Güney Azərbaycanda və İranda ötən həftənin ictimayi–siyasi mənzərəsi

Güney Azərbaycanda və İranda ötən həftənin ictimayi–siyasi mənzərəsi



Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda ötən həftəylə bağlı həftəlik icmalı

Hər həftə olduqu kimi bu həftəki icmalcmızda da Güney Azərbaycan və Irarnda ictimai-siyasi vəziyyət haqda oxucularımızın diqqətinə Iranda ölkə boyunca əsasən iqtisadi böhran, vergilərin artırılması, Qərbi Azərbaycanın kürdləşdirilməsi, Milli hüquq və azadlıqları uğrunda mübarizə aparan soydaşlarımızın İran rejiminin təhlükəsizlik məmurları tərəfindən həbs və təziqlərə məruz qalmaları haqda məlumat veriləcək.

Məlum olduqu kimi, İran rejiminin nüvə silahı əldə etmək cəhdlərinin qarşısını almaq üçün bu rejimə qarşı beynəlxalq müstəvidə ciddi iqtisadi və siyasi sanksiylıar tətbiqi nəticəsində ölkə boyunca iqtisadi böhran,işsizlik,ərzaq qıtlıqı və bahalıq demək olar ki, artıq dözülməz həddə çatıb.

Yerli mənbələrimizin verdiyi məklumata əsasən, Qərb dövlətlərinin təziqlərinə davam gətirə bilməyən İran rejimi Amerika və Avropa ölkələrilə müəyyən qədər razılığa gəlməyə məcbur qaldı və bir neçə mərhlədən ibarə ölkələr arasında danışıqlar baqşladı. Razılaşmaya əsasən xaricdə döndurulmuş milyardlarla İran pullarının ilkin olaraq bir az hissəsi irana qaytarıldı və qalan hissəsi isə tərəflərin tam razılıqı olduqdan sonra irana qaytarılması nəzərdə tutulur.

Lakin buna baxmayaraq iranda hələ də iqtisadi böhran, ərzaq qıtlıqı, işsizlik höküm sürməkdədir.

Sabahının nə olacaqını bilməyən iranın özəl sahibkarları və işa adamları hələdə hər hansı bir yeni iş qurmaq imkanına malik deyillər öna görəki yerli sahibkarların sərmayələri rejim tərəfindən döndurulmuş vəziyyətdədir. İran banklarında külli miqdarda sərmayələri olan yerli iş admları öz pullarını banlklardan nə geri ala bilmirlər nədə ki, hər hansı bir xarici ölkəyə köçürə bilirlər belə olan halada ölkə əhalisinin 70% özl sektorda işləyən az təminatlı ailələrin durumu çox acınacaqlı vəziyyətə düşüb hətta dövlət müsisələrində çalışan insanlarda aylardır ki maşlarını ala bilmirlər.

İran rejimi bu böhrandan çıxış yolunu vergilərin artırılmasında və yancaq məhsullarıa verilən subsidaların ləğvində görür və benzinin qimətini 75% qaldırmaqla yanaşı bəzi sahələrdə vergiləri 3%-dən 8%- qaldırır və nəticədə yenə ağırlıq əhalinin özərinə düşür.

Artıq dözülməz həddə çatn bahlıqa və vergilərin artımına etiraz olaraq İran bəzi böyük şəhərlərində Təbrizdə,Urmiyyədə və başqa şəhərlərdə etiraz aksiyaları keçirildi.

Təbrizin qızıl bazarı vergilərə etiraz olaraq tətil elan etdi bunun ardınca Urmiyyə qızıl bazarıda bağlandı lakin rejimi təhlükəsizlik məmurları mağaza sahiblərini ciddi təhdid edərək mağazaları açamqa məcbur etdi.

