YAZAR AYNUR TALIBLIDAN, Araz Əlizadəyə TARİXİ DƏRS

YAZAR AYNUR TALIBLIDAN, Araz Əlizadəyə TARİXİ DƏRS



“Türkün tarixi ,adı və soyu bəllidir! “

YAZAR: AYNUR TALIBLI
Tarix və Mədəniyyət Araşdırmaçısı.İstanbul 2019.

"Tarix Təkərrürdən İbarətdir Deyirlər. Heç İbrət Alınsaydı Təkərrürmü edərdi?" - deyə söyləmiş Türk dünyasının düşünürü və şairi Mehmet Âkif Ersoy.

Bu sözlərin çox dəyərli,önəmli və qiymətli olduğunu anlamağımız lazımdır. Sanki bu dəyərli misralar biz Türklərin hər dönəm tarixinə dərs kimidir. Çünki bizlər bəzən təkərrür edənin tarix deyil bizim tarixi xətalarımız olduğunu unuduruq. Bu sözləri niyə? yazdığımı açıqlayacağam. Amma önəcə siz dəyərli oxuyucularımıza, həmsöhbətlərimizə “Azəri, yoxsa Türk Milləti” isimli məqaləmi xatirlatmaq istərdim. Azərbaycanlı Türklərin milli kimliyi ilə əlaqəli bu məqaləni yazmağı Azərbaycanli Oğuz Türkü olaraq boynumun borcu bilmişdim. Çünki mövzu çox önəmli və həssas idi. Sözü gedən 2017- ci ildə qələm aldığım araştırma məqaləmizin başlanğıcında da qeyd etdiyim kimi, bu mövzu son zamanlar çox müzakirə edilir. Bəzi işbazlar karyeralarının sonuna gəldikləri üçünmü, yoxsa qanlarında erməni, fars və ya rus qarışığı olduğundanmı bilinməz, millətimizi, milli kimliyimizi başqa tərzdə və kökündən uzaq bir halda bizlərə tanıdmağa çalışırlar. Mənə görə bu gündəmdə qalmaq üçün və ya xarici qüvvələrin xüsusi sifarişi ilə zaman-zaman edirlər. Çünki 2019-cu ildə də yenidən bu mövzu bir millət vəkili tərəfindən gündəmə xüsusi ilə gətirilmişdir. Qardaş Türkiyə mediyasında da bunun səs-sədası yayılmışdır. Sözü gedən sözdə ”millət vəkili” qonaq olduğu Tv kanalında utanmadan bəzi safsatalar söyləmişdir.

Bu şəxs Azərbaycanlılarla Türklər arasında qan bağının olmadığını, Osmanlı Türk ordusunun muzdlu ordu olduğunu idda edir və Qafqaz Türk İslam Ordusunun para qarşılığında Bakıya köməyə gəldiyini söyləmişdir. Həqiqətən dəhşətli , yalan və iftira dolu alçıqlamalardır. Bu millət vəkili olacaq dünyadan xəbərsiz insanın tarixdən də xəbəri yoxdur. Türk ordusu əsla tarixin heç bir dönəmində muzdlu-para ilə savaşan ordu olmamışdır.Bunu bütün dünya tarixçilər də, yerli tarixçilər də təsdiqləyir və xüsusi ilə qeyd edirlər ki, Türk ordusunun digər millətlərindən fərqli olan üç yönü təsbit edilmişdir:

1. Türk ordusu muzdlu( paralı-ücrətli) deyildir
2.Türk ordusu daimidir
3.Türk ordusu təməldə süvarilərdən oluşmuşdur.(1).

Tarixi həqiqətləri görməzdən gələn Araz Əlizadənin qanında fars və ya başqa qan qarışığı ola bilər və bu səbəbdən belə açıqlama edə bilər. Amma digər tərəfdən bu insanın tarixi bilgisidə yox səviyyəsindədir. Beynini sovet dönəmindəki nağıllar və Stalinin siyasəti zəbt etdiyindən anlamır ki, “azərbaycanli” deyə millət anlayışı yoxdur.

