İlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTO

İlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fedai.az AZƏRTAC -a istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

-Çox şadam ki, artıq neçə il ərzində Azərbaycan belə mühüm görüşlər üçün öz logistika dəstəyini və məkanını təqdim edir. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu aramızda olan dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Həmçinin etimad əlaməti kimi də qəbul edirik. Çünki dünyada çoxlu ölkə var. Birləşmiş Millətlər Təşkilatında demək olar iki yüz ölkə var. Lakin müəyyənliyə, əməkdaşlığa, risklərin azalmasına və planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran bu görüşlərin keçirilməsi yeri kimi Azərbaycan seçilmişdir. Biz çox şadıq və qürur hissi keçiririk ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən bu görüşün keçirilmə yeri kimi seçilmişdir. Ümidvarıq ki, əvvəlki, bugünkü və növbəti görüşlər sülh və sabitliyə töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.

NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç deyib:

-Cənab Prezident, təşəkkür edirəm. Əvvəlcə icazə verin Baş katib cənab Stoltenberqin salamlarını Sizə çatdırım. O, Sizə ən səmimi salamlarını çatdırır.

Prezident İlham Əliyev: Çox sağ olun, mənim də salamlarımı cənab Baş katibə çatdırın. Mən onunla NATO mənzil- qərargahında görüşümü xatırlayıram. Həmçinin Şimali Atlantika Şurasında səfirlərlə ünsiyyətimi xatırlayıram. Mən orada dəfələrlə olmuşam.

Ser Stüart Piiç: Bugünkü görüşə əlavə olaraq icazə verin Silahlı Qüvvələrinizin NATO-ya dəstəyinə görə Sizə təşəkkürümü bildirim. Tərəfdaş və dost olaraq bu, bizim üçün çox önəmlidir. Sizin Silahlı Qüvvələrinizə bizim böyük hörmətimiz var, onlar çox peşəkar və effektivdirlər.

Prezident İlham Əliyev: Çox sağ olun. Biz NATO-nun etibarlı tərəfdaşıyıq və bizim hərbçilərimiz Əfqanistanda NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edirlər. Bildiyiniz kimi, bu yaxınlarda biz hərbçilərimizin sayını 30 faiz artırdıq, indi onların sayı 120 nəfərdir. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də işləyirik. Eyni zamanda, Əfqanistana gedən yüklərə mühüm logistik və nəqliyyat dəstəyini təmin edirik. Həmçinin iki il bundan əvvəl biz Azərbaycan və Türkiyə arasında dəmir yolunun açılışını etdik və hazırda bu yoldan daşımalar üçün istifadə edilir. Digər vacib məsələ ondan ibarətdir ki, biz Lapis Lazulinin öz sistemimizlə bağlanmasına nail olduq. Biz artıq Əfqanıstandan onların ixrac etdiyi yükləri qəbul etməyə başlamışıq. Beləliklə, biz Əfqanistana iqtisadi və sosial inkişaf üçün daha çox pul qazanmağa kömək edirik. Eyni zamanda, biz bir neçə dəfə Əfqan Milli Ordusunun Etimad Fonduna ianələr vermişik. Həmçinin biz Əfqanıstan hökuməti ilə islahatlar üzərində yaxından işləyirik. Çox qürurvericidir ki, dövlət xidmətlərinin göstərilməsi üzrə ilk mərkəz olan ASAN, - bu nou-xaunun sahibi bizik, - Əfqanıstanda açılmışdır. Beləliklə, bu, vahid pəncərə sistemi çərçivəsində çox nadir dövlət xidmətləri mərkəzidir. İki yüzdən çox xidmət var, bunlar onlayn və çox səmərəli şəkildə göstərilir. Burada bu mərkəzin bəyənilmə səviyyəsi 100 faizə yaxındır. Bəlkə nümayəndə heyətinizin bəzi üzvləri onların birinə baş çəkə bilər, Bakıda beş mərkəz mövcuddur. Bunu biz əfqan tərəfdaşlarımıza nəyi təklif etdiyimizi görsünlər deyə deyirəm. Əlbəttə, təhlükəsizlik və terrorla mübarizə əməliyyatları çox vacibdir, lakin ölkəyə iş yerləri, məşğulluq, sosial müdafiə, iqtisadi islahatlar lazımdır və biz bu məsələlərlə bağlı Əfqanıstan hökuməti ilə çox geniş iş aparırıq.
27 noyabr 2019 /

İlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTO

Похожие новости

İlham Əliyev Nikolay Patruşevi qəbul etdi - Foto

Bu gün Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Nikolay Patruşev

Rusiya və NATO rəsmiləri Bakıdadırlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali

