"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...

"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...




Xarici İşlər Nazirliyi (XİN) Bakıya gəlib-gedən erməni jurnalistlərin arasında Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin "İctimai Televiziya”sının əməkdaşının olmasına münasibət bildirib.

Modern.az-ın sorğusuna cavab verən XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Dağlıq Qarabağ ərazisi Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədlərinin tərkib hissəsini təşkil edir:

"Bildiyiniz kimi, bu ərazidə yaşayan əhali iki icmadan erməni və azərbaycanlı icmalarından ibarətdir. Hazırda müvəqqəti olaraq işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdır və bölgənin erməni icmasını təşkil edirlər.

Ümumilikdə, erməni jurnalistlərinin ölkəmizə səfərinə gəldikdə, fikrimcə, bu səfər Azərbaycan, ölkəmizdə gedən inkişaf prosesləri, rifah, multikultural dəyərlər və s. haqqında qarşı tərəfin yerindəcə məlumat əldə etməsi baxımından önəmli idi".

Xatırladaq ki, 17-21 noyabr tarixlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfəri təşkil olunub.

Səfər barədə yazan KİV-lərimizin ermənilərin yazılarına qarşılıq bizim jurnalistlərin susqunluğunu yazmaqdadırlar. Amma hər iki tərəf yazılar dərc ediblər.

Həmin yazıları diqqətinizə çatdrırıq.

Azərbaycan: "Erməni qıza "azərbaycan dilində danışaq" dedim" - ŞUŞADAN QAYIDAN JURNALİST

Xankəndi ilə Şuşanı birləşdirən "Ağa körpüsü”nü keçəndə-"Yeddi dolama”ya çatanda hələ uşaq vaxtlarında olduğu kimi yenə ürəyim qalxdı, əlimi ağzıma sıxıb "ceep”in sürücüsünün çiynindən vurub saxlamasına işarə etdim. O da saxladı, yanımdakı iki nəfər düşmədi, qarşıda oturan bələdçi, qolunda iri hərflərlə ingiliscə ATƏT(OSCE) yazılan sarışın belarusiyalı yanıma gəldi, heç nə soruşmadan dumandan görünməz olan uca təpələrə sarı boylandı, tapançasını göstərirmiş kimi hərəkət edib uzaqlaşdı.

Buralara balaca olanda böyürtkən yığmağa gələrdik, cır və tozlu olardı deyə, evə aparmazdıq, elə yolda yeyib Ağdam-Şuşa avtobus ilə şəhərə qayıdardıq. İllərdir həsrət qaldığım havasını ciyərimə çəkdim- nəfəsim tutuldu, aramsız öskürək başladı. Maşındakılar artıq narahat olmağa başlamışdılar: bələdçi sürücüyə ratsiyanı gətirməyi tapşırdı. Rusca "bir az ləngiyirik, bir nəfərin halı pisləşib” xəbərini verdi və mənə sarı boylandı. Hava sanki dumanlı yox çirkli idi, bu dolamlar, kollar, ağaclar məni yadda saxlaya bilməzdilər, ona görə yad adam kimi baxırdılar, hətta bəlkə ağzımdan gələn təmiz sudan çimçənirdilər də. (Artıq ikinci sutka idi ki, qarşımıza qoyulan düşmən çörəyinə əl belə uzatmamışdıq, ancaq Bakıdan götürdüyümüz suyu içirdik hələ ki...)

Bu yadlıqdan gözüm yaşardı, üzümü dəsmalımla tutub silirmiş kimi maşına yaxınlaşdım, özümü ələ aldım. Yaxşi olduğumu göstərmək üçün lap köhnə kişilər kimi burada illərdir unudulan, şuşalıların adətən, uzaq yola çıxanda dedikləri "Allah, Məhəmməd, Ya Əli!” sözlərini təkrarladım. Sürücü və bələdçi "Ya Allah” eşidən kimi çönüb təəccüblə üzümə baxdılar, yanımdakı iki nəfər-azərbaycanlı jurnalistlər səhərdən ilk dəfə gülümsədilər, ikisi də "hər şey qaydasındadır” dedilər.