Azərbaycan adının mənşəyi ilə əlaqədar tarixçilər və araşdırmaçılar müxtəlif fikirlər irəli sürmüşlər. Amma “azərbaycanlı” deyə millətin olmaması məsələsində həmfikir olmuşlar. Bu nöqtədə tarixə baxdığımızda görürük ki, bu mövzunu araşdıranlar qaynaqlarda bölgə xalqına “azərbaycanlı” və ya “azəri” adlarını verməmiş və bu şəkildə tanıtmamışlar. Bu gün yayqın şəkildə və qərəzli olaraq “azərbaycanlı milləti”, “azəri milləti” , “azəricə dili” və ya “Azərbaycan dili” deyə istifadə edilir. Bu, Güney Azərbaycanda deyil, Quzey Azərbaycanda da belədir. Quzey Azərbaycanda insanların dilində özəlliklə “azəri” və “azəricə” sözləri son vaxtlar işlədilməkdədir. Bu baxımdan fars zülmünə məruz qalmalarına baxmayaraq, Güney Azərbaycandakı soydaşlarımız daha iddialıdırlar və doğruları dəyişdirmirlər. Güney Azərbaycandakı soydaşlarımız hər zaman, hər yerdə türk millətindən olduqlarını və dillərinin türkcə olduğunu xüsusi ilə qeyd edirlər.

Özlərini “azəri” və ya “azərbaycanlı milləti” adlandıranlar, tarixi araşdırsalar, çox böyük xəta etdiklərini anlayarlar. “Azəri” deyə farslar atəşə sitayiş edən kiçik bir tayfanı adlandırırlar. “Azərbaycanlı” deyə bir millətin olmadığını da oxuyan, arşdıran hər kəs anlayar. Çünki azərbaycanlı, amerikalı, fransalı və s. hansı ölkədən olduğunu bildirən ifadədir. Belə bir millət ola bilməz. Necə ki, iraqlı, suriyalı, dubaylı deyə millət yoxdur və burda yaşayan insanlarin milləti ərəbdir.

Azərbaycanlıların, özbəkistanlıların, qazaxıstanlıların, türkmənistanlıların, türkiyəlilərin, Güney azərbaycanlıların, İraq və Suriya türkmənlərinin və s. milləti türkdür, yəni bu insanlar milli azlıqları çıxmaq şərti ilə əsasən türk millətinə mənsubdurlar.

Miladdan öncəki dönəmlərdən 20-ci yüzilə qədər Azərbaycanda yaşayan insanlara daim türk, danışdığımız dilə də türkçə deyilmişdir. Sovet dönəmində rusların işğalı ilə “azərbaycanlı”, “azəri” və “azəricə” ifadələri xüsusi ilə yayılmışdır . 1936-cı ildə Stalin özəlliklə “türk milləti” deyilməsinə qarşı çıxaraq, “azərbaycanlı” deyilməsini təbliğ etdirir. Stalinin məqsədi türklərə qarşı “böl, parçala yönət” siyasətini həyata keçirmək idi. Bu yerdə unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin bu misraları hər şeyi izah edir:

“Qurdlar olub çobanların qoyunu,
İtdən öyrənirsən sən öz soyunu,
Azərilik komunizmin oyunu,
Azəri deyilik, türk oğlu türkük.

1919-1924-cu ilə aid bəlgələrdə və 1929-cu ilə aid olan kitablarda türk dili, 1934-cü və 1941-ci illərə aid şəxsiyyət vəsiqələrində və pasportlarda türk milləti olaraq qeyd edilirdi.

Demək ki, bizlərin türk millətinə mənsub olduğumuz gerçəyi işğalçıları (rusları, farsları,ingilisləri) ciddi dərəcədə narahat edir və qorxudurdu. Mərhum şairimizin Bəxtiyar Vahabzədənin bu misralarını tam yeridir deyə düşünürəm:

“Anlaya bilmirəm, niyə türk sözü,
Kiminsə başına düşən daş olmuş…”

Sadəcə bu ” millət vəkili” deyilən insanın Azərbaycanımızın dövlət rəmzi-simgəsi olan şanlı üç rəngli, ay-ulduzlu bayrağımızdaki rənglərin mənasından da xəbəri yoxdur.

Bizlər şanlı Oğuz türkləriyik və milladdan 5 min il öncəyə uzanan bir tariximiz vardır. Digər tərəfdən, bizim müstəqilliyimizin rəmzi olan üçrəngli şanlı bayrağımızdakı mavi, göy rəngin anlamının türk milləti olduğu və soyumuzun Göytürklərdən gəldiyini bildirdiyini anlamağımız lazımdır.