NATO- Rus əsgərlərini tanınmış torpaqlardan çıxarmağa çağırır

Rusiyanı bizim tərəfimizdən tanınmış torpaqlardan əsgərlərini çıxarmağa çağırır. 24News.ge xəbər verir ki, bu sözləri Tbilisidə keçirilən NATO-nun hərbi iclasında NATO hərbi komitə rəhbəri, baş

İlham Əliyev Şimali Atlantika Şurasının görüşündə iştirak edib

Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökümət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək

İlham Əliyev Belçikaya səfərə gedib

Azərbaycan Respublikasınının Prezident İlham Əliyevin Belçikaya səfəri başlayıb. Fedai.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Niyə İran generalını ermənilər sevir, azərbaycanlılar isə sevmir...Türkiyənin dostu Rusiyamı, Amerikamı?Veteran statusu ala bilməyən veteranlar...Müharibə veteranları ilə görüş keçirilibAzərbaycan şəhərlərinin divarlarına həbsdə olan azərbaycanlı fəallara azadlıq tələbilə onların posterləri yapışdırıldıMüəllimlərin işə qəbulu qaydalarına bir sıra dəyişikliklər edilirSAĞLAM GƏLƏCƏYINƏ SƏS VER ! Məhsəti Əli qızı HüseynovaATMACA: Bizi Haykanuşun biclərinin əlindən xilas edin! - VİDEOAzay Quliyev təbliğat kampaniyasına möhtəşəm bir tədbirlə start verdi20 Yanvar iştirakçılarına birdəfəlik maddi yardım ayrıldıİnzibati Xətalar Məcəlləsinə əlavələr edilməlidirBabək müstəqil dövlətin hökmdarı kimi – Əsrlərlə gizlədilən gerçək tariximiz – I YAZIİran və Suriya ordusu irimiqyaslı hücuma keçdi - Türkiyə sərhədində XAOSDünyanın xoşbəxtlik ünvanı: KOSTA RİKAMİLLİ FƏLAKƏTƏ AZ VAXT QALIB...Əlilliyin qiymətləndirilməsi üçün müayinəyə göndərişlərin verilməsi qaydası müəyyənləşibErməni cəllad ölümcül xəstəliyə tutulubBərdə rayonuna yeni prokuror təyin edilibRusiyanın yeni baş naziri Mişustin kimdir?BSU-da “Dualarda yaşayan şəhidlər” adlı tədbir keçirilibErmənilər Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılıq verir, amma...Deputat olmaq istəyənlər: Bunlara əməl etməsəniz, namizədliyiniz ləğv olunacaqƏlilliyin qiymətləndirilməsi üçün müayinəyə göndərişlərin verilməsi qaydası müəyyənləşibMəktəb direktorunun diplomu saxta çıxdı, nazir İŞDƏN ÇIXARDIİlham Əliyev məsələ qaldırdı, Avropa İttifaqı cavab verdi: Qarabağ Azərbaycanın bir parçasıdır!AVMVİB - də təltif mərasimiBaşımızın bəlası Bakı neftiBu il 1500 Qarabağ əlili və şəhid ailəsinə ev veriləcəkTürkiyə və ABŞ prezidentləri Liviyadakı vəziyyəti müzakirə ediblərPrezident Ramin Quluzadəni qəbul etdiRusiyanın yeni Baş naziri bu şəxs ola bilər - Putin namizədini açıqladıErmənistanın birinci prezidenti Paşinyandan inciyibAVMVİB Zəngilan şöbəsi veteranları da ağac əkmə aksiyasına qoşuldularİran təyyarəni vuranı deyil, görəni həbs etdiABŞ Konqresindən 20 Yanvar faciəsi ilə bağlı - BƏYANATAVMVİB Ağdaş rayon şöbəsi Anım tədbiri keçirib“Vətəni işğal altında olan gəncin əylənməyə haqqı yoxdur!”Daha bir veteranımız haqqa yürüdüSəfirlik: Mövqeyimizdə dəyişiklik yoxdur, Pakistan Ermənistanı dövlət kimi tanımırİranda jurnalistlər kütləvi şəkildə istefa verirlərTƏBRİK: QORXMAZ ASLANOV - 50Batalyon komandiri Cəfər: "Nə qədər ki, Bakıdan gələn olmamışdı, burada bir metr də torpaq getməmişdi"...Erməni əsgərinə güllə dəyib..Hindistanlı turistlərin Şəhidlər Xiyabanında klip çəkdirməsilə bağlı - Səfirlikdən açıqlamaPaşinyan ordudakı itkilər barədə ictimaiyyəti aldadırABŞ-ın planlaşdırılmış müharibələri“Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa” - VİDEOİrəvanda ermənilərə tərs şillə: - Qondarma soyqırımı tanımırıq!!!Hipatya öldürülməsəydi dünyamız özgə cür olardı...