Daha ətrafa baxmırdım, gözlərimi yaş torpağa bulaşmış çəkmələrimə dikdim, ayaqlarım mənə çox qəribə görünürdü. Elə bil mənim deyildi, əlimlə ovuşdurub, "məni düşmən qarşısında biabır etmə” deyib sığallamasaydım, uzağa qaçacaqdılar. "Şuşa perevalını” belə keçdik...

Hə, bu da erməni tankı. Doğma bir adamı görürmüş kimi "Albertin vurduğu tank!” deyib sürücüyə saxlamağı xahiş etdim. Bələdçi "burada dayanmaq planda yoxdur” deyib əli ilə irəlini göstərdi. "Şuşanın işğalı günü burada xeyli əsgərimiz şəhid olmuşdu, çoxu hələ də itkindir” deyib yanımdakılara pıçıldadım. "Avtobaza”nın yanında sovet dövründən qalma "Pyannıy voditel pristupnik” şüarının üstünə indi ermənicə nəsə yazmışdılar. Qarşısında iki-üç nəfər dayanmışdı, yəqin ATƏT-in maşını olduğu üçün bizə sarı boylandılar. Əyinləri-başları tör-töküntülü, üzləri tüklü və çəlimsiz ermənilər siqaretlərini sümürüb darvazadan içəri girdilər. Nə biləydilər ki...

Şuşaya üst yoldan girdik, telefonlarımızı Bakıda qoyub çıxmışdıq, bel çantamızda fotoaparatdan başqa bir şey də yox idi. "Saat neçədir, əcəba” fikirləşib illərdir qoluma vurmadığım saata baxdım. Atamın saatına... Evdən çıxanda onu taxmışdım. Səfərdən 1 həftə əvvəl Bakıdakı saatsaz donquldana-dolquldana sazlamış, 20 manatımı almış, "bunu neynirsən, modası da keçib gəl sənə...” deyəndə "yadigardı” deyib sözünü ağzında qoyduğumu xatırladım.

...11-ə işləmişdi. Saatlarımız Bakı vaxtilə işləyirdi. İlk dəfə ağlıma gəldi ki, burda saat eyni zamanı göstərirmi? Bələdçidən dəqiqləşdirdim, saatlar Bakı vaxtilə işləyirdi. İdrisin "Tısbağa pavilyonu” dururdu, qarşısında iki-üç maşın dayanmışdı. Yəqin xaşa gəlmişdilər. Şuşada xaşın noyabrda ayrı ləzzəti olur axı. Qəbiristanlıq tərəfə boylandım, bələdçi də bu dəfə ingiliscə "no-no” dedi. Mirzə Həsən qəbiristanlığı...

Doğmalarımızın uyuduğu məzarlıq. Yuxarı tərəfdən də görünür, bir də oradan boylandım. Dumandan heç nə görünmürdü.

Şəhərə girdik- "Qaşqayın dükanı”, "Novruzun xəngəlxanası” tərəfdən...Ermənilər yolun sağında indi hotel tikiblər, xariciləri burda qarşılayırlar. Biz də xarici imişik...Taleyə bax!
"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...
Hə, burda bizi beş-altı nəfər gözləyirdi. İngilis dilində ATƏT nümayəndəsi ilə danışdılar, nəsə kağız-kuğuza baxdılar, maşının üstündə "təhvil-təslim” sənədlərinə qol çəkdilər. "Novruzun xəngəlxanası” tərəfdən onun səsi gəldi: ”Ə, bajıoğlu görünmürsən”, dedi sanki. "Novruz dayı, yeməyə nə var”, soruşanda ancaq bir menyunu təkrarlayırdı: "Sous, qreçka, gözləsən xəngəl...” Xəngəl indi Şuşa havasında nə gedər, nə gedər... Şuşalılar hətta ən pis günlərində də zarafatlarından qalmazdılar, amma gülmək vaxtı keçmişdi...

7 ay idi siqareti tərgitmişdim, iki gün idi artıq ikinci paçkanı çəkib qurtarırdım. Yeni siqaret paçkasını açmaq bəhanəsiylə maşından düşdüm, bütün nəzərlər üzərimə dikildi. "On?” sualına, "da, tolko on mestnıy” dediklərini aydın eşitdim. Şuşanın soyuğu iliyimə işləyirdi, niyə belə üşüdüm ki? Belimi şax saxlamağa çalışdım, iki gündə arıqlamışdım sanki, yəqin ondan üşüyürdüm. Gəlməyimə ilk dəfə bərk peşman oldum, bu mənim şəhərim, bura mənim vətənim, bura doğmalarımın məzarı olan yer, amma başımın üzərində bir ATƏT, iki-üç rus, dörd erməni...Necə qırılmayasan?