Bu məqamda Azərbaycanın mərhum lideri, dövlət başçısı Elçibəyin bu fikirlərini xatırlatmaq istərdim: “Türklük odur ki, türklüyün önəmini dərk edəsən və onunla fəxr edəsən. Necə ki, ingilislər ingilisliyini dərk edir və onunla fəxr edirlər”; “Türk deyiləm” deyənə qarşı heç vaxt israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla ş ərəf verəcək deyilik, əlbəttə”.

Türklük şərəfdir. Bizim Dövlətimizin adı Azərbaycandır. Ölkəmizin adı Azərbaycandır və məkan olaraq biz azərbaycanlılarıq. Necə ki, Azərbaycanın mərhum lideri, dövlət başçısı Heydər Əliyev “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” DEYƏ SÖYLƏMİŞDİR.

Milli kimliyimizə gəlincə bizlər TÜRKlərik. DƏYƏRLİ HƏMVƏTƏNLƏRİM, BİZLƏR AZƏRBAYCANLI Oğuz Türkləriyik.

Bəzilərini xatırlatmaq istəyirəm ki, Türk olduqlarını söyləməkdən çəkinməsinlər. Burda qorxulacaq heç bir şey yoxdur. Azərbaycanın mərhum lideri, dövlət başçısı Heydər Əliyev “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” deyə söyləmiş və bu yöndə siyasət həyata keçirmişdir! Yəni mərhum dövlət başçımız, görkəmli siyasətçi Heydər Əliyev də Türk olduğumuzu vurğulamışdır.(2 ).Yəni Türkün tarixi adi və soyu bəllidir!.

Araz Əlizadəyə , Xocalıda ermənilərin biz Azərbaycan Türklərinə qarşı etdikləri soyqırımının səbəbini araşdırmasını və Zori Balayanın Xocalıda törətdikləri soyqırımdan bəhs etdiyi “Ruhumuzun canlanması” kitabını oxumasını məsləhət görürəm. Bu zaman bəlkə anlayar ki düşman belə bizim Türk olduğumuzu bilir və kin güdür.Bəli ,mərhum liderimiz,dövlət başçısı Əbulfəz Elçibəyin söylədiyi kimi “ Sən Türk olduğunu unutsanda da,düşmən əsla unutmaz. Ermənilər,ruslar və farslar bunu əsla unutmur.Erməni Zori Balayanın bu mövzuda yazdığı ”Ruhumuzun canlanması” kitabının adı belə ermənilərin Türklərə qarşı soyqırımı törətməkdən zövq alan bir faşist pisixologiyaya malik olduğuna işarət edir.(3)

Xüsusi ilə Türkiyənin teroristlərə qarşı önəmli hərbi əməliyyatlar keçirdiyi və Amerikanın da buna qarşılıq olaraq qondarma “erməni soyqırımı”nı tez-tez dilə gətirib hallandırmağa başladığı bir zamanda bu safsataları dilə gətirən dırnaq arası” millət vəkillərinə və onun rus-fars dostlarına istəklərinə nail olmayacaqlarını bildirmək istəyirəm. Məqalənin əvvəlində qeyd etdiyim MEHMET Akif Ersoyun "Tarix Təkərrürdən İbarətdir Deyirlər. Heç İbrət Alınsaydı Təkərrür Mü Edərdi?” sözlərindən gərəkli dərsi bizlər aldıq və xüsusi sifarişlə gündəmə gətirilən bu safsatalarin BİRLİKDE “İRİ, DİRİ VƏ GÜCLÜ “ olmağı hədəfləyən Türk millətinə qarşı “böl, parçala, yönət” siyasətinin bir parçası olduğunu anlayırıq.

Sözümü mərhum şairimiz və düşünürümüzün bu misralariyla bitirmək istərdim:

Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən
Mən ilk qaynağımdan Türk oğlu Türkəm!!!

Nə mutlu Türküm deyənə!

