonra İlqarın üstünə hücum edib, onu armaturla döyürlər. İlqarın bir neçə dişi qırılır, ağzı qanla dolur. O, zərbələrin təsirilə yerdə qıvrılsa da, bir təhər özündə güc tapıb, ağzındakı qanı da erməni bayrağının üstünə tüpürür. Bundan sonra ermənilər onu daha bərk döyməyə başlayırlar. Amma İlqarın adı Beynəlxaq Qırmızı Xaç Cəmiyyətinin siyahısında olduğu üçün onu öldürməyə cəsarət etmirlər.

İlqar Mehdiyev Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin köməkliyi ilə 1996-ci il may ayının 10-da əsirlikdən azad olunur. Bir neçə ay davam edən müalicə prosesi İlqarın ömrünü uzatmaq üçün yetərli olmur. Əsirlikdə dəhşətli işgəncələr görmüş, ağır bədən xəsarətləri almış və qanına zəhərli maddə yeridilmiş İ.Mehdiyev 1997-ci il fevral ayının 5-də yaşadığı Sumqayıt şəhərində dünyasını dəyişib.

Foto : İlqar Mehdiyevin məzarı.

Qafqaz Qabil
#GizliFAYL


PS: Vətəni həmişə sevmək lazımdır.
15 noyabr 2019 /

" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "

Похожие новости

1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır - Türkiyə onun üçün pul mükafatı təyin etdi

Türkiyədə fəaliyyət göstərən "ASASmedya" Ermənistanda əsir saxlanılan Natiq Səlim oğlu Qasımovun tapılması üçün pul mükatafı təyin edib. Fedai.az qaynarinfo-ya istinadən xəbər verir ki, Natiq

Tanıyın, tanıdın: Düşmənin qorxulu röyası - XTPD-çilər

Muharibə veteranı, birinci qrup əlıl Kərbalayi İlqar Cəfərovun böyük əzm və əziyyətlə yaratdığı bu klipə "əhsən Vətənoğlu, min yaşa!" deməkdən başqa söz tapa bilmədim. İlqar Cəfərov 1969-cu ildə

Keçmiş döyüşçünün qeydləri: Tanıyın, tanıdın...

XTPD- nin keçmiş əməkdaşi Ilqar Ibrahimov müharibənin hər üzünü görüb. Əsirlikdən qurtulub, qazi olanadək döyüş yolu keçmiş Azərbaycan xalqının mərd oĝlu, talış balası. Ilqar İbrahimov DIN və MN-nin

Azərbaycan Xalq Cəpəsinin fəal üzvünü ermənilər necə öldürdü?

Erməni terrorçu Monte Melkonyanın ABŞ-ın San-Firansisko şəhərində yaşayan qardaşı Markar Melkonyan 2005- ci ildə nəşr etdirdiyi "Mənim Qardaşımın yolu" adlı kitabında belə bir hadisəni yazır :

Erməni vəhşilikləri əsirlərin dili ilə..

Keçmiş əsir Babayev Əlizadə Baba oğlunun dedikləri : erməni saqqallıları Əsgəran rayonun Dəhrəz kəndində əsir saxlanılan Azərbaycanlı qızları zorlayır , onlara müqqvimət göstərən qadınların damarına
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
DİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ“Seçkilərin vaxtını Prezident müəyyən edəcək” - Siyavuş NovruzovRusiya Xarici İşlər naziri Bakıya gəlirAzərbaycanda Milli Məclis buraxıldı"Qarabağ" Sevilyada tarixi uğura bir addım da yaxınlaşa bilərSabiq prezident 17 il azadlıqdan məhrum edildiSəudiyyə sülaləsi tarixi sənədlərlə yəhudi çıxdıBu bizim hekayəmiz, o qədər saf, o qədər təmiz ...Daha bir qazimiz sıralarımızı tərk etdi...Haqqa yürüdüDüşmənin növbəti böhtanıİlham Əliyev: Paşinyanın cavabı onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.Tramp erməni hiyeredulu Kardaşyana "çılpaq poz vermə"-deyibMüharibə veteranı həkimlər bir aradaİlham Əliyev Valeri Gerasimovla görüşdüŞəhid ailələrinə və müharibə əlillərinə daha 100 mənzil verildiİlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTOABŞ-da iki erməni dığası EVLƏNİBLƏR...VİDEO“Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə...” - Prezident İlham ƏliyevBakıda yəhudi adı altında gizlənən ermənilər yaşayır? - ŞOK AÇIQLAMATanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Qənirə Paşayeva Qarabağ əlilləri ilə bağlı hökumətə çağırış etdi“İki min azərbaycanlı əsiri kluba doldurub…” – Erməni kapitanın qorxunc etiraflarıBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...Bakıdan Pşinyanın sərsəmləməsinə cavabİham Əliyev millət vəkiliylə bağlı sərəncam imzaladıİlham Əliyev Valeh Ələsgərova vəzifə verdi - SƏRƏNCAMAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri başa çatdıAVMVİB Gəncə şəhəri Kəpəz rayon şöbəsi tədbir keçirdiNJDE LÖVHƏSİ. Xatirə abidəsi necə nifaq simvoluna çevrildi?Avropanın mərkəzində törədilmiş Türk soyqırımıİraqda dünyanın ilk super gücünü məhv edən fəlakətin izləri tapıldıRusiya ABŞ və Avropanı yeni silahlarla qorxutduMƏMMƏD ƏMİN RƏSULZADƏ DƏ DİFAİNİN ÜZVÜ İDİBakıda 12 cangüdənlə gəzən erməni səfərindən danışdıMehriban Əliyeva Rusiya mediasına müsahibə verdiNazir yeni rəis müavini təyin etdiDaha bir veteran haqqa yürüdüNikol Paşinyandan diplomatik skandal! - Arxasını dönüb getdi - VİDEOAzərbaycana gələn erməni və Ermənistana gedən azərbaycanlı jurnalistlərAVMVİB Mingəçevir şəhər şöbəsindəAVMVİB Laçın rayon şöbəsindəŞöbə sədri Fəxri fərmanla təltif edilibBAŞSAĞLIĞIMehriban Əliyeva Moskvada “Azərbaycan” pavilyonunun açılışında iştirak edib (FOTOLAR)Rusiya “Müharibə Allahı”nı sınaqdan keçirdi - VİDEOMəşhur deputatın xanımı yüksək VƏZİFƏYƏ GƏTİRİLİR? - 25 noyabrda təsdiqlənəcəkMüxalifətin məntiqi: "Hava soyuqdursa, günahkar iqtidardır"...Mariya Zaxarova: "Azərbaycanlı qaçqınların Qarabağa qayıtmaq hüququ var"Prezident İlham Əliyev dekabrın 20-də rusiyalı həmkarı ilə görüşəcəkPKK-da təcavüz dəhşəti: Qızları sıraya düzdü, sonra isə...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