O binadakı üçüncü mərtəbədən baxan qız kimdir? Yoxsa...Orta məktəbdə ürəkdən-ürəyə "üçan” vaxtlarımızda indi durduğum yerdən bir sinif qızını burada çox gözətləmişdim...A...? Balkondakı qız əl edir. Kimə? Yəqin acıq verir bizə...

Gözlərimə bu dəfə qaranlıq çökdü, siqareti hirslə ayağımın altına atıb əzdim, sanki hirsimi bu kötükdən çıxırdım.

Bir mikroavtobus gəldi, Ermənistan nömrəsini yəqin qəsdən sökmüşdülər. Bir maşından düşüb o biri qara şüşəli maşına oturanda yalnız indi bizi salamlamaq yadlarına düşdü. Aralarında cəmi bir erməni qız vardı, beş dəqiqənin içində təqdimat oldu, bizim kimliyimizi soruşmadılar. Erməni qız bərbad rus ləhcəsi ilə "sizin bələdçiniz mən olacam, şuşalıyam” dedi. Həmkarımızın "gəlin Azərbaycan dilində danışaq” təklifinə erməni qız gülümsədi, "ya tolkom ne znayu” dedi.
"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...
Hə, Şuşa... Yazıq Şuşam! Avtovağzalı keçib, "Bazarbaşına” gəldik, erməni qızın nə dediyini artıq eşitmirdim, arada hırıldayırdı, əliylə küçələri göstərib danışırdı. Nə danışırdın axı ay yalançı erməni? Mən buraları gəzib dolananda, sumkamı sürütləyib qış-yaz dərsə gedəndə, "Güllü bulvardan” gül oğurlayanda, "Qarabağ” "qəstini”nin liftində aşağı-yuxarı gəzəndə, qızıl balıqları yemləyəndə, yay aylarında küçələrində saatlarla velosiped sürəndə, yıxılıb qolumu qıranda, Daşaltı çayında çiməndə, gəlin maşınlarının qabağını kəsəndə, gəlmə qızların arxasınca gəzəndə, gəlmə oğlanlarla dalaşanda sən hardaydın axı? Kimin qızısan? Dədən kim? Nəslin kim? Burda nə ölümünüz var?

Qara maşın Yuxarı Gövhərağa məscidinin yanında saxladı. Yeni təmir etdiriblər. Ayaqlarım yenə sözümə baxmadı. Bu tin bizim məhəllənin tini hesab oluna bilərdi. Burada hər kəs durmazdı. Öz adamları vardı məscidin qarşısının.

Maşından düşən kimi əlimi tez heç dəyişməyən məscidin qarşısındakı nəhəng daş işıq dirəklərinə qoydum. Heç kim gözümün qaraldığını, ürəyimin az qala partladığını hiss etməsin deyə söykəndim o daşa...”Buradan evimizə 200 metrlik məsafə olar” deyə yanımdakı həmkarıma dedim. O da bir mənə baxdı, bir yola... Yazığı gəldi elə bil. Əlini çiynimə qoyub, "sakit olaq, sonra deməsinlər ki...”

Yolda xeyli erməni vardı, bizə elə baxırdılar ki...Şuşa bazarına sarı çevrildim. Tək-tük adam girib-çıxırdı.

Evimizə sarı yenə boylandım. Bura kimi gəlib evimizə getməyim? Erməni qıza yaxınlaşdım, "bir az aşağıya-Vəzirov küçəsi 10-na gedə bilərik”, deyə, soruşdum. Cavabı yenə rusca verdi: "Marşrut təsdiqlənib, ondan kənara çıxa bilmərik”.