Yerli mənbələrimizin verdiyi məlumata əsasən, ölkəyə tətbiq edilən sanksiyalar nəticəsində ciddi iqtisadi problemlərlə üzləşən İran rejimi vergiləri artırır. Bu artım Urmiyə zərgərlərinin etirazına səbəb olub. Bu məqsədlə Urmiyə şəhərinin zərgərləri mayın 20-dən mağazalarını bağlayıblar. Artıq qızıl bazarı, Zərgərxana və İmam xayabanındakı qızıl mağazaları tətil edilib. Səbəb isə İran dövlətinin əlavə dəyər vergisini artırmasıdır.

Qeyd edək ki, Rejimin bu addımı Təbriz qızıl mağazaları sahiblərinin də etirazına səbəb olmuşdu. Onlar da bir neçə gün öncədən mağazalarını bağlayıb rejimə etiraz ediblər. Lakin rejimin Təbriz bazarına təzyiqləri artmaqdadır və bazara nəzarət edən təhlükəsizlik qüvvələrinin sayı artıb. Qızıl bazarından kimsənin şəkil və video çəkməsinə icazə verilmir.

Güney Azərbaycanın Urmiyə şəhərində avtobus sürücüləri etiraz aksiyası keçiriblər.
Mayın 21-də axşam saatlarında etiraz keçirən şirkət-i vahid avtobuslarının sürücüləri Ətayi xiyabanına toplanıblar.

Onlar gediş haqqı məsələsi və bəzi tələblər irəli sürüblər və bu səbəbdən avtomobil parkını daxil olmaqdan imtina ediblər. Etiraz aksiyasından sonra şəhər məsulları toplaşıb və etirazçılara tələblərinin təmin ediləcəyinə dair söz veriblər. Bundan sonra etiraz aksiyasına son qoyulub.

Qeyd edək ki, son zamanlar İranda iqtisadi vəziyyət ağırlaşdığına görə bu kimi etiraz aksiyaları müxtəlif şəhərlərdə baş verir.

Güney Azərbaycan şəhərləri getdikcə əhalidən boşalır. Kimi terrorçu kürdlərin təxribatçı fəaliyyəti nəticəsində, kimi Urmu gölü böhranı ilə əlaqədar və kimisə yoxsulluqla bağlı...
Güney Azərbaycanda və İranda ötən həftənin ictimayi–siyasi mənzərəsi
Mayın 21-də Sarabın icra başçısı bu şəhərin əhalisinin üçdə ikisindən çoxunun böyük şəhərlərə köçdüyü xəbərini verib.

Seyid Məhəmməd Abidi jurnalistlərlə danışıqda deyib ki, bu köç məhrum məntəqələrə diqqətin yetirilməməsi və baxımsızlıqla bağlıdır.

Bundan öncə isə Azad-i İslami universitetinin rəisi bu barədə həyəcan təbili çalmışdır. Yusif İsmaili əhalinin azalmasına işarə edərək deyib ki, bu şəhərdə köç edənlərin sayı artmaqdadır və xroniki bir böhrana çevirilib. O əlavə edib ki, iş yerlərinin olmaması son illərdə köçlərin artmasına səbəb olub.

Xatırladaq ki. Oxşar vəziyyət Güney Azərbaycanın müxtəlif şəhərlərində hökm sürür və zaman-zaman bu barədə geniş məlumat yaymışıq.Bunula yanaşı İran rejimi anti Türk siyasətinin günü gündən artırmaqda davam edir keçən icmallarımızda Güney azərbaycanın tarixi torpaqlarına terrorçu kürrdlərin iran rejimi tərəfindən köçürülməsi haqda məlumat vermişdik lakin bu məsələ get gedə dahada ciddiləşir. Güney Azərbaycanın qərb bölgəsinə göz tikən kürd terrorçuları öz təxribatçı fəaliyyətini müxtəlif şəkildə davam etdirir.

Urmiyə şəhərinin universitetində fəaliyyət göstərən “Qurmanç mədəni-ədəbi mərkəzi” bəyanat yayaraq mühacir kürdləri mayın 29-da Qərbi Azərbaycan Vilayətinin valiliyi qarşısında toplanmağa çağırıb. Keçmiş təcrübələr göstərib ki, onlar bütün vəziyyətlərdə öz təxribatçı iddialarını irili sürməyə və imkan olarsa şəhərin təhlükəsizliyinə pozmağa fürsət güdürlər. Bu dəfə isə Urmu gölünü bəhanə ediblər.