P.S. Hər zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!
YAZAR AYNUR TALIBLIDAN, Araz Əlizadəyə TARİXİ DƏRS
İstifadə edilən mənbələr:

1.i.Kafesoğlu, Türk Milli Kültürü
2. baskı, İstanbul 1983, s.269-270; B.Ögel, Büyük Hun İmparatorluğu Tarihi, C. 1, Ankara 1981, s.214; L.N.Gumilev, Hunlar, Çev. A.Batur
3. baskı, İstanbul 2003, s.378; A.Ahmetbeyoğlu, Avrupa Hun İmparatorluğu, Ankara 2001, 35
2. Yazar Aynur Talıblı'nın"Azeri mi Türk mü? Yüz Yıllık Asimilasyon Projesi."isimli araştırmasından.
3.Yazar Aynur Taliblının “ Sen Bizi Bağışla Zehram” isimli makalesinden.
22 noyabr 2019 /

YAZAR AYNUR TALIBLIDAN, Araz Əlizadəyə TARİXİ DƏRS

Похожие новости

Mübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİ

"Deputat Araz Əlizadənin Nuru Paşanın ordusuna “muzdlu” deməsi və “biz azərbaycanlıyıq, türk deyilik” məntiqi məni düşündürdü. Xatirimdədir, Araz və Zərdüşt Əlizadə qardaşları Ali Sovetdə deyirdilər

DİLİMİZ, MİLLİ KİMLİYİMİZ

II YAZI “DİLDƏ, FİKİRDƏ, İŞDƏ BİRLİK”- ORTAQ TÜRKÇƏMİZ... YAZAR :AYNUR TALIBLI Tarix və mədəniyyət araşdırmaçısı Türk dünyasındakı milli oyanış hərəkatının böyük öncülərindən Kırım Türkü, İsmayıl

TÜRK ŞƏHİDİNƏ DİL UZATMAQ “HUMANİZM “ VƏ “İNSANİ DƏYƏR” DEYİLDİR !

YAZAR : AYNUR TALIBLI. TARİX VƏ MEDƏNİYƏT ARAŞDIRMAÇISI. İSTANBUL 2018. Azərbaycan Oğuz Türk Yurdu Ərlərin, Ərənlərin və cəsur mərd XANIMLARIN- xatunlarIn vətənidir. Bizim üçün Vətən, yurd, torpaq

SALAM OLSUN TURK YURDU TƏBRİZƏ, İRƏVANA BÜTÖV AZƏRBAYCANA!

Aynur Talıblı İstanbul Sabahattin Zaim Üniversiteti Tarix və Mədəniyyət Araşdırmaları Bölümü Paralanmış və uralanmış Azərbaycandan MÜSTƏQİL AZƏRBAYCANA - ARAŞDIRMA Sizlərlə uşaqlıqdan yadımda olan

TÜRK YURDU GÜNEY AZƏRBAYCANIN BİLİNƏN VƏ GÖZ YUMULAN GERÇƏKLƏRİ...

AYNUR TALIBLI Tarix və mədəniyyət aradırmaçısı. İstanbul Azərbaycan- Oğuz Türk Yurdu, ərlərin, ərənlərin torpağı, mənim başı bəlalı vətənimdir. Tarixin hər dönəmində düşmənə yağlı tikə kimi görünən
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ“Seçkilərin vaxtını Prezident müəyyən edəcək” - Siyavuş NovruzovRusiya Xarici İşlər naziri Bakıya gəlirAzərbaycanda Milli Məclis buraxıldı"Qarabağ" Sevilyada tarixi uğura bir addım da yaxınlaşa bilərSabiq prezident 17 il azadlıqdan məhrum edildiSəudiyyə sülaləsi tarixi sənədlərlə yəhudi çıxdıBu bizim hekayəmiz, o qədər saf, o qədər təmiz ...Daha bir qazimiz sıralarımızı tərk etdi...Haqqa yürüdüDüşmənin növbəti böhtanıİlham Əliyev: Paşinyanın cavabı onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.Tramp erməni hiyeredulu Kardaşyana "çılpaq poz vermə"-deyibMüharibə veteranı həkimlər bir aradaİlham Əliyev Valeri Gerasimovla görüşdüŞəhid ailələrinə və müharibə əlillərinə daha 100 mənzil verildiİlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTOABŞ-da iki erməni dığası EVLƏNİBLƏR...VİDEO“Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə...” - Prezident İlham ƏliyevBakıda yəhudi adı altında gizlənən ermənilər yaşayır? - ŞOK AÇIQLAMATanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Qənirə Paşayeva Qarabağ əlilləri ilə bağlı hökumətə çağırış etdi“İki min azərbaycanlı əsiri kluba doldurub…” – Erməni kapitanın qorxunc etiraflarıBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...Bakıdan Pşinyanın sərsəmləməsinə cavabİham Əliyev millət vəkiliylə bağlı sərəncam imzaladı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