"Mən burda böyümüşəm, bura mənim vətənimdir, bura...” deyəndə artıq gözlərimdən yaş süzülürdü. Sonucu dəfə anamı itirəndə belə ağlamışdım. Özümü güzgüdəki kimi görürəm o cür ağlayanda. Qəzəb məni boğurdu: "Sizin hamınızın...”/Nazim Sabiroğlu. Musavat.com/
"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...



















Ermənistan. David Alaverdiyan yazır ki, Bakıda erməni jurnalistləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Azərbaycanlı jurnalistlər isə Yerevanda XİN rəsmiləri ilə görüşüb.

“ATƏT sədrinin şəxsi köməkçisinin ofisi istisna olmaqla heç bir beynəlxalq struktur, səfirlik və ya vasitəçilər bu danışıqlarda iştirak etməyib. Bu da o deməkdir ki, onların heç biri həmin proqramla bağlı “xal qazana” bilməyəcək. “Güzgü” proqramı zamanı əsas diqqət kameralarsız, qeyri-formal şəraitdə QHT-lər və jurnalistlərlə görüşə ayrılıb. Ola bilsin ki, təkcə bu proqramın müstəsna olduğunu deməyə əsas verir, amma mən qeyd edərdim ki, uğur əldə olunsa azərbaycanlı və erməni jurnalistlər yaxın gələcəkdə də bir-birlərinə baş çəkə bilərlər. Bütün məsələ bundadır ki, tərəflərdən hər biri, o cümlədən Minsk Qrupunun həmsədrləri proqramı uğurlu hesab etsinlər”,-L.Alaverdiyan yazır.
"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...
Erməni jurnalist bildirir ki, onların təhlükəsizliyini Bakıda DTX-nin 12 əməkdaşı təmin edirdi, insanların çox olduğu yerlərdə isə mühafizəçilərin sayı onlarla olurdu. “Ola bilsin ki, bizim üçümüzün həyatı və sağlamlığı üçün ciddi təhdid olub, mən bilmirəm, amma çoxsaylı cangüdənlərin əhatəsində olmaq kifayət qədər qeyri-adi idi, bunun özü də ətrafdakıların diqqətini cəlb edirdi”,-Alaverdiyan bildirir.

O, əlavə edir ki, Azərbaycan tərəfdən səfəri XİN yox, Prezident Administrasiyası təşkil etmişdi. Bu da yəqin bütün həmsöhbətlərin onlara məsuliyyətlə yanaşmasının səbəblərindən biri idi. “Və müvafiq olaraq biz bundan çox məmnun idik”,-Alaverdiyan yazır.

Onun bildirdiyinə görə, bir çoxları ilk dəfə erməniləri gördüklərini deyirdilər. “Mən bu görüşlər və səfərlər haqda növbəti köşə yazılarımda bəhs edəcəyəm, amma bu gün daha çox mənə aid olan və məni Bakıya getməyə sövq edən səbəblər haqda bəhs edəcəyəm. Dəvəti alan kimi bir saniyə də olsun tərəddüd etmədim və dərhal müsbət cavab verdim, baxmayaraq ki, təfərrüatları bilmirdim. Fikrimcə istənilən peşəkar jurnalist belə edərdi. Reallığı öz gözləri ilə görmək, mənbədən informasiya almaq, müxtəlif adamlarla ünsiyyətdə olmaq, reallığı dərk eləmək-bütün bunlar jurnalist üçün əvəzsizdir”,-Alaverdiyan bildirir.

O, Bakıya səfəri zamanı bir çox digər suallarla yanaşı iki suala da cavab axtarmağa çalışdığını deyir: Azərbaycan sülhə, yoxsa müharibəyə hazırlaşır? Və ikincisi, azərbaycanlılar Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün hansı güzəştlərə hazırdır? Mən birinci suala cavab ala bilmədim, amma belə görünür ki, sadə azərbaycanlılar da ermənilər kimi müharibə istəmir və gec-tez məsələnin dinc yolla nizamlanacağına ümid edir”,-Alaverdiyanın təəsüratları belədir.

Erməni redaktor qeyd edir ki, Bakıda və digər iri şəhərlərdə həyat kifayət qədər aktivdir, insanlar daimi gəlirlərindən və əmlaklarından məhrum olmaq istəmirlər. Digər tərəfdən Azərbaycanın hərbi və patriotik ritorkası o qədər güclüdür ki, ictimaiyyət daim yaxınlaşan müharibə haqda düşünür.