Lakin Azərbaycanın oyanıq xalqı, xüsusi ilə milli-mədəni fəallar bu məsələdən nigaran olub və çoxsaylı SMS göndərməklə xalqımızı tədbir almağa çağırıblar.

Həmçinin Urmiyə, Sulduz və Xoy şəhərinin azərbaycanlı fəalları kürd terroristlərinin bu əməlinə etiraz ediblər. Fəalların Azərbaycan türk millətinə xitabən yaydıqları bəyanatın bir hissəsində deyilir: “Kürd terrorist qruplarına bağlı olan zahirən öyrənci kürdlər rejimin təhlükəsizlik qüvvələrinin maddi və mənəvi dəstəyi ilə Urmiyə Universitetinə nüfuz ediblər. Onlar ədəbi-mədəni qurum adı altında xəyalı böyük Kürdüstan qurmağı təbliğ edirlər. Onlar son günlərdə mühacir kürdləri və erməni qardaşlarını mitinqə çağırıblar”. Bəyanatın başqa bir hissəsində kürd terrorçuların başçılarına və rejimə, onların fitnəkarlığı ilə bağlı xəbərdarlıq edilir. Azərbaycanlı öyrəncilərə isə kürd terroristlərinin fitnəkarlığının qarşısının alınmasında fəal olmaları təklif edilir.

Bundan öncə isə “Qurmanç mədəni-ədəbi mərkəzi”nin “Urmiyə gölü 100% quruyur, sakit durmayın” adlı bəyanatında, Qərbi Azərbaycan Vilayəti kürdlərin ana torpağı və Kürdüstanın bir parçası kimi qələmə verilib.

Kürdüstan xəbər agentliyində yayılan bəyanatin bir hissəsində deyilir:

“Kürdüstanın oyanıq vicdanları, hökumətin utancverici siyasəti nəticəsində Kürdistan ekosisteminin gün keçdikcə pozulması və Kürdüstan təbiətinin məhv olunması rəvadırmı?! Hardadır şəhərin tarixi ilə öyünənlər?! Hardadır əhura övladları?!

Son illərdə Şərqi Kürdüstanın bir çox bölgəsi, İlamdan tutmuş Urmiyə və Makıya qədər, hər harda fürsət tapılıbsa, Kürdistanın ekosistemi pozulub. Görəsən belə bir hadisə sadəcə təbii hadisədir və bunun arxasında heç bir siyasət dayanmır?!... .

Xatırladaq ki, PKK, Pjak və digər terrorçu təşkilatların dəstəyi və göstərişi ilə Azərbaycan torpaqlarına göz tikən kürd terrorçuları son illər Qərbi Azərbaycan Vilayətində olduqca aktivləşiblər. İran rejimi Onların fəaliyyəti üçün xüsusi şərait yaradır. Artıq kimsəyə gizli deyil ki, kürd terrorçularının ardıcıl açıq-aşkar ərazi iddialarının arxasında İran rejiminin təhlükəsizlik qüvvələri və İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) dayanır.Bununla yanaşı Kürdistan xəbər agentliyi (kordpa) terrorçu kürdlərin izi ilə hərəkət edərək Azərbaycanı görməzdən gəlib və Qərbi Azərbaycan Vilayətini Kürdistan adlandırıb.

Güney Azərbaycanın Urmiyə şəhərinin universitetində “Qurmanç mədəni-ədəbi mərkəzi”nin “Urmiyə gölü 100% quruyur, sakit durmayın” adlı bəyanatında Qərbi Azərbaycan Vilayəti kürdlərin ana torpağı və Kürdistanın bir parçası kimi qələmə verilib.

Kürdistan xəbər agentliyində yayılan bəyanatin bir hissəsində deyilir:

“Kürdistanın uyanıq vicdanları, hökumətin utancverici siyasəti nəticəsində Kürdistan ekosisteminin gün keçdikcə pozulması və Kürdistan təbiətinin məhv olunması rəvadırmı?! Hardadır şəhərin tarixi ilə öyünənlər?! Hardadır əhura övladları?!

