17 Dek 01:44GÜNDƏM / POEZİYA

MƏNİ OĞULLUQDAN ÇIXART, AY VƏTƏN!

[b]MƏNİ OĞULLUQDAN ÇIXART, AY VƏTƏN!

















































İsmayilov Sabir Allahverdioğlu 1958 - ci ildə Kəlbəcər rayonunun Çıraq kəndində anadan olub. 1986 cı ildə Azərbaycan Dövlət Universtetinin (indiki BDU-nun) tarix fakultəsini bitirib. 1986-1993 - cü illərdə Kəlbəcər rayonu İstisu qəsəbə orta məktəbində, 1993-2002 ci illərdə isə Kəlbəcər 31 saylı orta məktəbində tarix müəllimi işləyib.. Hal-Hazırda Qəbələ şəhərində məskunlaşıb.

Fedai.az Sabir müəllimin yurd nisgilli şeirini təqdim edir:


MƏNİ OĞULLUQDAN ÇIXART, AY VƏTƏN!

Vətən, torpağını qorumamışam,
Məni oğulluqdan çıxart, ay Vətən!
Udmağa bir udum hava da vermə,
Məni oğulluqdan cıxart, ay Vətən!
**********
Suyundan içməyə haqqım qalmayıb,
Çayını keçməyə haqqım qalmayıb,
Qoynuna köçməyə haqqım qalmayıb
Məni oğulluqdan çıxart, ay Vətən!
************
Bir qorxaq oğulun soyu azalsın,
Yalançı harayı, hayı azalsın
Bivec oğulların sayı azalsın-
Məni oğulluqdan çıxart, ay Vətən
*********
Məndən qiymətlidir qara daşın da,
Didərgin düşmüşəm cavan yaşında.
Qoyma oturmağa süfrən başında
Məni oğulluqdan çıxart, ay Vətən
*********
Ver məni küləklər, yellər aparsın,
Ver məni sellərə - sellər aparsın,
Edam eyləməyə ellər aparsın,
Məni oğulluqdan çıxart, ay Vətən
**********
Lal eylə dilimi - sözüm olmasın,
Üzünə çıxmağa üzüm olmasın,
Torpağın üstündə izim olmasın,
Məni oğulluqdan çıxart, ay Vətən
***********
Sabirəm, haqqin var, gözlərimi ov,
Bizə yaraşmazdı bu köç, qovhaqov.
Məni sərhəddindən uzaqlara qov -
Məni oğulluqdan çıxart, ay Vətən!
Məni oğulluqdan çıxart, ay Vətən!

MƏNİ OĞULLUQDAN ÇIXART, AY VƏTƏN!

MƏNİ OĞULLUQDAN ÇIXART, AY VƏTƏN!

MƏNİ OĞULLUQDAN ÇIXART, AY VƏTƏN!
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