İstisi erməninin, tüstüsü bizim olan Bakı neftiAVMVİB - NİN FƏXRİ ÜZVÜNÜN DƏ NAMİZƏDLİYİ QEYDƏ ALINDIDeputatlığa namizədliyi qeydə alınmış veteranlarımızErmənistanda H1N1virusu tüğyan edirSüleymani öldürüldüyü anda üzərində olan əşyalar: pul, şeir kitabı və … - FOTOGürcüstanlı nazirdən Paşinyanın absurd fikrinə sərt reaksiyaİran Ermənistana Azərbaycan ərazilərini daimi işğalda saxlaya bilməsi üçün yeni nəfəslik açırBöyük Britaniya ABŞ-dan hərbi asılılığı azaltmaq istəyirBakıda Ermənistan konfetləri satılır - FOTOAVMVİB XƏBƏRLƏRİ: RAYON ŞÖBƏLƏRİNDƏQASIM SÜLEYMANİ KİMİN QƏHRAMANIDIR?- M. RIZA HEYETUkrayna təyyarəsini İran vurubsa... - Kiyevdən BƏYANATPakistan Səfirliyindən rəsmi açıqlama - "Pakistanla Ermənistan arasında heç bir əlaqədən söz gedə bilməz"Qarabağla bağlı Avropa İttifaqının növbəti təxribatı“Paşinyan Qarabağ klanının təzyiqi altındadır” - Sabiq səfirdən mühüm mesajlarHoradiz əməliyyatının komandiri deputatlığa namizəd olduQarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”Mevlud Çavuşoğlu Kərkük Türkmənlərinin lideri Salihi ilə görüşdüTƏBRİK: RAMİZ ƏLİYEV - 56AVMVİB Sumqyıt şöbəsindəAlmaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"Ukrayna təyyarəsini İran "səhvən vurub" -ABŞ mediasıZABİT ŞƏRƏFİAmerikalı professor Xamneyiyə Kardaşyanın iqamətgahını bombalamağı təklif etdiVeteranlar qəhrəmanın məzarını ziyarət etdilərSüleymanini erməni general öldürüb - İrəvan ÇALXALANIRMüharibə veteranı yol polisinə rəis təyin olundu - FOTOSait Nursi də xristian çıxdıDaha bir erməni hərbçi cəhənnəmə yolçuluq etdi“Biz qurduq... dilimiz də qurd dilidir...” - Azərbaycanda sensasion tapıntı - Səbuhi Məmmədli yazırABŞ-ın ən təhlükəli ordusu HƏRƏKƏTƏ KEÇDİ - İranla dəhşətli MÜHARİBƏYƏ DOĞRUNazir Prokurorluğa müraciət etdi – “Saxta əlillər”dən pullar geri alınacaqHərbi Prokuror Xanlar Vəliyev: “Ötən il tarixə islahatlar ili kimi düşdü”İlham Əliyevdən sərt xəbərdarlıqŞəhid olan hərbçimiz dəfn olunub - FOTOQasım Süleymaninin tabeliyində çalışan daha 1 “Sepah”çı Yəməndə öldürülübMEDİAMIZIN SON "OXUNAQLI" "ŞEDEVRLƏRİNİ TƏQDİM EDİRİK...Paşinyan Azərbaycanla bağlı səhvini düzəltdiSüleymani bölgə üçün təhlükəli birisi olub - VİDEOŞƏHİDİMİZ VAR...Atmaca: İran Süleymanini dəfn edə bilmədiPrezident “Azərişıq” ASC-yə yeni sədr təyin etdiATMACA: AMERİKA AVTOMOBİLİYLƏ "CƏNNƏT" REYSİ...Yanvarın iki həftəsi: Xomeyni ilə ABŞ-ın məxfi sövdələşməsiGeneral Zaur Rzayev: “Ürəyimdə bir arzu qalıb...”ABŞ-ın Azərbaycandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi458 nəfərin deputatlığa namizədliyi qeydə alınıb“Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır” - Mehriban ƏliyevaMurov Qartalı Şəhid polkovnik-leytenant Raquf Orucovun atası vəfat edibTəhsil Nazirliyi: 20 məktəbdə peşə təmayüllü sinif yaradılıbAVMVİB sədri eyni gündə anadan olduğu komandirini məzarı başında andı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