Son illərdə Şərqi Kürdistanın bir çox bölgəsi, İlamdan tutmuş Urmiyə və Makıya qədər, hər harda fürsət tapılıbsa, Kürdistanın ekosistemi pozulub. Görəsən belə bir hadisə sadəcə təbii hadisədir və bunun arxasında heç bir siyasət dayanmır?!... .

Xatırladaq ki, PKK, Pjak və digər terrorçu təşkilatların dəstəyi və göstərişi ilə Azərbaycan torpaqlarına göz tikən kürd terrorçuları son illər Qərbi Azərbaycan Vilayətində olduqca aktivləşiblər. İran rejimi Onların fəaliyyəti üçün xüsusi şərait yaradır. Artıq kimsəyə gizli deyil ki, kürd terrorçularının ardıcıl açıq-aşkar ərazi iddialarının arxasında İran rejiminin təhlükəsizlik qüvvələri və İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) dayanır. Buna fakt kimi keçmiş xəbərlərimizdə dəfələrlə məlumatlar yaymışıq.Bütün bu təxribatlara və təziqlərə baxmayaraq Güney Azərbaycan milli hərəkat fəalları öz haqları uğrunda dinc mübarizəlrini davam etdirirlər beləki,Güney Azərbaycanlı öyrənci fəal xanım Məsumə Qulizadə tutuqlanıb.
Güney Azərbaycanda və İranda ötən həftənin ictimayi–siyasi mənzərəsi
İran Kəşfiyyatının (ETTELAAT) Tehran şöbəsinin məmurları adını çəkdiyimiz xanımı mayın 21-də yaxalayıblar.

Məlumata görə, M.Qulizadə Təbrizlidir, o Türkiyədə təhsil alır və İrana ailəsini görmək üçün qayıdıbmış.

Solçu olduğu bildirilən öyrənci fəalın hazırda harada saxlandığı və nədə ittiham edildiyi bilinmir.

Qeyd edək ki, Məsumə Quluzadə Tehranın Əllamə Təbatəbayi Universitetinin fəlsəfə üzrə məzunudur, təhsilini Türkiyədə davam etdirir.Bununla yanaşı Meşginşəhrin inqilab məhkəməsində azərbaycanlı fəal Əli Əhmədinin məhkəmə iclası keçirilib.Milli-mədəni fəalın məhkəmə iclası inqilab məhkəməsinin 1-ci şöbəsində hakim Qazipurun sədrliyi ilə keçirilib. Bundan öncə də Hakim Qazipur dəfələrlə Əli Əhmədini sorğu-suala tutub.Qeyd edək ki, Ərdəbil mühəqqiq universitetinin öyrəncisi, Muğanın Parsabad şəhərinin sakini Ə.Əhmədi Savalan dağı mərasimində iştirak etməsi və bu mərasimə çağırış etməsi ilə əlaqədar tutuqlanmışdır. O, Savalan zirvəsinə getdiyi bir vaxtda Meşkinşəhr-Qaynarca caddəsində bir neçə fəalla birlikdə tutuqlanıb və polis qüvvələri tərəfindən döyülmüşdür.Milli-mədəni fəal bundan öncə də dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.Bu arada Güney Azərbaycan milli hərəkatının verdiyi məlumata görə, Əli Səmədpur, doktor Seyid Camal Musəvinejad və Səhənd Məali 5 gün müddətinə Sarab şəhərinin həbsxanasından sərbəst buraxılıblar. İndiyədək Ə.Səmədpurun sağlıq durumundakı problemlərə görə zindandan kənarda müalicə almaqla bağlı istəyi geri çevrilib.