“Təəsüf ki, biz küçədə sadə insanlarla danışa bilmədik, lakin digər tərəfdən bizim təmaslarımız göstərdi ki, aqressiya və ermənilərə nifrət səviyyəsi hələ kritik nöqtəyə çatmayıb. Kompromislərə hazırlıq məsələsinə gəldikdə, bizim sevinməyə hələlik əsasımız yoxdur. Dağlıq Qarabağın müstəqilliyi ideyası jurnalistlər, dövlət sektorunun nümayəndələri və məmurlar tərəfindən de-yure olaraq qəti rədd edilir. Biz soruşanda ki, bəs onlar hansı kompromislərə hazırdır, onlar Azərbaycan daxilində “ən geniş muxtariyyət”, öz polisini və təhlükəsizlik qüvvələrini saxlamaq imkanı, iri investisiyalar və sosial proqramlar, hətta yolların asfaltlanmasını və əsaslı tikinti vəd edirdilər.

Alaverdiyan daha sonra yazır: “Sonda mən bütün pessimistlərə cavab vermək istəyirəm ki, onlar belə səfərləri şübhə altına alırlar. Biz jurnalistlər dövlət məmurları deyilik, yaxud siyasi və ictimai xadim deyilik. Bizim işimiz suallar vermək və ictimaiyyəti məlumatlandırmaqdır. Jurnalistlər etibarlı informasiya, mövqe və şərhlər almaq imkanından məhrum edilməli deyil. Haradakı həqiqət yoxdur, orada yalan, miflər və manipulyasiya üçün münbit imkan var. Bəli,mən başqa erməni jurnalistlərinə də Azərbaycana səfər etmək imkanı verilməsinə tərəfdaram. Habelə onun tərəfdarıyam ki, azərbaycanlı jurnalistlər də Ermənistana, xüsusən də Dağlıq Qarabağa səfər etsinlər”.(Virtualaz.org)

Bakıya səfəri haqqında məqalə yazmış erməni jurnalist David Alaverdiyan (Davud Allahverdiyan?) Bakya səfərlə bağlı yazdığı məqaləsinin adına diqqət yetirdikdə artıq məqalənin provakativ məqsədlərlə yazıldığını müəyyən etmək olar: “Miflə qarşılaşma və ya Azərbaycanda 4 gün” ("Столкнувшись с мифами или 4 дня в Азербайджане").

Allahverdiyanın məqaləsində adından savayı məni ilk narahat edən məqamlardan biri tarixi və əbədi torpağımız olan, cumhuriyyətimizin ilk paytaxtı, Gəncəmizi “Qanzak” adlandırması oldu. Təsəvvür edin ki, bu adam sülh mühitinin yaradılması məqsədilə hazırlanan proqram çərçivəsində Bakıya səfər edib, ancaq ölkədən çıxar-çıxmaz Gəncəmizin adını “erməniləşdirib”.

Alahverdiyan yaşda və peşəkarlıqda məni üstəliyə bilər, lakin ona məsləhət görərdim ki, Gəncənin adındansa öz soy adını araşdırsın, maraqlansın ki, onun necə Allaverdi adında babası ola bilir? Onun soyu həqiqətənmi “hay”lardan gəlir, yoxsa bu ad imperyalist siyasətətin nəticələrindən biri kimi ona miras qalıb?!

Alahverdiyan həmçinin Dağlıq Qarabağı təmsil edən Edqar Elbakyanın son 10 ildə Bakıya səfər etmiş ilk Qarabağ ermənisi olduğuna diqqət çəkib. Alahverdiyan Qarabağdan olan ermənilərin Azərbaycana səfərini şişirtməklə Azərbaycanda yeni bir polimika yaratmağı çalışdığı gün kimi aydındır.

