BMT-nin dəyərsiz qətnamələri: 884 saylı qətnamə

BMT-nin dəyərsiz qətnamələri: 884 saylı qətnamə



884 saylı qətnamə

1993-cü il noyabrın 11-də BMT Təhlükəsizlik Şurası Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Məsələ burasındadır ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünü təsdiqləyən onlarla fakt var və bu faktlar sözügedən ölkənin respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə əsas verir. Lakin bütün bunlara baxmayaraq, BMT Təhlükəsizlik Şurası təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımi qərarlar qəbul etmək istəmədi.

Qətnamənin tərcüməsi:
Qətnamə 884 (1993) 12 noyabr 1993-cü il Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək, ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticə­sində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək, Azərbaycan Respublikasının və regionda digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək, Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində föv­qə­ladə humanitar vəziyyətin yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,

Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;

Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;

ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir;

Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə" uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;
Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə "Yeniləşdirilmiş cədvəl" kontekstində münaqişənin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;

Regionda olan bütün dövlətləri münaqişənin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır;

Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir;

Baş Katibə, ATƏM-in Fəaliyyətdə olan Sədrinə və ATƏM-in Minsk Konfransının Sədrinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirmək barədə xahişini təkrar edir;

Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3313 saylı iclasda yek­dilliklə qəbul edilmişdir.
19 noyabr 2019 /

BMT-nin dəyərsiz qətnamələri: 884 saylı qətnamə

Похожие новости

BMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnamə

1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli

Lazımsız BMT qətnamələri: 853 saylı qətnamə

Bu kimlərə lazımdır? 1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul

BMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə

BMT qətnamələrinin xülasələrini veteranların xahişiylə diqqətinizə çatdırmağa qərar verdik. 822 saylı qətnamədən başladıq. 1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi-ORADA NƏ YAZILIB?

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi səbəbi ilə qəbul olunmuşdur. Qətnamə əsasən Ermənistan Silahlı Qüvvələrinin

Bakı İrəvanı FAKT QARŞISINDA QOYDU: 1992-ci il 24 martda...

"Ermənistan baş nazirinin “Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” mülahizəsinin izahına ehtiyac duyulur, belə ki, onu əsaslandıran hər
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Müharibə əlili əlil arabasıyla təmin olunubSaakaşvilinin iqamətgahı bu qiymətə satıldıGilyotinə qəhqəhəsiylə meydan oxumuş qadın döyüşçü: Əlcazairli CəmiləHesab məsələləriAzərbaycandan qaçan məmur haqda ilginc məlumatlar + FotolarMəktəblərdəki nöqsanlara görə kimlər cəzalandırılıb?Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib - RƏSMİVilayət Eyvazov Tural Hacıyevi rəis təyin etdiPrezident İlham Əliyev Boris Consonu təbrik edib"7 POLİS" FİLMİNİN TƏQDİMAT MƏRASİMİ - VİDEOErməni polkovnik: “Azərbaycan Ordusu bizdən qat-qat güclüdür”Yakovlev İrəvanda dedi: Dərhal Qarabağı alın! - Rus kanalında şokAzərbaycanlı idmançı Moskvada dünya rekordu qırıb çempion oldu - FOTOAzərbaycan Dünya Bankının kreditindən imtina edibABŞ Senatından "erməni soyqırımı" ilə bağlı - Şok qərarAVMVİB ÜZVÜ OLAN VETERANLAR ANIM TƏDBİRLƏRİNDƏ..AVMVİB Rəhbərliyi və təşkilat üzvləri Anım günündə iştirak etdilərİlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTOAğdaş veteranları məktəblilərlə görüşdülər12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Xəzər rayon veteranları Ulu Öndəri andılar...1993-cü ildən etibarən erməni əks-kəşfiyyatı 20-dən artıq casusu aşkar edib: əksəriyyəti Bakıya işləyirdiHərbi Prokror X. Vəliyev: “Ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır”Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydı Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydıBakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaqAŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcəkErmənistanın keçmiş prezidenti: "Nikol Paşinyan özünü Xilaskar İsus kimi təsəvvür edir"Əsirlikdə çörək üçün ermənilərlə güləşən çempionumuz - VideoDoğrudanmı, dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir?ƏSİRLİKDƏ QALAN SOYDAŞLARIMIZSak oğlu Əmir TeymurQanlılıqNizami rayonunda tədbir keçirilib“EuroHome”də yanğın davam edir - VİDEODünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsində
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