Qeyd edək ki, hər üç azərbaycanlı fəal Həmid Tohidi ilə birlikdə 2012-ci il mayın 24-də Sarab şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər. S. Məali və C. Musəvinejad 2 ay saxlanıldıqdan sonra 60 milyon, Ə.Səmədpur və H.Tohidi isə 5 aylıq həbsdən sonra 150 və 200 milyon tümən zəmanətlə azadlığa buraxılıblar. Ə. Səmədpur ürək-damar xəstəliyindən əziyyət çəkir, azərbaycanlı fəal ETTELAAT-ın təcridxanasında saxlanıldığı zaman ağır işgəncələrə məruz qaldığından iki dəfə huşunu tamamilə itirib və nəticədə İmam Rza xəstəxanasına aparılıb. Ə. Səmədpur həmçinin Sarab həbsxanasında saxlanıldığı zaman da zindanın məsul əməkdaşları tərəfindən döyülərək huşunu itirdiyindən, İmam Xomeyni xəstəxanasına aparılıb. Bundan əlavə, Sarab şəhərinin Su İdarəsində işləyən H.Tohidi həbs olunduqdan sonra işdən çıxarılıb. Daha sonra Sarab İnqilab Məhkəməsində hakim Rəhim Xatirinin sədrliyi ilə keçirilən məhkəmə prosesində azərbaycanlı fəallar ümumilikdə 6 il azadlıqdan məhrum ediliblər. Belə ki, S.Məali və H.Tohidi hər biri 2 il, C.Musəvinejad və Ə.Səmədpur isə hər biri 1 il həbs cəzasına məhkum edilib. Bu hökm azərbaycanlı fəallara hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə verilib. Bundan başqa, S.Məali və H.Tohidinin hər birinə 1 il də həbs cəzası kəsilib. Ancaq bu hökmün hansı ittiham əsasında verildiyi məlum deyil. Məhkəmə Ə.Səmədpur, C.Musəvinejad və S.Məaliyə bəzi ittihamlardan bəraət verib. Artıq qərar Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Ötən il sentyabrın 29-da S.Məali, sentyabrın 30-da Ə.Səmədpur, oktyabrın 16-da H.Tohidi və oktyabrın 29-da C.Musəvinejad həbs cəzalarını çəkmələri üçün həbsxanaya salınıblar.

Güney Azərbaycanda soydaşlarımız Milli Qiyamın 2006-cı il may hadisələri növbəti ildönümünə hazırlaşır.

Hər il olduğu kimi bu il də Milli Qiyamın ildönümü Güney Azərbaycan və azərbaycanlıların yaşadığı bir çox xarici ölkələrdə müxtəlif tədbirlər, aksiyalar və proqramlar həyata keçirilir. Son məlumata görə, Güney Azərbaycanın qərb bölgələrində Urmiyə, Maku, Xoy, Salmas, Sulduz və s. kimi şəhərlərdə çoxsaylı Bildirilər yayılıb. Bildirilərdə Milli Qiyam və həmin günlərdə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib. Bildirilərdə həmçinin Qərbi Azərbaycan Vilayətində terrorçu kürdlərin fəallaşması və Urmiyə bələdiyyəsinin onlara meydan verməsi barədə xəbərdarlıq edilib və bölgədə gedən anti-Azərbaycan proseslərə aydınlıq gətirilib.

Güney Azərbaycan Milli Qiyamın (2006-cı il may hadisələri) növbəti ildönümü günlərini yaşayırlar. Hər il olduğu kimi, soydaşlarımız bu günlərdə xüsusi aktivlik göstərir və müxtəlif tədbirlər keçirilirlər.

Son məlumata görə, Muğan universitetlərində “İran və tüklər” adlı 1000-dən çox dərgi paylanılıb. Həmin dərgi mayın 20 və 21-də Parsabadın Səma, Pəyame Nur və Azad-i İslami kimi universitetlərində paylanılıb.

Dərgidə türklərin tarixi, Azərbaycan musiqisi. Asimilasyon siyasəti, 21 Azər hadisələri, milli hökumət, türk dili və ədəbiyyatı və sair kimi mövzular dərc olunub.

Xatırladaq ki, Azərbaycan universitetləri Milli Hərəkatın fəaliyyət dönəmində azərbaycan türklərini müarifləndirmək uğrunda xüsusi rol oynayıb. Paylanılan dərgi və onun içində dərc olunan mövzular da universitetin bu roluna işarədir.