Alahverdiyan sözügedən məqaləsində bir neçə yerdə yerli vətəndaşlarla heç bir ünsiyyət qura bilmədiyini, bu imkanın yaradılmadığını vurğulayıb. Ancaq maraqlıdır ki, jurnalist heç bir sosial sorğu aparmadan azərbaycanlıların eynilə ermənilər kimi mövcud status-kvodan razı olduqlarını, sülhə hazır olduqlarını və müharibə istəmədiklərini bəyan edib. Çox qəribədir, görəsən jurnalist bunu hardan müəyyən edib? Bu fikir hansı araşdırmanın, hansı tədqiqatın nəticəsində formalaşıb?
"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...
Bu arada erməni jurnalisti 3 nəfərlik erməni qrupunun 12 nəfər muhafizəçi tərəfindən qorunmasına da istehza ilə yanaşıb. Həqiqətən adamlar yaxşılıq başa düşmür…

Bütün bunlara rəğmən erməni jurnalistin Bakı təəssüratları ilə bağlı məqaləsində hardasa həqiqət qırıntıları da var idi. Belə ki, o, Azərbaycan xalqının rifah səviyyəsindən danışıb, ölkədəki vətəndaşların kifayət qədər yüksək gəlir qazanmasından bəhs edib. Eyni zamanda o, bizim rəsmilərlə görüşünü şərh edərkən Azərbaycan hökumətinin Dağlıq Qarabağ problemi ilə əlaqədar mövqeyində heç bir dəyişiklik olmadığını, rəsmi Bakının güzəşt addımının sadəcə Dağlıq Qarabağa ən yüksək statuslu muxtariyyat verməklə kifayətlənəcəyini ifadə edib…

Erməni jurnalist məqaləsinin sonunda Qarabağın bir daha Azərbaycan torpağı ola bilməyəcəyini iddia edib.

Yəni bir daha erməniliyini ortaya qoyub. Gəncəyə Qanzak deyən bu erməninin Bakıya Bakurakert deməməsi çox təəccüblüdür. Onu da yəqin gələn səfərə saxlayıb...
26 noyabr 2019 /

"Kür, Araz, Ararat...deyib qardaş olanlar"...

Похожие новости

Bakıda 12 cangüdənlə gəzən erməni səfərindən danışdı

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri misli görünməmiş bir şeydir. Fedai.az Unikal.org-a istinadla xəbər verir ki, bunu bu yaxınlarda Azərbaycana səfər edən erməni

Azərbaycana gələn erməni və Ermənistana gedən azərbaycanlı jurnalistlər

AVMVİB üzvü olan müharibə veteranları redaksiyamıza zəng edərək Bakıya və İrəvana gedən jurnalistlər barədə məlumat verməyimizi istəyirlər. Məlumat azlığı olsa da bəzi saytlarımız bu səfərlər barədə

Şuşanın icra başçısı yenə "gül vurdu"

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin keçmiş sədri Bayram Səfərov erməni jurnalistlərinin Azərbaycana səfərinə münasibət bildirib.

XİN AÇIQLADI: Qarabağ icmaları danışıqlar prosesinə qatılacaqmı?

"İlk növbədə nəzərə alınmalıdır ki, Ermənistan XİN mətbuat katibi tərəfindən qondarma “DQR” kimi təqdim edilən ərazi, bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan,

PAŞİNYANIN QARABAĞ AÇIQLAMALARI

Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndidə keçirilən Ermənistan və qondarma “dqr” “təhlükəsizlik şuralarının” birgə iclasında çıxışı zamanı deyib ki, Azərbaycan ictimaiyyətinin sülhə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
AVMVİB Rəhbərliyi və təşkilat üzvləri Anım günündə iştirak etdilərİlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTOAğdaş veteranları məktəblilərlə görüşdülər12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Xəzər rayon veteranları Ulu Öndəri andılar...1993-cü ildən etibarən erməni əks-kəşfiyyatı 20-dən artıq casusu aşkar edib: əksəriyyəti Bakıya işləyirdiHərbi Prokror X. Vəliyev: “Ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır”Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydı Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydıBakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaqAŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcəkErmənistanın keçmiş prezidenti: "Nikol Paşinyan özünü Xilaskar İsus kimi təsəvvür edir"Əsirlikdə çörək üçün ermənilərlə güləşən çempionumuz - VideoDoğrudanmı, dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir?ƏSİRLİKDƏ QALAN SOYDAŞLARIMIZSak oğlu Əmir TeymurQanlılıqNizami rayonunda tədbir keçirilib“EuroHome”də yanğın davam edir - VİDEODünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