Güney Azərbaycanın müxtəlif şəhərlərindən gələn milli-mədəni fəallarar Sulduzda önəmli mərasim keçiriblər.

2006-ci ildə baş verən Milli Qiyamın May hadisələri şəhidləri, bu hadisənin 8-ci ildönümündə ehtiramla anılıb. Sulduz şəhərində təhlükəsizlik qüvvələrinin artmasına və məzarlığın xüsusi nəzarətdə olduğuna baxmayaraq Güney Azərbaycanın müxtəlif şəhərindən gəlmiş fəallar, şəhidlərin məzarı üstünə gedib və onların əziz xatirəsini ehtiramla yad ediblər.

Mayın 25-də baş tutan mərasimdə, Uzaq şəhərlərdən gələn fəallarla yanaşı yerli əhali də geniş iştirak edib.Mərasim 16:30-da başlayıb. Mərasim 3 dəfə “Azərbaycan – Azərbaycan – Azərbaycan” sözü dilə gətirilərək başlayıb, sonra şəhidlərin ruhlarına fatihə oxunub.

Urmulu fəal Qulam Qulizadə qonaqları salamlayaraq onlara öz təşəkkürünü bildirib. Və bundan sonra Əkbər Əbulzadə çıxış edib. Ə. Əbulzadə şəhidlərin millət arasındakı hörmətindən və bu məqamın mənəvi əhəmiyyətindən danışıb və Azərbaycan Milli Hərəkatında “birliyin” zərurətinin vurğulayıb.

Mərasimin irrəlləyən dəqiqələrində Qulam Qulizadə Əliağa Vahiddən vətənə məhəbbət məzmunlu bir şeir oxuyub və Azərbaycan şəhidlərinin əziz xatirəsini bir daha dilə gətirib. O rəhbər şəxslərin şəhidlərimizdən dərs almalı olduğunu da xüsusi vurğulayıb.

Mərasim iştirakçıları 3 dəfə “Yaşasın Azərbaycan” deyimini gur səslə deyib və mərasimə son qoyublar.

Bir daha xatırladaq ki, bu günlər 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümüdür. İranın rəsmi qəzeti – “İran”da azərbaycanlıların təhqir edilməsi kütləvi etirazlara səbəb olub. Soydaşlarımız tərəfindən həyata keçirilən kütləvi aksiyalar bütün Güney Azərbaycanı və İranın azərbaycanlılar yaşayan digər şəhərlərini bürüyüb. Bir həftədən artıq davam edən və 1 Xordad (22 may) hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı insan həbs olunub. Onlara qarşı açılmış cinayət işlərinin bəziləri hələ də xətm olunmayıb. İran Televiziyası Sulduzda Tohid Azəryun (25 yaşlı), Hümmət İsmzadə (35 yaşlı), Hüseyn Fəthipur (17 yaşlı) və Əsgər Qasiminin (39 yaşlı) şəhid olduğunu etiraf edib.

İranda qəsdən adam öldürməkdə günahlandırılan məhbuslardan 5-i edam edilib.

Edam hadisəsi Əlborz vilayətində Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında mayın 19-u səhər saatlarında baş verib. Onların dara çəkildiyi bildirilir.

Edam olunanların ad və soyadlarını hələlik dəqiqləşdirmək mümkün olmayıb.

İranın rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları da həyata keçirdikləri bu edamla bağlı ictimaiyyəti məlumatlandırmayıblar.
Güney Azərbaycanda və İranda ötən həftənin ictimayi–siyasi mənzərəsi
Bu aradaTəbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili bildirib ki, “Birinci iclasda bu önəmli məsələ ilə bağlı qərar verilməsi və bu işi təqib etmək üçün xüsusi bir şəxsin təyin edilməsinə görə cənab prezidentə təşəkkür edirəm, lakin əhalinin bir sualı var: “Siz işə başlamaq üçün Urmu gölünün 100% qurumasını gözləyiresiz?!”

Rza Rəhmani əlavə edib:

“11-ci dövlət fəaliyyətə başladığı zaman Urmu gölünün 70%-i qurumuşdur, lakin hazırda bu rəqəm 94%-ə çatıb. Əgər dövlətin işləri belə ləngiyəcəksə, onda yaxın zamanda Urmu gölünün təmami ilə qurumasına və gölün ətrafında duz fırtınalarına şahid olacayıq.”

Parlamentin sənaye və mədənlər komissiyasının rəisi bildirib ki, illər öncə (hicri-şəmsi tarixi ilə 1385-ci il) hələ Urmu gölü böhranı dərinləşmədən, onun quruyacağı ilə bağlı xəbərdarlıq etdik və o zamankı prezidentlə bu barədə məktublaşdıq. Təəssüflə hələ də onun ətraf-mühit və ictimai təhlükələrinə laqeyd münasibət var... .”

Sonda Rəhmani Urmu gölünü qurtarmaq üçün təcili və əməli addımların atılmasını tələb edib.

Şərqi Azərbaycanın nümayəndələr birliyinin rəisi Azərbaycan telekanalının açılmasını istəyib

Güney Azərbaycanda rəsmi olaraq əsl ana dilində Telekanalın olmaması nə qədər inanılmaz olsa da, bir həqiqətdir.

Son məlumata görə, Şərqi Azərbaycanın millət vəkilləri birliyinin rəisi Məhəmməd İsmayıl Səidi Azərbaycan türkcəsində televiziya kanalının açılmasını istəyib.

O Təbrizin petroşimi zalında vilayət mərkəzlərinin Teleradio şirkətlərinin təşkil etdiyi tədbirdə deyib ki, Azərbaycan kanalının açılmasını təklif etdik. Şübhəsiz bu bölgənin zəngin tarixi və ədəbiyyatı həmin şəbəkənin idarə edilməsinə imkan verəcək. O həmçinin deyib ki, bu bölgədən böyük şəxsiyyətlər çıxaraq milli və dünya səviyyəsində təsirə malik olublar. Bu gün də bizim sənətçilərimiz beynəlxalq səviyyədə təsirə malik ola bilərlər.

İranın Nüvə silahı arzusu ürəyində qalacaq?

Rəsmi Tehran MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) tərəfindən irəli sürülmüş daha beş öhdəliyin cari ilin avqustuna qədər yerinə yetirilməsinə razılıq verib.Yerli mənbələrin məlumata görə, İran və MAQATE arasında son iki gün ərzində baş tutan danışıqlarda bir sıra irəliləyişlər əldə olunub.

İslam Respublikasının sözügedən təşkilatdakı nümayəndəsi Rza Nəcəfinin sözlərinə əsasən, rəsmi Tehran ölkədə aparılan nüvə tədqiqatları, elmi işlər və təsisatlar barədə qarşı tərəfə daha təfsilatlı məlumatlar verəcək.

Xatırladaq ki, rəsmi Tehran bundan əvvəl MAQATE-nin irəli sürdüyü 13 öhdəliyin yerinə yetirilməsinə razılıq verib və onları icra edib. Hazırda İranda yeni və köhnə nəsil sentrifuqaların kütləvi istehsalı və onların quraşdırılması, irimiqyaslı partlayışların həyata keçirilməsi, nüvə məsələləri barədə yazılmış məqalə və elmi işlər, Sağənd, Ərak və sair nüvə təsisatları kimi mövzular tərəflərin müzakirə mövzularındandır.

ABŞ prezidenti İranın nüvə proqramından danışıb.“Radiofərda”ın verdiyi məlumata görə, Barak Obama bir daha İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin davam etdirilməsini dəstəkləyib: “İranla nüvə razılaşmasına nail olmaq şansı on il əvvələ nisbətən ilk dəfədir xeyli yüksəkdir”.

Onun sözlərinə görə, İran uzun illərdir ABŞ, İsrail və digər ölkələrin xəbərdarlığına baxmayaraq, nüvə proqramını inkişaf etdirib: “Ancaq ABŞ prezidenti olduğum dövrdən başlayaraq rəsmi Vaşinqton İrana sanksiyalar vasitəsilə təzyiq etməklə yanaşı, Tehrana danışıqlar aparmaq üçün də əlini uzatdı. Düzdür, bəzi fikir ayrılıqları olsa da, kompromis əldə etmək mümkündür. Müvəffəqiyyət əldə etmək üçün uzun yol qət etmək lazımdır. Biz İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçiririk. Amma son on ildə razılaşmanın əldə olunması üçün şansımız ilk dəfədir xeyli yüksəkdir”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri iyunun 16-20-də Vyanada keçiriləcək.



MDHP Güney Azərbaycan Departamentinin rəhbəri,

Əlirza Amanbəyli
21 noyabr 2019 /

Güney Azərbaycanda və İranda ötən həftənin ictimayi–siyasi mənzərəsi

Похожие новости

Tanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilib

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib. Hökm Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi

50 azərbaycanlı fəal saxlanıldı – Ailələri xəbərsizdir

İranda son 3 gündə Güney Azərbaycandan olan 50 milli fəal həbs edilib. Teleqraf.com xəbər verir ki, milli fəallar Kəlheybər şəhəri yaxınlığında, “Babək qalası” adlanan ərazidə toplantı keçirməyə

Xəbərdarlıq: Qərbi Azərbaycanın Kürdüstanlaşdırma proyektinə start verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Antiazərbaycan və irqçi fars rejimi son onilliklərdə İraqdan gətirilən mühacir kürdləri Qərbi Azərbaycan vilayətinə yerləşdirməklə Azərbaycanın

İranda Azərbaycanla bağlı KONFRANS

Şərqi Azərbaycanın Culfa şəhərində “Gülüstan və Türkmənçay müqavilələrinin nəticələri” mövusunda konfrans keçirilib. İranlı tarixçilərdən, araşdırmaçılardan ibarət konfrans iştirakçıları Azərbaycan

Qərbi Azərbaycanda kürd yaraqlıları ilə qarşıdurmada 8 İran sərhədçisi öldürülüb

GünAzTV: İranın Qərbi Azərbaycan əyalətinin Türkiyə sərhədinə yaxın Çaldıran məntəqəsində yaraqlı kürd qruplaşmaları ilə baş verən silahlı qarşıdurmada 8 İran sərhədçisi öldürülüb. Bu barədə Qərbi
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ“Seçkilərin vaxtını Prezident müəyyən edəcək” - Siyavuş NovruzovRusiya Xarici İşlər naziri Bakıya gəlirAzərbaycanda Milli Məclis buraxıldı"Qarabağ" Sevilyada tarixi uğura bir addım da yaxınlaşa bilərSabiq prezident 17 il azadlıqdan məhrum edildiSəudiyyə sülaləsi tarixi sənədlərlə yəhudi çıxdıBu bizim hekayəmiz, o qədər saf, o qədər təmiz ...Daha bir qazimiz sıralarımızı tərk etdi...Haqqa yürüdüDüşmənin növbəti böhtanıİlham Əliyev: Paşinyanın cavabı onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.Tramp erməni hiyeredulu Kardaşyana "çılpaq poz vermə"-deyibMüharibə veteranı həkimlər bir aradaİlham Əliyev Valeri Gerasimovla görüşdüŞəhid ailələrinə və müharibə əlillərinə daha 100 mənzil verildiİlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTOABŞ-da iki erməni dığası EVLƏNİBLƏR...VİDEO“Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə...” - Prezident İlham ƏliyevBakıda yəhudi adı altında gizlənən ermənilər yaşayır? - ŞOK AÇIQLAMATanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Qənirə Paşayeva Qarabağ əlilləri ilə bağlı hökumətə çağırış etdi“İki min azərbaycanlı əsiri kluba doldurub…” – Erməni kapitanın qorxunc etiraflarıBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...Bakıdan Pşinyanın sərsəmləməsinə cavabİham Əliyev millət vəkiliylə bağlı sərəncam imzaladı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